Marneuli Rayonunda Neçə Kənd Var Küçədə Sorğu

Marneuli bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Marneuli şəhəridir.

Marneuli rayonu Aran Borçalının Azərbaycan və Ermənistanla sərhədində yerləşir. Marneuli rayonunun sahəsi 935 km² – dir. Ərazisinin 90%-i 350-600 metr mütləq hündürlüyə malik Marneuli ovalığında yerləşir. Ən hündür nöqtəsi 1416 metrə bərabər Qaradağ dağıdır. Rayonun ümumi torpaq fondu 83.479 hektardır.

Sovetlər Birliyi dağıldıqdan sonra Marneuli iqtisadiyyatı dərin böhran keçirmişdir. Marneuli hazırda kəndə təsərrüfatı bölgəsi kimi tanınır. 2006-cı ildə Gürcüstanda istehsal edilmiş tütünün 78%-i, tərəvəzin 11%-i, bostan bitkilərinin 14%-i, ətin 4%-i bu bölgənin payına düşmüşdür.

2002-ci il siyahıyaalınmasına əsasən 71 kənddə (qeyd: gür.: g.ə. ულიანოვკა, l.ə. ulianovka kəndində əhali yaşamırdı) məskun əhalinin 86.40%-ini azərbaycanlılar, 7.80%-ini gürcülər, 5.20%-ini ermənilər, 0.20%-ini ruslar, 0.20%-ini urumlar, 0.20%-ini isə digərləri təşkil edirdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register