Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Facebook-da istifadəçilərin məlumatlarını təhlükəyə məruz qoyan yeni sistem boşluğu aşkar edilib. Sözügedən sistem boşluğunu amerikalı proqramçı Tommi DeVoss aşkar edib. Onun sözlərinə görə, bu sistem boşluğu vasitəsilə istifadəçilərin mail ünvanlarını öyrənmək olar. Bu halda mütəxəssis istifadəçilərin müxtəlif mövzularda bir araya gəldikləri Groups funksiyasını nəzərdə tutur. Məlumdur ki, bu cür gizli qruplarda etibarlı məxfilik ayarları olur. Lakin buna baxmayaraq qrupun administratoru istənilən istifadəçinin şəxsi məlumatlarını əldə edə bilər. Sistem çox sadədir. Facebook-a mobil cihazdan daxil olan zaman istifadəçi istər-istəməz özü haqqındakı məlumatların öyrənilməsini təmin edir. Bu zaman isə istifadəçinin elektron poçt ünvanı haqqında məlumatların olduğu URL səhifəyə keçid olunur.

facebook

Təqdim olunmuş smartfonlar, şirkətin keçmiş flaqman cihazlarının dizaynlarını özlərində birləşdiriblər. Yeni smartfonların korpusları metal və şüşədən hazırlanmışdır və IP68 standartlı sudan qorunma xüsusiyyətinə sahibdirlər. Beləliklə cihazları 1 m dərinlikdə yarım saat ərzində suda saxlamaq olar. Galaxy A7, 5.7 inç Super AMOLED ekran, 8 nüvəli Exynos 7880, prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 3600 mAh enerji tutumlu batareya, 16 MP arxa və 16 MP ön kamera ilə təchiz olunmuşdur. Galaxy A5 modeli, 5.2 inç Super AMOLED ekrana sahibdir. Texniki göstəricilərinə görə A5, A7 ilə eynidir. Aralarında olan bir fərq isə A5-in 3000 mAh enerji tutumlu batareya sahib olmasıdır. Galaxy A3 isə 4.7 inç ekran, 8 nüvəli Exynos 7880 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş, 2350 mAh enerji tutumlu batareya, 13 MP arxa və 8 MP ön kamera ilə təchiz olunmuşdur. Hər 3 smartfon USB-C girişinə və barmaq izi skanına sahibdir. Bundan əlavə onların üçü də microSD özəlliyinə sahibdir. Sözügedən smartfonlar artıq bu ayın əvvəlindən Rusiya bazarında satılmağa başlayıb. Daha sonra smartfonlar Avropanın digər bazarlarında da təqdim olunacaq. Onların Rusiya bazarındakı qiymətlərini sizlərə təqdim edirik. Galaxy A3, 407$ qiymətinə, A5, 489$ qiymətinə, A7 isə 570$ qiymətinə satılacaq.

galacsi a7-4

Selfi artıq insanlar arasında bir adət halını alıb. Bir çoxlarımız sevincli, xoşbəxt zamanlarımızı unudulmaz etmək üçün selfi çəkirik. Amma bu hər zaman belə olmur. Məsələn, Hindistanda insanların selfi çəkməsi qadağan olunmuşdu. Səbəb isə insanların selfi çəkərkən diqqətinin dağılaraq həyatını itirməsidir. Bu dəfəki hadisə də selfi ilə əlaqədardır. 41 yaşındakı bir qadın Tailanda yerləşən Khao Yai Beynəlxalq Parkında timsahla selfi çəkdirmək istəyib. Həm qadın, həm də onun yoldaşı timsahla şəkil çəkdirmək istəyərkən timsah qadının ayağını qoparıb. Qadın bölgə xəstəxanasına çatdırılıb. Xatırladaq ki, bu ilk belə hadisə deyil. Selfi çəkmək həvəsi insanların həyatını təhlükəyə atmağa davam edir. 2015-ci ildə iki nəfər zınqırovlu ilanla selfi çəkmək istəyib və ilan da tənbəllik etməyib onları dişləyib. Yəni bu canlılar oyuncaq deyil, onların instinktləri selfini təhlükə olaraq qəbul edir. Diqqətli olun ki, çəkilən selfilər sonuncu olmasın.

elfi1

Əgər Android və iOS-un köhnə versiyalarının istifadəçisisinizsə, yeni ildə WhatsApp xaricində fərqli bir mesajlaşma tətbiqi istifadə etməli olacaqsınız; beləki şirkət, əməliyyat sistemlərinin bir çox köhnə versiyalarına dəstək verməyi saxladı. Yeni ilə təəssüf ki bir çoxunuzun xoşuna getməyəcək bir xəbərlə giriş edirik:  WhatsApp, Android və iOS əməliyyat sistemlərinin bəzi versiyalarına dəstək verməyi saxladı. Android 2.2 Froyo və daha köhnə versiyalar, iOS 6 və daha köhnə versiyalar və Windows Phone 7 və daha köhnə versiyalara sahib ağıllı telefonlarda bundan sonra WhatsApp istifadə edilə bilməyəcəksiniz. Bunlar əslində çox köhnə versiyalardır – məsələn Android 2.2, 2010-cu ildə bazara daxil olub-, lakin hələ də bir çox insan, yeni versiyaya yüksəldilə bilinməyən telefonlar istifadə etməyə davam edirlər. Bu səbəbdən kifayət qədər istifadəçi kütləsi artıq WhatsApp-dan faydalana bilməyəcək. İndi “bu versiyaları hələ də neçə nəfər istifadə edir ki?” deyə düşünə bilərsiniz, cavabı isə belədir. Android 2.2, bazardakı bütün Android cihazlarının 0.1%-ini əhatə edir. Sentyabr 2015-dən etibarən 1.4 milyard aktiv Android cihazın olduğu açıqlanmışdı (ki bu say hazırda 1.7 milyarda qədər artıb), bu da təxminən 1.4 milyon cihazın hələ Android 2.2 versiyasını istifadə etdiyi mənasını verir. iPhone istifadəçiləri: WhatsApp, 2009-da bazara daxil olan ikinci nəsil iPhone 3GS-ə dəstək verməyi saxlayır. Daha da vacibi, iOS 6 ilə işləyən hər hansı bir cihaz da mesajlaşma platformasından faydalana bilməyəcək. Bu da əməliyyat sistemi yeni versiyasına yüksəldilməmiş bəzi iPhone 4, 4S ya da 5-ləri əhatə edəcək. Windows Phone istifadəçiləri: Windows Phone 7, Oktyabr 2010-da bazara təqdim edilmişdi və Microsoft, 2014-cü ildə bu əməliyyat sisteminə dəstək verməyi kəsmişdi. WhatsApp-ın da bu səbəbdən dəstəyini kəsdiyini deyə bilərik. Əgər aranızda hələ də Windows Phone 7 istifadə edənlər varsa, ən qısa müddətdə yeni əməliyyat sistemi versiyasına keçməsini məsləhət görürük.

whatsapp

Facebook-da, istifadəçilərin məlumatlarını təhlükəyə qoyan yeni sistem boşluğu aşkar edilib. Sözügedən sistem boşluğunu amerikalı proqramçı Tommy DeVoss aşkar edib. Onun sözlərinə görə bu sistem boşluğu vasitəsilə istifadəçilərin mail ünvanlarını öyrənmək olar. Bu halda mütəxəssis, istifadəçilərin müxtəlif mövzularda bir araya gəldikləri Groups funksiyasını nəzərdə tutur. Məlumdur ki, bu cür gizli qruplarda etibarlı məxfilik ayarları olur. Lakin buna baxmayaraq qrupun administratoru istənilən istifadəçinin şəxsi məlumatlarını əldə edə bilər. Sistem çox sadədir. Facebook-a mobil cihazdan daxil olan zaman istifadəçi istər-istəməz özü haqqındakı məlumatların öyrənilməsini təmin edir. Bu zaman isə istifadəçinin elektron poçt ünvanı haqqında məlumatların olduğu URL səhifəyə keçid olunur.

face

Bəzən dəyərləndirmədiyimiz təkliflər bizim gələcəyimiz üçün böyük prespektivlərin geridə qalmasına səbəb olur. Çünki zaman keçdikcə bizim üçün vacib xarakter daşımayan işlər daha dəyərli hala gəlir. Bu dəfə ki, məqaləmiz Facebook sayəsində milyoner olan David Choe haqqındadır. Tanımayanlar üçün bildirək ki, David Choe amerikalı rəssamdır. Yeddi il əvvəl, David, Kaliforniyaya Facebook-un ofisini dizayn etmək üçün təklif alıb. Onun işini dizayn deyil, daha çox divar rəsmləri (qrafika) adlandırmaq daha düzgün olar. O zamanlar Facebook yeni qurulduğu üçün maliyyə vəziyyəti o qədər yüksək səviyyədə deyildi. Ona görə də Facebook-un həmin vaxtlar başçısı olan Sean Parker rəssama işinin qarşlığında bir neçə min dollar və ya şirkət hissələrini təklif edib. David həmin vaxt bunun “gülünc yatırım” olduğunu düşünsə də təkliflə razılaşıb. Qeyd edək ki, işinin müqabilində Davidə 0.2% hissə payı təklif olunmuşdu. Hal-hazırda isə David bu təkliflə razılaşdığı üçün çox xoşbəxtdir, çünki bunun sayəsində rəssam ildə 200 milyon dollar pul qazanır. Nə demək olar bəlkə də o adi rəssam olaraq həyatını davam etdirsə idi bu pulun yarısını da qazana bilməzdi.

david-choe-painting

Telegram heç bir xəbərdarlıq etmədən öz dəstəyini Android platforması üzərindən çəkib. Telegram tətbiqi ölkəmizdə bir çox istifadəçilər tərəfindən geniş istifadə olunan platformalardan biridir. Amma artıq bəzi Android istifadəçiləri bu məsajlaşma vasitəsindən istifadə edə bilməyəcək. Çünki Telegram Android 2.2, Android 2.3 və Android 3.0 versiyalarından dəstəyini çəkib. Bundan sonra Telegram istifadə etmək istəyən Android istifadəçiləri ən azından Android 4.0 İce Cream Sandwich-ə sahib olmalıdırlar. Telegram nümayəndələrinin verdiyi məlumata görə bu platformanın aylıq istifadəçi sayı 100 milyon təşkil edir. Bundan əlavə hər gün 350.000 yeni istifadəçi tətbiqin istifadəçisinə çevrilir. Platformadan istifadə edən Android istifadəçiləri təqribən 14% təşkil edir. Android 2.2, Android 2.3 və Android 3.0 versiyası isə ümumilikdə 19 milyon 600 min cihazda istifadə olunur. Telegram nümayəndələri mövzu ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib. Telegramın belə bir addım atmasının səbəbi sistemi daha irəli səviyyədə inkişaf etdirməklə əlaqədar ola bilər.

telegram-app

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub. Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace 2”-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. Bu barədə  “Azərkosmos” ASC-dən məlumat verilib. İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub. ASC-nin məlumatına görə, ikinci geostasionar peyk “Azerspace 1”-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək. Qeyd edək ki, “Azerspace 1” 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

azerisat

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register