Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 3.1.2017-cı il.

1431-cü ilin 3 yanvarında Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna D Arkı ingilis kralının nümayəndəsi keşiş Koşona 10 min franka satdı.

Hüquqşünas Pyotr Ravenskiyə əsəri “Feniks”i çap etdirməyə hüquq verən sənəd verilir. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır. Bu hadisə 1491-ci ilin bu günü baş verib.

Özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur.  Onun əsas böyük xidməti “Türkçülük” və “Türk dilçiliyi” sahəsində olmuşdur və bu baxımdan misilsiz bir şəxsiyyətdir. O, 1501-ci ilin bu günü dünyasını dəyişib.

Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1748-cü ildə anadan olmuşdur. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Gəncə Rusiya qoşunları tərəfindən 1804-cü ilin bu günü işğal olunub.

3 yanvar 1868-ci ildə Yaponiyanın imperator şurasının iclasında imperator hakimiyyətinin bərpası haqqında manifest qəbul edilir. Sasuma və Tyoysyunun qoşunları Kiotodakı imperator sarayını tutur və Meydzi imperator hakimiyyətinin bərpasını elan edirlər.

1888-ci ilin 3 yanvarında Vaşinqtonda M.Stoun adlı bir nəfər kokteyl üçün çubuq patentləşdirir. Ona qədər o kağızdan hazırlanırdı.

1924-cı ilin bu günü Tutanhamonın qəbri tapılandan sonra ingilis ekspediyası onun qızıl tabutda mumiyalanmış cəsədini tapır.

1934-cü ilin bu günü SSRİ-də təyyarələrin radiolokasiya ilə yerinin müəyyənləşdirilməsi üçün uğurlu sınaq keçiridi.

3 iyun 1993-cü ildə Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanmışdı.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register