Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Facebook” “Messenger” xidməti üçün yeni bir xüsusiyyəti təqdim edib. Facebook hər keçən gün yeniliklər etməkdə davam edir. Bu yeniliyin digərləri ilə müqayisədə daha çox diqqət çəkməsi gözlənilir. Facebook artıq uzun müddətdən bəri qrup video söhbətləri üzərində işlər aparmaqda idi. Bu yenilik sayəsində 50 adam eyni zamanda video danışıq edə biləcək. Bu haqda məlumatı “The Verge” xeber saytı yayımlayıb. İstifadəçi bu xidmətdən çox asanlıqla yararlana biləcək. Bunun üçün qrup söhbətinə daxil olaraq, ekrandakı kamera işarəsinə klik edərək video söhbətə qoşula bilər. Bu arada həmin anda digər istifadəçilər də bir-birlərini görə bilirlər. Bu yeniliyin bir digər maraqlı tərəfi isə tətbiq sadəcə 6 nəfərin ekranda videosuna icazə verməsidir. Bir digər tərəfdən 6 nəfər eyni anda danışarsa, onda ekrana yalnız səsi ən yüksək olan şəxsin səsi ötürülür. Əslində Messenger üçün bu yenilik bir qədər geçikmiş hesab oluna bilər. Belə ki, Google Hangouts və Microsoft Skype belə qrup video söhbəti üçün 10 nəfər limit təyin etmişdi. Messenger-ə isə belə qrup danışığı təqribən aprel ayında təqdim olunmuşdu. Həmçinin burda yalnız bir-bir danışıq mümkün idi. Bundan əlavə “Facebook”-un ən böyük rəqibi “Snapchat” video zəngləri bu il yayımlamışdı. Facebook-un tərkibində yer alan “WhatsApp” isə keçən ay bu yeniliyi istifadəçilərə təqdim etdi. Verilən məlumata görə istifadəçilər həmçinin video və audio istifadəsi zamanı yazı, stiker və digər animasiyalardan istifadə edə biləcəklər. Artıq yayımlanan yeniliyin qısa zamanda bütün dünyada aktiv hala gəlməsi gözlənilir. Doğrusu, bu qədər şəxsin eyni anda necə video söhbət aparması hər kəs üçün maraqlıdır. Yenilənmə istifadə olunmağa başladıqda bunun haqda fikir bildirmək mümkün olacaq.
“Google” şirkətinin elektron poçt xidməti olan “Gmail” ilə bağlı təhlükəsizlik açığı aşkar olunub. Pakistanlı bir xakkerin texnologiya nəhəngi “Google”dan belə bir “açıq” tutması hər kəsi təəccübləndirib. Hakker bildirib ki, bu elə bir səhvdir ki, bununla bir çox şəxsin hesabına sızmaq mümkün olar. Təhlükəsizlik açığının detalları da olduqca maraqlıdır. Belə ki, “Google” eyni istifadəçiyə aid olduğu hesab etdiyi hesabları ortaq hesablar kimi qəbul edir və hesabları bir-birinə bağlayır. Əgər hesablardan biri zaman aşımına uğradısa (3 ay) , eyni adla hesab açıb digər hesabın məlumatlarını əldə etmək mümkün olur. Qeyd edək ki, artıq hakker bunu “Google” şirkətinə bildirib və buna görə şirkətədən yüksək məbləğdə mükafat alıb.
Telefon gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Ancaq bununla belə, hələ də bir çoxlarımız telefondan düzgün istifadə qaydalarını bilmirik. Söhbət telefondan düzgün istifadə olunub-olunmamasından gedir. Həyatımızın bir parçasına çevrilmiş telefonlardan yanlış istifadə həm bu cihazın ömrünü qısaldır, həm də onun özünü potensial təhlükəyə çevirir. Telefondan günün bir çox saatlarında istifadə edilsə də, hələ də bir sıra səhvlərə yol verilir. Əsasən də telefon uzun müddət, xüsusilə də gecə boyu enerjidə saxlanılır. Halbuki, bu, akkumulyatoru tez sıradan çıxardan amildir. Enerjinin tez bitməməsi üçün digər məqamlara da diqqət etmək lazımdır. Telefon yandırılıb-söndürülərkən çıxan səsin qapalı rejimdə saxlanılması da enerjinin qorunmasını təmin edir. Həmçinin vay-fay və blutuz kimi proqramların da istifadə edilmədiyi müddətdə bağlı qalması tövsiyyə olunur. Akkumulyatorun uzunömürlülüyünü təmin etmək üçün həftədə ən az 1 dəfə müəyyən müddətə telefonu söndürmək lazımdır. Telefonu digər risklərdən qorumaq üçün yüklənilən proqramlara və onların mənbələrinə də diqqət etmək lazımdır. Havanın tempraturu müsbət 30 dərəcədən yuxarı və mənfi 20 dərəcədən aşağıdırsa, smartfonu ümumiyyətlə cibdən çıxarmaq olmaz. Çünki smartfonlar bu hava şəraiti üçün nəzərdə tutulmayıb.
“Facebook” sosial şəbəkəsi İtaliyanın Bolonya şəhərinin rəmzi sayılan “Neptun” heykəlinin şəklini həddindən artıq açıq-saçıq hesab edərək ona qadağa qoyub. Bu barədə “The Guardian” yazıb. Bürünc heykəl 1560-cı ildə Roma papası IV Piyanın sifarişi ilə heykəltəraş Cambolonya tərəfindən hazırlanıb. O, dörd əsrdən artıqdır ki, Bolonya şəhərinin mərkəzi meydanlarından birinin fontanını bəzəyir. Heykəlin fotosu sənətşünas Eliza Barbari tərəfindən paylaşılıb, lakin sosial şəbəkə şəkildə seksual məna taparaq onu səhifədən silib. Etiraz dalğasından sonra sosial şəbəkə nümayəndəsi səhvini etiraf edərək üzr istəyib. Eliza Barbari sonda həmin heykəli öz səhifəsində “Neptuna hə, senzuraya yox!” altyazısı ilə yenidən paylaşıb.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments