Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Microsoft-un qurucusu və məşhur milyarder Bill Qeyts gələcəyin biznes dünyasında ən çox tələb olunacaq 3 biznes sahəsini açıqlayıb. Biznes dünyasının məşhur sosial şəbəkəsi olan LinkedIn-in rəhbəri Daniel Rota müsahibə verən Bill Qeyts, gələcəkdə karyera quracaq şəxslər üçün ən mühüm sahələrin dəqiq elmlər, riyaziyyat və iqtisadiyyatın olacağını düşündüyünü açıqlayıb. “Mütləq kod yazmaq lazım deyil, lakin mühəndislərin nələr etdiklərini və nə edə bilmədiklərini bilməlisiniz”, – deyə Qeyts bildirib. Microsoft-un qurucusu bu sahələrdə səlahiyyəti olan şəxslərin gələcəkdə bütün qurumlar üçün dəyişikliyin hərəkətverici gücü olacağını düşündüyünü bildirib. Bill Qeyts bir neçə gün əvvəl təmiz enerji istehsal etməyin yeni yollarına investisiya qoymaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə işlər aparacaq 1 milyard dollarlıq fonda rəhbərlik edəcəyini açıqlayıb. Fondun idarəetmə üzvləri arasında ümumi sərvəti 170 milyard dolları keçən Amazon-un icraçı direktoru Cef Bezos, Alibaba-nın qurucusu Cek Ma kimi məşhur investorlar var.

bil qeys

“Apple”ın süni zəka rəhbəri Russ Salakhutdinov Dekabr ayının əvvəllərində bir süni zəka tədqiqatı paylaşacaqlarını elan etmişdi. Sözünün arxasında duan “Apple”, süni zəka barədə hazırladığı ilk məqaləni paylaşdı. Xüsusilə maşın dili haqqında vacib məlumatlar verən tədqiqat, Ashis Shrivastava, Tomas Pfister, Oncel Tuzel, Josh Susskind, Wenda Wang və Russ Webb tərəfindən hazırlanıb. Süni zəka mövzusunda yeni bir metod haqqında işləyən “Apple”, hazırlanılan simulyasiya edilmiş + yoxlanılmamış öyrənmə ilə birlikdə, süni zəka alqoritminin görmək və tanımaq istedadlarını inkişaf etdirməyi hədəfləyir. Süni zəka öyrənimi üçün real şəkillər istifadə etməyən “Apple”, uğurlu bir tədris müddəti üçün sintetik şəkillər və videolar istifadə edilməsinin daha doğru olduğunu müdafiə edir. Hazırlanan sintetik şəkillərə həm etiketlər həm də əlavə açıqlamalar əlavə edildiyi üçün süni zəkanın öyrənmə müddəti ciddi mənada sürətlənir, lakin bu sistemin zəif tərəfləri də var. Süni Zəka alqoritminin sintetik şəkillərlə öyrəndikləri hər zaman üçün real dünya ssenariləri ilə üst-üstə düşmür. Hər zaman üçün kifayət qədər real ola bilməyən sintetik şəkillər, alqoritmin sadəcə sintetik şəkilləri öyrənə bilməsinə və real şəkilləri kifayət qədər yaxşı öyrənə bilməməsinə səbəb olur. Bu problem ortadan qaldırmağı düşünən “Apple”, yeni üsulu simulyasiya edilmiş şəkillərlə birlikdə sintetik şəkillərin reallığını artırmağı hədəfləyir. Daha real nəticələr əldə etmək üçün Generative Adversarial Networks adında modifikasiya edilmiş köhnə bir texnika istifadə edən “Apple”eyni anda iki neyron şəbəkəni idarə edərək sistemini inkişaf etdirəcək. Neyron şəbəkələri bir-birlərinə qarşı istifadə edərək daha real problemlər yaratmağı hədəfləyən “Apple” tədqiqatında şəbəkələrdən birinin simulyasiya edilmiş şəkillərin reallığını artırmaq üçün özünü inkişaf etdirəcəyi və rəqibi səviyyəsində olan digər neyron şəbəkəni aldatmağa çalışacağı bildirilir. Apple tərəfindən aparılan bu tədqiqat, süni zəka mövzusunda edilən nə ilk nə də son tədqiqat olacaq. Gələcəyin ən vacib texnologiyalarından biri olmaq yolunda olan süni zəka mövzusunda Google, Facebook və Microsoft kimi texnologiya sektorunun irəlidə gələn şirkətlərinin də çalışdığını bildirək.

face

Hər zaman robot texnologiyası ilə dünyaya səs salan Cənubi Koreya daha bir yeniliyə imza atdı. Yaratdıqları texnoloji vasitə ilə real həyatda Terminator filmini canlandırdılar. Cənubi Koraya hər zaman həyata keçirdiyi ideyalar və texnoloji yeniliklərlə diqqət mərkəzində olmağı bacarıb. Bu dəfə isə onlar filmlərdəkinə bənzər Exosuit yaratdılar. Robot texnologiyasına xüsusi diqqət yetirən Hankook Mirae adlı şirkət Method-2 adlı yeni exosuit yaratdığı haqda məlumat paylaşdı. Exosuit-lər ilk olaraq, Alien və Matrix filmlərində qarşımıza çıxmışdı. Sonralar isə Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə işlər apardığı və bu robotlardan hərb sahəsində istifadə etməyi planlaşdırdığı ortaya çıxdı. Cənubi Koreyanın üzərində işlədiyi robot isə belə demək mümkünsə, içi insan, çölü isə robotdan təşkil olan exosuitdir. 1.3 ton ağırlığında olan Method-2 adlandırılan robotun əsas vəzifəsi isə limanlarda və ya nəqliyyat nöqtələrində ağır əşyaların daşınmasını həyata keçirməkdir. Cihazın təqribi qiymətinin 200 milyon dollar olacağı bildirilir. Gələcəkdə bu cihazın yalnız limanlarda deyil, digər sahələrdə də istifadəsi nəzərdə tutulur.

met2

Sony-nin 2017 model ağıllı telefonu Xperia XZ sızdırıldı. Sony də bir sıra texnologiya şirkətləri kimi yeni telefonlar üzərində işlər aparır. Şirkət 2017-ci ildə yeni Sony Xperia XZ (2017) modelini istifadəçilərə təqdim etməyə hazırlaşır. Hətta cihazın ön panelinə aid görüntüsü sızdırılıb. Fotoda yeni telefonun üst və alt hissələrinin ikili dinamikaya sahib olması nəzərə çarpır. Xperia XZ-in Snapdragon 835 prosessora və əvvəllər bu model telefonlarda yer almayan 3GB RAM-a sahib olacağı gözlənilir. Sony, 4 yanvar 2017 tarixində CES 2017 tədbirində konfrans həyata keçirməyi düşünür. Bu konfransda şirkətin, 2017 model Xperia XZ ağıllı telefonunu tanıtması gözlənilir. Verilən məlumata görə yeni telefonun da öz sələfləri kimi suya və toza dayanıqlı olacağı bildirilir. Xperia XZ modelində olması gözlənilən digər bir xüsusiyyət isə telefonda barmaq izi sensorunun yer almasıdır.

sony-xperia-xz-2017

Amazon dünyanın tanınmış şirkətlərindən biridir. Amma bəzən şirkət başqa problemlərlə gündəmə gəlir. ABŞ-da yaşanan bir cinayət indi də Amazon haqda yeni iddiaların ortaya çıxmasına səbəb olub. ABŞ-da törədilən cinayət hadisəsi Amazon-nun yeni problemlərlə üz-üzə qalmasına səbəb olub. Belə ki, polis hadisəni araşdırmaq üçün Amazondan kömək istəyib. Sözü gedən cinayət hadisəsi ABŞ-ın Arizona ştatında baş verib. Polis qadını öldürməkdə ittiham olunan sevgilisi haqda araşdırma aparır. İşin Amazonla əlaqəli tərəfi isə qadının evində ağıllı ev asistantı Echo cihazından istifadə etməsidir. Polis bu cihazın evdə daim səsləri dinlədiyini və baş verən hadisəylə əlaqəli səs yazmalarını Amazonun köməyilə əldə edə biləcəklərini iddia edir. Buna görə də polis Amazondan cinayət anındakı səs qeydlərini tələb edir. Amma şirkət bununla bağlı polisə kömək etməyəcəyini bildirib. Bu isə yeni iddiaların ortaya çıxmasına səbəb olub. Yeni iddialar Amazon Echo, Google Home, Apple Siri və Microsoft Contana kimi digital asistantların evlərdə və olduğu yerlərdə səslərin daima qeyd edildiyi fikrini ortaya çıxarır.

amazon-echo

EyeQue adlı optik cihaz, smartfon ekranı vasitəsilə gözün görmə qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. EyeQue cihazı, smartfona bərkidilir və myEyeQue tətbiqi vasitəsilə çalışır. İstifadəçi, gözünün görmə qabiliyyətini yoxlamaq üçün ekrandakı obyektləri izləməlidir. Görmə qabiliyyətinin yoxlanışı 9 testdən ibarətdir. Yoxlamanın nəticələri həkim resepti şəklində təqdim olunur və gözün görməsinin normallaşdırılması üçün lazımi linza növünü təyin edir. Beləliklə cihaz, gözün görmə səviyyəsini müəyyən edərək linza və ya eynək növünün təyin olunmasında istifadəçiyə kömək edəcək. Bundan əlavə olaraq EyeQue, gözün müalicəsi zamanı gözdə dəyişikliklərin olub-olmamasını da təyin edə biləcək. Cihazın tibbi cihaz sertifikatlaşdırılması olmadığından onun təqdim edəcəyi nəticələri məsləhət kimi qəbul etmək olacaq. EyeQue, CES 2017 sərgisində təqdim olunacaq. Qeyd edək ki, sözügedən cihaz Kickstarter platformasında təqdim olunub və 25$ qiymətinə satılacaq. Onun gələn ilin Fevral ayında satışa çıxması gözlənilir.

Weibo sosial şəbəkəsində hələ anonsu olmayan Xiaomi Redmi Note 4X smartfonunun texniki göstəriciləri sızıdırılıb. Məlumata əsasən Redmi Note 4X, bu ilin Avqust ayında satışa çıxmış Redmi Note 4-ün yenilənmiş versiyası olacaq. Yeni model, Qualcomm Snapdragon 653 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Redmi Note 4, MediaTek Helio X20 prosessoru, 2/3 GB RAM, 16/64 GB daxili yaddaş, 5.5 inç Full HD ekran, 4100 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunur. Xiaomi Redmi Note 4X-in nə zaman təqdim olunacağı isə hələki bilinmir.

xiaomi

Polşada yeni il münasibətilə çəkilən video çarx bir çox istifadəçinin sevimlisinə çevrilib. Hətta bəzi xarici kanallar bu reklamı internetin ən yaxşı yeni il reklam tanıtımı adlandırıblar. Reklamın mövzusu yaşlı adamın ingilis dilini öyrənməsidir. Reklam izləyicilər tərəfindən 13 milyondan çox izlənib. Reklamda yaşlı adam ingilis dilini öyrənməyə çalışır. Hətta bunun üçün özünə yeni başlayanlar üçün ingilis dili dərsliklər də alır. Yaşlı adamın səbrlə və həvəslə ingilis dilini öyrənməsinin səbəbi isə onu İngiltərədə yaşayan oğlu və nəvəsi ilə əlaqədardır. Reklam təsirli olmaqla bərabər çox əyləncəlidir. Baxmağı tövsiyyə edirik.

Yaponiyalı proqramçı Hiroki Nakayama Boss Sensor adlı tətbiq yaradıb. Bu tətbiq tənbəl işçiləri, müdirin qəzəbindən qoruyacaq. Belə ki, müdir iş masasına yaxınlaşan zaman tətbiq bunu aşkar edəcək və işçinin kompüterinin ana səhifəsindəki lazımsız pəncərələri bağlayacaq. Tətbiq, veb kamera vasitəsilə məlumatları əldə edərək ofis şəraitini incələyir. Kompüterə kimsə yaxınlaşan zaman fotonun tanınması sistemi işə düşür. Yəni Boss Sensor müdirin üzünü tanımağa çalışır. Tətbiq neyron şəbəkəsi üzərində qurulub. Həmin neyron şəbəkəni öyrədən zaman proqramçı öz müdirinin bir çox fotolarını müxtəlif sosial şəbəkələrdən götürüb və artıq detalları aradan qaldıran ImageMagick alqoritmindən istifadə edib. Müdirin üzünün tam ərazini tutduğu redaktə edilmiş fotoları, Nakayama öz neyron şəbəkəsinin öyrədilməsində istifadə edib. Bundan sonra tətbiq, müdiri 6-7 m uzaqlıqdan tanıya bilib. Lazımsız pəncərələrin gizlədilməsindən sonra proqramçı hansısa bir layihənin olduğu pəncərəni açaraq müdirinin yaxınlaşmasına 4-5 saniyə qalmış kompüterdəki ana səhifəni qaydasına salıb.

mudir

Apple, iPhone 7 ilə birlikdə ilk dəfə Jet Black rəngini istifadəçilərə təqdim etmişdi və bu model bir çox istifadəçilərin sevimlisi olmağı bacardı. Verilən məlumatlar yeni iPhone modelləri arasında Jet White rənginin də yer alacağını göstərir. Noyabr ayında Yapon internet saytında Mac Otakaranın yayınladığı bir hesabatda Apple-ın yaxın zamanlarda iPhone 7 üçün Jet White rəngini çıxaracağı bildirildi. Mac Otakaranın iddiasına bu gün dəstək gəldi. Jet White iPhone modelinin videosu sızdırıldı. iPhone 7 seriyasının tanıtımına bir həftə qalmış iPhone 7 Plus videosu yayımlayan Sonny Dickson, bu səfər də Jet White ilə əlaqədar videosunu paylaşdı. Onun videosunda Jet White iPhone 7 və iPhone 7 Plus öz əksini tapıb. Oxşar iPhone 7 və iPhone 7 Plus korpusları Alibaba kimi elektron ticarət saytlarında da tapıla bilər. Buna görə də videodakı iPhone-lar gələcəkdəki iPhone modellərini təmsil etmək yerinə dizaynerlər tərəfindən də hazırlanmış ola bilər. Amma Sonny Dickson artıq iPhone telefonlarının siması halına gəldiyindən onun tərəfindən paylaşılan videonun doğru olma ehtimalı yüksəkdir. Amma Mac Otakara, Apple-ın ağ rəngli iPhone 7 modelinin nə vaxt satışa çıxarılacağı haqda hələ ki, heç bir məlumat verməyib. Satışa çıxarılacağı təqdirdə bu modelin nə qədər rəğbət görəcəyini isə zaman göstərəcək.

applea

Ağıllı telefonlar nə qədər belə adlandırılsa da unutmaq lazım deyil ki, belə cihazlar da insan əməyinin məhsuludur. Bir çoxlarımız telefonda şəxsi məlumatlarımızı saxladığımız üçün ona kod qoyuruq. Amma son gələn məlumatlar belə istifadənin də o qədər etibarlı olmadığını sübuta yetirir. Amerikada ana 6 yaşlı qızına Yeni ildə Pokemon oyuncaqları almayacağını bildirib. Uşaq isə anasının telefonu ilə Amazondan istədiyi hədiyyələri sifariş edib və anası yuxuya getdikdən sonra onun barmağını Touch ID-yə qoyaraq alış-verişi təstiqləyib. Uşaq Amazondan 13 hədiyyə birdən sifariş verib. Ana ilk əvvəl telefonunun hackerlər tərəfindən hack olunduğunu düşünsə də qızı onu sakitləşdirərək özünün sifariş etdiyini və hədiyyələr gələnədək gözləmək lazım olduğunu bildirib. Anası isə uşağı cəzalandırmaq üçün Şaxta babanın ondan küsdüyünü və bir daha heç vaxt onun ziyarətinə gəlməyəcəyini deyib. Amazon vəziyyəti nəzərə alaraq 13 oyuncaqdan 4-nü qaytarmağa icazə verib. Statistikalar son 2.5 ildə belə təsadüfi alış-verişlərin milyon dollara qədər yüksəldiyini göstərir. Bir çox hallarda uşaqların belə alış-veriş etməsi məqsədli deyil, təsadüfi xarakter daşıyır. Bir çox hallarda uşaq hesaba daxil olaraq qarşısına çıxan hər şeyi qeyd edərək alış-verişi həyata keçirir. Bu isə öz növbəsində hesabdan silinir. Belə hallarda yeganə çıxış yolu Touch ID əvəzinə göz skanerindən istifadə etməkdir. Amma hələ ki, valideynlərə belə məsələlərdə sadəcə səbrli olmağı tövsiyyə etmək olar. Çünki uşaqlar böyüklərlə müqayisədə daha tez texnoloji vasitələri mənimsəyə bilirlər.

baby

Ümumdünya hackerlər konqressi (Chaos Communication Congress) çərçivəsində Woolim adlı planşeti göstəriblər. Sözügedən planşet Şimali Koreyada istehsal olunur. Florian Grunow adlı hacker bildirib ki, planşet, Android-in təkmilləşdirilmiş versiyası üzərində çalışır və bir sıra məhdudiyyətlərə sahibdir. Hackerlər öyrəniblər ki, cihazın istehsalı ilə Çinin “Hoozo” adlı şirkəti məşğul olur. Planşetə, siyasi və təbliğatlı kitablardan istifadə qaydası barədə PDF formatında təlimatlar yüklənilmişdir. Həmçinin planşetdə rus,  çin və fransız dillərinin lüğətləri üzrə təhsil proqramları da vardır. Bundan əlavə olaraq cihaz, yerli telekanalların canlı yayımına və Şimali Koreyanın qapalı internet şəbəkəsinə qoşulmağı təmin edən tətbiqlərə sahibdir. Planşetə tətbiqlərin yazılması təhlükəsizlik sistemi vasitəsilə məhdudlaşdırılıb. Belə ki, yüklənmiş faylları işə salan zaman, sistem onların kriptoqrafik yazılarını yoxlayır.

an

Mesajlaşma platforması Telegram, hər ay 2000-dən çox İŞİD əlaqəli kanalı bağladığını elan etdi. Adı İŞİD ilə birlikdə çəkilməyə başladığından bəri mesajlaşma platforması Telegramın başı ağrıyır. İŞİD üzvləri tərəfindən istifadə edilən Telegram, mediada özü ilə bağlı çıxan mənfi xəbərlərin ardından mövzuyla bağlı rəsmi Twitter hesabı vasitəsilə, hər gün İŞİD ilə əlaqəsi olan 60-dan çox kanalı blok etdiyinə dair açıqlama verdi. Edilən açıqlamada hər ay bloklanmış İŞİD ilə əlaqəli kanal sayının 2000-dən çox olduğu da bildirildi. Əlavə olaraq Telegram; sentyabr, oktyabr, noyabr və dekabr aylarında nə qədər İŞİD kanalının bağlandığını da elan etdi. Buna görə; sentyabr ayında 1987, oktyabr ayında 1800, noyabr ayında 2094 və dekabr ayında indiyə qədər 2118 İŞİD kanalı bağlanılıb. Telegramın CEO-su və eyni zamanda sosial media platforması olan VK-nın qurucusu Pavel Durov da mövzu ilə bağlı bir tweet atdı. Durov atdığı tweetdə bunları paylaşdı: “Bəzi media qurumları, Telegram-ın, platformasını İŞİD tərəfindən istifadə edilməsi mövzusunda kifayət qədər səy göstərmədiyini ya da heç bir şey etmədiyini iddia edirlər. Heç bir şey həqiqətən bu qədər uzaq ola bilməz.”

capture

Yaponiyanın MacOtakara saytı 2017-ci ildə təqdim olunacaq iPhone modelinin özəlliklərini təqdim edib. Mənbənin verdiyi məlumata görə, gələn il, 3 iPhone modeli təqdim olunacaq. 4.7 inç ekranlı iPhone 7s, 5.5 inç ekranlı iPhone 7s Plus və iPhone 8. Məlumata əsasən, iPhone 7s və iPhone 7s Plus modelləri LCD ekranla təchiz olunacaqlar. Lakin iPhone 7s Plus modeli daha parlaq və ekonomik OLED matrisaya sahib olacaq. Hər iki modelin korpusu alüminiumdan hazırlanacaq. iPhone 8-in isə korpusu şüşədən ibarət olacaq. iPhone 8-in arxa paneli üçün şüşə korpusu Çinin “Biel Crystal Manufactory” və “Lens Technology” şirkətləri istehsal edəcək. Həmçinin iPhone 8, naqilsiz şarj sistemini dəstəkləyəcək, şüşə korpus isə metaldan fərqli olaraq radiotezlikli maneələr yaratmayacaq. Ən əsas özəlliklərdən biri isə iPhone 8-in 3D çəkimlər üçün nəzərdə tutulmuş xüsusi kamerası olacaq. Əgər iPhone 7s və iPhone 7s Plus modellərində arxa kameralar horizontal olacağı halda, iPhone 8-də arxa kameralar vertikal şəraitdə olacaq.

iphone

“VKontakte” sosial şəbəkəsinin istifadəçiləri bir həftə ərzində rusiyalı Şaxta Babaya 3 mindən çox məlumat göndəriblər. Bu barədə sosial şəbəkənin mətbuat xidmətindən “Gazeta.ru” saytına məlumat veriblər. Yeni il arzularını qış sehrbazına “VKontakte”nin şəxsi məlumatlar bölməsindən göndərmək mümkündür. Şaxta Baba isə bildirib ki, hər il uşaq və böyüklərdən minlərlə məktub alır. Bu məlumatlar onun Velikiy Ustyuqdakı poçt, həmçinin elektron ünvanına gəlir. Hazırda qış sehrbazı özünün “VKontakte” şəbəkəsindəki rəsmi səhifəsində bütün məlumatları oxumaqla məşğuldur. “Mən sizə dərhal cavab verməsəm, kədərlənməyin”, – deyə Şaxta Baba qeyd edib. O xatırladıb ki, ölkənin şəhərlərini səyahət edir və onların Yeni il hazırlıqlarını yoxlayır.

vk

Nyu Yorkda fəaliyyət göstərən korporativ hüquq üzrə 3 firmanın serverlərinə müdaxilə edən hakerlər 4 milyon dollardan çox pul oğurlayıblar. Çindən olan 3 haker ABŞ-da müxtəlif şirkətlərə biznes sövdələşmələri sahəsində məsləhətlər verən iri hüquq firmalarını hədəf seçiblər. Onlar firmaların yüksək səviyyəli hüquqşünaslarının elektron poçt ünvanlarını “sındırmağa” nail olublar. Sövdələşmələr “Intermune”, “Intel” və “Pitney Bowes Inc.” Şirkətləri ilə bağlı olub. Hər üç haker robot texnikası şirkətində çalışırmış. Dekabrın 25-də hakerlərdən biri, 26 yaşlı Yat Hun Honkonqda yaxalanıb. Onun ABŞ-a ekstradisiya olunacağı bildirilir.

xaker

ABŞ-ın məşhur “Qualcomm” şirkəti Cənubi Koreyada rekord məbləğdə cərimə edilib. Çipset istehsalçısı olan şirkət 853 milyon dollar məbləğində cərimələnib. “Qualcomm” bazardakı dominant mövqeyindən sui-istifadə edərək sağlam rəqabətə mane olmaqda ittiham olunur. İstintaqın rəyinə əsasən şirkət özünün əsas patentlərini yalnız mobil telefon istehsalçıları üçün lisenziyalaşdırıb və lisenziyalaşmanın şərtləri barədə qeyri-qanuni razılaşmalar əldə edib. Şirkətdən tələb olunur ki, öz patentlərini digər çipset istehsalçıları üçün açsın, onları sərbəst lisenziyalaşdırma üçün əlçatan etsin və müştərilərə öz şərtlərini diktə etməkdən vaz keçsin. Cərimənin məbləği Cənubi Koreya üçün rekord sayılır. “Qualcomm” nümayəndələri qərarın haqsız olduğunu və Cənubi Koreya Ali Məhkəməsinə şikayət edəcəklərini bəyan ediblər.

qualcom

“Time” nəşri “Google” axtarış sistemində daha çox axtarılan insanların yaşadığı ölkələrin xəritəni təqdim edib. Bunun üçün son bir ilin məlumatları toplanıb. Qeyd edilir ki, şəbəkədə daha tələb olunan Donald Trampın şəxsiyyəti olub. “Google”da onun adını dünyanın 88 ölkənin sakinləri axtarıb. Müğənni Səmra Rəhimli Azərbaycandan olan istifadəçilərin daha çox maraqlandığı şəxslərdən biri olub. Britaniyalı müğənni Sianı isə Çexiyada yaşayan istifadəçilər daha çox axtarıb. Bolqarıstan sakinləri fəal olaraq aktrisa Nina Dobrevin tərcümeyi-halını axtarıblar. Kinodiva Bayan Esentayeva isə Qazaxıstan sakinləri üçün daha maraqlı şəxsiyyət olub. Bütün bunlardan savayı, siyahıda tanınmış incəsənət xadimləri və idmançıların da adları mövcuddur. Donald Trampdan başqa heç bir siyasətçinin adı şəbəkə istifadəçiləri üçün olduqca maraqlı olan şəxslərin siyahısına düşə bilməyib.

google

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register