Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 4.1.2017-cı il.

1493-cü ilin 4 yanvarında Xristofor Kolumb gəmi karvanı ilə ilk dəfə Amerikadan Avropaya səfər edib.

İngilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu, teoloqu, fəlsəfəçisi və kimyaçı alim İsaak Nyuton 1643-cü ilin bu günü anadan olub. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın başverməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir.

Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1748-cü ildə anadan olmuşdur. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

4 yanvar 1920-ci ilin Aleksandr Kolçak “Rusiyanın Ali Hökmdarı” titulundan və “Ali Baş Komandan” rütbəsindən məhrum edilib.

1923-ci ilin bu günü «Pravda» qəzetində Vladimir Lenininin “Gündəlikdən səhifələr” adlı yazısı çap edilib. Orada o savadsızlıqla mübarizəni gücləndirməyə çağırıb.

Azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir. O, 4 yanvar 1932-ci ildə dünyasını dəyişmişdir.

Amerika jurnalı «Taym» 1943-cü ilin bu günü İosif Stalini 1942-ci ilin İlin adamı elan edib.

4 yanvar 1955-ci ildə Sov.İKP MK «V.İ.Leninin xatirəsi haqqında» qərar qəbul edilib. Orada qeyd edilib ki, «məqsədə uyğundur ki, V.İ.Leninin xatirə günü onun vəfat günündə deyil, ad günündə – 22 apreldə qeid edilsin ki, nisgil və kədər yığılmasın».

SSRİ-nin “Luna-1” aparatı Ay ətrafına çatan ilk kosmik aparat olub. Bu hadisə 1959-cu ilin bu günü baş verib.

İspaniya və Mərakeş arasında çoxillik danışıqlardan sonra 1969-cu ilin 4 yanvarında İfni əyaləti Mərakeşə qaytarılıb.

2004-cü ilin bu günü Mixail Saakaşvili Gürcüstannın prezidenti seçilib.

4 yanvar 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərində inşa edilən və dünyanın ən böyük göydələni sayılan Bürc Xəlifənin rəsmi açılışı olmuşdur.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register