Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin nəhəng internet ticarət platforması olan “Alibaba”nın rəhbəri Cek Ma ilə görüşüb. Görüşdə Çin şirkətinin ABŞ bazarında rolunun genişləndirilməsi və ölkədə 1 milyon yeni iş yerinin yaradılması müzakirə olunub. C. Ma bildirib ki, “Alibaba” geyim, meyvə-tərəvəz, şərab satışı sahələrində fəaliyyətini genişləndirəcək və ABŞ-ın orta qərb regionları ilə Cənub-Şərqi Asiya arasında ticarətə önəm verəcək: “Biz kiçik biznesə diqqət yönəltmişik, ona görə də 1 milyon kiçik müəssisə fikrini təsadüfən söyləmədik. Biz Amerika kiçik biznesinə dəstək verəcəyik və onlar öz kənd təsərrüfatı məhsullarının Asiya və Çinə satışı üçün bizim satış platformamızdan istifadə edəcəklər”. “Alibaba”nın amerikalı fermerlər üçün 5 il ərzində 1 milyon iş yeri yaradacağı bildirilir. D. Tramp görüşü müsbət qiymətləndirib.

alibaba

“Verizon” telekommunikasiya şirkəti ilə birləşmənin yekunlaşmasından sonra “Yahoo!” adını dəyişərək “Altaba Inc.” adlanacaq. Bu barədə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə dövlət Komissiyasının məlumatında bildirilir. Bəzi media orqanları güman edir ki, yeni ad yalnız holdinq şirkətinə aid olacaq, “Yahoo!” brendi isə qalacaq. Birləşmə prosedurları başa çatdıqdan sonra prezident və baş icraçı direktor Marissa Mayer ilə “Yahoo!”nun həmtəsisçisi Devid Filo da daxil olmaqla, Direktorlar Şurasının 5 üzvü şirkəti tərk edəcək. Qeyd edək ki, birləşmə barədə 2016-cı ilin iyulunda açıqlama verilib. Bunun nəticəsində aylıq auditoriyası 1 milyard nəfərdən çox olan yeni holdinq yaranacaq. “Verizon” “Yahoo!”nun internet aktivlərini 4,38 milyard dollara satın alıb. “Yahoo!”nun “Alibaba Gruop”dakı səhmləri isə “Verizon”un nəzarətinə keçməyəcək. Sövdələşmə çərçivəsində “Verizon” “Yahoo! Mail” elektron poçt xidmətinin, “BrightRoll” videoreklam xidmətinin, “Flurry” mobil əlavə analitikası xidmətinin, “Gemini” reklam xidmətinin və “Yahoo!” platformasına aid digər xidmətlərin sahibi olacaq. Gələcəkdə bu xidmətlərin hamısı “Verizon”un daha əvvəl əldə etdiyi AOL şirkətinin biznesinə inteqrasiya ediləcək.

YAHOO/

ABŞ-ın “Apple” korporasiyası bu ilin birinci yarısında üç yeni model planşeti təqdim etməyi planlaşdırır. Bu barədə “AppleInsider” nəşrinə “KGI Securities” analitik şirkətinin analitiki Min-Çi Kuo bildirib. Mənbənin məlumatına görə, “Apple” şirkəti bundan sonra mini versiyalı “iPad” istehsal etməyəcək və diqqətini əsasən böyük ekranlı cihazlara yönəldəcək. M.Kuo hesab edir ki, yeni planşetlər 12,9, 10 və 9,7 düym həcmli diaqonala malik olacaq. Ən böyük ekranla ikinci nəsil “iPad Pro” istehsal olunacaq. 10 düymlük diaqonala malik planşet isə çərçivəsiz dizaynlı premium modeli olacaq. Daha kiçik həcmli ekran isə “Apple”in qismən ucuz sadə planşetlərində olacaq.

ipad

“Zecurion Analytics” şirkəti dövlətlərin kiber orduları ilə bağlı araşdırma aparıb. Hazırda ən inkişaf etmiş kiber orduya malik olan dövlət ABŞ-dır. Analitiklər hesab edir ki, ABŞ-da bu sahəyə ayrılan vəsait ildə 7 milyard dollara, dövlətlə əməkdaşlıq edən hakerlərin sayı isə 9 min nəfərə yaxındır. İkinci sırada Çin gəlir. Bu ölkədə kiber ordunun maliyyələşməsi təxminən 1,5 milyard dollar təşkil edir. Çin kiber ordusunun say tərkibi isə 20 min nəfərə yaxındır. İlk üçlüyü Böyük Britaniya tamamlayır. Araşdırmaya əsasən bu ölkənin kiber ordusu 2 min nəfərdən ibarətdir və bu sahəyə ildə 450 milyon dollar ayrılır. Dördüncü sırada 700 haker və 400 milyon dollar illik büdcə ilə Cənubi Koreyadır. Araşdırmanın müəllifləri son vaxtlar ABŞ tərəfindən kiberhücumlarda ittiham edilən və bu səbəblə sanksiyalara məruz qalan Rusiyanı 5-ci sıraya qoyublar. Rusiyanın hərbi və kəşfiyyat məqsədilə bu sahəyə 300 milyon dollar ayırdığı, dövlətə işləyən peşəkar rus hakerlərin sayının 1000 nəfər olduğu bildirilir. Şirkət kiber qoşunların əsas fəaliyyət istiqamətləri kimi casusluq, kiberhücumlar və informasiya müharibələrini göstərib. “Zecurion Analytics” öz araşdırmasında ölkələrin hərbi büdcələrinə, nizamnamə sənədlərinə, beynəlxalq təşkilatların hesabatlarına və arayışlarına, rəsmi şərhlərə, insdayder informasiyalarına əsaslanıb.

kiber

Hindistanın smartfon bazarı tədricən Çin istehsalçıları tərəfindən zəbt olunur. Ötən ilin noyabr ayında Çin şirkətləri Hindistanın smartfon bazarının 32 faizinə sahib olublar. Bunun sayəsində bir çox oyunçular paylarını itirib. Hazırda Çin şirkətləri Hindistan bazarının yarıdan çox payına malikdir. Məsələn, bu ölkədə çoxdan lider olan “Samsung” şirkəti hazırda bazarın 21 faiz payına malikdir. Bir il öncə isə şirkətin bu bazardakı payı tam olaraq 30 faizə bərabər idi. Hindistanda uğur qazanan Çin istehsalçılarının arasında “Xiaomi”, “Lenovo”, “Oppo”, “OnePlus” və “Gionee”nin adları var. “Counterpoint” şirkətinin məlumatına əsasən, 140-440 dollar seqmentində Çin şirkətləri bazarın 68 faiz payına malikdirlər.

hindistan

“Tencent” şirkətinin istehsalı olan “Çin AppStore”u populyarlıq qazanmaqda davam edir. Gündəlik olaraq bütün dünya üzrə 750 milyon istifadəçi xidməti ziyarət edir. İnternet market “WeChat” messencerinin istifadəçiləri üçün mini əlavələr təqdim edir. Bazar ertəsi, yanvarın 9-da Çinin “Tencent” telekommunikasiya şirkəti ictimaiyyətə “WeChat” messencerinin bazasında yaradılan “AppStore”un analoqunu təqdim edib. Bu xidmət istifadəçilərə 100-dən artıq mini əlavə təqdim edir. Xidmət həm iOS, həm də “Android” əməliyyat sistemlərinin istifadəçilərinin istifadəsi üçün mümkündür. İnternet market böyük populyarlığa malikdir, xidmətə gündəlik daxilolmanın sayı 768 milyon nəfərdir. Eyni zamanda “Apple Inc.” şirkəti rəsmi bəyanatla çıxış edib və “Tencent” şirkətinə “Apps” sözünün marketin adının qarşısında istifadə olunmasına qadağa qoyub. Korporasiyanın fikrincə, “iTunes”in analogiyasının bilərəkdən istifadə olunması istifadəçilər arasında çaşqınlıq yaradır və orijinal “AppStore”un mövqelərini zəiflədir. Artıq “Apps”ın əvəzinə saytda “mini-əlavələr” yayılır ki, bu da onu “Apple”in kontentinə oxşadır.

wechat

Fransanın “Zhor-Tech” şirkəti xüsusi olaraq qadınlar üçün tərtib edilmiş iki cüt “ağıllı” ayaqqabıları təqdim edib. Yenilik CES 2017 sərgisi çərçivəsində təqdim edilib. “Zhor-Tech” şirkəti yüksək texnologiyalı ayaqqabıların yeni iki modelini də istehsal etməyi planlaşdırır. Onlardan biri qızdırılma örtüyünə malikdir. Digəri isə ayaqqabının dabanlarının hündürlüyünün tənzimləyicisi ilə təchiz edilib. Dabanların hündürlüyünü mobil əlavənin köməyi ilə tənzimləmək mümkün olacaq. Bundan başqa, bütün cütlər ayaqqabı sahibəsinin fiziki aktivliyinin statistikasını aparmaq imkanına malik olacaq. Yəni onlar fitnes treker rolundan çıxış edəcəklər.

aayaq

2016-cı ilin ikinci yarısı “Samsung” şirkəti üçün o qədər də asan alınmayıb. “Samsung S7” və “S7 Edge”nin uğurundan sonra “Galaxy Note 7” yaradılıb ki, bu smartfonun da onlarla partlayış nəticəsində geri çağırılıb. Smartfonların geri çağırılması və dəyişdirilməsi şirkətə bir neçə milyard dollar ziyanla başa gəlib. Ancaq müxtəlif tədqiqatlar göstərib ki, bu vəziyyət brendin nüfuzuna ziyan vurmayıb. Son bir neçə il ərzində “Samsung” şirkətinin səhmləri artmaqda davam edir. Dünən isə rekord əldə olunaraq, bir səhmə görə təxminən 1570 dollara yaxın təklif olunub. Gözlənilir ki, “Samsung Electronics” daha əvvəlki rübdən bəri olan maliyyə göstəricilərinin nəticələrini yaxşılaşdıra bilər.

samsung

“Facebook” sosial şəbəkəsi videoların ortasında yerləşdiriləcək reklamların sınaqlarını keçirir. Bu barədə layihənin bəzi insayderləri bildirib. Yeni reklam modeli reklam rolikinin videoya baxılmağa başladıqdan azı 20 saniyə sonra istifadəçinin qarşısına çıxmasını nəzərdə tutur. Bu cür reklamlardan əldə olunacaq gəlirin 55%-i videonun müəllifinə, qalanı isə “Facebook”a çatacaq. Analoji modeldən “YouTube” da istifadə edir. Əgər sistem uğurla istifadəyə verilərsə, ilk dəfə olaraq “Facebook” istifadəçiləri yüklənən kontentə görə real maddi gəlir əldə edəcəklər. Qeyd edək ki, 2016-cı ildə “Facebook” videoları gün ərzində 100 milyon saat izlənib. Mark Zukerberq “pre-roll” formatının (videonun əvvəlində reklam) tətbiqinə razılaşmayıb.

face

İlk gündən bu yana 40 milyondan çox endirilən Super Mario Run, Google Play-in tətbiq etmələri arasında yerini aldı. Ön qeyd qəbul edən Nintendo, çox yaxında Android üçün Super Mario Run oyununu yayımlayacaq. Super Mario Run Artıq Android! Nintendonun təxminən 2 həftə əvvəl İOS üçün nəşr etdiyi və dünya miqyasında  maraq görən oyunu Super Mario Run, Google Play-in də oyun kateqoriyasına əlavə olundu. 40 milyondan çox endirilən oyuna artıq çox yaxında Android istifadəçiləri da qovuşacaq.

run

“Intel” şirkəti kredit kartı boyda mini-fərdi kompüter təqdim edib. ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş “CES” beynəlxalq istehlak sərgisində “Intel” şirkəti tərəfindən təqdim edilmiş kredit kartını xatırladan  “Compute Card” adlı qeyri-adi mini-fərdi kompüter adi ev qurğularını “ağıllı” qurğulara çevirmək qabiliyyətinə malikdir. “Compute Card” mini-kompüterinin ölçülərinin 95x55x5 mm təşkil etməsinə baxmayaraq, bu yığcam korpusa birkristallı sistem, əməli və daimi yaddaş, həmçinin simsiz və kabel qoşulması üçün zəruri elementlərə malik mini-kompüter yerləşdirilib. Şirkət hələ ki qurğunun dəqiq xüsusiyyətlərini açıqlamayıb. Yaradıcıların fikrincə, “Compute Card” ev qurğularının sadə yeniləməsində istifadə edilə bilər və bu da ev qurğularının “əşyalar interneti” texnologiyalarını dəstəkləməsinə imkan verəcək. Məsələn, mini-fərdi kompüteri soyuducu, videomüşahidə kameraları və başqa qurğularda istifadə etmək mümkün olacaq.

intel

Greatease ləqəbli internet istifadəçisi, 2012-ci il modeli olan MacBook-nun hissələrə ayrılmış vəziyyətdə fotolarını paylaşıb. Belə ki, istifadəçini heyrətləndirən cəhət, onun MacBook-nun daxilində qəpik aşkar etməsidir. Greatease hələ bilmir ki, nəyə görə MacBook-u yığanlar onun cihazının optik diskoxuyucu hissəsinə qəpik qoyublar. Bəlkədə onlar bunu diskoxuyucunun balanslaşması və ya onun təsbit edilməsi üçün ediblər. Qeyd etmək lazımdır ki, Greateaser bu tapıntını aşkar edən yeganə şəxs deyil. Digər istifadəçilər də bu cür tapıntı ilə qarşılaşdıqlarını xəbər veriblər. Göründüyü kimi qəpiklər fərqlidir. “Apple” hələki hadisə ilə bağlı heç bir fikir bildirməyib.

Bu həftə “HTC” şirkəti, kod adı Ocean olan yeni smartfonunu təqdim edəcəyi təbir keçirdəcək. Həmin model HTC 11 ola bilər. Şirkət öz yeni smartfon barəsində hələ ki, sükutda olsa da bu modelin bəzi funksiyaları barədə məlumatlar artıq internetə sızdırılıb. Yeni flaqman smartfonun əsas özəlliyi jestlər funksiyası olacaq. Beləliklə istifadəçi, smartfonu bir əli ilə və onun toxunuşa həssas kənarları hesabına idarə edəcək. Bu cür funksiyaya Xiaomi modellərində rast gəlmək olardı. Lakin həmin modellərdə sözügedən funksiya o qədər də uğurlu olmamışdı. Təqdim olunmuş videoda görmək olar ki, HTC Ocean, əyilmiş ekran əvəzinə sadəcə2.5D qoruyucu şüşədən istifadə edir. Çox güman ki, smartfon, metal korpusa sahib olacaq. Həmçinin güman etmək olar ki, cihaz müasir tələbatlardan fərqli olaraq bir qədər kompakt şəkildə təqdim olunacaq. Bundan əlavə olaraq smartfonun ekranının altındakı kiçik üzük diqqəti çəkir. Böyük ehtimalla həmin üzük sensorlu düymə rolunu oynayacaq. Sonuncu məlumatlara əsasən şirkətin bu il üçün böyük planları var. Belə ki, o, gələcəyə inamla baxaraq böhrandan çıxış yollarını axtarır.

“Lenovo”a məxsus olan “Motorola”şirkəti yeni Moto G5 smartfon seriyasını hazırlayır. Həmin seriya bu ilin Mart ayında satışa çıxmalıdır. Məlumata əsasən elanların yerləşdirildiyi OXL saytının Rumıniya şöbəsində Moto G5 Plus modeli satışa çıxarılıb. Həmin saytda yeni smartfonun foto və texniki göstəriciləri təqdim edilib. Elanda qeyd olunub ki, satışda olan Moto G5 Plus, mühəndis nümunəsidir. Yəni əslində o, satış üçün nəzərdə tutulmayıb. Fotodan göründüyü kimi smartfon metal korpusa və ekranının aşağı hissəsində barmaq izi skanına sahibdir. Texniki göstəricilərinə gəldikdə isə Moto G5 Plus, 5.5 inç Full HD ekran, 8 nüvəli Snapdragon 625 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 3080 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışacaq. Qeyd etmək lazımdır ki, yeni smartfon büdcəli olacaq. Sözügedən saytda təqdim olunmuş elanda, smartfon 381$ qiymətinə satılır. Satıcı qeyd edib ki, cihazın rəsmi satışları Mart ayında başlayacaq. Çox güman ki, Moto G5 Plus-ı gələn ay MWC 2017 təqdim edəcəklər.

moto

Samsung-a ən yaxın mənbələrdən SamMobile, Samung-un Galaxy A (2016) seriyası üçün, Android 7.0 Nougat testlərinə başlayacağını açıqladı. Samsung-un illərdir etdiyi yeniləmə siyasətinə baxdıqda ümumi olaraq orta səviyyə telefonlarına birdən daha çox yeniləmə etməyi sevmədiyini görə bilərik. Ancaq son günlərdə yeniləmə siyasətini dəyişdirən Samsung, bu səfər orta səviyyəli istifadəçilərinidə sevindirəcək. Samsung-a ən yaxın xəbər portallarından SamMobile-ın paylaşdığı xəbərdə Samsung-un orta səviyədəki Galaxy A (2016) seriyasının Android 7.0 Nougat yenilənməsi alacağı elan edildi. Hələki yenilənmənin nə vaxt gələcəyi məlum deyil,ancaq Samsung-un A seriyası üçün Nougat testlərinə başladığı və bir neçə ay içində yenilənmənin paylaşılacağı deyilir. Beləliklə Android 7.0 yenilənməsi,telefonların qəbul edəcəyi ikinci ən böyük Android yenilənmə olacaq. Galaxy A seriyasının altında yer alan Galaxy J (2016) seriyası üçün də Android 7.0 Nougat yenilənməsinin paylaşıb paylaşmayacağı haqda bir məlumat yoxdu. Digər tərəfdən həm Galaxy A (2015) həm də Galaxy J ( 2015) hələki Samsung-un təqvimində yer almır.

galacsi a7-4

Hazırda informasiyanın ötürülməsi və işlənməsi üçün elektron axınından istifadə olunur, amma hesablamaların getdikcə mürəkkəbləşməsi ondan xəbər verir ki, tezliklə müasir metodlar işə yaramayacaq. Çox böyük sürətə malik fotonlar bu məsələdə daha məqsədəuyğundur. “Hewlett Packard” laboratoriyasından olan alimlər qrupu tərəfindən yaradılmış optik prosessorda kifayət qədər mürəkkəb hesablamaları sürətli və səmərəli yerinə yetirmək qabiliyyətinə malik 1052 optik komponent mövcuddur. Optik prosessorun iş prinsipi ayrı-ayrı atomlar maqnit sahələrinin qarşılıqlı əlaqəsini müəyyənləşdirən modelə əsaslanır. Bu modelə əsasən, atomların hər biri fırlanır və onun fırlanma istiqaməti “yuxarı” və ya “aşağı” mənasını ifadə edir. Müəyyən nöqtədən yuxarı temperaturda olan ferromaqnit materiallarda atomların fırlanma istiqamətləri onların istilik dəyişiklikləri hesabına xaotikdir. Ancaq temperatur aşağı düşdükdə ilk növbədə atomlar arasındakı qarşılıqlı əlaqə önə çıxır və onların fırlanma istiqamətləri qaydasına düşür. Belə prosessorlar hələ ki tamdəyərli kompüter elementi olmasalar da, amma müəyyən məsələlərin (məsələn, kompüter qrafikası alqoritmlərinin emalı və ya başqa böyük məlumat massivinin emalı) icrasında sürətləndirici rolunda xidmət edə bilərlər.

hp

Tayvanın “HTC” şirkəti bu rüb üç yeni smartfon təqdim edəcək. Hazırda bu smartfonlar barədə dəqiq məlumat olmasa da, birinci smartfonun artıq yanvarın 12-də nümayiş ediləcəyi məlumdur. Bu, istehsalçının təqdimat üçün rəsmi dəvətdə işarə etdiyi yeni “U” istehsal xəttinin açılışı olacaq. Bu günlərdə isə məşhur “LlabTooFeR” resursu “Twitter” səhifəsində Tayvan istehsalçısının növbəti üç smartfonunun kod adının “HTC Alpine”, “HTC Ocean Note” və “HTC E66” olacağı barədə məlumat verib. Sonuncu modelin şəkili bu günlərdə internetdə görünən “HTC One X10” smartfonu olduğu bildirilir. Digər iki aparata gəldikdə, “HTC Alpine” adı altında şirkətin yeni qabaqcıl “HTC 11” modeli gizlənir. Heç bir məlumatın olmadığı modeldə yeni səkkiznüvəli  “Snapdragon 835” prosessorunun quraşdırılacağı ehtimal edilir. “HTC Ocean Note” isə təqdimatı yanvarın 12-nə nəzərdə tutulan “HTC U Ultra” modelinin kod adıdır. Şayiələrə görə, smartfon kənarları bükülü 6 düymlük ekran, “USB Type-C” çıxışı, eləcə də smartfonlar arasında ən yaxşı kamera ilə təchiz ediləcək.

htc

Çin alimləri bədxassəli şişlərlə mübarizə üçün yeni üsul hazırlayaraq “3D” printer vasitəsilə strukturunu hidrogellə işləyən maddənin təşkil etdiyi kiçik robotlar yaratmağa nail olublar. Robotlar dəri örtükləri arasından insan bədəninə daxil olaraq orqanizm daxilində doksorubisin dərman maddəsi qatını bərabər və tədricən bölüşdürür. Alimlər dərmanın bu üsulla daxil edilməsini ənənəvi analoqlarla müqayisədə daha effektiv olacağına ümid edirlər. Kənardan xüsusi enerji doldurma tələb etməyən robotlar nə batareya, nə akkumulyator, nə də elektrik şəbəkəsindən enerji toplamaq üçün naqillərlə təchiz edilməyiblər. Mexanizmlər elektromaqnit dalğalarının şüalandırılmasının köməyi ilə idarə olunur. Məlumata görə, yeni xərçəng müalicəsi metodunun effektivliyi artıq sınaqdan keçirilib. Belə ki, təcrübədə iştirak edən siçanlar texnologiyanın təsirindən sonra xəstəliklə mübarizədə müəyyən rahatlıq hiss etməyə başlayıblar. Onların xərçəng hüceyrələri yox olmasa da, yeni metastazların yayılmasının qarşısını, demək olar, almaq mümkün olub. Hidrogel əsaslı robotların insanın onkoloji xəstəliklərlə mübarizəsinə hansı effekti göstərəcəyi hələ ki naməlumdur.

print

Ötən ilin sonunda “Synaptics” şirkətinin nümayiş etdirdiyi mobil qurğunun qoruyucu şüşəsinin altında yerləşdirilə bilən yeni “Natural ID” barmaq izi optik skanerinin yaxın gələcəkdə smartfonlarda tətbiq ediləcəyi gözlənilir. Bu dəfə isə şirkət Las-Veqasda keçirilən “CES 2017” sərgisində yeni texnologiyanı praktiki göstərib. Yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir. Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan – sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur. Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır. Qeyd edək ki, “Synaptics” şirkətinin həllərindən “Apple” smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən “iPhone 8” modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.

skan

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register