Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Smartfonlar üçün “WhatsApp” messencerini hazırlayanlar bu mobil tətbiqin bir çox köhnəlmiş qacetlərdə işləməyəcəyini bəyan ediblər. Bildirilir ki, “WhatsApp” iPhone 3GS-də, “Windows Phone 7” mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə “Android” əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

whatsapp

Samsung yeni Galaxy S8-in təqdimatına hazırlaşarkən yeni problemlə qarşılaşıb. Belə ki, bəzi istifadəçilər Galaxy S7 telefonlarının arxa kamerasının durduğu yerdə çatladığını iddia edir. Bu il Samsung Galaxy Note 7 ilə bağlı ciddi problemlər yaşadı. Amma Samsung-un tək problemi bu deyil. İndi də şirkət yeni iddia ilə qarşı-qarşıya qalıb. İstifadəçilərin bir qismi Galaxy S7 telefonlarının arxa kamerasının öz-özünə çatladığını bildirib. Apple və Samsung kimi böyük telefon istehsalçıları bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Amma bu problem Galaxy Note 7 kimi qlobal xarakter daşıdıqda, onda cihazları geri çağırmaqdan başqa çarə qalmır. Redmonpie-nin xəbərinə görə kamera çatmala xəbərləri Galaxy S7 və Galaxy S7 Edge telefon istifadəçilərinin iddiasıdır. Samsung isə bu iddialara cavab olaraq istifadənin düzgün həyata keçirilməməsindən irəli gəldiyini bildirib.

samsung-s7-kamera

Texnologiya işimizi asanlaşdırmaqla bərabər çətinlikləri də öz bərabərində gətirir. Hətta bir çox hallarda biz işimizi evdə də davam etməyə məcburuq. Bu iş freelance işlər üçün normal olsa da həm ofis, həm də evdə işini davam etdirən insanlar üçün bir qədər çətindir. Belə görünür ki, bu məsələ Fransanı da narahat etməyə başlayıb. Belə ki, İnsanların iş rejiminin çətinliyini nəzərə alan hökümət yeni bir qanun layihəsi qəbul edib. Artıq işçilər iş saatlarından sonra e-maillərə baxmaq, onlara cavab vermək məcburiyyətində deyillər. Yəni işə götürən işçiləri işdən kənarda işləməyə məcbur edə bilməz. Artıq Fransa bunu qanun şəklində təstiqləyib. Yeni qanun işçi sayı 35-dən çox olan şirkətləri əhatə edir. Amma yaxın zamanlarda yeni qanununun kiçik şirkətləri də əhatə etməsi gözlənilir. Fransa bir çox istiqamətlərdə öz vətəndaşlarının sağlam həyat tərzinə önəm verir. Belə ki, 2000-ci ildən bu yana ölkədə rəsmi çalışma saatı həftədə 35 saata qədər endirilib.

freelance-1

Çinin HTC şirkəti gələn ilin birinci rübündə ən azı üç yeni smartfon təqdim edəcək. Radio Marneulinin “ePrice” nəşrinə istinadən məlumatına görə, ehtimallara əsasən ilk olaraq yanvarın 12-də anons ediləcək X10 modeli ictimaiyyətə açıqlanacaq. İlkin məlumatlara əsasən, bu cihaz “SoC MediaTek Helio P10” platforması və 5,5 düym diaqonallı displeylə təchiz ediləcək. Növbəti belə smartfon “Ocean” kod adı altında gizlənən HTC 11 modeli olacaq. Bu cihazı fevralın 27-də başlayacaq “MWC 2017” sərgisində təqdim edə bilərlər. Mənbənin məlumatına görə, üçüncü belə cihaz hazırda “Ocean Note” adı altında olan planşetofon olacaq. Bu isə o deməkdir ki, o, yeni flaqman cihazına oxşayacaq, ancaq daha iri olacaq. Burada “One” modelini xatırlamaq olar ki, “One Max” modeli sonradan istehsalda davamlı olmadı. Təəssüf ki, yeni model barədə heç bir məlumat yoxdur.

htc

2016-cı ildə Rusiya kütləvi informasiya vasitələrində daha çox “Facebook” sosial şəbəkəsinin adı çəkilib. Radio Marneulinin “İnterfax” agentliyinə istinadən məlumatına görə, ikinci yeri “VKontakte”, üçüncü yeri isə “Twitter” tutub. Rusiya KİV-ləri “Facebook”un adını 559 min dəfə çəkiblər. 2015-ci ildə bu rəqəm 430 min təşkil edib. “VKontakte”nin adı 2015-ci ildəki 330 min dəfəyə nisbətdə 528 min dəfə çəkilib. “Twitter”in adı isə 2015-ci ildə 410 min dəfə çəkilsə də, bu il 479 min dəfə səsləndirilib. Bu barədə “SKAN-İnterfax” media təhlilin sisteminin məlumatlarında deyilir. Beləliklə, “VKontakte” və “Twitter” yeni reytinqdə yerlərini dəyişib. Dördüncü yeri “Instagram” tutur və onun adı mətbuatda 221 min dəfə çəkilib. Beşinci yerdə “YouTube” durur. Videohostinqin adı bir ildə mətbuatda 214 min dəfə çəkilib.

pro

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register