Tarixdə bu gün

Tarixdə bu gün 26.12.2016-cı il.
Avstriya ilə Fransa arasında Pressburqda sülh müqaviləsi 26 dekabr 1805-ci ildə bağlanmışdır.
1825-ci ilin bu günü Rusiyada “Dekabristlər üsyanı” baş vermişdir.
26 dekabr 1898-ci ildə Fransız alimləri Mariya və Pyer Kürilər radiyum elementini kəşf ediblər.
1968-ci ilin bu günü İstanbul Universitetində tələbələr rektorluq binasını “işğal” etdiyinə görə Universitetdə dərslər dayandırılmışdır.
İlk səsdənsürətli sərnişin təyyarəsi “TU 144” birinci reysini (Moskva-Almatı) həyata keçirib. Bu hadisə 1975-ci ilin 26 dekabrında baş verib.
26 dekabr 1990-ci ildə Əlcəzair Parlamenti “Ərəb dilinin istifadəsi haqqında” qanun qəbul edib.
1991-ci ilin bu günü SSRİ süqut edib, Rusiya Federasiyası müstəqilliyini elan edib.
26 dekabr 2003-cü ildə İranda şiddətli zəlzələ nəticəsində 30 000 nəfər həlak olub.
2004-cü ilin bu günü Hind Okeanında baş verən 9,15 ballıq zəlzələdən sonra (yerli vaxtla 07:58:53) yaranan sunami İndoneziya, Şri-Lanka, Tayland, Malayziya və hətta Somali sahillərində 230 min adamın ölümünə səbəb olmuşdur.
Nigeriyanın Laqos şəhərində neft boru xəttinin partlaması 500 nəfərin ölümü ilə nəticələnib. Bu hadisə 2006-cı ilin bu günü baş verib.
2006-cı ilin bu günü İraq Apelyasiya Məhkəməsi 9-cu madəyə görə Səddam Hüseyni edam hökmünü qüvvədə saxlayıb.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments