Tarixdə bu gün
Tarixdə bu gün 12.1.2017-cı il.
Fransız riyaziyyatçı, məşhur Böyük Ferma teoreminin yaradıcısı Pyer Ferma 1665-ci ilin 12 yanvarında dünyasını dəyişmişdir.
Rus fizik, sovet atom bombasının atası sayılan İqor Kurçatov 1903-cü ilin 12 yanvarında dünyay gəlmişdir.
12 yanvar 1908-ci ildə Şərqdə ilk opera hesab edilən “Leyli və Məcnun”un ilk tamaşası keçirilmişdir.
1945-ci ilin 12 yanvarında Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi Yalta konfransı başa çatmışdır.
12 yanvar 1945-ci ildə Sovet qoşunları Şərqi Avropada güclü əks-hücuma keçmişdir.
1989-cu ilin bu günü SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib. Fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan “Xüsusi İdarə Komitəsi” yaradıldı. Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi.
Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun 1990-cı ilin bu günü Vilnüsə səfəri zamanı orada 300 000 nəfər müstəqillik tələbi ilə mitinq keçirilmişdir.
12 yanvar 1990-ci ildə Rumıniya ilk Şərqi Avropa ölkəsi olaraq Kommunist Partiyasını qadağan etmişdir.
1991-ci ilin bu günü ABŞ Konqresi Corc Buşa İraqda silah tətbiq etməyə səlahiyyət vermişdir.
19 Avropa ölkəsi insan klonlanmasına dair ilkin qanunu ratifikasiya edib. Bu hadisə 1998-ci ilin 12 yanvarında baş vermişdir.
2000-ci ilin bu günü Türkiyədəki koalisiyalı hökumət terrorçu Abdulla Öcalan barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə salmışdır.
Həcc ziyarəti zamanı şeytan daşlama mərasimində, basabas zamanı 362 zəvvar həlak olub. Bu hadisə 12 yanvar 2006-cı ildə baş vermişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments