Tarixdə bu gün
Tarixdə bu gün 23.12.2016-cı il.
1876-ci ilin 23 dekabrında Osmanlı sultanı Əbdülhəmid “I Məşrutiyyət”i elan edib.
Kanadalı Rejinald Obri 23 dekabr 1900-cu ilində səsin ilk dəfə olaraq 1 kilometr məsafəyə simsiz ötürülməsinə nail olub.
23 dekabr 1913-cü ildə ABŞ Federal Ehtiyatlar Sistemi yaradılıb.
Fransa və Böyük Britaniya “Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya”nı 1920-ci ilin bu günü ratifikasiya edib.
1930-cu ilin bu günü Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
İlk tranzistor 1947-ci ilin 23 dekabrında təqdim edilib.
SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci ildə “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərar qəbul edib.
ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb. Bu hadisə 23 dekabr 1975-ci ildə baş verib.
SSRİ ordu hissələri 1979-cu ilin bu günü Əfqanıstana daxil olub.
23 dekabr 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1994-cü ilin bu günü Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.
1995-ci ilin 23 dekabrında Hindistanda bir mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub.
23 dekabr 2005-ci ildə saat 22:19-da havaya qalxan Bakı aeroportundan havaya qalxan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüş, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur.
Kalaşnikov avtomatının yaradıcısı, general-leytenant Mixail Kalaşnikov 23 dekabr 2013-cü ildə vəfat etmişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments