Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Hər il Las-Veqasda keçirilən CES texnoloji sərgisi çərçivəsində “Razer” şirkətinin istehsalı olan “Project Valerie” noutbukunun prototipi oğurlanıb. Bu oğurluq barədə “Eazer” şirkətinin rəhbəri Min-Lyan Tan özünün “Facebook” səhifəsində yazıb. Ancaq o, stenddən məhz nəyin oğurlandığı barədə dəqiq heç nə deməyib. Lakin məlumdur ki, şirkət CES sərgisində özünün üç ekranlı noutbukunu və “Project Ariana” proyektorunu nümayiş etdirib. “Biz bütün lazımi dəlillərimizi təqdim etmişik və hazırda vəziyyətin həlli üçün sərgi rəhbərliyi, həmçinin hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik”, – deyə Tan bildirib. Bundan öncə isə bildirilib ki, CES-2017 sərgisində süni intellektə malik gələcəyin avtomobili təqdim olunub.
CES 2017 sərgisi zamanı molekulyar ötürücülü ilk smartfon təqdim edilib. Changhong H2 adlı smartfon əsl dərmanları, zinət əşyalarını və digər obyektləri, onların daxili quruluşuna görə saxta versiyalarından ayıra bilir. Smartfon, molekulyar ötürücünün bazasında hazırlanmış skaner ilə təchiz olunmuşdur. O isə öz növbəsində infraqırmızı spektroskopiya əsasında çalışır. Hər-hansı bir əşyaya işıq şüasını yönləndirən zaman ötürücü əşyanın materialının spektrini əldə edir. Beləliklə materialın tərkibini molekulyar səviyyədə öyrənmək mümkündür. Smartfonun işlənmə sahəsi genişdir. Faktiki olaraq o, materialların dadlarını hiss edərək onların arasında saxta olanları ayıra bilir. Smartfondan istifadə edərək mağazalardakı ərzaqların tərkibini öyrənmək olar. Əgər ərzaqlar xüsusi qablaşdırılmada olsalar belə bu mümkündür. İstehsalçılar, smartfon vasitəsilə meyvələri skan edib onların arasında ən yaxşılarını (tərkibində nitrat olmayan) seçməyi məsləhət görürlər. Bundan əlavə olaraq cihaz, orqanizmdə olan yağın miqdarını da ölçə bilir. Bu funksiya isə idmançılar və çəki atmaq istəyənlər üçün aktualdır. Smartfon üçün artıq bir neçə tətbiq də hazırlanıb. Dərmanların, ərzaqların və dəyərli metalların identifikasiyası üçün tətbiqləri misal gətirmək olar. Changhong H2 bu ilin əvvəlində Çində satışa çıxacaq. Daha sonra smartfon digər ölkələrdə də satışa çıxacaq. Onun güman olunan qiyməti 400$ olacaq.
“iOS” üçün istifadəyə verilən “Samsung Gear S” adlı tətbiq, artıq Gear S3-ün və Gear S2-in iPhone-lar ilə işləməsini təmin edəcək. “Samsung”-un bir çox istifadəçisi tərəfindən bəyənilən ağıllı saatı Gear S3 üçün iOS dəstəyinin yaxın bir zamanda gələcəyini bildirmişdik. iPhone istifadəçilərini daha çox gözlətmək istəməyən Samsung, rəsmi olaraq istifadəyə verdiyi yeni tətbiqi ilə Gear S3, Gear S2 və Gear Fit 2 növlərinin istifadəsi iPhone-da artıq mümkündür. iPhone 5 və daha üst modellərində istifadəsi mümkün olacaq ağıllı saatlar, bu cihazlarda istifadə olunmaq üçün iOS 9.0 və daha üst əməliyyat sistemi tələb edir. Android tərəfindən 4.4 Kitkat və daha üst növlərini dəstəkləyən tətbiqin əvvəlki cihazlarıda dəstəkləməsi sevindirici xəbərdir. Ağıllı saatların iOS cihazları ilə işləməsini təmin edən Gear S tətbiqi ilə müxtəlif tətbiqlər yükləyə bilər, burada sizə gələn bildirimləri, sağlamlıq və s. məlumatlarınızı görə bilərsiniz. Hələki Android cihazlara nisbətən daha az istifadə imkanı təqdim edən bu tətbiqin gələcək günlərdə daha çox xüsussiyət əldə edərək “icon X” kimi naqilsiz qulaqcıqların da dəstəklənməsi gözlənilir, amma hələki belə bir tətbiqin gəlib gəlməyəcəyi məlum deyil.
Çində yaşayan bir qadın, hovuzda telefonu ilə maraqlanarkən uşağının boğulduğunun fərqinə varmadı. İnterneti, texnologiyanı hamımız çox sevirik; lakin bunun da bir sərhəddi olması gərəkdiyinin hər birimiz bilməliyik. Aşağıdakı video, zənnimcə bu sərhəddi keçdiyimizi sübut edən ən dəqiq nümunələrin bəlkə də birincisidir. Çində uşağıyla birlikdə hovuza girən bir ana, əlindəki telefonu ilə maraqlandığı sırada uşağını adəta unudur və boğulduğunun fərqinə belə varmır. Uşağın dünyasını dəyişdiyi bildirilən bu hadisədə ən vacib nöqtə, telefonla danışmağı uşağının təhlükəsizlikdə olub-olmamasınıdan üstün tutan ananın vecsizliyidir. Videonun sonuna doğru ana, uşağının olduğu sahədən tərs istiqamətə doğru yeriməyə davam edir.
Məlumatların bulud servislərdə saxlanılmasında sözsüz ki, müsbət cəhətlər var. Lakin bulud servislərin əsas problemlərindən biri odur ki, istifadəçilər öz məlumatlarını heç cür idarə etmirlər. Serverdə ola biləcək istənilən nasazlıq və ya hackerlərin hücumu, istifadəçinin məlumatlarının itməsinə səbəb ola bilər. Bulud servislərin əlverişliyi və təhlükəsizliyi ilə “Fasetto” şirkəti məşğul olub. Belə ki, şirkət, CES 2017 sərgisində Link adlı kiçik bulud servis cihazını təqdim edib. İstifadəçi, sözügedən cihazı hər zaman yanında gəzdirə bilər və ona qoşulmaq üçün naqilə ehtiyac yoxdur. Cihazın daxilində “Samsung”un 2 TB-lıq yaddaş həcmi və 8 nüvəli Exynos 7420 prosessoru yerləşir. Link-in korpusu xarici zədələnmələrdən, ekstremal temperaturdan və atmosfer dəyişikliklərindən qorunur. O hətta paltaryuyan maşında yuyulmaya belə tab gətirməyə qadirdir. Link-in daxilindəki məlumatlara daxilolma, istənilən digər cihaz və platformadan, Wi-Fi, mobil şəbəkə, Bluetooth və USB Type-C girişi vasitəsilə həyata keçirilir. Xüsusi proqram təminatı sayasində istifadəçi öz məlumatlarını qorumaq üçün giriş hüquqlarını və şifrələməni öz istədiyi kimi ayarlaya bilər. 2 TB-lıq versiya, 1150$ qiymətinıə satılacaq. Lakin istifadəçilər üçün 256 GB-lıq versiya da təqdim olunacaq. Onun qiyməti isə 349$ təşkil edəcək. Cihazın daxilindəki LTE modula görə ayrıca 150$ ödəmək lazım gələcək.
“Kingston Digital” şirkəti ən böyük yaddaş həcmli flash kartları anons edib. Söhbət 1-2 TB-lıq flash kartlardan gedir. Yeni flash kart seriyası, Kingston DataTraveler Ultimate Generation Terabyte (GT) adlanacaq. Adi flash kartlardan fərqli olaraq yeni flash kart modellərinin ölçüsü daha böyük olacaq. Hər-halda bu cür flash kart istənilən HDD-dən daha kiçikdir. 2 TB-lıq flash karta nə qədər fayl yerləşdirmək olar? Təqribi olaraq 34000 saatlıq MP3 formatlı musiqi, 80 günlük video, 620000 foto və yüksək keyfiyyətli 1000 film. Şirkətin məlumatına əsasən flash kartlara 70 saatlıq 4K video yazmaq mümkün olacaq. Təbii ki, müasir sərt disklər 16 TB-lıq göstəriciyə çatıblar. Lakin flash kartlar üçün sözügedən göstərici heçdə pis deyil. Yeni flash kart modelləri gələn ay satışa çıxacaq. Onların qiymətləri hələki bilinməsə də baha olacaqları dəqiqdir.
Keçən ilin sonunda Çinin TENAA adlı təşkilatında çoxlarının gözlədiyi Xiaomi Redmi Note 4X modeli sertifikatlaşdırmadan keçmişdi. Yeni model, Redmi Note 4-ün təkmilləşdirilmiş versiyasıdır. CES 2017 sərgisində sözügedən smartfon təqdim olunmadı. Buna görədə bu brendin pərəstişkarları gözləmək də davam edirlər. Bununla yanaşı internetə smartfonun ilk real fotoları sızdırılıb. Lakin sızdırılmış fotolar, TENAA-da sertifikatlaşdırmadan keçən versiyadan fərqlənir. Tək fərq isə ondan ibarətdir ki, smartfonun barmaq izi skanı xüsusiyyəti onun arxa panelində deyil, qabaq paneldəki “Home” düyməsində yerləşir. Başqa heç bir xüsusiyyətinə görə Redmi Note 4X, orijinal modeldən heçdə fərqlənmir. Məlumata əsasən təkmilləşdirilmiş versiya, 5.5 inç Full HD ekran, Snapdragon 653 prosessoru, 3/4 GB RAM, 4100 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq.
“Nokia Solutions” şirkəti, Avropa Birliyində Viki adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi üçün sorğu göndərib. Sorğu elə tərtib olunub ki, çox güman Viki, “Nokia”nın səsli köməkçi servisi olacaq və bir növ Siri, Google Now və Cortana-ya bənzəyəcək. Maraqlısı ondadır ki, yeni ticarət nişanını “HMD Global” deyil, məhz “Nokia” şirkəti qeydiyyatdan keçirtmək istəyir. Qeyd etmək lazımdır ki, “HMD Global” şirkəti növbəti 10 il üçün Nokia brendi adı ilə smartfonlar və planşetlər istehsal edəcək. Həmçinin şirkət dünən Android əməliyyat sistemli ilk nokia modeli olan Nokia E6-nı təqdim etdi. Çox güman ki, şirkətin səsli köməkçisi Viki bu smartfon üçün proqram təminatı üzərindən aktiv olacaq.
Molekulyar skanerli ilk smartfon təqdim edilib. Çinin ən böyük televizor istehsalçısı “Changhong” şirkəti Las-Veqasda keçirilən “CES” sərgisi çərçivəsində geniş tətbiqi potensiala malik dünyada ilk quraşdırılmış molekulyar sensorla təchiz edilən “Changhong H2” smartfonunu təqdim edib. Qeyri-adi “SCiO” ötürücüsü iki il əvvəl “Kickstarter” saytında uğurla vəsait toplayan yaxın infraqırmızı spektrometrin miniatür versiyasıdır. Ötürücü müxtəlif məhsul və ya obyektləri onların üst səthlərinin “izi”nə görə tanıya bilir. Məsələn, sensor çiyələk tabağında ən şirin giləmeyvəni və ya dondurmanın kaloriliyini müəyyənləşdirir, saxta dərmanı tanıyır və ya smartfon sahibinin bədənində piyin miqdarını hesablayır. “Changhong H2” ötürücüsü ümumilikdə qeyd olunan vəzifələrin öhdəsindən uğurla gəlir, perspektivdə isə proqram tərtibatçılarının müxtəlif məhsulların “izləri”ni əvvəlcədən toplayacağı təqdirdə geniş spektrli əlavələrin yaradılması üçün istifadə oluna bilər. Məsələn, spektrometr çörəkdə zülalın miqdarını müəyyənləşdirir. Yeni smartfonun əsas xüsusiyyətləri kimi onun alümin korpus çərçivə, 1920*1080 təsvir ölçülü 6 düymlük displey, adı açıqlanmayan səkkiznüvəli prosessor, 16 meqapikselli əsas kamera, barmaq izi ötürücüsü və 3 min milliamper/saat tutumlu batareya ilə təchiz edilməsi qeyd olunur. “Changhong H2” smartfonunun yaxın vaxtlarda Çin, ilin sonunda isə ABŞ bazarında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti barədə məlumat verilmir.
“Tanvas” texnologiyası sensor ekranda əşyaların teksturasını hiss etməyə imkan verir. Sensor ekranlar mobil və məişət qurğuları ilə qarşılıqlı əlaqə üsulunu dəyişdirsə də, uzun müddət bu sahədə heç bir inqilabi yenilik yox idi. “Tanvas” şirkətinin fikrincə, sensor ekranlarla qarşılıqlı əlaqə üzrə inkişafın növbəti mərhələsi sensor səth üzərində təsvir edilmiş müxtəlif teksturaları taktil hissetmə imkanı olmalıdır. Şirkət “CES 2017” sərgisində müxtəlif materialların teksturasını hiss etməyə imkan verən displey nümayiş etdirib. Məsələn, mobil proqramda biri pambıqdan, digəri isə velvetdən tikilmiş şalvarlar göstərilib. Bu şalvarlara barmaqla toxunduqda materialları hiss etmək mümkündür. “Tanvas” şirkəti, həmçinin müxtəlif əşya və materiallardan (su, çınqıl, qum və sairə) ibarət mobil tətbiq nümayiş etdirib. Sensor ekranda təsvir olunan bu materialların hər birinə barmaqla toxunduqda sanki real həyatda olduğu kimi hiss edirsən. Bunun sirri ondadır ki, “TanvasTouch” texnologiyası taktil hisslərin barmağın ucluğuna ötürülməsi üçün elektromaqnit impulslardan istifadə edir.
Növbəti ilin “iPhone” modeli tarixdə ən sürətli smartfon olacaq. Tayvanın “TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq, artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, “Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi “iPhone 8s” modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər. Mütəxəssislərin fikrincə, “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq. Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq. Şirkət 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamağı planlaşdırır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq. Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.
Mütəxəssislər “Apple” korporasiyasının məhsullarına tələbatın artığı barədə məlumat veriblər. Alıcılar arasında daha böyük tələbata “iPhone 5” məhsulu malikdir. Bunun əsas səbəbi bu cihazın rahat dizaynı, keyfiyyətli kamerası, həmçinin dinamiklərinin yüksək səsli olmasıdır. Smartfonun mənfi tərəfi kimi istifadəçilər ancaq batareyasının tez müddətdə azalmasını qeyd ediblər. Yeri gəlmişkən, bir çox istifadəçilər üçün bu o qədər də önəmli deyil. Çünki onlar portativ akkumulyatorlara malikdirlər.
“Samsung” şirkəti 2017-ci ildə 60 milyon ədəd “Galaxy S8” smartfonu satmaq niyyətindədir. Texnologiya nəhəngi tərəfdaşlarından 60 milyon ədəd cihaz üçün komplektlər istehsal edilməsi ilə bağlı xahiş edib. Bu rəqəm şirkətin daha əvvəlki illərdə reallaşdırdığı flaqmanların həcmindən ciddi şəkildə üstündür. Belə ki, 2015-ci ildə Cənubi Koreya tərtibatçıları tərəfindən 45 milyon ədəd “Galaxy S6” cihazı istehsal edib. Sonuncu “Galaxy S7” flaqmanı isə 48 milyon ədəd satıla bilib. Mənbə həmçinin qeyd edib ki, “Samsung Galaxy S8” smartfonunun kütləvi istehsalına mart ayında başlanılacaq. Aprel ayında isə cihaz mağaza piştaxtalarına çıxarılacaq.
“Sony” şirkəti ötən il “PlayStation Store” üçün ən populyar oyunların adlarını açıqlayıb. PS 4 platformasında lider “Rocket League” oyunu olub. Mahiyyəti avtomobillərlə futbol oynamaq olan arkada oyunu populyarlıqda birinci yeri tutub. “Rocket League” oyunu “Call of Duty: Infinite Warfare” və “Battlefield 1” kimi oyun dünyasının “əjdaha”larını geridə qoya bilib. Əlavə etmək lazımdır ki, “Rocket” adları yuxarıda çəkilən oyunlardan daha az qiymətləndirilib. Adı çəkilən oyunlar dəfələrlə hərraclarda iştirak edib. “PlayStation 4” cihazında ilk beşliyə həmçinin “The Division” və “Minecraft” kimi oyunlar da daxil edilib. “PlayStation 3” oyun modelində daha çox yüklənərək hit olan oyunlar arasında “Grand Theft Auto V”, “The Last of Us” və adı yuxarıda çəkilən “Minecraft” olub. Virtual reallıq eynəkləri üçün daha populyar olun “Job Simulator” olub.
Bu gündən etibarən “Samsung”un bir neçə “ağıllı” saatı və fitnes bilərziyi “iPhone” smartfonları ilə sinxronlaşacaq. Bu barədə “Samsung”dan açıqlama verilib. Maraqlıdır ki, Cənubi Koreya şirkəti ilə “iPhone”un istehsalçısı olan “Apple” bazarda bir-birinə rəqibdir. Şirkətlərin cihazları müxtəlif əməliyyat sistemləri ilə çalışır: “Samsung” “Android”, “Apple” isə iOS bazasında. İndiyə qədər “Samsung”un heç bir məhsulu iOS cihazları ilə sinxronlaşmayıb. Lakin bundan sonra “Samsung Gear S3” və “Gear S2” smart saatları, eləcə də “Gear Fit2” fitnes bilərziyi beşinci modeldən başlayaraq bütün “iPhone” versiyaları ilə uyğunlaşdırılacaq. Onları “iPhone”a qoşmaq üçün “App Store”dan xüsusi mobil əlavəni yükləmək lazımdır. “Biz öz məhsullarımızı daim təkmilləşdirməyə çalışırıq. Buna nail olmağın yollarından biri istifadəçilərimizin arzularını diqqətlə dinləmək, o cümlədən iOS istifadəçilərinə bizim daşınan cihazlarımıza çıxış imkanı verməkdir”, – deyə “Samsung“un qlobal marketinq bölməsinin icraçı vitse-prezidenti Yönghi Li söyləyib.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments