Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 27.12.2016-cı il.

Fransız mühəndis, memar və metal strukturlar mütəxəssisi Qüstav Eyfel 1923-cü ilin 27 dekabrında anadan olub. O, 1887-1889-cu illərdə inşa edilən və Fransanın simvolu sayılan Parisdəki Eyfel qülləsinin memarı olmuş, Amerika Birləşmiş Ştatlarının simvolu olan Nyu-Yorkdakı Azadlıq heykəlinin dəmirdən olan hissələrini və dayaqverici karkaslarını hazırlamışdır.

1968-ci ilin 27-dekabrında Aya uçan ilk insan “Apollon 8” gəmisində Yerə qayıtmışdır.

27 dekabr 1703-cü ildə İngiltərə və Portuqaliya arasında Methuen müqaviləsi imzalanıb.

1901-ci ilin bu günü Yapon kimyaçı Takamake və amerikalı fizik Abel adrenalin hormonunu kəşf ediblər.

Türk şairi Nazim Hikmət 1936-cı ilin 27 dekbrında həbs edilib.

27 dekabr 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələ 30000 nəfərin ölümünə səbəb olub.

1945-ci ilin bu günü 28 dövlətin iştirakı ilə Dünya Bankı qurulub.

Böyük Britaniya 27 dekabr 1949-cu ildə İndoneziyanın müstəqilliyini tanıyıb.

1975-ci ilin bu günü Hindistanda Bihar əyalətində mədəndə baş vermiş partlayış zamanı 372 nəfər həlak olub.

27 dekabr 1978-ci ildə İspaniya 40 il davam etmiş diktatorluq rejimindən demokratiyaya keçib.

1979-ci ilin bu günü Əfqanıstanda prezident Hafizullah Amin edam edildikdən sonra onu Babrək Kamral əvəz edib.

27 dekabr 1985-ci ildə Roma və Vyana hava limanlarında terror hadisəsi nəticəsində 16 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

Müxalifət lideri Viktor Yuşenko 2004-cü ilin bu günü Ukraynada prezident seçkilərində qələbə qazanıb.

Pakistanın siyasi lideri Bənazir Bhutto 2007-ci ilin bu günü qətlə yetirilib.

2008-ci ilin 27 dekabrında İsrailin Qəzzaya hücumu nəticəsində 230 nəfər ölüb, 400-dən çox şəxs yaralanıb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register