Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 2.1.2017-cı il.

2 yanvar 69-cu ildə Roma legionerləri tərəfindən Yuxarı Almaniyanın imperatoru kimi leqat Avl Vitteliy elan edilib.

1649-cı ilin bu günü Boqdan Xmelnitskinin kazak dəstəsi Qərbi Ukraynaya səfərdən sonra Kiyevə qayıdıb.

Birinci rus qəzeti 1703-cü ilin bu günü «Ведомости» nəşrə başlayıb.

2 yanvar 1757-ci ildə Böyük Britaniya Kəlküttəni (Hindistan) işğal edib.

1788-ci ilin bu günü Corciya ştatı ABŞ Konstitusiyasını ratifikasiya edən 4-cü ştat olur.

2 yanvar 1835-ci ildə Qabrovada Bolqarəstanda ilk dünyəvi məktəb açılıb.

1839-cu ilin bu günü Lui Dager Ayın ilk fotoşəklini çəkilib.

Bruklin körpüsünün inşasına 1870-ci ilin bu günü başlanılıb.

1905-ci ilin bu günü Rus-yapon müharibəsi dövründə Port-Artur şəhərinin müdafiəsi dayandırılır və şəhər Yaponiyaya təhvil verilib.

SSRİ Əmək və Müdafiə Şurasının qərarı ilə 2 yanvar 1920-ci ildə quberniya və uyezd inqilab komitələri ləğv edilib.

1922-ci ilin bu günü Ankarada Türkiyə ilə Ukrayna SSR arasında müqavilə imzalanır.

2 yanvar 1925-ci ildə Tacikistan SSR tərkibində dağlıq Bədəxşan Muxtar Vilayəti təşkil edilib.

Alman-faşist qoşunlarının Qafqazdan geri çəkilməsinə başlanılıb. Bu hadisə 1943-cü ilin bu günü baş verib.

1956-cı ilin 2 yanvarında Almaniyada bundesverin ilk dəstələri yaradılıb.

1959-ci ilin bu günü SSRİ-nin “Luna-1” (Луна-1) ilk avtomatik planetlərarası stansiyası fəzaya buraxılıb.

2 yanvar 1992-cu ildə Rusiyada qiymətlərin liberallaşmasına başlanılıb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register