Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Spotify” musiqi xidməti yanvarın 20-də səlahiyyət müddəti başa çatacaq ABŞ prezidenti Barak Obamaya iş təklif edib. “Spotify” xidmətinin saytında “President of Playlists” adlı yeni vakansiya elanı verilib. Elanda bildirilir ki, bu vəzifəni tutacaq şəxs “pley-siyahı”ların tərtib olunmasına və xidmətin 60-dan çox ölkədəki ofislərinin işçinə nəzarət edəcək. “Pley-siyahıların prezidenti” yeni ideyaların axtarışına və xidmətin dünya liderliyini təmin etməyə də cavabdeh olacaq. Elanda deyilir ki, işə qəbul olunacaq şəxs azı 8 illik idarəetmə təcrübəsinə və Nobel mükafatına sahib olmalıdır. Barak Obamanın adı çəkilmir, lakin bu meyarlara uyğun gələn şəxsin məhz Obama olduğu aydındır. “Spotify” xidmətinin yaradıcısı və icraçı direktoru Daniel Ek elanı “tvit” şəklində Obamanın ünvanına da göndərib. B. Obama hələlik bu təklifə cavab verməyib. Xatırladaq ki, B. Obama daha əvvəl özünün yay “pley-siyahı”sını “Spotify”da yerləşdirmişdi. “Spotify” aylıq abunə haqqı müqabilində musiqi kompozisiyalarına leqal qulaq asmağa imkan verən striminq xidmətidir. Xidmətin auditoriyası 100 milyondan çox istifadəçini əhatə edir.

obama

“AnTuTu” şirkəti öz qiymətinə görə ən yaxşı keyfiyyət təklif edən onlarla smartfonun adlarını dərc edib. Bu reytinq 2016-cı ilin dekabr ayının göstəricilərini əhatə edir. Reytinqin lideri “Snapdragon 820” tək kristallı sistemlə, 3 GB əməliyyat yaddaşı və 32 GB flaş yaddaşla təchiz edilmiş “Lenovo Zuk Z2” smartfonu olub. Onun qiyməti artıq 170 dollara qədər ucuzlaşıb. İkinci yeri qiyməti 115 dollar olan “Xiaomi Redmi Note 3” smartfonu tutub. Bu smartfon 2 GB əməliyyat yaddaşı və 16 GB flaş yaddaşla təchiz edilib. Üçüncü yerdə qiyməti 100 dollar olan “Xiaomi Mi 4C”, dördüncü yerdə qiyməti 129 dollar olan “Xiaomi Redmi Note 4” smartfonu qərarlaşıb. Sonuncu iki cihaz ikinci yeri tutmuş smartfonda olduğu kimi yaddaş həcminə malikdir. Siyahıda beşinci yeri 144 dollar qiyməti olan “LeEco Le 2”, altıncı yeri isə dəyəri 259 dollar olan “Le Pro 3” smartfonları tutub. Sonrakı yerlərdə ilk onluğa “360 N4”, “Le Max 2” və “Meizu Metal” smartfonları daxil edilib. Onluğu isə ən bahalı smartfonların reytinqində qiyməti 270 dollar olan “Xiaomi Mi 5S” smartfonu qapayır.

tel

Yaponiyanın “Soft on Demand” porno şirkəti Tokioda virtual reallıqda pornoqrafiyaya baxmaq üçün kabinələrin icarəyə verilməsi xidmətinə başlayıb. Reklam çarxları “təmizliyə” və “tam qapanma”ya təminat verir. Şirkət əməkdaşlarının sözlərinə görə, bu otaqlar birbaşa olaraq ənənəvi mehmanxanaların və hostellərin rəqibi qismində çıxış edəcəklər. Bu kabinələri həm bir saatlıq, həm də bir sutkalıq icarəyə götürmək mümkün olacaq. Bu isə 5 və 27 dollara başa gələcək. Açılışın şərəfinə “Soft on Demand” şirkəti aksiya keçirib. Belə ki, yeni xidməti sınaqdan keçirmək istəyən hər kəs bir saatlıq vaxtı pulsuz əldə edə bilər. Pornoya baxmaqdan savayı, ziyarətçilər Yaponiya komiksləri olan manqanı oxuya və ya internetə daxil ola biləcəklər. Çünki kiçik səs keçirməyən kabinələr kompüter, virtual reallıq cihazları, film və manqa kolleksiyası ilə təchiz edilib.

por

ABŞ sakini Hanter Hobbs “YouTube” video hostinqində çarx yerləşdirib. Bu çarxda o, 9 saat ərzində ardıcıl olaraq klaviaturaya basaraq, “Excel” kompüter proqramının cədvəlindəki sonuncu sətri tapmaq niyyətində olub. Videoda Hobbsun hətta keçirdiyi təcrübə zamanı əylənmək cəhdləri də görüntülənib. Belə ki, sınaq zamanı o kitab oxuyur, mobil telefonun ekranına baxır və raketka ilə stolüstü tennis üçün nəzərdə tutulmuş topla oynayır. Amerikalı müəyyən edə bilib ki, “Excel” kompüter proqramının “dibi” və ya son sətri olaraq 1 048 576-cı sətri hesab etmək olar. Videoblogger öz təcrübəsini həyatında keçirdiyi ən əbləh təcrübə adlandırıb.

Ötən ilin dekabr ayında HTC şirkətinin mənfəəti noyabr ayı ilə müqayisədə 16,4 faiz, 2015-ci ilin dekabr ayı ilə müqayisədə isə 1,7 faiz azalıb. Şirkətin il ərzində xalis mənfəəti 200 milyon dollar təşkil edib. HTC-nin 2016-cı il üçün ümumi gəliri 2,45 milyard dollar olub ki, bu da daha əvvəlki illə müqayisədə 35 faiz azdır. Müşahidəçilər qeyd edir ki, bu, son 11 il ərzində şirkətin əldə etdiyi ən az gəlirdir. Şirkətin rekord həcmdə gəlirləri isə 2011-ci ildə olub və 14,6 milyard dollar təşkil edib. 2016-cı ilin dördüncü rübündə HTC-nin dövriyyəsi 694 milyon dollar olub ki, bu da 2015-ci ilin dördüncü rübü ilə bərabərdir. Müşahidəçilər gözləyir ki, HTC şirkəti üçün bu tendensiya yaxın gələcəkdə də saxlanılacaq.

htc

Rusiyalıların üçdə biri etiraf edib ki, mobil rabitə və internet xidmətləri ilə bağlı cinayətlərin qurbanlarına çevriliblər. Bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğudan məlum olub. Hər üçüncü rusiyalı, yəni əhalinin 31 faizi, heç olmasa, bir dəfə mobil rabitə və internet xidmətləri ilə bağlı qanunazidd hərəkətlərlə rastlaşıblar. Qeyd edək ki, rəyi soruşulanların 65 faizi bank kartlarından və elektron hesablardan, həmçinin şəxsi məlumatlarının oğurlanmasından ehtiyat edirlər. Bundan başqa, respondentlərin 56 faizi SMS və ya elektron poçt vasitəsilə yayılan yalan məlumatlardan qorxurlar. Sorğu 1 600 respondent arasında aparılıb.

frildaq

Çinin “Meizu” şirkəti 2016-cı ildə rekord sayda – 22 milyon ədəd smartfon tədarük edib. Bu barədə “Meizu” şirkətinin keçirdiyi mətbuat konfransında bildirilib. Şirkət nümayəndələri qeyd ediblər ki, smartfonların 10 faizi Çindən kənara göndərilib. 2017-ci ildə isə şirkət ötən ilki nəticəni daha da yaxşılaşdırmağı və yeni bazarlara çıxış əldə etməyi planlaşdırır. Şəbəkəyə sızmış qrafikə əsasən, bu il “Meizu” şirkəti 6 yeni smartfon istehsal etmək niyyətindədir. 2017-ci ilin sonunda “Meizu M” modelinin yeni nümayəndəsi istehsal olunacaq ki, bu smartfon da “Qualcomm” şirkətinin istehsalı olan bir kristallı sistemlə təchiz ediləcək.

meuz

Çində dünyanı valeh edən Pokemon Go mobil oyunu rəsmən qadağan edilib. Bu barədə “Reuters” agentliyi yazıb. Məlumatda bildirilir ki, hazırda bu oyunun təhlükə dərəcəsi müəyyən edilir. Həmçinin məlumatda qeyd edilir ki, mütəxəssislərin fikrincə, Pokemon Go  coğrafi informasiya təhlükəsizliyi, eləcə də istehlakçıların nəqliyyat və şəxsi təhlükəsizliyini risk altına atır. Qeyd edək ki, Pokemon Go dünyada hətta ölümlə nəticələnən bir çox nəqliyyat hadisələrinə səbəb olub.

pok

CES2017 artıq geridə qalıb lakin HTC baxımından ilin ilk həmləsi hələ bundan sonra gələcək. Sektorda son illərdə heç cür öz istədiyi sıçramanı reallaşdıra bilməyən HTC, bir dəfə daha iddialı bir formada gəlməyə hazırlaşır. Firma tərəfindən paylaşılan bir tanıtım videosunda, 12 Yanvarda “all about U” adlı bir tədbir keçirəcəyini elan etdi. Canlı olaraq paylaşılacaq tədbirdə 3 fərqli cihazın təqdim edilməsi gözlənilir. Bu cihazlardan biri, hal-hazırda daha əvvəldən də ortaya çıxmış olan HTC X10-dur. Tədbirin adında diqqətimizi çəkən “U” ilə əlaqədar olaraq qarşımıza çıxacaq olan telefonlar isə HTC U Ultra və HTC U Play-dir. HTC U Ultra, daha əvvəllər “Ocean Note” adı ilə də gündəmə gəlmişdi. Sözügedən cihaz, phablet (telefondan böyük, planşetdən kiçik) dizaynı ilə gələcək. HTC U Play mövzusunda isə hələki bir məlumatımız yoxdur. Baxaq görək 2 gün sonra keçiriləcək təqdimat mərasimində HTC, bizlərə nə kimi yeniliklər təklif edəcək.

Çinin Weibo adlı sosial şəbəkəsinə, təqdimata hazırlaşan HTC U Play və HTC U Ultra smartfonlarının texniki göstəriciləri sızdırılıb. İlkin məlumatlara əsasən HTC U Play, 5.2 inç Full HD ekran, MediaTek Helio P10 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 2500 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə yeni smartfonda standart 3.5 mm-lik audiogirişin yerinə USB Type-C girişinin olması gözlənilir. HTC U Ultra isə 6 inç Quad HD ekran, Qualcomm Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya, 24 MP və 13 MP-lik ikili arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Hər iki smartfonun 12 Yanvar tarixində keçiriləcək xüsusi tədbirdə təqdim olunacağı gözlənilir.

htcyeni

Sabah “HTC” şirkəti, U Ultra adlı smartfonu təqdim edəcək. Sabahki tədbiri nəzərə alaraq artıq internetə yeni smartfonun ilk fotoları sızdırılıb. Fotolardan da göründüyü kimi şirkət tamamilə yeni dizayn barədə düşünüb. Belə ki, yeni smartfon modeli nə keçən illərdəki modellərə nədəki Desire seriyasına bənzəyir. Cihazın kamera modulu, Samsung cihazlarına bənzəyir. Lakin ümumilikdə U Ultra-nın dizaynı olduqca maraqlı görünür. Bundan əlavə olaraq əsas ekranın yuxarı hissəsində əlavə ekran yerləşib. Həmin əlavə ekranda müxtəlif tətbiqlərdən olan bildirişlər və digər məlumatlar əks olunub. Onun sensor xüsusiyyətinə malik olduğunu söyləmək isə hələki çətindir. Arxa kameranın obyektivi kvadrat formasında olub korpusun üzərində bir qədər qalınlığa sahibdir. Qeyd etmək lazımdır ki, sabahki tədbirdə nəinki U Ultra, həmdə U Play modeli də təqdim olunacaq.

htc-u-ultra-10

Evində klassik tərzdən çox, müasir bir görünüşə üstünlük verənlər üçün havada dayanmaq kimi bir hiss verən masa istehsal edildi. Təbii ki, bu masaya sahib olmaq üçün yüksək bir ödəniş ödəmək lazımdır. Siren Design Studios tərəfindən istehsal olunan bu qəhvə masası insanda ilk baxışdan “Nə ehtiyac var ki belə bir masaya?” sualını yarada bilər. Müasir dizaynlara maraq göstərən insanlara xitab edən masa, maqnetik sistem sayəsində, həqiqətən də, havada dayana bilir. Masada alt və üst lövhələr arasındakı bağın zəmanət altına alınması üçün isə elastik kabellərdən istifadə edilib. Beləliklə də, qəhvə masasına ayağınızı qoyduğunuzda masa o istiqamətə doğru əyilir, lakin havada qalma xüsusiyyəti pozulmur. Qeyri-adi dizayna sahib olan bu qəhvə masasına sahib olmaq üçün isə istifadəçilər böyük məbləğdə pul ödəməli olacaqlar. Bu qiymət nə az, nə çox düz 30 min dollardır. Onu da nəzərinizə çatdıraq ki, sifarişi verdikdən sonra ən azı bir ay gözləməli olacaqsınız.

masa

“Nokia” brendli mobil telefonlarına sahibkarlıq hüququna malik Finlandiya şirkəti HMD Global ilk smartfonların satışa çıxarılacağını bəyan edib. Çin istehlakçıları üçün nəzərdə tutulmuş Nokia smartfonları 1,699 yuan – təqribən $246 ABŞ dollarına satılacaq. Bu təqdimat Nokia Oyj-in bütün mobil istehsalı hüquqularını 2014-cü ildə Microsoft şirkətinə satmasından bəri brend üçün ilk ciddi irəliləyişdir. Yeni cihaz – Nokia 6 – Google-un Android platformasına əsaslanır və Foxconn tərəfindən istehsal edilib. O, JR. com saytı vasitəsilə eksklüsiv olaraq Çində satılacaq. “HMD-nin ilk Android smartofunu Çində satışa çıxarmaq qərarı dünya boyu müxtəlif bazarlarla istehlakçıların təlabatına cavab vermək arzusunu əks etdirir. Bura strateji baxımdan önəmli bazardır,” HMD yaydığı bəyanatda bildirir. Nokia bir vaxtlar dünyanın dominant mobil telefon istehsalçılarından idi və sonra o, Microsoft’s Windows idarəetmə sistemi olan “Lumia”-nı seçdi. 2014-cü il sövdələşməsindən sonra Microsoft Nokia adı altında ucuz adi telefonlar və Lumia smartfonları satmaqda davam etdi, lakin ötən il hər iki biznesi başlı başına buraxdı. Dekabrda HMD Nokia telefon biznesini alaraq lisenziayalaşdırmaq anlaşması ilə bağlı Nokia adına eksklüsiv müəlliflik hüququ qazandı. HMD Nokia şirkətinə brendə və patentə görə divident ödəyəcək, lakin Nokianın HMD-də birbaşa investisiyası olmayacaq.

nokia

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register