Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Nielsen” analitik şirkəti smartfonlar üçün ən populyar proqramların reytinqini dərc edib. 2016-cı ilə 10 ən populyar mobil proqramdan 8-i “Facebook” və “Google” şirkətlərinə məxsus olub. Aylıq 146 milyondan çox unikal istifadəçi auditoriyasına malik “Facebook”un rəsmi tətbiqi ilk pillədə qərarlaşıb. Təxminən 130 milyon unikal istifadəçiyə malik “Facebook Messenger” ikinci yeri tutub. 114 milyon istifadəçi auditoriyasına malik “YouTube” ilk üçlükdə qərarlaşıb. “Facebook” və “Google”a məxsus mobil tətbiqlərin populyarlığı izahediləndir, çünki “Facebook” dünyada ən populyar sosial şəbəkədir, “Google”un mobil proqramları isə “Android” smartfonlarına öncədən quraşdırılır və bir çox istifadəçilər məhz onlardan istifadə edirlər.

face

İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır. Həm sadə, həm də tünd şüşə ilə təchiz edilmiş versiyalar nəzərdə tutulub. Yeni cihaz 2017-ci ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək. Yeni “ağıllı” eynək görünüşcə adi eynək kimi görsənir. Xüsusi kamera və ekranlara malik olmayan eynəyin çərçivəsində gizlədilmiş 5 datçik insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi tətbiqə göndərilir, bundan sonra həmin məlumatlar təhlil edilərək eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Aksessuarın çəkisi 36 qramdır və akkumulyatorun şarjı qurğunun 1 həftə avtonom işləməsinə kifayətdir. Eynək “Bluetooth” vasitəsi ilə smartfona qoşulur.

eynek

ABŞ-ın “Amazon” şirkəti yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması məqsədilə hava anbarları üçün patent hüququ alıb. Bu barədə “CB Insight” tədqiqat şirkətinin mütəxəssisi “Twitter” səhifəsində məlumat verib. Patent mətninə görə, şirkət dronların da saxlanılacağı hava anbarlarının yaradılması sayəsində pilotsuz uçan aparatlarla çatdırılma vaxtını optimallaşdırmağı planlaşdırır. Anbarlar üçün baza rolunda stasionar yerləşdirilən dirijabllar çıxış edəcək ki, orada da bu və ya digər mallara tələbatın artacağı proqnozlaşdırılır. Məlumata görə, hava anbarlarında, məsələn, yaxın yaşayış məntəqələrinə operativ çatdırılma üçün tez xarab olan məhsulları və ya gündəlik tələbat mallarını saxlamaq mümkün olacaq. Dirijablları 13 700 metr hündürlükdə yerləşdirərək bir-birinə bağlamaq təklif olunur. Yerüstü anbarlar üçün nəzərdə tutulan dirijablların ölçüsünün kiçik olacağı bildirilir. Qeyd olunur ki, “Amazon” yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması sisteminin hazırlanması ilə 2013-cü ildən məşğuldur. Dronların 2,3 kiloqramadək bağlamaları sifarişdən 30 dəqiqə sonra lazımi yerə çatdıracaqları nəzərdə tutulub. Şirkət bu ilin yayında Böyük Britaniyada ilk logistika mərkəzi inşa edərək dekabrın 7-də ilk belə çatdırmanı həyata keçirib.

hava

Çinin HTC şirkəti gələn ilin birinci rübündə ən azı üç yeni smartfon təqdim edəcək. “ePrice” nəşrinə istinadən məlumatına görə, ehtimallara əsasən ilk olaraq yanvarın 12-də anons ediləcək X10 modeli ictimaiyyətə açıqlanacaq. İlkin məlumatlara əsasən, bu cihaz “SoC MediaTek Helio P10” platforması və 5,5 düym diaqonallı displeylə təchiz ediləcək. Növbəti belə smartfon “Ocean” kod adı altında gizlənən HTC 11 modeli olacaq. Bu cihazı fevralın 27-də başlayacaq “MWC 2017” sərgisində təqdim edə bilərlər. Mənbənin məlumatına görə, üçüncü belə cihaz hazırda “Ocean Note” adı altında olan planşetofon olacaq. Bu isə o deməkdir ki, o, yeni flaqman cihazına oxşayacaq, ancaq daha iri olacaq. Burada “One” modelini xatırlamaq olar ki, “One Max” modeli sonradan istehsalda davamlı olmadı. Təəssüf ki, yeni model barədə heç bir məlumat yoxdur.

htc

İqtisadçı ekspert Natiq Cəfərli 2017-ci ilin texnoloji gözləntiləri barədə yazıb. Bu barədə sosial şəbəkədə yazan ekspertin sözlərinə görə, bu ildə günəş, külək və digər bərpaolunan enerji istehsalının maya dəyəri daha da aşağı düşəcək, çünki artıq 20-dən çox ölkədə bu növ enerjinin alınması, ənənəvi mənbələrdən alınan enerjidən daha ucuzdur: “Bir neçə avtomobil şirkəti hidrogenlə işləyən yeni nəsil maşınların təqdimatını keçirəcək. Elastik və qatlanan ekranlı smartfonlar satışa çıxacaq. Elektriklə işləyən avtomobillərin yeni nəsli gələcək, bir dəfə şarj olunanda 1000 km yol qət etmək mümkün olacaq. Telefonlar üçün də yeni nəsil batareyalar gəlir, bir dəfə şarj olunanda 3-4 gün bəs edəcək. Elektrik cərəyanına birbaşa qoşulmadan şarj texnologiyası gəlir, bütün elektrik avadanlıqları wi-fi kimi, yəni havada olan dalğalarla şarj olunacaq. Yeni nəsil 3D printerlər gəlir, ümumiyyətlə, 3D printerlər evlərdə olacaq, istədiyin məişət əşyasını və detalları ev şəraitində çap etmək mümkün olacaq. Yeni təhsil metodologiyası gəlir, yanaşma və qiymətləndirmə fərqli olacaq. Uçan avtomobillərin kütləvi satışı başlayacaq, ilk sifarişlər artıq qəbul olunub. Şəhərdaxili nəqliyyatında və yükdaşımalarda “sürücüsüz” dönəm başlayır…”.

smartfon

Belarusun paytaxtı Minskdə yaşayan və çalışan süpürgəçilər, habelə şəhərin kommunal xidmət təsərrüfatının sıravi əməkdaşlarının mobil telefonları da fərqlidir. Onların arasında iPhone və ya Samsung Galaxy Note 5 sahibləri də var, adi, “düyməli”, ucuz telefon işlədənlər də. Süpürgəçilərdən fərqli olaraq, şəhər küçələrində qarı kürüyən traktorları və bu qarı daşıyan maşınları sürənlər daha bahalı mobil telefonlara üstünlük verirlər.

supurge

“Sony”, CES 2017 sırasında, Airpods-a rəqib olacaq naqilsiz qulaqlıqların ilk prototiplərini qonaqlara tanıtdı. “Apple”ın naqilsiz qulaqlıqları böyük maraq gördü amma yaxında rəqibsiz olmaq xüsusiyyətini itirəcək kimi görünür. Beləki “Sony”, CES 2017-dəki təqdimatlar sırasında, Airpods-a rəqib olacaq, iki qulağa da ayrı-ayrı taxıla bilən naqilsiz bir qulaqlıq təqdim etdi. Bazara çıxmasına hələ vaxt var. Hələki prototip mərhələsində olan naqilsiz Sonyqulaqlıqlarının 2017-nin ikinci yarısından sonra bazara çıxması gözlənilir ancaq qiymətləri haqqında hələki məlumat yoxdur. Qulaqlıqların əlavə bir də şarj stansiyası mövcuddur və istifadəçilər qulaqlıqları taxmadıqlarında bu cihaza yerləşdirib şarj edə bilirlər. Sony hələki iki ayrı rəng seçimi təqdim edib ancaq bazara çıxmaq vaxtı gəldiyində hər zövqə uyğun, fərqli rənglərdə qulaqlıq tapmağın mümkün olacağı düşünülür.

qulaq

“Nokia”nın bu il smartfon bazarına qayıtmağına artıq heç kim şübhə etmir. Brendin Malayziyadakı rəsmi distribyuteri olan “Avaxx” şirkəti bu məsələ ilə bağlı bəzi məlumatlar verib. Beləliklə Android əməliyyat sistemli Nokia smartfonlarının istehsalı ilə “Foxconn” şirkəti məşğul olacaq. Onların, bazarda inkişaf etdirilməsində isə “HMD Global” şirkəti iştirak edəcək. Distribyuter həmçinin “Nokia”nın bu il üçün olan planlarının əks olunduğu slaydı da təqdim edib. Slayddan göründüyü kimi bu ilin ikinçi rübündə məşhur brendin adı altında 6-7 ədəd Android əməliyyat sistemli smartfon satışa çıxacaq. Onların arasında həm büdcəli smartfonlar həmdə digər istehsalçıların cihazları ilə rəqabət apara biləcək flaqman smartfonlar olacaq. Bir neçə müddət bundan öncə məlumat paylaşıldı ki, şirkətin bu il üçün nəzərdə tutulmuş flaqman smartfonun adı Z2 Plus olacaq və Snapdragon 835 prosessoru əsasında çalışacaq. Qeyd etmək lazımdır ki, yeni nəsil prosessor artıq CES 2017 tədbirində rəsmi olaraq təqdim olunub.

nokia

Sensorlu ekranlar, noutbooklar üçün mütləq xüsusiyyət hesab edilmir. Lakin bəzi hallarda sensorlu ekran, touchpad və siçan istifadəsindən daha rahat olur. Əgər Windows əməliyyat sistemli noutbookların çox hissəsi sensorlu ekran xüsusiyyətini təklif edirsə, “Apple” öz kompüterlərinə hələki bu xüsusiyyəti inteqrasiya etməkdə tələsmir. Görünür artıq bu problem həll olunacaq. Belə ki, CES 2017 tədbirində istənilən noutbookun ekranını sensorlu edən AirBar adlı cihazı təqdim olunub. AirBar, noutbook ekranın aşağı hissəsinə USB giriş vasitəsilə qoşulur. Cihaz, görünməyən işıq sahəsi saçaraq istifadəçinin əl jestlərini tanıyır və onları kompüterə əmrlər şəklində ötürür. Beləliklə kompüter ekranındakı səhifələri çevirmək, fotoları yaxınlaşdırmaq, onları pozmaq və digər ənənəvi işləri görmək olar. Cihaz, 15.6, 14 və 13.3 inç ekranlı noutbooklar üçün istehsal olunacaq. Daha sonra digər noutbooklar üçün xüsusi versiyalar satışa çıxacaq. AirBar bu ilin Mart ayında 99$ qiymətinə satışa çıxacaq.

“Huawei” şirkəti CES 2017 tədbiri çərçivəsində Honor 6X modelini təqdim etdi. Yeni model, əyilmiş arxa panel hissəsinə, bir kristallı Kirin 655 prosessoruna və ikili arxa kameraya sahibdir. Smartfon, 5.5 inç FULL HD ekran (2.5D qoruyucu şüşəli), 3/4 GB RAM və 3340 mAh enerji tutumlu batareya (1.5 sutka şarjsız iş prosesi) ilə təchiz olunub. Honor 6X-in əsas özəlliyi ikili arxa kamerasıdır. Belə ki, 12 MP-lik kamera foto tərtibatına cavabdehdirsə, 2 MP-lik əlavə kamera, fotonun kəskinliyini tənzimləyir. Smartfonun əsas kamerası, obyektin üzərini 0.3 saniyəyə fokuslamağa imkan verən avtofokus özəlliyinə sahibdir. Cihaz 250$ civarında qiymətləndirilir və bugündən satışa çıxır.

huawei_honor-6x-3

Asus-un daha əvvəl ortaya çıxan virtual reallıq və artırılmış reallıq əsaslı canavarı ZenFone AR, digər Asus məhsulu ZenFone 3 Zoom ilə birlikdə nəhayət ki təqdim edildi. Asus-un dünya çərçivəsində olduqca məşhur olan ZenFone seriyasına yeni üzvlər əlavə edildi. CES 2017-də edilən xüsusi bir təqdimat ilə tanıdılan ZenFone AR və ZenFone 3 Zoom, yeni nəsil xüsusiyyətlər və vacib detalları ilə diqqət çəkir. İlk olaraq Google-un Project Tango-su ilə artırılmış reallıq və Daydream ilə də virtual reallıq dəstəyini təklif edən ZenFone AR-a nəzər yetirək: Asus ZenFone AR Xüsusiyyətləri – Asus-un olduqca maraqlı olan bu telefonu 5.7 inçlik 2K Super Amoled ekran, Qualcomm Snapdragon 821 prosessor, Adreno 530 qrafik kart, 8 GB RAM və Android 7.0 Nougat dəstəyi ilə gəlir. Kamera baxımından 23MP bir arxa kameraya sahib olan bu cihaz, dərinlik və hərəkət təyin etmək sensorlarına da sahibdir. Biraz əvvəl bildirdiyimiz kimi Google-un Project Tango işinə dəstək verən ZenFone AR, artırılmış reallıq dəstəyi təklif edə biləcəkkən, etni zamanda virtual reallıq baxımından Daydream platformasına da sahib olacaq. Asus ZenFone 3 Zoom Xüsusiyyətləri – ZenFone 3 Zoom-a gələcək olsaq 5.5 inçlik bir ekrana sahib olan bu smartfon, Snapdragon 625-dən gücünü alacaq. Əsl xüsusiyyəti kamerası olacaq olan ZenFone 3 Zoom-da isə 2 ədəd 12 MP və f/1.7 diafram açıqlığı təklif edən kamera mövcuddur. 2.3X optik zoom dəstəyi təklif edən bu kameralar 0.03 sn kimi bir müddətdə çəkiliş edə bilir. Dizayn olaraq biraz iPhone 7 Plus-ı xatırlatsa da kamera performansında 2.5 qat daha yaxşı olduğu vurğulanan ZenFone 3 Zoom, 5.000 mAh batareyası ilə də dolu-dolu bir gün vəd edəcək kimi görünür.

“LG”nin stiluslu fablet seriyası çoxdan öz vaxtını gözləyirdi. Galaxy Note 7-nin satılmadığı bir vaxtda LG Stylo 3 bəlkə də stilus dəstəkli ən layiqli cihazdır. Texniki göstəricilərinə görə LG Stylo 3, 5.7 inç HD ekran, 8 nüvəli MediaTek MT6750 prosessoru, 3 GB RAM, 16 GB daxili yaddaş, 3200 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Yeni model microSD və barmaq izi skanı özəlliklərinə sahibdir. Göründüyü kimi LG Stylo 3 flaqman cihaz deyil. Onu büdcəli smartfonlar siyahısına əlavə etmək olar. LG Stylo 3-ün satışlar üzrə bir sıra üstünlükləri var. Belə ki, Stylo seriyası heç vaxt baha qiyməti ilə seçilməyib. Həmdə insanlar bahalı Galaxy Note 7-ni əvəz edəcək digər cihaz yerinə stiluslu ucuz variant olan LG Stylo 3-ü almaq istəyəcəklər. Qeyd etmək lazımdır ki, smartfon, Android Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Təəssüf ki, onun qiyməti və satışa çıxma tarixi barədə hələki heç bir məlumat yoxdur.

lgstylo1

Yaxın bir neçə ay ərzində “Samsung” şirkəti öz yeni flaqman smartfonu Galaxy S8-i təqdim etməlidir. Bundan əlavə olaraq həmçinin onun böyük versiyası olacaq Galaxy S8 Plus da təqdim olunacaq. Məlumata əsasən hər iki modelin qıraqları əyilmiş şəkildə olacaq. Buna görə də şirkət Edge adından imtina edəcək. Həmçinin qeyd olunur ki, Galaxy seriyasının 8-ci nəsil modelləri ilk dəfə olaraq fiziki “Home’ düyməsindən məhrum olacaqlar. Onun yerinə hər iki modelin ekranı, ön paneli tamamilə əhatə edəcək. Fotoda Galaxy S8-in və ya Galaxy S8 Plus-ın olduğu dəqiq bilinmir. “Home” düyməsinin olmayacağı üçün çox güman ki, barmaq izi skanı ekranın özünə inteqrasiya ediləcək. Bundan əlavə olaraq smartfonların göz qişası skanına sahib olacaqları güman olunur. Yeni smartfonların texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Yalnız o məlumdur ki, onlar yeni nəsil 8 nüvəli Snapdragon 835 prosessorları ilə təchiz olunacaqlar. Son məlumatlara əsasən isə hər iki model bu ilin Aprel ayında – MWC 2017 tədbirində təqdim olunacaq.

samsung s8

CES 2017 tədbiri çərçivəsində “Samsung” şirkəti iki ədəd qatlana bilən Chromebook modelini təqdim etdi. Onlardan biri Chromebook Pro, digəri isə Chromebook Plus adlanır. Hər iki model stilus özəlliyini dəstəkləyir və Chrome OS əməliyyat sistemi vasitəsilə çalışır. Chromebooklar, Google Play ilə inteqrasiya olunublar və digər Android cihazlara yenilənmələr gələn zaman həmin chromebookların da bu yenilənmələrdən xəbərləri olur. Chromebook Pro, 6 nüvəli OP1 prosessoru ilə, Chromebook Plus isə Intel Core M3 6Y30 prosessoru ilə təchiz olunub. Qalan digər texniki göstəricilərinə görə hər iki model eynidir. Hər iki model, 12.3 inç ekrana, LPDDR3 standartlı 4 GB RAM-a, 32 GB daxili yaddaşa, Wi-Fi və Bluetooth modullarına, iki ədəd USB-Type C girişinə və microSD girişə sahibdir. Cihazlar 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunublar. Samsung Chromebook Plus bu ilin Fevral ayında 449$ qiymətində satışa çıxacaq. Pro versiya isə yaz fəslində satışa çıxacaq. Onun qiyməti hələki məlum deyil.

1483629854_chromebook_pro_i_chromebook_plus-

Nvidia-nın dünən CES sərgisi sırasında elan etdiyi yenilik, PC Oyunçularını çox həyəcanlandıracaq. Videokart istehsalçısı Nvidia, GeForce kartları üçün təqdim edəcəyi yenilənmə ilə GeForce istifadəçilərinin birbaşa Facebook Live üzərindən canlı yayın etməsinə şərait yaradacaq. Facebook Live, oyun videoları ilə dolacaq. Twitch və YouTube, canlı oyun videoları üçün daha məşhur bir məcra olsa da Facebook da bu sahədə adını duyurmaq istəyir və Nvidia-nı Facebook Live-a dəstək verməsi üçün razı salmışa oxşayır. Nvidia, Facebook ilə arasındakı razılaşma və tətbiqin necə işləyəcəyinə dair detallı açıqlama edilmədi amma GeForce Experince tətbiqinə gələcək yenilənmə vasitəsilə, GeForce sahibi bütün oyunçular artıq oyunlarını Facebook üzərində canlı yayınlaya biləcəklər. Ekran kartının birbaşa canlı yayım etməyə fürsət verməsi səbəbindən, oyun sevərlərin Nvidia-ya olan marağının da artması gözlənilir.

slide1_mid

Beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qlobal istifadəyə verilməsinə bir neçə il qalmasına baxmayaraq şirkətlər bu hadisəyə hazırlaşaraq çoxsaylı sınaqlar keçirirlər. Belə ki, “Intel” şirkəti “CES 2017” istehlak elektronikası sərgisi çərçivəsində bütün dünyada işləyə bilən ilk “5G” modemini təqdim edib. Yeni qurğunun “5G” şəbəkəsinin inkişafının və istifadəyə verilməsinin sürətləndirilməsinə xidmət edəcəyi bildirilir. Lakin modemin başlıca xüsusiyyəti mövcud texnologiyalarla yüksək buraxılış qabiliyyətini və az yubanmanı təmin etməsidir. “Intel” şirkətinin korporativ vitse-prezidenti Aişə Evansın sözlərinə görə, “5G” internetə maneəsiz qoşulma, massiv hesablama gücü və “bulud”da saxlanılan məlumat və analitikadan istifadə yolu ilə milyardlarla qurğunu “ağıllı” qurğuya çevirməyə imkan verəcək. “Həmçinin “5G” həyatımızı və ətrafımızda olanları dəyişəcək. Texnologiya fiziki və rəqəmli dünya arasında sərhədləri aradan qaldıraraq bizə yeni təəssürat və faydalı imkanlar təqdim edəcək”, – o qeyd edib. Məlumata görə, modem 6 QHs tezliklərindən aşağı və millimetrlik dalğalar diapazonunda işləməyə imkan verən yeni “5G” qəbuledici-ötürücü ilə təchiz edilib. Birləşməyə “3GPP 5G NR” texnologiyası daxildir ki, bu da az yubanmanı, qabaqcıl kodlaşdırma proqramlarını, daha sürətli qoşulmanı və ultrahəssaslığı təmin edir. Hazırda ABŞ istehsalçısının məqsədi əvvəlki sınaqları dəstəkləmək və “3GPP NR” spesifikasiyalı məhsulların inkişafını sürətləndirməyə imkan verən əsası yaratmaqdan ibarətdir. Bunun “3GPP 5G” standartının qlobal tətbiqinin daha da sürətləndirilməsinə xidmət edəcəyi qeyd olunur. Bildirilir ki, bu gün operatorlar qarşısında duran əsas vəzifələrdən biri istehlakçıların buraxılış qabiliyyəti və internet sürəti üçün tələbatları ilə ayaqlaşmaqdır. “Intel” şirkətinin yeni “5G” modemi istifadəçilərin tələbatlarına cavab verə bilən yeni qurğular üçün əsas yaradır. Qurğu ABŞ, Avropa, Cənubi Koreya və Yaponiya daxil olmaqla bütün dünyada “5G” şəbəkəsindən istifadəni təmin edəcək. Şirkət yeni modemin sınaq nümunələrinin istehsalına bu ilin ikinci rübündə başlamağı planlaşdırır.

intel

Kazan Federal Universiteti, London İmperiya Kolleci və Harvard Universitetindən olan alimlər optik disklərdə informasiyanın saxlama sıxlığı göstəricisini milyon dəfə artırmağa imkan verən yeni yazma və saxlama texnologiyasını hazırlayıblar. Mütəxəssislər izah edirlər ki, indi yazma sıxlığı və maksimum tutum göstəricilərinin məhdudiyyətinin əsas səbəbi fizikanın əsas qanunlarıdır. Alimlər məhz bu məhdudiyyəti aradan qaldırmaqla məşğul olublar. Kazan Federal Universitetinin mütəxəssisi Serqey Xarinsevin sözlərinə görə, məsələnin həlli tapılıb. Alimlər tərəfindən hazırlanmış yeni informasiya yazma texnologiyası kvadrat desimetrə təxminən 100 terabayt informasiya saxlanılması sıxlığına nail olmağa imkan verir ki, bu da ən tutumlu sərt disklərdə müvafiq göstəricidən 38 dəfə yüksəkdir və gələcəkdə sıxlıq kvadrat desimetrə 1 petabayta qədər artırıla bilər ki, bu da adi “DVD” diskdəki yazma sıxlığından milyon dəfə yüksəkdir.

disk

Bununla əlaqədar olaraq ölkənin kosmik sənayesinin inkişafı ilə bağlı xüsusi plan hazırlanıb. Çin qarşıdakı 10 il ərzində kosmosa müxtəlif təyinatlı təxminən 100 peyk göndərməyi planlaşdırır. Bu barədə Çin Milli Kosmik Administrasiyası məlumat yayıb. Çin 2030-cu ilədək kosmonavtika sahəsində ən inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya məqsəd qoyub. Bununla əlaqədar olaraq ölkənin kosmik sənayesinin inkişafı ilə bağlı xüsusi plan hazırlanıb.

kos

Dünyada rekord tutuma malik fləş-kart təqdim edilib. “Kingston” şirkəti 1 və ya 2 terabayt tutuma malik “DataTraveler Ultimate GT” daşıyıcısını istehsal edib. İstehsalçı iddia edir ki, bu fləş-kart dünyada ən rekord tutuma malikdir. Fləş-kartın ölçüsü bir qədər böyükdür. Qurğu 2017-ci ilin fevralında satışa çıxarılacaq. Hələ ki qiyməti açıqlanmasa da, ucuz olmayacağı güman edilir. Qurğu ən aktiv səyahətlər zamanı məlumatların bütövlüyünü qorumaq məqsədilə möhkəm metal korpusla təchiz edilib. Fləş-kart yalnız “USB 3.1” interfeysini dəstəkləyir.

flash-kart

“ZTE” şirkəti yeni möhtəşəm telefonla istifadəçilərini təəccübləndirib. Çinin telekommunikasiya avadanlığı və smartfonların istehsalında ən məşhur və iri sayılan “ZTE” şirkəti yeni möhtəşəm telefonla istifadəçilərini təəccübləndirib. Bu barədə “Sina” agentliyi yazıb. Yeni smartfon insanların həyatını daha da rahat edəcək, çünki bu telefon xüsusi texnologiya sayəsində gözün hərəkətinə reaksiya verir. İstifadəçi təkçə göz işarələrilə menyuya daxil olaraq faylları, şəkilləri və yazıları istənilən tərəfə çəkə bilər. Bundan əlavə, gələn zənglərə də göz işarəsilə cavab vermək mümkündür. Qeyd edək ki, “ZTE” şirkəti cari ilin sentyabr ayında bu smartfonların kütləvi istehsalına  başlayacaq.

zte

Populyar “Telegram” əlavəsi özünün proqram təminatının funksionallığını genişləndirərək, komandaların ilkin siyahısına göndərilmiş məlumatları silmək imkanını əlavə edib. “vladtime.ru” saytına istinadən məlumatına görə, məlumatlar nəinki göndərən istifadəçidə, həmçinin alan istifadəçidə də itəcək. Bu cür yenilik proqramın 3,16 versiyasında olacaq və belə üstünlükdən yararlanmaq istəyən istifadəçilər üçün ilk əvvəl proqramı yeniləmək gərəkdir. Silmək düyməsindən məlumatın göndərildiyi andan ilk iki sutka ərzində istifadə etmək mümkün olacaq. Sonrakı mərhələdə arzuolunmaz kontenti silmək mümkün olmayacaq. Bu faydalı seçimdən başqa, “Telegram” messenceri yazışmanın sonuna qayıdılması düyməsinə malik olacaq. Artıq bütün internet trafikinə Wi-Fi şəbəkəsi vasitəsilə nəzarət etmək imkanı da olacaq.

telegram

LG texnoloji şirkəti ictimaiyyətə özünün yeni ultranazik televizorunu təqdim edib. Cihazın eni 2,57 millimetrdən artıq deyil. LG nümayəndələri əmin edir ki, cihazı bir neçə maqnitdən istifadə edərək divar kağızı kimi divardan azmaq olar. Televizorun diaqonalı 65 düym, qalınlığı isə 2,57 millimetr təşkil edir. Cihazın kabel üçün cəmi bir dəliyi var ki, buna da gələcəkdə cihazlar qoşmaq mümkündür. Həmçinin cihaz HDR texnologiyalar və 4K genişlənməni dəstəkləyən displeylə də təchiz edilib. Tərtibatçılar qeyd edir ki, televizor 2016-cı ildə istehsal olunan daha əvvəlki modelindən 25 faiz daha işıqlıdır.

televizor

Belarusun MTC və “Velcom” mobil operatorları Yeni il gecəsi göndərilən təbriklər və zənglər haqqında məlumatlarını açıqlayıb. Şirkətlərin məlumatlarına əsasən, Belarus sakinləri 2016-cı ilin dekabrın 31-də və 2017-ci ilin yanvarın 1-də ümumilikdə 388 milyon dəqiqə telefonla danışıblar. Burada MTC və “Velcom” abunəçiləri eyni dəqiqə telefonla danışıblar. Bu vaxtı illərə çevirsən, bu, təxmini 700 il vaxt edəcək. Məlum olub ki, Yeni ilin iki günündə beloruslar 42 milyondan artıq SMS məlumatlar göndəriblər. Operatorların məlumatına görə, yanvarın 1-də saat 00:00-dan sonra, ilk saatda milyon yarımdan çox mətn məlumatı göndərilib. Belarus sakinləri hər saniyə 400-dən artıq SMS göndəriblər.

mobil_telefon

Tayvanın HTC şirkəti “Vive 2” ikinci nəsil virtual reallıq dəbilqəsinin tərtibatını təsdiqləyib. Belə bir məlumatı yanvarın 4-də qərbin tematik KİV-ləri məlumat yayıb. Əldə olunan məlumata görə, yeni dəbilqənin əsas xüsusiyyətlərindən biri onun masaüstü kompüterlərlə simsiz sinxronlaşdırması və vizuallığının daha da yaxşılaşdırılması olacaq. İnternet texnologiya bazarı mütəxəssislərinin sözlərinə görə, smartfon tərtibatının zərərli istiqamətlərindən fərqli olaraq, “Vive VR” HTC şirkətinin bu seqmentdə ən yaxşı cihaz hesab olunan ilk virtual reallıq dəbilqəsi olacaq. Cihazın bazara çıxarıldığı andan bu yana 6 ay ərzində satış həcmləri 1,5 milyon nüsxəni keçib. Cihazın uğuru HTC şirkətinə onun qiymətini 699 dollara qədər azaltmağa imkan verib.

htc ey

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register