Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

iPhone istifadəçiləri yeni problemlə üz-üzə qalıblar. Yeni bir “troll” mesajı istifadəçiləri narahat etməyə başlayıb. Ağıllı telefon istifadəçiləri zamanla müxtəlif problemlərlə üzləşirlər. Bunlardan bir qismi virus xarakterli olsa da bəziləri “troll” məqsədilə yaradılır. Amma təbii ki, hər iki halda da istifadəçi bu vəziyyətlə bağlı problemlər yaşayır. Qeyd edək ki, iOS 8 versiyasında iPhone istifadəçiləri problemlə üz-üzə qalmışdılar. Burda əsas problem istifadəçilərə məzmunu ərəbcə yazılar və işarələrlə dolu mesajların göndərilməsi idi. Hansı ki, istifadəçi bilinməyən mesajı açdıqda ciddi problemlə qarşılaşırdı. Yəni telefon donur və istifadəsi əngəllənirdi. İndi də iPhone istifadəçiləri bənzər problemlər yaşamaqdadırlar. Bu yeni mesaj forması digərindən bir qədər fərqlənir. Belə ki, mesajın əsasını müəyyən qrup insanlara aid informasiyalar təşkil edir. İstifadəçi ona gələn bu mesajı açdıqda məlumat çox böyük olduğundan CPU həddən artıq yüklənir və mesajın xətalı olduğu haqda bildiriş gəlir. Burda işin qəliz tərəfi isə mesajı bağladıqda belə problemin həll olmamasıdır. Bildirək ki, bu mesaj Vincedes tərəfindən yaradılıb. Hətta Vincedes öz YouTube kanalında bununla bağlı video da yayımlayıb.

“Microsoft” şirkəti Surface Phone adlı yeni smartfonu istehsal edir. Bu smartfon, Nokia modellərinin çıxışından sonra şirkətin təqdim edəcəyi ilk mobil cihaz olacaq. Surface Phone-un ilk fotoları Weibo sosial şəbəkəsində aşkar edilib. Dizayn baxımından cihaz, korpus metaldan ibarət olacaq. Onun kənarları isə düz, bucaqları iti olacaq. Aşağı hissədə USB-C girişi yuxarı hissədə isə qulaqlıqlar üçün giriş olacaq. Surface Phone, Surface seriyasını daxil olunacaq. Bu seriyada artıq noutbook, plkanşet və stolüstü kompüter daxildir. Smartfonun gələn ilin sonunda təqdim ediləcəyi güman olunur. Çox güman ki, “Nokia”nın mobil şöbəsi smartfonun hazırlanmasında iştirak etməyib.

soft

Məlumata əsasən “Samsung” şirkəti Galaxy S8 ilə birlikdə yeni naqilsiz qulaqlıqları da təqdim edəcək. Deyilənə görə Galaxy S8 də iPhone 7 və iPhone 7 Plus modelləri kimi standart 3.5 mm-lik audio girişdən məhrum olacaq. Məhz buna görə şirkət yeni naqilsiz aksessuar üzərində çalışır. Şaiyələrə əsasən “Apple”dan fərqli olaraq “Samsung”, yeni naqilsiz qulaqlıqları ayrıca və baha qiymətə satmayacaq. Həmin qulaqlıqların Galaxy S8 komplektinə daxil olacağı gözlənilir. Bununla belə qulaqlıqların komplektə daxil olması, smartfonun qiymətinə təsir etməyəcəyi söylənilir. Görünür qulaqlıq məsələsində “Samsung”, “Apple”ın yolu ilə getməyi qərara alıb. Qeyd etmək lazımdır ki, sözügedən qulaqlıqlar, şirkətin ilk naqilsiz qulaqlıqları deyil. Hələ bu ilin İyul ayında şirkət, Gear IconX adlı naqilsiz fitnes qulaqlıqları satışa çıxarmışdı. Şarj yığma keysli, daxili yaddaşı və bir sıra ötürücüləri olan qulaqlığın qiyməti 130$ təşkil edirdi. Planda olan yeni naqilsiz qulaqlıq vasitəsilə isə şirkət müştərilərin brendə olan inamlarını qaytarmaq və beləliklə iPhone ilə ciddi rəqabət aparmaq niyyətindədir.

samsung

Samsung-un yeni ildən etibarən istifadəçilərə təqdim etməyə hazırlaşdığı Galaxy S8 telefonu haqqında məlumatlar gəlməyə davam edir. Yeni iddiaya görə naviqasiya düymələri 3D Touch-a bənzər funksiya daşıyacaq. David Ruddock adlı Android Police-i redaktoru bu iddianı təstiqləyib. Bundan əlavə Bloomberg də Samsung-un bundan sonra tanıdılacaq bütün ağıllı telefonlarında virtual ana ekran düyməsinin olacağını bildirmişdi. Davida görə, şirkət 3D Touch-ın funksiyasını daşıyacaq naviqasiya düymələrinə keçid edəcək. Bu da Samsung-un təyziqə davamlı bir ekran istifadə edəcəyinə işarə edir. Ruddock barmaq izi sensorunun cihazın ön hissəsində olmayacağını iddia edir, çünki yeni yeri haqqında məlumat verilməyib. Synaptics, qısa zaman əvvəl ağıllı telefonlar üçün ilk optik barmaq izi sensorunu təqdim etmişdi. Bu texnologiyanın Galaxy S8-də istifadə olunacağı ehtimal olunur.

galaxy-s8-3d-touch

Robot, məşhur Piano Tiles oyununda öz məharətini sərgiləyib. Bəzən robotun motor özəlliklərini sərgiləmək üçün onu heçdə pnevmatik əzələlər ilə təchiz etməyə ehtiyac olmur. Köhnə kompüter hissələrindən ev şəraitində hazırlanmış robot, Piano Tiles oyununda əsl peşakar kimi bəstələrdən birini ifa edib. Robot, musiqi bəstələyə bilərmi? Robot kiçik kətanı sənət əsərinə çevirə bilərmi? Elm hələki bu suallara cavab verməkdə çətinlik çəkir. Lakin primitiv robot belə, qəliz bir bəstəni elə ifa edə bilər ki, heç insanın yuxusunda belə ifaya rast gəlinməyib. İstedadlı mühəndis Ercan Demir, köhnə kompüterdən robot əli düzəldib. Həmin əl isə fortepiano üçün nəzərdə tutulmuş bəstəni çox məharətlə ifa edib.

Weibo sosial şəbəkəsində “Meizu” şirkətinin 2017-ci il üçün nəzərdə tutulmuş planlarını əks etdirən foto yayılıb. Fotodan da göründüyü kimi şirkət gələn il minimum 6 yeni smartfon modelini təqdim edəcək. Gələn ilin Fevral ayında “Meizu”, MediaTek MT6753 prosessorlu 5S modelini, İyun ayında MediaTek Helio X30 prosessorlu Meizu Pro 7 modelini, İyul ayında Helio P25 prosessorlu Blue Charm S modelini, Sentyabr ayında MediaTek Helio P30 prosessorlu Meizu MX5 modelini, Oktyabr ayında isə MediaTek Helio P20 prosessorlu Meizu Note 6 fabletini təqdim edəcək. Şirkət gələn ilin sonunu Blue Charm seriyasının daha bir smartfonu ilə yekunlaşdıracaq. Sözügedən sonuncu smartfon siyahıda olanlardan ən qeyri-adisi olacaq. Həmin smartfon Qualcomm Snapdragon 626 prosessoru ilə təchiz olunacaq. Belə ki, hal-hazırda “Meizu”, “Qualcomm” ilə, patent hüquqlarının pozulması səbəbindən məhkəmə prosesində iştirak edir. Bu cəhətdən son smartfonun prosessor növünün məhz”Qualcomm”a aid olması bir qədər qəribədir.

meuza

Samsung 1 daşla iki quş vurmaq niyyətindədir. Yəni şirkət naqilsiz qulaqlıqlara öz yeni konseptində yer verəcək. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Samsung yeni ildə Samsung S8 modelini və onunla birgə bir sıra yeni telefonları istifadəçilərə təqdim edəcək. Amma şirkətin yeganə yeniliyi bundan ibarət olmayacaq. Belə ki, Samsung AirPods konseptinə uyğun yeni naqilsiz qulaqlıqlar da təqdim edəcək. Hansı ki, rahatlıqla bluethooth vasitəsilə işləməyə imkan verəcək. Yeni telefonlar naqilsiz olsa da ölçülərinin 3.5mm olaraq saxlanılması gözlənilir. Şirkət hələ ki, bununla bağlı rəsmi açıqlama etməsə də hər kəsi maraqlandıran bir digər nüans bu qulaqlıqların Samsung S8 modeli ilə birgə satılıb-satılmamasıdır. Apple, AirPods qulaqlıqları gec satışa çıxmasına baxmayaraq çox böyük rəğbət gördü. Samsung da bu baxımdan bazarda öz yerini saxlamaq üçün bu yeniliyi öz cihazlarında istifadə etmək istəyir. Samsung-un yeni telefonları və qulaqlıqları ilə 2017-ci ildə təşkil olunacaq MWC mərasimində tanış olmaq mümkün olacaq.

samsung

Dünyanın ən böyük mikro bloging saytlarından olan Twitter üçün çox vacib bir yenilik gələ bilər. Twitter dünyanın ən çox istifadə olunan mikro bloging saytlarından biridir. Hər gün bu şəbəkə vasitəsilə milyonlarca paylaşım edilir. Ancaq Twitter sistemində postlarla bağlı mənfi bir hal mövcuddur. Belə ki, əgər atılan postlar xətalı yazılıbsa düzəltmək olmur. Buna görə də istifadəçi səhvə yol veribsə onu silib yenidən yazmalıdır. Twitter bir çox sosial media vasitələri ilə müqayisədə bu baxımdan geridə qalıb. Məsələn, Facebook və Instagram kimi sosial media vasitələri bu mövzuda daha sərfəli hesab olunur. Bu problem istifadəçiləri artıq uzun müddətdir narahat etməkdədir. Bu problem barədə açıqlama verən Twitter CEO-su Jack Dorsey bu mövzunun o qədər də asan həll olmadığını bildirib. Jack bu problemin zamanla həll olunacağını bildirib. Həmçinin Twitter CEO-su bu yeniliyin ilk əvvəl müəyyən istifadəçilər arasında sınaqdan keçiriləcəyini bildirib. Yenilik sınaqdan keçdikdən sonra ümumi istifadəyə veriləcək. Twitter-də digər bir problemli tərəf isə onun digər sosial media vasitələri ilə inteqrasiya oluna bilməməsidir. Bu problemin də həll olunması sosial media şəbəkəsinin inkişafına stimul verə bilər.

twiter

“Windows 10” kədərli olaraq tanınan “göy ölüm ekranı” öz rəngini yaşıl rəngə dəyişəcək. “The Verge” nəşrinə istinadən məlumata görə, internetdə “Windows 10” əməliyyat sisteminin yığımı üçün yeni prevyu yaradılıb. Xüsusilə istifadəçilər əsas diqqəti ona yönəldiblər ki, artıq sistemdə kritik səhvin olduğunu bildirən “göy ölüm ekranı” rəngini dəyişib və yaşıl rəngdə olub. Bəzi mütəxəssislər hesab edirlər ki, yeni rəng çaları ancaq sistemi sınaqdan keçirənlər üçün əlçatan olacaq. Final versiyada ekran yenə də göy rəngdə olaraq qalacaq.

windows

Analitiklər texnologiya sayəsində ən qeyri-adi və gözlənilməz yeniliklərin siyahısını müəyyən edib. Mütəxəssislərin proqnozlarına əsasən bəzi cihazlar 2017-ci ildə daha da populyar olacaq. İlk növbədə “ağıllı” linzaları qeyd etmək lazımdır. Belə bir optikanın ideyası hələ 2014-cü ildə yaranıb. Buna bənzər texnologiyanı “Google” şirkəti istehsal edib, ancaq onun “Glass” smart eynəklərinə böyük tələbat olmayıb. Hazırda buna bənzər cihazların istehsalı ilə “Samsung” məşğul olur. Cənubi Koreyanın texnologiya nəhənginin artıq displeyli və sensorlu kontakt linzalarına patenti var. İstehsalçı təkcə görmənin korrektəsini deyil, həmçinin bu texnologiyanın saat, skaner, fitnes treker, hətta fotoaparatı əvəz edəcəyini vəd edir. “Waverly Labs” şirkəti də qeyri-adi texnologiyanın tərtibatı ilə məşğuldur. 2017-ci ildə şirkət elə etmək istəyir ki, prinsipcə müxtəlif ölkələrin vətəndaşları arasında ünsiyyətdə hər hansı maneələr olmayacaq. Tərcüməçi qulaqcıqlar real vaxt rejimində çalışacaq. Ancaq belə cihazın dəqiq iş prinsipləri hələlik məlum deyil. Mütəxəssislərin fikrincə, şəffaf ekranlı smartfonlar olduqca populyar olacaqlar. “Vivo” şirkəti elə etmək niyyətindədir ki, smartfon bütün texniki parametrləri telefonun çərçivəsində olsun. Bu, həmçinin tərtibatçıları daha çox virtual reallıq üçün nəzərdə tutulmuş əlavələrin hazırlamasına sövq edəcək. Bunun üçün əsas misal kimi “Pokemon Go” oyununu göstərmək olar.

iphone

“Toshiba” şirkəti son 3 gün ərzində bazar dəyərinin 40%-ni itirib. Qeyd edilən müddət ərzində Yaponiya nəhəngi 6,5 mlrd. dollar zərərlə üzləşib. Dekabrın 26-da şirkət bəyan edib ki, ili bir neçə milyard dollarla ölçülən zərərlə başa vuracaq. Bundan sonra 3 gün ərzində şirkətin səhmləri müvafiq olaraq 12%, 20% və 17% ucuzlaşıb. “Moody`s” beynəlxalq reytinq agentliyi “Toshiba”nın kredit reytinqini “zibil” səviyyəsinə endirib.

tosiba

2017-ci ildə “Microsoft” korporasiyası piştaxtalara “ağıllı” soyuducular buraxacaq. İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi nümayəndələri məlumat verib. “Liebherr” şirkəti “Microsoft” korporasiyası ilə birgə artıq belə bir cihazı dünya bazarına çıxaracağını elan edib. Soyuducu “SmarDeviceBox” modulunu alıb və piştaxtalara çıxarılmağa hazır idi. Ancaq sistem üzərində işləməyi davam etdirmək qərarı verilib. İlkin məlumatlara görə, soyuducu həssas kameralarla təchiz ediləcək, orada yerləşən məhsulu tanıyacaq və onun üçün optimal temperaturu seçəcək. Həmçinin bildirilir ki, tərtibatçılar artıq bu cihaza bütün dünya üzrə milyondan artıq müxtəlif yarımfabrikat göstəriblər. Yeni icad artıq ona tanıdılmış və bazada mövcud olan yarımfabrikatlardan başqa, yenilərini yadda saxlamağı da öyrənir. “Ağıllı” soyuduların istifadəsi olduqca sadədir. Smartfon, kompüter və ya planşet sahibi problemsiz olaraq baş interfeysə qoşula və müxtəlif əmrlər verə biləcək. Soyuducu kamera səsli idarəetmə funksiyasına malikdir. Bu cihazın ümumdünya bazara çıxacağı dəqiq vaxt hələlik məlum deyil. Həmçinin şirkətlərin rəsmi nümayəndələri onun bir ədədinin təxmini qiymətini də açıqlamırlar.

soyducu

“World Brand Lab” konsaltinq şirkətinin analitikləri ən nüfuzlu şirkətlərin növbəti illik siyahısını dərc ediblər. “World Brand Lab” şirkətinə istinadən məlumatına görə, bu, artıq onlar tərəfindən hazırlanan 13-cü siyahıdır. Namizədlər 3 bənd üzrə qiymətləndiriliblər: bazar payı, brendə loyallığı və qlobal liderliyi. Siyahıya 500 şirkət daxil edilib və onlara “Apple” başçılıq edir. Daha sonra ilk onluqda “Google”, “Amazon”, “Microsoft”, “Coca-Cola”, “Facebook”, “Mercedes-Benz”, “Walmart”, “General Electric” və “McDonald’s” kimi şirkətlər qərarlaşıb. Qeyd etmək azımdır ki, siyahıda olan 500 şirkətdən 227-si ABŞ şirkətləridir. Digər ölkələrin siyahıya töhfəsi qismən təvazökardır. Misal üçün, siyahıda 41 Fransa və Böyük Britaniya şirkətlərinin adları var. Çin isə siyahıda 36 şirkətlə təmsil olunub. 500 şirkətdən 27-si siyahıya yeni daxil olunanlardır. Siyahıdakı şirkətlərin böyük əksəriyyəti – 38-i avtomobil bazarına aiddir. Onlardan 27-si isə media sənayesində çalışan şirkətlərdir.

analtik

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register