Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 30.12.2016-cı il.

533-ci ilin 30 dekabrında Roma İmperiyasında “Yustinian qanunları” qüvvəyə minib.

30 dekabr 1898-ci ildə Gülhanə Hərbi Tibb Məktəbi açılıb.

Çikaqo teatrında yanğın nəticəsində 600 nəfər həlak olub. Bu hadisə 1903-cü ilin bu günü baş vermişdir.

Almaniya Kommunist Partiyası 1918-ci ilin 30 dekabrında təşkil edilib.

30-dekabr 1922-ci ildə SSRİ I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib.

1922-ci ilin bu günü Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası 1-ci Sədri seçilib.

SSRİ-nin dəstəklədiyi qüvvələr 30 dekabr 1947-ci ildə Rumıniyada hakimiyyəti ələ alıb.

ABŞ prezidenti Riçard Nikson 1972-ci ilin bu günü Amerikanın Vyetnamdakı bombardmanlarını dayandırmağıa göstəriş verdi.

1989-ci ilin bu günü Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub.

30 dekabr 1999-ci ildə Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib.

2006-ci ilin bu günü İraqın keçmiş prezidenti Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register