Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 6.1.2017-cı il. 

Fransanın milli qəhrəmanı Janna d’Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Yüzillik müharibə dövründə fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsində iştirak etmiş və mübarizlik simvoluna çevrilmişdir.

1810-cu ilin bu günü İstanbul sülh sazişi imzalanıb. Sazişə əsasən Osmanlı dövləti Krımı Rus İmperiyasına verib.

Samuel Morze 1838-ci ilin 6 yanvarında teleqrafı təqdim edib.

Genetikanın əsasını qoymuşdur alman alim Qreqor İohan Mendel 1884-cü ilin 6 yanvarında dünyasını dəyişmişdir.

Alman riyaziyyatçı, Çoxluqlar nəzəriyyəsinin banisi Georq Kantor 1918-ci ilin bu günü dünyasını dəyişib.

SSRİ-də 1918-ci ilin bu günü ÜMİK Müəssisələr məclisinin buraxılması haqqında dekret qəbul etmişdir.

1926-ci ilin bu günü Almaniyanın Lufthansa şirkəti təsis edilib.

6 yanvar 1930-cu ildə Stalinin fərmanı ilə SSRİ-də fərdi təsərrüfat sistemi ləğv edilib. Eyni zamanda “Yeni İqtisadi Siyasət” dövrünün sona çatdığı da elan olunub.

Türkiyədə “Milliyet” qəzeti 6 yanvar 1935-ci ildə nəşrə başlayıb.

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir. O, 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.

1967-ci ilin bu günü Vyetnam müharibəsi başlayıb

6 yanvar 1992-ci ildə Azərbaycan torpaqlarının işğalı hesabına qondarma “Dağlıq-Qarabağ Respublikası”nın yaradıldığı elan edilmişdir.

2005-ci ilin 6 yanvarında Bakı şəhərində Kamil Əliyevin yaratdığı şəxsi xalça muzeyinin açılış mərasimi keçirilib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register