Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ prezidenti Barak Obamanın @POTUS “Twitter” sosial şəbəkəsindəki sonuncu yazısı akkauntun mövcud olduğu bütün dövrlər ərzində laykların və retvitlərin sayına görə rekorda imza atıb. Bu barədə “Cnet” nəşrinə istinadən məlumat verib. “Hər şeyə görə çox sağ olun. Mənim sonuncu xahişim elə birincisi kimidir. Mən xahiş edirəm ki, mənim dəyişiklər yaradaca biləcək bacarıqlarıma deyil, öz bacarıqlarınıza inanasınız”, – deyə Obama yazıb. Bu qeydin yazılma anında yazını 600 mindən artıq istifadəçi retvit edib, 1 milyon 200 min nəfər isə layk edərək bəyənib.

obama

Rusiyada dəfn mərasimlərinin təşkili üçün “Umer” adlanan mobil əlavə tərtib edilib. Bu barədə layihə müəllifi “The Village” nəşrinə danışıb. “Yandeks. Poqoda” layihəsinin rəhbəri Dmitri Qeraqin özünün “Umer” adlanan şəxsi layihəsini təqdim edib. Onun sözlərinə görə, bu layihənin “Yandeks”ə heç bir aidiyyəti yoxdur. Layihə rəhbəri bildirib ki, ölümdən başqa hər şey avtomatlaşdırılıb və bunu düzəltmək niyyətindədir. Xidmət daxil edilmiş məlumatlar əsasında ölənin qohumlarına müxtəlif variantlı dəfn mərasimlərinin təşkil edilməsini təqdim edəcək. Əlavə qiyməti hesablayır, lazımı sənədlərin siyahısını çıxarır və dəfn bürolarının ünvanlarını istifadəçiyə göstərir. Əlavə aqreqator kimi yaradılıb. Yeni təkliflərlə işləyən dəfn mərasimləri agentlikləri sifarişçilərə müxtəlif qiymət kateqoriyalarını təklif edə biləcəklər. Hazırda bununla bağlı agentliklərlə danışıqlar aparılır. Xidmətin bir neçə aydan sonra istifadəyə verilməsi planlaşdırılır.

mobil

“WhatsApp” messencerinin 2.17.6 beta versiyasında GİF şəkillərin axtarılması imkanı yaradılıb. Artıq istifadəçilərə GİF-görüntülərin kitabxanasına rahat daxil olmaq imkanı təqdim edilir. Bundan əvvəl GİF görüntü göndərmək üçün əvvəlcədən cihazın yaddaşına yüklənmiş şəkil lazım idi. Sonradan isə bu şəkil məlumatlara əlavə edilməli idi. GİF görüntülərin göndərilməsi üçün daha bir variant kənar, o qədər də rahat olmayan əlavələrin istifadəsi idi. Artıq “WhatsApp” istifadəçiləri bir emodzi düyməni sıxmaqla GİF-lər olan kitabxanaya keçid əldə edə biləcəklər. Bundan başqa, açar sözlərlə lazımi şəkli axtarmaq imkanı da yaradılıb. Qeyd etmək lazımdır ki, bu xidmət “WhatsApp” messencerində rəqiblərindən xeyli gec yaradılıb. Yeni funksiyanı ancaq 2.17.6 beta versiyasında istifadə etmək mümkündür. Onun standart versiyada bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik məlum deyil.

whatsapp

Avropa İttifaqı elektron kommunikasiyaların və şəxsi həyatın məxfiliyini təmin etmək niyyətindədir. Avropa İttifaqı İT şirkətləri üçün qanunlar layihəsi yaradıb. Bu qanunların köməyi ilə istifadəçilər onların şəbəkədə məlum etdikləri şəxsi məlumatlara nəzarəti gücləndirə biləcəklər. Güman edilir ki, “Google”, “Facebook”, həmçinin “Skype”, “Viber” və “Whatsapp”  kimi messencerlərdə istifadəçilərin şəxsi məlumatlarına çıxış məhdudlaşdırılacaq. “Mən elektron kommunikasiyalar və şəxsi həyatın məxfiliyini təmin etmək istəyirəm”, – deyə Aİ-nin vahid rəqəmsal bazarlar məsələləri üzrə sədrinin müavini Andrus Ansoip bildirib. Bundan sonra hədəflənən reklamın nümayişi üçün istifadəçilər barədə şəxsi məlumatları əldə etmək məqsədilə İT şirkətləri müvafiq sorğu etməli olacaqlar. Həmçinin məlumatların əldə olunması və onun danışığının uzunluğu ilə bağlı qaydalar sərtləşdiriləcək.

avro

“Google” şirkətinin daxil olduğu “Alphabet Holding” Yer kürəsinin internetlə təmin edilməsi üçün nəzərdə tutulan “Titan” layihəsindən imtina edib. Layihə çərçivəsində dronlarla dünyanın müxtəlif regionlarını internetlə təmin etmək planlaşdırılmışdı. Bu məqsədlə “Google” 2014-cü ildə günəş batareyaları ilə çalışan pilotsuz uçuş aparatlarının hazırlanması üzrə ixtisaslaşmış “Titan Aerospace” şirkətini satın alıb. Layihə üzərində 50 mütəxəssis çalışırdı. İndi bu mütəxəssislər “Alphabet”in başqa bölmələrinə keçiriləcək. Holdinq diqqətini “Project Loon” layihəsinə yönəldəcək. Bu layihədə böyük hava şarları vasitəsilə internet yaymaq nəzərdə tutulur.

dron

Ötən ilin dördüncü rübündə masaüstü kompüterlərin dünya üzrə tədarükü 72,8 milyon ədəd təşkil edib. Bu barədə “Gartner” analitik şirkətinin nümayəndələri məlumat verib. Bu, illik nisbətdə 3,7 faiz azalma deməkdir. İlkin hesablamalara görə, 2016-cı ildə bütün dünya üzrə 269,7 milyon ədəd masaüstü kompüter tədarük edilib ki, bu da 2015-ci ilin göstəricilərinə nisbətdə 6,2 faiz azdır. Qeyd edək ki, masaüstü kompüterlərin satışı 2012-ci ildən azalmaqdadır. Dördüncü rübdə bazarın lideri “Lenovo” şirkəti olub. Şirkət 15,78 milyon ədəd masaüstü kompüter tədarük edərək satışlarını 1,6 faiz artırıb və bazarın 21,7 faiz payına sahib olub. İkinci yerdə kiçik bir fərqlə HP şirkəti qərarlaşıb. Şirkət bazara 14,81 milyon ədəd cihaz tədarük edərək, bununla da bazarda 20,4 faiz paya malik olub. Satış artımı isə 4,3 faiz təşkil edib. Fəxri üçüncü yeri tutmuş “Dell” şirkəti 10,72 milyon ədəd satış göstəricisi ilə bazar payının 14,8 faizinə sahib olub. Şirkət hamıdan daha çox – 5,4 faiz satışlarını genişləndirib. Sonrakı yeri 5,45 milyon ədəd masaüstü kompüter tədarük edən və bazarın 7,5 faizinə malik “Asus” şirkəti tutub. Ötən rüb şirkətin satış göstəriciləri 8,5 faiz azalıb. Ötən rüb 5,44 milyon ədəd masaüstü kompüter tədarük edən “Apple” korporasiyası satış həcmlərini 2,4 faiz artıraraq, bazarın 7,5 faiz payına malik olub. “Acer” şirkəti isə 5 milyon ədəd cihaz tədarük edərək, satışlarını 4,4 faiz azaldıb. Buna baxmayaraq, şirkət dünya bazarında 6,9 faiz paya sahib olaraq qalıb.

kom

“PayPal” ödəniş sisteminin yaradıcısı Piter Til “Apple” dövrünün bitdiyini bəyan edib. İKT.lent.az-ın məlumatına görə, P. Til bunu “The News York Times”a açıqlamasında bildirib. Jurnalistin “iPhone” istehsalçısı üçün xoş günlərin başa çatıb-çatmadığı barədə sualına iş adamı belə cavab verib: “Bunu təsdiq edirəm. Biz artıq smartfonun nə olduğunu və necə göründüyünü bilirik. Bu, elə bir sahədir ki, artıq hansısa innovasiya tətbiq etmək mümkün deyil. Tim Kukun burada bir günahı yoxdur”. Qeyd edək ki, P. Til yeni seçilmiş prezident Donald Trampın keçid komandasının üzvüdür.

paypal

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp”dan bir pis, iki yaxşı xəbər var. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, “WhatsApp” bu gündən etibarən “iPhone 3GS”-də, “Windows Phone 7” mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə “Android” əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək. Bundan əlavə, “WhatsApp”a iki maraqlı yenilik edilib. Bunlardan biri, şəkillərin göndərilməsi zamanı qoyulan limitlə bağlıdır. Belə ki, artıq istifadəçilər bir-birlərinə 30 şəkli eyni anda işarələyib göndərə biləcəklər (Əvvəllər 10 dənədən artıq şəkil göndərmək mümkün deyildi). İkinci yenilik isə İnstaqram-da olan “Store” özəlliyinə bənzəyir. Belə ki, artıq “WhatsApp”da da buna bənzər funksiya olacaq və yüklənən şəkillər İnstaqram və Facebook-dan fərqli olaraq 24 saatdan sonra silinməyəcək.

whatsapp1

Çox güman ki son vaxtlarda görəcəyiniz ən vəfalı davranış, bir meymun sürüsündən gəlməkdədir. BBC One tərəfindən hazırlanan Spy in the Wild verilişinin keçdiyimiz seriyası, təbiətin məsumiyyətini və saflığını bir dəfə daha göstərən olduqca həssas bir ana ev sahibliyi etdi. Əsl meymunlara olduqca oxşayan meymun görünüşlü robotların vəhşi təbiətə salındığı və digər heyvanların arasına qarışan robotların üzərində yerləşən kameralar ilə də heyvanların müşahidə edildiyi proqramda, keçdiyimiz seriyada casus bir robot meymun, Langur meymunlarının arasına buraxılmışdı. Bala bir meymun görüntüsünə sahib olan robotu qısa müddətdə mənimsəyən yetişkin meymunlar, onu sevib onunla oynamağa başladılar. Hətta içlərindən “balaya” dayəlik edəni belə var idi. Lakin oyun sırasında yerə düşən robot, hərəkətsiz qaldığında, digər meymunlar onun öldüyünü sandılar. Sonrasında isə ortaya çıxan anlar, sözlərlə başa salınacaq kimi deyil. Ölkəmizdə, soyuq havalarda yaşam savaşı verən pişiyə, itə, hətta onlara köməy etməyə çalışan insanlara nifrətlə yaxınlaşan məxluqları gördükdən sonra, bu videodakılara “heyvan” demək, əslində bütün meymunlara bir təhqir olar.

WhatsApp-a gələn Giphy dəstəyi sayəsində artıq çox daha rahat formada GIF axtarış edilə biləcək və göndərilə biləcək. WhatsApp, daha əvvəldə istifadəçilərin bir birinə GIF göndərə bilməsi üçün fərqli imkanlar istifadəyə vermişdi. Bunlardan birincisi, videoları GIF olaraq dəyişdirib göndərmə xususiyyəti idi. Sonra telefonlarda olan GIF-lər göndərilməyə başlanıldı. Daha sonra isə GIF tətbiqinə axtarış dəstəyi gəlmişdi. Ancaq artıq WhatsApp-ın Android versiyasını istifadə edənlər, çox daha rahat bir formada GIF axtara biləcək və göndərə biləcəklər. Bu xüsusiyyəti ilə birlikdə WhatApp-ın mətn qutusunda ki emosiya işarəsinə toxunduğumuz da, alt tərəfdə emosiya və GIF arasında keçid etməyinizə şərait yaranır . GIF ekranına gəldiyimizdə isə ekranda görünən GIF-lər arasından seçim edə bilər və ya bir açar söz ilə GIF axtarışı edə bilərsiz. Whatsapp-dakı bu yeni GIF xüsusiyyətinin Giphy tərəfindən dəstəkləndiyini söyləyək. WhatsApp-dakı digər dəyişiklik də, eyni vaxtda şəkil göndərilmə sayını artırması oldu. Daha əvvəl bir şəxsə WhatsApp üzərindən bir səfərdə 10-dan daha çox şəkil və video göndərmək olmurdu . Yeni xüsusiyyətlə birlikdə bu say 30-a yüksəldi. Bu yeni iki xüsusiyyəti istifadə edə bilmək üçün, WhatsApp-ın 2.17.6 beta versiyasını istifadə etməyiniz lazımdır. APKMirror sayt-ı üzərindən WhatsApp-ın bu versiyasını yükləyərək bu iki yeni xususiyyəti istifadə edə bilərsiz. Ancaq biz yenə də Google Play Store–un beta proqramına qoşularaq WhatsApp-ın bu versiyasını yükləməyinizi ya da paylaşılacaq olan yenilənməni gözləməyinizi tövsiyyə edirik.

whatsapp2

Edilən bir açıqlama ilə, Facebookda artıq kompüterlər üzərindən də canlı yayım edilə bilinəcəyi açıqlandı. Facebookda uzun bir müddətdir mobil cihazlar vasitəsilə canlı yayım edilə bilinir. Ancaq şirkət, bu mövzudakı yeni həmləsində istifadəyə verdiyi bəzi yenilənmələrlə birlikdə, canlı yayım edə bilmək imkanını kompüterlərə də daşıdı. Yəni artıq Facebook səhifələri, bir noutbook ya da web kamerası olan bir personal komputer vasitəsilə Facebookda canlı yayım edə biləcəklər. Facebookun bu yeniliklə bağlı paylaşdığı açıqlamada, bundan sonra səhifələrin canlı yayım edəcək şəxsləri seçə biləcəklərini də bildirildi. Bundan əvvəl sadəcə səhifə adminləri canlı yayım edə bilirdilər və bu da istər istəməz bir məhdudiyyət sayılırdı. Bu dəyişiklik, Facebookun videolarında reklamlara yer verəcəyi ilə bağlı xəbərdən çox az bir sonra reallaşdı. Yəni bu, Facebookun canlı yayım videolarında da reklam göstərə biləcəyi mənasına gəlir. Bununla birlikdə bu yenilik, Facebookda canlı yayımların sayının artmasına səbəb olacaqdır. Ancaq bu canlı yayımların məznunlarının keyfiyyətlərinin necə olacağı şübhəlidir. Məzmun sayının artmasının, keyfiyyəti azaltdığının ən böyük nümunəsi isə YouTube-dur. Video paylaşım saytı, xüsusilə son vaxtlarda olduqca çox keyfiyyətsiz məzmunla dolub-daşır.

face

Instagram Hekayə xüsusiyyəti üçün statistika və reklam funksiyaları təqdim edildi. Artıq Instagram hekayələrinə reklam verilə bilinəcək və məzmunların statistikaları da görülə biləcək. Facebook, Instagrama gətirdiyi hekayə xüsusiyyətindən sonra, bu xüsusiyyətə yeni funksiyalar əlavə etdiyini elan etdi. Əlavə olaraq Facebook, Instagram ilə bağlı ən son statistik məlumatları da paylaşdı. Oktyabr ayında gündə 100 milyon insanın istifadə etdiyi Instagram Hekayələri, bugün gündə 150 milyon insan tərəfindən istifadə edilir. Hər beş mesajdan birinin, izləyicilərdən mesajla cavablandırıldığını da açıqlayam Facebook, xüsusilə bu barədə iddialı olduqlarını vurğuladı. Facebook, sürətlə Instagrama əlavə etdiyi və böyütdüyü Hekayələr xüsusiyyətindən, indi də reklamlarla pul qazanacaq. Instagram artıq, hekayələrdə də reklam göstərəcək. Hekayələrdən link almaq və birbaşa mesaj üzərindən firmalarla əlaqə qurmaqdan başqa, şirkətlərə nümayişdən əlavə imkanlar təklif ediləcək. Instagram istifadə edən insanların 70%-I bir şirkəti izləyir və platformada ən çox izlənilən hekayələrin üçdə biri şirkətlərin paylaşdığı hekayələrdir. Hekayələrin təxminən 70%-i səsli videolardan ibarət ikən, yüzdə 25%-i Boomerang videoları, sadəcə 5%-i isə şəkillərdən ibarətdir. Buna görə də Instagram, Facebook üçün olduqca ciddi bir reklam qapısıdır. Hekayə Statistikaları: Qlobal olaraq istifadəyə verilən Hekayə Statistikaları vasitəsilə Instagram da şirkət profilləri hər hekayə üçün statistik məlumatları görə biləcəklər. Bu statistikaları görüntüləyərək, hədəf kütlələrinə daha uyğun, onlar üçün daha mənalı məzmunlar yarada biləcəklər. Hekayə Reklamları: Instagram eyni zamanda Hekayələrdə tam ekran reklamları da test etməyə başlayıb. Hədəfləmə, çatmaq və ölçmək kimi xüsusiyyətlərə sahib olacaq olan reklamlar ilə müəssisələr hekayələri izləyən insanların maraq dairələrinə uyğun məzmunlar yarada biləcəklər. Hekayələrin təxminən 70%-nin səsli izləndiyi əsas götürülərsə, reklam verənlər, tam ekran reklamlarda insanlara maraqlı videolar ilə çatmağa çalışacaqlar. Facebook və Instagram rəhbərləri mövzuyla bağlı nə dedilər? Instagram rəhbərliyindən Amy Cole, mövzu ilə bağlı olaraq bunları dedi: “Instagram cəmiyyəti, Instagram Hekayələrini böyük bir yaradıcılıqla qucaqladı və bugün gündə 150 Milyondan çox insan Instagram Hekayələrini istifadə edir. Son beş aydır insanların həqiqətən şirkətlərin hekayələrinə maraq göstərdiklərini müşahidə etdik; belə ki, ən çox izlənilən hekayələrdən 3-də 1-i, şirkətlərin hekayələrindən ibarətdir. Bugündən etibarən şirkətlər Instagram Hekayələrində reklamları istifadə edərək qlobal kütləyə, insanların sevdiyini bildiyimiz istehlakçı təcrübəsini istifadə edərək əlaqə qura biləcək. İrəlidəki aylarda bütün şirkətlər üçün aktiv olacaq bu yeni reklam formatına şirkətlərin necə reaksiya verəcəklərini görmək üçün həyəcanlanırıq”.

instagram

Şaxta baba paltarında olan naməlum şəxs, texnika mağazasından 12 inç ekranlı MacBook oğurladı. Hadisə, Tbilisidəki texniki mağazalarından birində baş verib. Mağazada olan təhlükəsizlik kameraları oğurluq hadisəsini anbaan qeydə alıblar. MacBook-un oğurlanması ilə bağlı istintaq aparılır. iPlus adlı mağaza, “Apple” məhsullarının satışı ilə məşğul olur. Artıq rəhbərlik, MacBook-u oğurlamış şəxsi yaxalamağa görə xüsusi mükafat elan edib. Belə ki, oğrunu yaxalamaqda kömək edəcək şəxsəiPhone modeli hədiyyə olunacaq. Oğurluq hadisəsi ilə bağlı video, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir çoxlarının fikrincə bu video sadəcə olaraq reklam xarakterli çəkilib.

Son illərdə bir çox insanlar arasında smartfonun ön kamerası ilə foto çəkdirmək çox dəbdədir. Məhz bu cəhətdən bir çox smartfon istehsalçısı, öz cihazlarında ön kameraya daha çox diqqət yetirirlər. Lakin çox az adam bilir ki, müasir dövrdə smartfon kamerası ilə çəkilmiş fotolar vasitəsilə insanların barmaq izlərini müəyyən etmək olar. Bu barədə Yaponiyanın Beynəlxalq İnformatika İnstitutunun professoru Isao Echizen danışıb. Professor öz müsahibəsində bildirib ki, o, foto vasitəsilə insanın barmaq izini aşkar etməyə nail olub. O bu təcrübəni, insan barmağının əks olunduğu foto ilə həyata keçirib. Bununla belə foto təqribən 3 metr məsafə ilə çəkilmişdir. Asiya ölkələrində bu hal daha kritikdir. Belə ki, ordakı gənclər “V” jesti ilə foto çəkməyi çox sevirlər. Bundan əlavə professor bildirib ki, onun komandası, insanların barmaq izlərini oğurlamağın qarşısını alan texnologiya yaradıb. Həmin texnologiya, titan oksidi əsasında çalışır. Beləliklə titan oksidi, istənilən fotoda əks olunmuş barmaq izini gizlətməyə və ya onu dəyişməyə imkan verir. Bundan sonra internetə selfi foto yerləşdirəndə agah olun ki, kimsə sizin barmaq izlərinizi əldə edə bilər. Nəzərə alsaq ki, bir çox müasir smartfonlar, barmaq izi skanları ilə təchiz olunub, onda bu üsulla hackerlər sizin şəxsi məlumatlarınızı rahatlıqla əldə edə bilərlər.

selfi

“HTC” şirkəti öz yeni smartfon modelləri U Ultra və U Play-i təqdim etdi. Smartfonlar şirkət üçün yeni, lakin bazar üçün yeni olmayan funksiyalara sahibdirlər. Hər iki smartfon modeli, cilalanmış alüminium korpusa sahibdir. Daha əvvəllər “HTC ” öz cihazlarında bu dizayndan istifadə etməmişdi. Lakin sözügedən dizayn bazar üçün yeni deyil. Xarici görünüşcə smartfonlar, Galaxy seriyasına bənzəyirlər. HTC U Ultra-nın ön panelinin üst hissəsində LG V10 və V20-dəki kimi əlavə ekran yerləşdirilmişdir. Həmin ekranda bildirişlər və digər əlavə məlumatlar əks olunur. Smartfon, istifadəçinin davranışlarını analiz edir və xüsusi alqoritm ona lazım olan məlumatları əks etdirir. Sözügedən “ağıılı” alqoritm, HTC Sense Companion adlandırılıb. Bu “ağıllı” alqoritm, istifadəçiyə hansı günün səhəri smartfonu 100% şarj etməyi, yanında şarj cihazını götürüb-götürməməyi və hansı tətbiqlərin daha çox enerji sərfiyyatına səbəb olduqlarını söyləyəcək. Bundan əlavə olaraq səsli köməkçi istifadəçiyə uyğun qiymət civarında keyfiyyətli restoranları məsləhət görəcək, istirahət günlərində zəngli saatı söndürməyi yada salacaq və pis hava haqqında məlumat verəcək. Bir sözlə sözügedən səsli köməkçi, Siri və Google Assistant kimi standart köməkçidir. Lakin buna baxmayaraq şirkət onu süni zəka adlandırır. Əslində Sense Companion böyük diqqətə sahib olmadı. Əsas marağı cəlb edən isə smartfonun qiymətidir. Belə ki, HTC U Ultra-nın 64 GB daxili yaddaş versiyası 749$ qiymətinə satılacaq. Bu, Google Pixel XL-in qiyməti ilə eynidir. Qeyd etmək lazımdır ki, hər iki model 3.5 mm-lik audiogirişdən məhrum olub. Onu USB Type-C girişi əvəz edir. HTC U Ultra-nın texniki göstəriciləri aşağıdakı kimidir. 5.7 inç QHD ekran və 2 inç-lik əlavə ekran, 8 nüvəli Snapdragon 821 prosessoru, 4 GB RAM və 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), 3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma özəllikli), 15 MP-lik arxa və 12 MP-lik ön kamera, Android 7.0 Nougat əməliyyat sistemi. Flaqman smartfon U Ultra ilə yanaşı şirkət həmçinin U Play modelini də təqdim edib. Əlavə ekranı olmayan bu sadə və kompakt model öz funksionallığı ilə heçdə geridə qalmır. Sözügedən smartfon əlavə ekrana sahib olmasa da Sense Companion texnologiyasını özündə saxlayıb. Texniki göstəricilərinə gəldikdə isə U Play, 5.2 inç Full HD ekran, MediaTek Helio P10 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yadda, 2500 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunub. Cihaz, Android 6.0 Marshmallow sistem əməliyyatı vasitəsilə çalışır. Onun qiyməti isə 440$ təşkil edəcək. Hər iki smartfonun satışları mart ayında başlayacaq.

htc

Cənubi Koreya mərkəzli bir internet saytı, “Samsung” və “LG”nin qatlana bilən telefonlarını ilin ikinci yarısında bazara çıxaracaqları iddia edilir. Son zamanlarda qatlana bilən telefonlarla bağlı yeni xəbərlərin sayı artıb. Bu zamana kimi Samsung-un qatlana bilən telefonlarla bağlı xəbərləri yayılmışdı. Bizdə bu xəbərləri sizlərlə paylaşmışdıq. İndi də qatlana bilən telefonlarla bağlı Cənubi Koreya-dan ciddi bir iddia gəldi. “Samsung” və “LG” bu ilin ikinci yarısında qatlana bilən telefonları bazara çıxaracaqlar. Xəbərə görə “Samsung,” ilin üçüncü rübündə 100.000 ədəd qatlana bilən telefon istehsal edəcək, “LG” isə eyni miqdarda qatlana bilən telefonu ilin dördüncü rübündə istehsal etməyə başlayacaq. Ancaq buna baxmayaraq xəbərdə şirkətlərin bu planlarının hələki dəqiqləşmədiyi deyilir. “Korea Herald”ın xəbərində, “Samsung”un qatlana bilən telefonunun əvvəlcə kitab kimi açılıb bağlana biləcək şəkildə hazırlandığını , ancaq daha sonra istifadəçilərin telefonlarını daima açıb bağlamağı bəyənməyəcəklərini fikirləşərək, telefonun kənara doğru qatlana biləcək kimi yenidən hazırlandığı ifadə edilir. İddialara görə telefonun ekranı, açıldığında 7 dyüm ölçüsündə olacaq. Keçdiyimiz iyun ayında “Bloomberg”, “Samsung”un ilk qatlana bilən telefonunu “MWC” 2017-də təqdim edəcəyini elan etmişdi.

samsung-lg

“Nokia”, Mobil Dünya Konqresin-dən (MWC) bir gün əvvəl vacib xəbərlər verəcəyini açıqladı. Texnologiya nəhəngi Nokianın, verəcəyi xəbərlərdə yeni cihazlarla bağlı məlumat verməsi gözlənilir. “Nokia” rəsmiləri “Barcelona”da keçiriləcək olan Mobil Dünya Konqresindən bir gün əvvəl vacib xəbərlər verəcəyini açıqladı. “Nokia 6” ilə yenidən telefon bazarına qayıdan Nokia, gələcək günlərdə keçiriləcək olan “MWC”dən bir gün əvvəl verəcəyi xəbərdə yeni tanıdacağı modellər haqqında məlumat verəcək. “Nokia” 26 Fevralda vacib xəbərlər verəcək. 2017 ilə birlikdə, yeni bir səhifə açan “Nokia”, bir çox yeni tətbiqlər ilə telefon bazarında darıxdığı yerlərə yenidən qayıtmağı hədəfləyir. “Nokia”nın Mobil Dünya Konqresində verəcəyi xəbərlər ilə yanaşı Nokia 6-dan sonrakı, yeni telefonların təqdimatını edəcəyi gözlənilir. Bildiyiniz kimi “Nokia”, Nokia 6–nı Çin bazarının xaricinə çıxartmağı planlayır. Beləliklə daha çox istifadəçinin qarşısına çıxaraq gəlirini iki qat böyütməyi hədəfləyən “Nokia”nın, “MWC-2017”də dünya bazarına çıxaracağı modelini təqdim etməsi gözlənilir. “Nokia”nın 26 Fevralda verəcəyi digər vacib xəbərlərdən birinin də yeni telefonu Nokia E1haqqında olduğu deyilir. Bu il bir çox fərqli model ilə istifadəçilərin qarşısına çıxacaq olan Nokia, üstün xüsusiyyətlərə malik telefonunun xəbərini “MWC 2017” –də təqdim etməsi gözlənilir.

nokia

Keçən il “Facebook” tərəfindən yaradılmış Building 8 adlı şöbə çox maraqlı bir texnologiya üzərində çalışır. Belə ki, həmin texnologiya, insanların fikirlərini oxumağa imkan verəcək. Bir neçə müddət bundan öncə sosial şəbəkədə paylaşılmış vakansiya elanı, diqqəti cəlb etmişdi. Əsasən Building 8-ə beyin və kompüter arasındakı interfeys mühəndisi və beyin vizualizasiyası mühəndisi lazımdır. Birinci vakansiyaya müraciət edəcək şəxs həmdə neyrobiologiya sahəsi üzrə namizəd dərəcəsinə sahib olmalıdır. Vakansiyalardakı təsvirlərdə qeyd olunub ki, sözügedən şöbənin məqsədi, dünyanı birləşdirmək missiyası çərçivəsində yeni texnoloji məhsulların hazırlanmasıdır. Şirkət sözügedən vakansiyalar barədə heç bir fikir bildirməyib. Lakin 2015-ci ildə Mark Zuckerberg, müsahibələrin birində bildirmişdi ki, gələcəkdə insanlar öz fikirlərini digərlərinə texnologiyalar vasitəsilə ötürə biləcəklər. 2016-cı ilin Avqust ayında isə “Facebook”, Area 404 adlı yeni istehsalat laboratoriyasını fəaliyyətə vermişdi.

facebook-beyin

“Opera” şirkəti ənənəvi Opera brauzeri əsasında yığılmış tamamilə yeni Opera Neon adlı breuzeri təqdim edib. Yeni brauzer, istifadəçilərin internetdə əsas məsələlərdə diqqətlərini cəmləmək üçün nəzərdə tutulub. “İndiki brauzerlər bir növ keçmiş yüzilliyin mirası rolunu oynayırlar. Opera Neon layihəsi gələcəyin ümumdünya şəbəkəsini biz tərəfimizdən görmə imkanıdır” – deyə şirkət qeyd edib. Günümüzdə milyardlarla insan internetdən istifadə edir. Lakin internet dəyişir. Bununla yanaşı brauzerlər də dəyişməlidir. Opera Neon, elementləri bir başa brauzerə yerləşdirmək və şəbəkədən bir başa məzmunu götürmək imkanını verərək veb məzmunlarla qarşılıqlı əlaqənin inanılmaz üsullarını təqdim edir. Sözügedən brauzer, yeni istifadəçi interfeysinə sahibdir. O özündə bir neçə xüsusiyyətləri daşıyır. Məsələn fon fotolardan istifadə edən yeni start səhifəsi, videoplayer paneli, fotolar qalereyası, yükləmələr üçün menecer və favit səhifələr üçün yeni vizual panel. Opera Neon-da favorit səhifələrin avtomatik idarəetmə intellektual sistemi reallaşdırılmışdır. Daha çox istifadə olunan səhifələr yuxarıda, daha az istifadə olunanlar isə aşağıda əks olunacaq. Digər bir yenilik isə bütün məşhur axtarış sistemlərini və OpenSearch texnologiyasını dəstəkləyən axtarış bölməsidir. Həmçinin yeni brauzerə hazır print screen düyməsi əlavə olunub. Beləliklə istifadəçilər bu düymədən istifadə edərək səhifələrin fotolarını tez bir zamanda çəkə və onları brauzerin foto qalereyasına əlavə edə bilərlər. Bir ekranda iki səhifə ilə birdən çalışmaq üçün isə istifadəçilərə ayırıcı ekran rejimi təqdim olunub. Opera Neon-u, Windows və Mac üçün burdan yükləyə bilərsiniz.

https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fstory%2Fthumbnail%2F19075%2Fopera-new-logo-brand-identity-portal-to-web[1]

Samsung, Galaxy S7 və S7 Edge ağıllı telefonları üçün gözlənilən “Anroid 7.0 Nougat” yenilənməsi ilk beta istifadəçiləri üçün paylaşıldı. Nəhayət ki, Samsung Galaxy S7 və Galaxy S7 Edge ağılllı telefonları üçün gözlənilən “Android 7.0 Nougat” yenilənməsinin yayımına başlanıldı. Galaxy S7 ağıllı telefonları Andorid 7.0-a qovuşdu. “Samsung” tərəfindən Galaxy S7 və S7 Edge modelləri üçün 17 yanvar tarixində paylaşılması gözlənilən rəsmi “Android 7.0 Nougat” yenilənməsi ilk olaraq beta istifadəçiləri üçün çıxışını reallaşdırdı. Beta istifadəçiləri üçün təxminən 215 MB fayl ölçüsü ilə gələn yenilənmə, digər istifadəçilərə isə təxmin edəcəyiniz kimi daha böyük fayl ölçüsündə paylaşılacaq. Beta versiyası istifadə etməyənlər üçün mobil operatorların yenilənməni nə vaxt paylaşacağı haqqında hələki məlumat yoxdu, ancaq bunun çox yaxında həyata keçəcəyinə inana bilərik. Samsung, Android Nougat yenilənməsiylə ən az 12 yenilik istifadəyə verəcəklərini vurğulayarkən “Samsung” da olan tətbiqlər üçün qısayollar, çoxlu pəncərə modu, müxtəlif performans modları və daha cox istifadə edə bilmə imkanı, bildiriş xüsusiyyətləri, sürətli nizamlama, istifadəçi interfeysi irəli çıxan detallar arasında yer aılır. Problemsiz bir yeniləmə üçün diqqətli olmağınızı və ağıllı telefonunuzu şarjda saxlamağınızı unutmamağı tövsiyə edirik.

sam-beta

Tayvanın “TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, “Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi “iPhone 8s” smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər. Mütəxəssislərin fikrincə, “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq. Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq. Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq. Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.

ipple

“IBM” şirkəti yaxın 5 ildə insanların həyatını dəyişdirəcək beş texnologiyadan ibarət illik reytinqini dərc edib. Bu texnologiyalardan biri erkən mərhələdə psixiki və koqnitiv  pozuntular, neyrodegerenativ xəstəliklərə diaqnoz qoymağa imkan verən şifahi və yazılı danışığın təhlili sistemidir. İkinci texnologiya “super qəhrəmanların görmə qabiliyyətidir”. Şirkətin mütəxəssislərinin fikrincə, 5 il sonra dalğa uzunluğu diapazonunda görməyə imkan verən cihazlar geniş yayılacaq. Bu, ətraf aləmin öyrənilməsi üçün yeni imkanlar yaradacaq. Böyük məlumatlar üzərində iş sahəsində irəliləyiş gözlənilir. Ekspertlər hesab edirlər ki, böyük massivli informasiyanı səmərəli emal etməyə imkan verən texnologiyalar, məsələn, ərzaq və enerji istehsalı problemlərinin həllini tapmağa kömək edəcək. “Çipdə laboratoriyalar” adlandırılan dördüncü texnologiya orqanizmin maye təhlili zamanı normadan ən kiçik sapmaları qeydə almağa imkan verəcək. Beləliklə, simptomların yaranmasından əvvəl orqanların pozulmaları haqda məlumat əldə etmək mümkün olacaq. Beşinci texnologiya ətraf mühitin çirklənməsinin aşkar edilməsi ilə bağlıdır. Sensor texnologiyalar, silisium fotonikası və süni intellekt təhlükəli maddələri bir anda aşkar etməyə imkan verəcək.

ibm

Finlandiyanın “Nokia” şirkəti mobil telefonlar bazarına geri qayıtdıqdan sonra ilk  smartfonunu təqdim edib. Yaxşı texniki xüsusiyyətlərə malik qurğu “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir. Pis xəbər odur ki, yeni smartfon hələ ki yalnız Çində satılacaq. Yeni “Nokia 6″ smartfonunun dizaynı ənənəvi olaraq yığcam, amma zərif hazırlanıb, ekran bükük 2.5D şüşə ilə örtülüb. Nokia 6” smartfonunun tanıtımı ilə məşğul olacaq Finlandiyanın “HMD Global” şirkəti sözügedən cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb: Ekran: 5.5 düym, “Full HD” Prosessor: “Qualcomm Snapdragon 430”, Əməli yaddaş: 4 QB, Daimi yaddaş: 64 QB, “MicroSD” kart dəstəyi: var, Əsas kamera: 16 MP, f/2.0, faza avtofokusu, Ön kamera: 8 MP, f/2.0, Akkumulyator: 3000 milliamper/saat, “LTE” dəstəyi: var, Akustika: “Dolby Atmos” dəstəyi, Əməliyyat sistemi: “Android 7.0”, Korpus: alüminium. “Nokia 6” smartfonu hələ ki yalnız “JD.com” resursu üzərindən Çində satılacaq. Qiyməti 245 dollardır.

nokia1

Sensor ekranlar mobil və məişət qurğuları ilə qarşılıqlı əlaqə üsulunu dəyişdirsə də,  uzun müddət bu sahədə heç bir inqilabi yenilik yox idi. “Tanvas” şirkətinin fikrincə, sensor ekranlarla qarşılıqlı əlaqə üzrə  inkişafın növbəti mərhələsi sensor səth üzərində təsvir edilmiş müxtəlif teksturaları taktil hissetmə imkanı olmalıdır. Şirkət “CES 2017” sərgisində müxtəlif materialların teksturasını hiss etməyə imkan verən displey nümayiş etdirib. Məsələn, mobil proqramda biri pambıqdan, digəri isə velvetdən tikilmiş şalvarlar göstərilib. Bu şalvarlara barmaqla toxunduqda materialları hiss etmək mümkündür. “Tanvas” şirkəti, həmçinin müxtəlif əşya və materiallardan (su, çınqıl, qum və sairə) ibarət mobil tətbiq nümayiş etdirib. Sensor ekranda təsvir olunan bu materialların hər birinə barmaqla toxunduqda sanki real həyatda olduğu kimi hiss edirsən. Bunun sirri ondadır ki, “TanvasTouch” texnologiyası taktil hisslərin barmağın ucluğuna ötürülməsi üçün elektromaqnit impulslardan istifadə edir.

sensor

Massaçusets Texnologiya İnstitutunun alimləri qrafen və mürəkkəb həndəsi formalarla sınaqları davam etdirərək xarici görünüşünə görə mərcanları xatırladan yüngül və möhkəm materiallar yaradırlar. Bu dəfə institutun tədqiqatçılar qrupu qrafen lopalarının sıxılması və əridilməsi – karbonun ikiölçülü forması vasitəsilə müasir dövrün ən möhkəm və yüngül materiallarından birini hazırlayıb. Yeni maddə cəmi 5 faizlik sıxlıq nisbətində poladdan 10 dəfə möhkəm məsaməli struktura malikdir. Qrafen ən möhkəm ikiölçülü materiallardan biri kimi məşhur olsa da, tədqiqatçılar indiyədək bu xüsusiyyətləri üçölçülü strukturlara necə keçirmək barədə məlumatsız olublar. Aparılan tədqiqatlardan məlum olub ki, yeni materialın möhkəmliyinin əsas amili onun qeyri-adi üçölçülü konfiqurasiyasıdır ki, bu da gələcəkdə alimlərin onların strukturlarında eyni həndəsi prinsiplərdən istifadə etməklə daha möhkəm materiallar hazırlaya biləcəklərindən xəbər verir. Məlumata görə, alimlər uzun müddətdir bu istiqamətdə çalışırlar, lakin praktikada laboratoriya sınaqları çox vaxt nəzəriyyəyə uyğun gəlməyib və digər tədqiqatçı qruplar kifayət qədər möhkəmliyə malik konstruksiyalar əldə edə bilməyiblər. “MIT” qrupu maddənin atom strukturunun analizini apararaq nəticədə yenidən mükəmməl model yaratmağa nail olub. İkiölçülü materiallar təkcə yüksək möhkəmliyə deyil, unikal elektrikötürmə xüsusiyyətlərinə malikdirlər, lakin nazikliyinə görə onlardan, məsələn, binaların tikintisində və ya böyük elektrik aparatlarının yaradılmasında istifadə qeyri-mümkündür. Lakin fiziklər böyük təzyiq və isitmə vasitəsilə kiçik qrafen lopalarını sıxaraq xarici görünüşünə görə mərcanları və ya mikroskopik yosunları xatırladan stabil, möhkəm struktur yaradıblar. Onun möhkəmliyinin sirri yüklənmənin bölüşdürüldüyü böyük səthdədir. Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

mass

Las-Veqasda keçirilən “CES-2017” istehlak elektronikası sərgisində “Toyota” şirkəti yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün nəzərdə tutulan “Concept-i” avtonom avtomobil prototipini nümayiş etdirib. Yaponiya istehsalçısı sürücülərə kömək üçün “Yui” (“mehriban ünsiyyət”) süni intellekt interfeysini hazırlayıb. Bu məqsədlə “Concept-i” “Sürücü” və “Mühafizəçi” adlanan iki elektron sürücü köməkçisinə malikdir. Onların hər ikisi yoldakı vəziyyətə nəzarət edərək zərurət yarandıqda qəzanın qarşısını almağa kömək üçün avtomobilin idarəetmə prosesinə müdaxilə edir. Bu, mahiyyət etibarilə süni intellektlə idarə edilən və öz-özünə öyrənmə funksiyalı adi təhlükəsizlik sistemi dəstidir. “Yui” sistemi sürücünün vərdişlərini və nəyə daha çox üstünlük verməsini yadda saxlayaraq onlara uyğun işləyir. İnterfeys daha yaxşı səfər marşrutlarını əvvəlcədən müəyyənləşdirir, iqlim və musiqini qurur. “Concept-i” faralarla ətrafdakı insanlara göz vura və siqnalları bortda yazılarla təkrarlayaraq göstərə bilir.

qeza

“KGI Securities” şirkətinin tanınmış analitiki Min-Çi Kuonun “9to5Mac” nəşri üçün yeni proqnozuna əsasən, “Apple” şirkəti cari ilin yazında üç yeni “iPad” modeli təqdim etməyi və planşetlərinin azalan satış həcmini xilas etməyi planlaşdırır. Analitik Min-Çi Kuonun proqnozları əksər hallarda özünü doğruldur. Onun fikrincə, 12.9 düymlük “iPad” modeli “A10X” prosessoru ilə işləyən “iPad Pro” modelinin ikinci nəslidir. 9.7 düymlük “iPad” modeli ilk dəfə 2015-ci ildə “iPhone 6S” və “6S Plus” smartfonlarında tətbiq edilmiş “A9” prosessoru ilə təchiz ediləcək. Nəhayət, 10-10.5 düymlük diaqonala malik “high-end” sinfinə məxsus  model tamamilə yeni dizaynda təqdim ediləcək. Bu model, həmçinin “A10X” prosessoru ilə təchiz ediləcək. Min-Çi Kuonun yeni proqnozuna əsasən, cari ildə “iPad” planşetlərinin satış həcmi azalaraq 35-37 milyon təşkil edəcək.

ipple-yeni

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış tranzistor dartılmaq qabiliyyətinə malikdir və bu halda keçiricilik qabiliyyətinin çox hissəsini özündə saxlayır. Alimlərin fikrincə, belə tranzistor daşınan elektron qurğuların yaradılmasında olduqca faydalı ola bilər. Alimlər izah edirlər ki, istehsal xərclərinin yüksək olması ilə əlaqədar elastik tranzistorlardan istifadə azalsa da,  onlara maraq azalmayıb. İndi alimlər tranzistorun yaradılması üçün silisium əvəzinə, polimerdən istifadə ediblər ki, tranzistoru yalnız əymək deyil, həm də uzatmaq mümkün olsun. Tranzistorun tərkibi “SEBS” elastik polimerinin içinə daxil edilmiş “DPP-TT” yarımkeçirici polimerindən ibarətdir. İdeya ondan ibarətdir ki, bu polimerlər bir-birinə mane olmadan fəaliyyət göstərirlər. Nəticədə elastik, nazik plyonkalı tranzistor yaradılıb və onu minimum xərc sərf etməklə otaq temperaturunda printerin köməyi ilə istehsal etmək mümkündür.

bey

“CES 2017” istehlak elektronikası sərgisində ənənəvi olaraq istifadəçilərin həyatını daha da sadələşdirmək və yaxşılaşdırmaq məqsədilə çoxsaylı “ağıllı” qurğular təqdim edilir. Belə qurğulardan biri Fransanın “Nov’in” şirkətinin nümayiş etdirdiyi “ağıllı” “Dring Smartcane” əlağacıdır. Xarici görünüşünə görə adi əsanı xatırladan qurğuda istifadəçinin hərəkətlərini izləmək üçün akselerometr və giroskop quraşdırılıb. Bütün toplanan məlumatlar istifadəçinin vərdişlərini və aşağı aktivliyini, yorğunluğunu və insan həyatı tərzində sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar ola bilən digər dəyişiklikləri müəyyənləşdirmək üçün xüsusi alqoritmlər tərəfindən emal edilən mühafizəli serverə göndərilir. Məlumata görə, fiziki aktivliyi izləməklə yanaşı, “ağıllı” əsa istifadəçiyə “GSM” şəbəkəsi vasitəsilə mümkün bədbəxt hadisənin baş verməsini bildirən siqnalı göndərməyə imkan verən həyəcan düyməsi ilə təchiz edilib. Bundan başqa, yaxın insanlar və qohumlar insanın əlağacından yıxılması zamanı bildiriş alacaqlar. Həmçinin istifadəçiyə səs siqnalı şəklində yardımın gəlməsini bildirən xəbərdarlıq gələcək. “Dring Smartcane” qurğusunun ilk növbədə əsa olmasına görə “Nov’in” kömək üçün əlağacı istehsalı sahəsində yüzillik təcrübəyə malik “Maison Fayet” şirkətinə müraciət edib. Nəticədə şirkət tərəfindən daxilində müasir texnologiyaların gizləndiyi maksimum sadə və erqonomik dizayna malik qurğu hazırlanıb.

esa

Yaponiyanın “Panasonic” şirkəti “CES 2017” sərgisində sürücüsüz avtomobillər üçün avtonom kabinə konseptini təqdim edib. Şirkətin yaratdığı konsepsiya adi avtomobildən daha çox tam avtomobil evə və ya təkərli ofisə bənzəyir. Konsept yaxın vaxtlarda ictimai yollarda istifadəyə verilə biləcək sürücüsüz avtomobillərin imkanlarını nümayiş etdirir. “Panasonic Autonomous Cabin” adlanan texnologiya sərnişin oturacaqları və interaktiv interyer alətləri dəsti ilə təchiz edilən sürücüsüz avtomobildir. Konseptə sərnişinlər tərəfindən əyləncə və səyahət haqqında məlumatın əldə edilməsi üçün istifadə oluna bilən dörd rəqəmli interaktiv paneldən ibarət mərkəzi stol daxildir. Dörd displeyin hamısını oyunlar və s. göstərməyə imkan verəcək bir ekranda birləşdirmək mümkündür. İnteryer bölməsində “ağıllı” materiallar ağac, metal və ya dəri kimi görünərək sensor ötürücüləri vasitəsilə idarə edilən informasiya ekranları qismində işləyirlər. Məhz bu adi avtomobil salonunu çoxlu funksiyalar yerinə yetirən və qurulmadan asılı olaraq görünüşünü dəyişən əlavə reallıq texnologiyasının elementi təşkil edir. Əlavə reallığın daha bir elementi marşrut və ya görməli yerlər barədə müxtəlif informasiyanı göstərə bilən avtomobil pəncərələridir. Bundan başqa, interyerə idarəetməsi bütün avtomobil displeylərindən mümkün olan soyuducu və qəhvə hazırlayan daxildir. Konsept yardımçılarının sözlərinə görə, onların sistemini istənilən müasir avtomobildə quraşdırmaq mümkündür. “Panasonic” yaxın illərdə texnologiyanın tətbiqinə başlamağı planlaşdırır.

avto

“PKvitality” şirkəti “CES Innovation Awards” sərgisinin stendlərində qeyri-adi olmaqla yanaşı, qanda qlükozanın, eləcə də süd turşusu və başqa mübadilə məhsulları daxil olmaqla digər karbohidrat mübadiləsi pozuntularının bioloji əlamətlərinin səviyyəsinin ölçülməsi kimi vacib funksiyanı yerinə yetirən “ağıllı” “K’Track Glucose” saat prototipini nümayiş etdirib. Saat 0,5 millimetr uzunluğunda mikroiynə vasitəsilə sutkada 30-dək ölçmə apararaq orqanizmin aktual göstəricilərini nümayiş etdirir. Bu, xüsusilə insulin terapiyasının başlanğıcında olmaqla 1-ci və 2-ci tip şəkərli diabet xəstələri üçün faydalı alətdir. Hiss edilməyən, ağrısız analizin aparılması üçün “SkinTaste” texnologiyasından istifadə olunur. “K’Track Glucose” qlükoza və süd turşusunu ölçməklə yanaşı, sərf olunan kalorilərin miqdarını, atılan addımların sayını və müddət ərzində qət edilən məsafəni hesablayır. Qiyməti 200 dollar təşkil edəcək qurğunun korpusunda sensor üçün hər ay əlavə 150 dollar ödəmək tələb olunacaq. Ümumilikdə isə istifadəçi istismar üçün illik 1 350 dollar ödəyəcək. Hazırda analoji qiymətə üçaylıq müddət üçün birdəfəlik sınaq çubuqları dəstini əldə etmək olar. 2018-ci ildə satışa çıxarılması nəzərdə tutulan “K’Track Glucose” istehsal texnologiyalarının ucuzlaşmayacağı təqdirdə bahalı qurğular sinfinə aid olacaq. Şirkət, həmçinin ürək döyüntülərinin sayını, qanda süd turşusunun, eləcə də oksigenin səviyyəsini hesablayan “K’Track Athlete” idman bilərziyini təqdim edib. Bilərziyin qiyməti və dəyişilən sensorun qiyməti “K’Track Glucose” saatının qiymətinə uyğundur.

seker

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register