Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 5.1.2017-cı il. 

Dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. “Həqiqi” təxəllüsü ilə Azərbaycanca şeirlər yazmışdır.

İngilis mühəndis Ceyms Uatt buxar maşınını 5 yanvar 1769-cu ildə patentləşdirib.

1809-cu ilin bu günü Türkiyə ilə İngiltərə arasında müharibə Sultaniyə sülhü ilə başa çatıb.

Tarix elmləri doktoru , AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur.

5 yanvar 1929-cu ildə Yuqoslaviyada diktatura rejimi bərqərar olub.

1930-cu ilin bu günü ÜİK(b)P MK “Kollektivləşmənin templəri və dövlətin kolxoz quruculuğuna kömək tədbirləri haqqında” qərar verib. Bu tarix keçmiş SSRİ-də kütləvi kollektivləşmənin başlanğıcı hesab olunur. Qərara əsasən SSRİ-də kollektivləşmə beşilliyin sonunadək (1932) başa çatmalı idi. Qafqaz üçün isə son tarix olaraq 1930-cu ilin payızı müəyyən edilib.

İlk sovet ekspedisiyası 5 yanvar 1959-cu ildə Antarktidaya çatıb.

Aleksandr Dubçekin 1968-cu ilin bu günü Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Praqa baharı adlı siyasi proses başlanmışdır.

SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb. Bu hadisə 1969-cu ilin 5 yanvarında baş vermişdir.

5 yanvar 1989-cu ildə ABŞ hərbi təyyarələri Liviyaya məxsus iki MİQ təyyarəsini vurub.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register