Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 9.1.2017-cı il.

Türkiyə və Rusiya arasında Yassı sülh sazişi 1792-ci ilin 9 yanvarında imzalanıb.

II Respublikanın prezidenti, fransızların ilk prezidenti və II Fransa Impeiyasının ilk və fransızların III imperatoru olmuş III Napoleon 9 yanvar 1873-cü ildə dünyasını dəyişmişdir. İmperator I Napoleonun qardaşı oğlu olmuşdur.

9 yanvar 1905-ci ildə Peterburqda “Qanlı bazar günü”. Hökumət qüvvələrinin dinc nümayişçiləri atəşə tutması nəticəsində 130 nəfər həlak olmuş və 300 nəfər yaralanmışdır.

1919-cu ilin bu günü İstanbulda Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri müşaverel məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi İranla birləşməyi məsləhət görüb.

9 yanvar 1939-cu ildə Fransium radioaktiv elementi alınıb.

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı 9 yanvar 1951-ci ildə rəsmi mərasimlə açılıb.

1960-ci ilin bu günü Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışmışdır.

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Serbiya Respublikası müstəqilliyini9 yanvar 1992-ci ildə elan edib.

1996-cı ilin bu günü Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb.

9 yanvar 2005-ci ildə Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib.

Azərbaycanın xalq şairi, ictimai xadim, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuş Zəlimxan Yaqub  2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register