Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“VKontakte” sosial şəbəkəsində 2016-cı ilin sonuna qədər yeni funksiya fəaliyyətə başlayacaq. Saytın istifadəçiləri özü məhv olan məlumatlar dərc edə biləcəklər. Yeni imkanlar bir növ “İnstagram” sosial şəbəkəsindəki analoji “Stories” funksiyasına bənzəyir. Sosial şəbəkədə akkaunt sahibləri öz səhifələrinə 24 saatdan sonra avtomatik olaraq silinəcək media fayllar yükləyə biləcəklər. Bundan başqa, şəkil və videolarda “VKontakte”də istifadə edilən filtr və stikerlərdən istifadə etmək mümkün olacaq. Yeni bölmə xəbər lentinin atında yerləşəcək. Yenilik tezliklə “VKontakte” əlavəsinin iOS əməliyyat sisteminin 2.11 versiyasında istifadə olunacaq.

vk

“Chrome” qlobal brauzerlər bazarında mövqeyini möhkəmləndirməyə davam edir, “Internet Explorer” isə əvvəlki kimi sürətlə populyarlığını itirir. 40 mindən çox  veb saytda 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin statistikası buna sübutdur. Analitiklərin məlumatına görə, 2016-cı ilin noyabrında fərdi kompüter istifadəçilərinin 55.83%-i “Chrome” brauzerinə üstünlük verib. Cari ilin oktyabrında bu göstərici 55% olub. “Internet Explorer” brauzerinin payı bir ayda 23.13-dən 21.66%-dək azalıb, “Firefox” brauzerinin payı isə 11.14%-dən 11.91%-dək yüksəlib. “Chrome” brauzeri 2016-cı ilin aprelində populyarlığına görə “Internet Explorer” brauzerini geridə qoyub. Bu, həm də onunla bağlıdır ki, “Microsoft” korporasiyası cari ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa digər versiyalarının dəstəyini dayandırıb. Həmin vaxtdan etibarən “Internet Explorer 10” və köhnə versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək dayandırılıb. İndi ABŞ korporasiyası “Edge” brauzerini təşviq edir. Ancaq 2016-cı ilin noyabrında sözügedən brauzerin payı 5.21% təşkil edib. “StatCounter” xidmətinin statistikasına əsasən, “Chrome” kompüterlər üçün brauzerlər bazarının lideridir, 2016-cı ilin noyabrında payı 63.09%-ə yaxınlaşıb. “Firefox” (14.89%) brauzeri ikinci yerdə, “Internet Explorer” (9.66%) isə üçüncü yerdə qərarlaşıb.

xrom

Alimlər kağız vərəq üzərində xüsusi bakteriyalarla işləyən qatlanan batareya yaradıblar. Mütəxəssislərin sözlərinə görə, batareyanın yaradılması üçün dünyanın istənilən yerində əldə edilməsi mümkün olan sadə elementlər lazımdır. Alimlər xromatoqrafiya üçün kağızı gümüş nitratı ilə hopduraraq yuxarıdan onu mumla bağlayıblar. Batareyanın digər tərəfində keçirici polimerdən hazırlanan bakteriyalı mayenin doldurulması üçün yer var. Qatlanan zaman üst tərəfi bir-birinə toxunan batareya bakteriyalar metabolizmi sayəsində işləməyə başlayır. Məlumata görə, batareyanın gücü onun neçə qatının bir-birinə toxunmasından asılıdır. Belə ki, laboratoriya eksperimentlərində alimlər altı batareya vasitəsilə 3×3 ölçüsündə yığılmada 31,51 mikrovatt və 6×3 ölçüsündə yığılmada 44,85 mikrovatt gücə nail olublar. Bu, hətta bir lampanın yandırılması üçün kifayət etməsə də, şəkər xəstələrində qlükoza səviyyəsinə nəzarət üçün biosensorlarda və digər az enerji sərf edən tibbi qurğularda istifadə üçün yetərli hesab olunur.

batareya

“IBM” şirkətinin mütəxəssisləri “BMW” şirkətindən olan həmkarları ilə birgə hərəkət təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə “Watson” adlı süni intellektin avtomobillərə tətbiqi üzərində işləyirlər. “BMW i8” adlı avtomobildə “IBM Watson” süni intellektinə əsaslanan alqoritmdən istifadə ediləcək. Bu alqoritm daima ətraf mühitin dəyişikliklərinə və yoldakı vəziyyətlərə uyğunlaşacaq, həmçinin öz sürücüsünün vərdişlərini öyrənəcək. Press-relizə əsasən, “Watson superkompüterinin imkanları sürücüyə öz avtomobili ilə təbii dildə ünsiyyət saxlamağa imkan verəcək. Bu, sürücüyə müəyyən qaydalara əsaslanan ifadələrə vaxt sərf etməyərək diqqəti daha çox yola və avtomobilin idarəetməsinə yönəltməyə imkan verəcək. Həmçinin “Weather Company”dən meteoroloji məlumatlar, seçilmiş hərəkət marşrutunda yol vəziyyəti, hərəkət rejimi və nəqliyyat vasitəsinin statusu haqda məlumatlar avtomobilin idarəetmə sisteminə ötürüləcək. Bu məlumatlar sayəsində sistem sürücülük rejimi, hərəkət marşrutu haqda tövsiyələr verəcək”. Superkompüterin alqoritmlərinin avtomobildə daha çox köməkçi funksiya kimi istifadə olunacağına baxmayaraq, istehsalçılar gələcək avtomobillərin tamamilə avtonom nəqliyyat vasitəsi ola biləcəyini istisna etmir.

avto

Çin və ABŞ alimlər qrupu ürək toxumaları üçün süni gövdə hüceyrələri yaradıb. Onlar təbii hüceyrələr kimi eyni üstünlüklərə malik olsalar da, istifadədə hüceyrə terapiyası ilə assosiasiya edilmiş bir sıra risklərdən uzaqdır. Bundan başqa, yeni hüceyrələri daha yaxşı saxlamaq mümkündür. Onların yaradılması texnologiyası, həmçinin digər hüceyrə tipləri üçün tətbiq edilə bilər. Məlumata görə, təbii gövdə hüceyrələri vasitəsilə terapiyanın effektiv olmasına baxmayaraq immunitetlə əlaqədar şişlərin yaranmasına və yeni hüceyrələrin ayrılmasına səbəb ola bilər. Həmçinin gövdə hüceyrələri çox incədir və istifadədən əvvəl onları çeşidləmək tələb olunur. Süd qlikol və insanın ürək gövdə hüceyrələri ilə yetişdirilən zülalların miqdarının çoxalması faktorları əsasında yaradılan süni hüceyrələrdə bu çatışmazlıqlar aradan qaldırılıb. Siçanlar üzərində aparılan sınaqlardan məlum olub ki, yeni hüceyrələr həqiqətən ürək toxumalarının böyüməsinə səbəb olur və infarktdan sonra bərpaya kömək edir.

urek

Samsung-un yeni səsli asistantı Bixby, Sirini geridə qoya bilər. Samsung, yeni ildən etibarən bir sıra telefon modelləri tanıdacaq. Amma bu modellərdən əlavə şirkət Siriyə rəqib olacaq Bixby adlı səsli asistantı da təqdim edəcək. Samsung Electronics-in director köməkçisi Rhee In-Jong, yeni səsli asistantın bir deyil, bir neçə funksiyanı birgə həyata keçirəcəyini açıqlayıb. Galaxy S8 ilə birlikdə S Voice-un yerini alacaq olan Bixby adlı yeni səsli asistantın cihazda qurulu olan bütün tətbiqləri istifadə edə biləcəyi irəli sürülən iddialar arasındadır. Yeni səsli asistantın sistemi bütünləşdirəcəyi bildirilir. Bixby, Samsung Galery tətbiqindən xüsusi kriteriyaya görə foto və videoları istəyə görə istifadəçiyə təqdim edə biləcək. Xatırladaq ki, Samsung bu il Viv-i almışdı və Viv-də yer alan bir sıra texnologiyanın Bixby-də olacağı da qeyd olunan məlumatlar arasındadır. Viv-i ortaya çıxaranlar isə Apple-ın 2010-cu ildə aldığı Siri tətbiqinin yaradıcılarıdır. Samsung yeni Galaxy S8 və Galaxy S8 Plus modellərini noyabrda Bixby adlı səsli asistantı ilə birgə təqdim edəcək. Yeni səsli asistantın necə olacağı isə hər kəsin diqqətini indidən cəlb edib.

msung

Yaponiyanın dünyaca məşhur elektronika şirkəti Panasonic, Tesla ilə əməkdaşlıq edəcək. Gün keçdikcə insanların enerjiyə olan tələbatı artmaqdadır. Bu isə gələcəkdə yeni enerji mənbələrinə olan ehtiyacın daha da artması anlamına gəlir. Bunu nəzərə alan bir sıra şirkətlər alternativ enerji mənbələri üzərində işlər aparır. Texnologiya nəhənglərindən biri olan Panasonic, elektrikli maşınların rahatlıqla şarj edilə bilməsi üçün günəş hüceyrələri istehsal edəcəyini açıqlayıb. Bunun üçün Panasonic, Tesla şirkəti ilə əməkdaşlığa başlayıb və bu iş üçün 260 milyon dollar yatırım edib. Xatırladaq ki, bir müddət əvvəl Tesla 2.2 milyard dollara SolorCity-ni almışdı. SolorCity isə evlərin damına günəş enerjisi toplayan panellər qurur və toplanan enerji şarj məqsədilə istifadə edilirdi. Panasonic yeni iş yerləri üçün 1400 nəfəri işlə təmin edəcəklərini açıqlayıb. Panasonic-in etdiyi anlaşmadan sonra New York bazarındakı hissələrin qiyməti 42% artım göstərib.

panasonic-tesla

“Twitter”, öz mikrobloq servisində 360 dərəcəlik videoyayım funksiyasını təqdim edib. Bundan sonra istifadəçilər Periscope canlı yayım servisi vasitəsilə yeni formatlı videoyayımlar paylaşa biləcəklər. “Bugündən başlayaraq sizlər dünyada olan hər şeyi 360 dərəcəlik videoyayım formatı vasitəsilə müşahidə edə biləcəksiniz” – deyə “Twitter” bildirib. Şirkət bildirib ki, bu formatda olan videoyayımlar “Live 360” kimi qeyd olunacaqlar. Belə videoyayımlarda baxış küncünü dəyişmək mümkün olacaq. Bununla yanaşı əgər bu cür videoyayımları hamı izləyə bilsə də, ondan hələki yalnız az adam istifadə edə bilər. Misal olaraq şirkət, yeni formatda olan ilk videoyayımı təqdim edib.

twitter

Çinin “Gionee” şirkəti şarj olunduqdan sonra yarım həftədən çox çalışan smartfon təqdim edib. Cihazın imkanları 32 saat fasiləsiz danışığa, eləcə də 26 saat fasiləsiz film izləməyə imkan verir. Smartfonun yaddaşı 6 Gb-dir. Korpus metaldan hazırlanıb və təmiz dəri ilə dekorasiya edilib. Cihazda ön kamera və 2 arxa kamera var. Aktivasiya telefon sahibinin barmaq izləri vasitəsilə baş verir. Smartfonun satışları 2017-ci ildə Çində başlayacaq. Qiymət 1007-2446 dollar arasında olacaq.

gionee

Finlandiyanın “Nokia” şirkətinin nümayəndələri gələn il dünya bazarına birdən-birə 5 yeni smartfon çıxaracaqlarını bildiriblər. Bütün bu yeniliklər “Mobile World Congress” sərgisi çərçivəsində təqdim olunacaq. Anons edilən cihazlar arasında D1C modeli də mövcuddur. İlkin məlumatlara görə, smartfon “Android 7.0 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Analoji açıqlama ilə Finlandiyanın “HMD Global” şirkətinin mətbuat xidmətinin nümayəndələri çıxış ediblər. Qeyd edək ki, tanınmış brend gələcək yeniliklərin tam siyahısını açıqlamaq istəməyib. Bundan əvvəl insayderlər tərəfindən yalnız D1C modeli təqdim olunub. Smartfonun dünya bazarında çıxacağı hələ oktyabr ayında məlum olub. İnsayderlərin məlumatına görə, cihaz 5 və 5,7 düym diaqonallı ekranla təchiz olunacaq. Smartfonun işləməsini 1.4 GHz gücündə olan “Qualcomm Snapdragon 430” prosessoru təmin edir. Cəmi iki modifikasiyada D1C smartfonu istehsal edilib. Smartfonun 150 dollar olan ucuz variantının yaddaşı 16 Gb, əməliyyat yaddaşının həcmi isə 2Gb təşkil edir. FHD displeyi yüksək rəng ötürücülüyünü təmin edir. Mütəxəssislər əmindirlər ki, “Mobile World Congress” sərgisi ərəfəsində tərtibatçılar özlərinin dünya bazarına qayıdışını elan edəcəklər.

nokia

Rusiya hər an ümumdünya internet şəbəkəsindən təcrid oluna bilməsinə hazır olmalıdır. Bu barədə Rusiya prezidenti Vladimir Putinin müşaviri German Klimenko bildirib. Siyasətçi hesab edir ki, belə vəziyyət olduqca realdır. Bunun üçün də yerli internet seqmentinin tərtib edilməsi üzərində iş aparılması olduqca vacibdir. Buna uyğun qanun layihəsi artıq Rabitə Nazirliyinin nümayəndələri tərəfindən hazırlanıb və əhali üçün vacid infrastrukturun müdafiəsinə istiqamətlənib. Klimenko iddia edir ki, Qərb ölkələri ilə mövcud olan hazırkı neqativ siyasi münasibətlərlə bağlı və Rusiya internetinin güclü müdafiəsi üçün mütləq buna uyğun tənzimləmə lazımdır. Şəbəkədən istifadə haqqında qanun sıravi istifadəçilərin hərəkətinə nəzarət etməyəcək.

turk

Mütəxəssislərin hesablamalarına görə, “Pokemon GO” oynayanlar dünya ətrafında 200 min dəfə dövrə vura bilərdilər. Onlar bunu “Pokemon GO”nun işə salındığı 2016-cı ilin iyul ayından dekabr ayına qədər edə bilərdilər. Belə bir statistikanı əlavənin yaradıcıları səsləndirib və bunun nəticələrini rəsmi saytlarında dərc ediblər. Belə ki, cari ilin dekabr ayına olan vəziyyətə görə, oyunçular 8,7 milyard kilometr məsafəni qət ediblər. Təcrübədə isə hər bir insana belə bir qəhrəmanlığı həyata keçirmək üçün 1 000 il lazım gələcəkdi. Analitiklər bu gəzişmələri Yerin tam keçilməsi və ya Pluton planetində gəzişmə ilə müqayisə ediblər. Tədqiqatlar nəticəsində məlum olub ki, “Pokemon Go” iştirakçıları 88 milyard pokemon və 1,5 milyard ədəd digər qəhrəmanları tutublar. Mütəxəssislər bildirir ki, qış mövsümündə oyun obrazlarının tapılaraq tutulması halları azalır. Çünki hava şəraiti uzun müddət piyada gəzmək üçün əlverişli deyil. Tərtibatçılar bildiriblər ki, oyun daha da müasirləşəcək. “Pokemon Go”nun növbəti versiyasında uşaq pokemonlar da yaradılacaq.

pokmongo

ABŞ-da Eşlind Hauell (Ashland Howel) adlı 6 yaşlı qız uşağı anasının “iPhone”unda “Touch İD” biometrik müdafiə sistemini aşa bilib. Uşaq anası yatarkən ona yaxınlaşıb və anasının barmağını smartfona toxunduraraq cihazı açıb. Sonra o, smartfon vasitəsilə 250 dollar məbləğində 13 oyuncaq sifariş verib. Ana oyandıqdan sonra hesabından pul çıxarıldığını görüb. Əvvəlcə o, telefonuna yad adamların müdaxilə etdiyini düşünüb. Lakin qızı ona hər şeyi etiraf edib. Qadın sifarişlərdən yalnız dördünü ləğv etdirə bilib. E. Hauell isə “iPhone”un biometrik müdafiəsini aşan ilk uşaq kimi tarixə  düşüb.

iphone

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register