Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 10.1.2017-cı il.

Robert Qviskard 1072-ci ilin 10 yanvar;nda Palermonu fəth etmişdir.

Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur.

1861-ci ilin bu günü ABŞ Vətəndaş müharibəsi dövründə Florida ittifaqdan ayrılmışdır.

10 yanvar 1863-cu ildə Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir.

Con Rokfeller 1870-ci ilin bu günü “Standart Oil Co” şirkətini təsis etmişdir.

İngilislər 1919-cu ilin bu günü Bağdadı işğal etdi.

Azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur.

İkinci dünya müharibəsinin gedişində Yunanıstan ordusu Klaysuranı ələ keçirmişdir. Bu hadisə 10 yanvar 1941-ci ildə baş vermişdir.

10 yanvar 1946-cı ildə Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register