Nəyə fobianız var?

Qorxu hissi hər birimizə yaxşı tanışdır. Yenicə doğulmuş körpənin təhlükəylə bağlı keçirdiyi ilk hiss qorxudur. Hər bir canlı varlığını təhdid edən və ya təhdid riski daşıyan varlıq və ya hadisə qarşısında bu hissi keçirir. Qorxu başqa hisslər kimi idarəedici və siqnalverici funksiya daşıyır. Sevinc hissi kimi qorxu hissi də insana lazımdır. Qorxu bəzən insanı ağılsız və məsuliyyətsiz hərəkətlərdən saxlayır. Ancaq qorxu müəyyən bir dozada olmalıdır. Qorxu hissinin davamlı olması və kəskinləşməsi işlərin yolunda getmədiyini göstərir. Qorxu bir təhlükə və ya təhdid anında hiss edilən bir gərilim, bu vəziyyətdən qaçma, yaxud da mübarizə aparma ilə əlaqəli, ürək döyüntüsü, əzələlərdə gərginlik və s. hisslərlə özünü biruzə verən bir həyəcan halıdır. Qorxu insanın gündəlik həyatında rahatlığını əlindən alırsa, bir özəllik qazanır. Qorxunun dayanıqlı şəkildə yaranması artıq Fobiyadır. Fobiya sözünün kök anlamı “phobos”-latınca “dəhşət” deməkdir. Yunan mifalogiyasında “phobos” “dəhşət tanrısı” anlamındadır. Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara fobik deyilir. Fobiyalar müxtəlif yaş dövrlərində özünü göstərə bilər. Hələ körpə uşaqların qəfil səslərdən diksinməsi, kiçik yaşlı uşaqlarda ən çox görülən qaranlıq qorxusu buna misaldır. Kiçik yaşlı uşaqların qaranlıqla qorxudulması, qaranlıqda qorxulu varlıqların olmasına inandırılması onlarda dayanıqlı qorxuların yaranmasına səbəb olur. Ümumiyyətlə mütəxəssislərin fikrincə, fobiyaların yaranmasına əsas səbəb insanların uşaqlıqda keçirdikləri qorxu, sarsıntı kimi hisslər ola bilər. Bu dəfə Marneuli sakinlərinin nəyə fobiası var mövzusuna aydınlıq gətirməyə çalışdıq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register