Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“YouTube” xidməti özünün “Android” və iOS üçün mobil əlavəsində məlumat, video və istinad mübadiləsi funksiyasını sınaqdan keçirir. “YouTube”un daxili messenceri kimi qiymətləndirilən yeni funksiya hazırda yalınız Kanada ərazisində çalışır. Hələlik bu funksiyanın bütün dünya üzrə istifadəçilərə açılıb-açılmayacağı bəlli deyil. Lakin eksperiment göstərir ki, “YouTube”un sahibi olan “Google” bu xidməti əsl sosial şəbəkəyə çevirmək istəyir.

“Google”un daxil olduğu “Alphabet Holding” mobil əlavələrin yaradılması xidməti olan “Fabric”i satın alıb. bu barədə şirkətin bloqunda məlumat verilib. “Bu gün biz “Fabric”in tarixində yeni səhifə açırıq və bunu bəyan etməkdən şadıq ki, “Google” ilə birləşmə və “Google” komandasına keçidimiz barədə saziş imzaladıq”, – deyə açıqlamada bildirilir. Sövdələşmənin dəyəri açıqlanmayıb. Qeyd edək ki, “Fabric” 2014-cü ildə “Twitter” tərəfindən yaradılıb. O vaxtdan bəri xidmətdən yararlanan proqramçıların sayı 580 minə çatıb.

GOOGLE

Rusiyanın “Sberbank”ı ilə Çinin “Alibaba Group” internet ticarəti platforması elektron ticarət sahəsində birgə müəssisə yarada bilər. Bu barədə Rusiya hökuməti, Mərkəzi Bankı və prezident administrasiyası nümayəndələrinin iştirakı ilə danışıqlar aparılır. Artıq tərəflər anlaşmanın şərtlərini razılaşdırmağa yaxındır. Çinlilərlə sonuncu görüş ötən həftə keçirilib. Birgə müəssisənin Rusiyaya məxsus hüquqi şəxs kimi yaradılması nəzərdə tutulur. “Sberbank”ın payı 50 faizdən çox olacaq. “Söhbət bir neçə milyard dollar dəyəri olacaq şirkətin yaradılmasından gedir. Bu şirkət Rusiya və bir sıra digər ölkələrdə, transsərhəd internet-kommersiya bazarında iri oyunçu olacaq”, – deyə “Kommersant”a məlumat verən mənbə bildirib.

16093330

Avropanın və dünyanın məşhur aviaşirkətlərindən olan “Airbus” konserni bu ilin sonuna qədər avtopilot rejiminə malik uçan avtomobilin sınaqlarını keçirməyi planlaşdırır. Bu barədə “Airbus Group”un icraçı direktoru Tom Enders Münhendə keçirilən konfransda bildirib. Ötən il şirkət kiçik ölçülü uçan maşınların layihələndirilməsi ilə məşğul olan xüsusi bölmə (Urban Air Mobility) yaradıb. Proqramın yekun məqsədi bu cür maşınların mobil əlavənin köməyi ilə icarəsi sistemini yaratmaqdır. “Yüz ilə əvvəl şəhər nəqliyyatı yerin altına endi, indi isə biz onu havaya qaldırmağa imkan verən texnoloji vasitələrə sahibik”, – deyə T. Enders söyləyib. O qeyd edib ki, hazırda layihə eksperimental mərhələdədir, lakin şirkət bu işə çox ciddi yanaşır və bu tip texnologiyaların ekologiyaya zərər vurmamasının vacibliyini də anlayır. T. Endersin sözlərinə görə, uçan avtomobillərin yaradılması şəhər infrastrukturuna qoyulan xərcləri azaltmağa imkan verəcək, çünki hava nəqliyyatı yol və körpülər salmağı tələb etmir.

airbus

İsveçrəli turist Mayk Vonq “Google Maps” bazasında yeni əlavə tərtib edib. Belə bir xidmətin sayəsində nəinki dünya xəritəsində istənilən yeri tapmaq, hətta oradakı bütün gəzməli yerləri görmək mümkündür. Daha da yenilənmiş xidmət “PhotoSpots” adını alıb. Onu analoji xidmətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də istifadəçinin özünün bu və ya digər regiondakı bəyəndiyi yerlərin şəkillərini əlavə etmək imkanının olmasıdır. Bu, həmçinin gəzəcəyi yerləri seçən turistlər üçün çox rahatdır və onlar öncədən bu proqramın köməyi ilə yollarda rastlaşacağı yerləri görə biləcəklər. Mayk Vonq xidməti istifadəçilər daha da sadələşdirməyi planlaşdırır.

googleplay

İnsanda müxtəlif xəstəlikləri müəyyən edən ağıllı saat yaradılıb. Stenford Universitetinin mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində  insanda müxtəlif xəstəlikləri müəyyən edən ağıllı saat saatı yaradıblar. Bu barədə “Runews24” agentliyi yazıb. Məlumatda bildirilir ki, bu saatlar insanın ürək ritmindəki kiçicik dəyişiklikləri belə asanlıqla göstərir. Həmçinin məlumatda qeyd edilir ki, bundan əlavə, möcüzəvi saatlar qan təzyiqi, insulina qarşı müqaviməti və iltihabların səviyyəsini müəyyən edə bilir. Qeyd edək ki, saatların kütləvi istehsalına 2017-ci ilin axırlarında başlanılacaq.

saat

“WhatsApp”, istifadəçilərinə paylaşacağı yeni xüsusiyyəti ilə birlikdə korporativ firmalara xidmət verməyə başlayacaq. Beləliklə WhatsApp mesajlaşma tətbiqi , “Slack” və “Microsoft Team”-ə rəqib olacaq! Smartfon istifadəçilərindən hardasa hər dörd nəfərindən üçü bu məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ı aktiv olaraq istifadə edir. WhatsApp rəhbərlərinin aldığı qərar ilə birlikdə şirkət, mesajlaşma tətbiqini müəssisələr üçün də inkişaf etdirir. Məşhur mesajlaşma tətbiqini korporativləşdirmək istəyən şirkət, WhatsApp-ın yeni xüsusiyyətiylə bərabər Şirkət işcilərinin bir-biriləri ilə daha rahat bir üsulda xəbərləşmələrinə imkan tanıyacaq.

whatsapp

“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq. “Microsoft” korporasiyasının “Windows 10” masaüstü əməliyyat sisteminə böyük diqqət ayırması hər kəsə məlumdur. Bununla belə, şirkət hələ ki mobil versiyadan imtina etmək niyyətində deyil. “Windows 10 Mobile” sisteminin 15007 nömrəli son insayder quraşdırmasında iki yeni funksiya istifadəyə verilib. Funksiyalardan biri smartfonun şarjı doldurulduqda “Glance Screen” mobil proqramının aktiv olmasını təmin edir. İkinci yenilik isə yaddaş kartlarının şifrlənməsidir. Bu funksiya ilk növbədə korporativ müştərilər üçün nəzərdə tutulub. “15007 nömrəli quraşdırmadan sonra indi “Windows 10 Mobile” sistemi ilə işləyən korporativ qurğular telefona yerləşdirilmiş “SD” kartları şifrləmək imkanına malikdirlər” – yeni funksiyanın təsvirində deyilir. Qurğunun şifrlənməsini “Yeniləmə və Təhlükəsizlik” bölməsində aktivləşdirmək olar.

1457700091_windows-10-mobile-insider-preview-2016-03_story[1]

Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq. “Facebook” sosial şəbəkəsi Almaniya ərazisində seçki ərəfəsində saxta xəbərlərin filtri xidmətini işə salacaq. Bu haqda “The Verge” nəşri yazır. ABŞ-da ötən ilin axırlarında keçirilən son prezident seçkilərindən sonra saxta xəbərlərin seçki nəticələrinə təsiri ilə bağlı yaşanan qalmaqallardan sonra bu növ xidmətin yaradılması gündəmə gəlib. Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq.

face

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib. Qanda şəkərin səviyyəsini corab vasitəsilə müəyyən etmək mümkün olacaq. ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib. Tədqiqatçıların fikrincə, sensorların iş prinsipinin vacib şərti istifadəçinin ayaqlarının hərəkət zamanı tərləməsi ilə bağlıdır. Bu zaman ayaqdan ifraz olunan tər sensorların işi üçün enerji mənbəyi rolunu oynayır. Sözügedən sensorlar diabetdən əziyyət çəkən xəstənin tərindəki qlükozanın miqdarı və süd turşusu ionlarını müəyyənləşdirərək toplanmış məlumatları simsiz ötürücü qurğu vasitəsilə istifadəçinin smartfonuna yönəldəcək.

seker-corab

Noutbukda barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub. Yaponiyanın “Fujitsu” şirkəti çəkisi 777 qram olan “Lifebook UH75/B1” yığcam noutbukunu təqdim edib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yüngül 13.3 düymlük noutbukdur. Yeni noutbuk 1920×1080 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli “Intel Core i5-7200U” prosessoru və “Intel HD Graphics 60” daxili qrafik sürətləndiricisi ilə təchiz edilib. Məlumata əsasən, qurğu 4 QB əməli yaddaş, 256 QB sərtgövdəli daşıyıcı, “Wi-Fi 802.11ac” və “Bluetooth 4.1” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, 1 meqapiksel matrisli veb kamera və “HDMI” portla təchiz edilə bilər. Qurğu “Windows 10 Home” əməliyyat sistemi ilə işləyir. Səsli daxiletmə və barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub. Versiyadan asılı olaraq noutbuk 50 və ya 25 vatt/saat tutumunda olan litium-ion akkumulyatorlarla təchiz edilə bilər ki, bu da müvafiq olaraq 17 və 8.3 saat avtonom iş deməkdir. Aparatın qalınlığı 15.5 mm təşkil edir. Fujitsu 2017-ci ilin fevralında “Lifebook UH75/B1” noutbukunun satışına başlayacaq. Yapon bazarında noutbukun dəyəri 1672 dollardan başlanacaq.

notbuq

“BLITAB” şirkəti gözdən əlillər üçün ilk planşet yaradıb. “BLITAB” startapı tərəfindən hazırlanmış eyni adlı planşet gözdən əlil və zəif görən istifadəçilər üçün nəzərdə tutulmuş ilk qurğudur. “BLITAB” planşeti ötən ayın əvvəlində Las-Veqasda keçirilmiş “CES 2017” sərgisi çərçivəsində təqdim edilib. “BLITAB” qurğusunun aşağı hissəsi “Android” sistemi ilə işləyən adi planşetdir və yuxarı hissəsinə isə Brayl ekranı qurulub: kanallar üzrə gələn maye ekranın membranına təzyiq göstərməklə səthdə taktil nöqtələrdən ibarət təsvir formalaşdırır. Planşetin istehsalçıları bildiriblər ki, ekran yalnız mətni deyil, həm də daha mürəkkəb informasiyanı (məsələn, ərazinin xəritəsi və ya şəkillər) göstərmək qabiliyyətinə malikdir. Ekranı aktivləşdirmək üçün qurğunun kənarında yerləşən düyməyə sıxmaq kifayətdir. Hazırda bazarda kütləvi istehsala malik Brayl displeyləri mövcuddur, ancaq belə displeylərin səthindəki nöqtələr pyezoelementlərin köməyi ilə oxların irəli çəkilməsi hesabına formalaşdırılır. Bu texnologiyadan istifadə nəticəsində belə ekranlar olduqca böyük alınır və qiyməti bahalı olur. Bundan başqa, belə ekranlar yalnız fərdi kompüterə qoşulduqda işləyir. “BLITAB” qurğusunda tətbiq edilən texnologiya bu çatışmazlıqlardan məhrumdur: planşetin ölçüsü nisbətən yığcamdır və qiyməti təxminən 500 dollar təşkil edəcək. İstehsalçılar yaxın vaxtlarda ilkin sifarişlərin qəbuluna başlamağı planlaşdırırlar və cari ilin yayında planşetlərin tədarükünə başlanılacaq.

Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar. Müasir litium-ion akkumulyatorlarının əsas çatışmazlıqlarından biri onların alışması və partlamasıdır. Smartfonlar daxil olmaqla müxtəlif qurğularda mütəmadi belə hallar baş verir. Məsələn, məhz akkumulyator batareyasının defekti “Samsung Galaxy Note 7” smartfonlarının öz-özünə yanmasına əsas səbəb kimi göstərilir. Stenford Universitetinin alimləri bu problemin həlli kimi oda davamlı litium-ion akkumulyator prototipini hazırlayıblar. Litium-ion batareyalarının alışıb yanması ilə mübarizə metodu trifenilfosfat adlı maddədən istifadəyə əsaslanır. Bu maddə akkumulyatorun elektrodlarını bir-birindən ayıran və plastikdən hazırlanmış ayırıcılara əlavə olunur. Batareya 150 selsi dərəcəyə qədər  qızdıqda ayırıcılar əriməyə başlayaraq trifenilfosfat maddəsi buraxırlar ki, bu da alışmanın qarşısını alır.

akulmyator

“Microsoft” şirkəti Windows 7-ni artıq köhnəlmiş hesab edir. Bununla yanaşı şirkət, sözügedən əməliyyat sisteminin müasir texnologiyalara cavab vermədiyini də qeyd edib. 2020-ci ildə şirkət bu əməliyyat sisteminin dəstəyini tamamilə dayandıracaq. Şirkət, istifadəçilərə, Windows 10 əməliyyat sisteminə keçid etmələrini məsləhət görürlər. Belə ki, bu əməliyyat sistemi “Intel”, “AMD” və “Qualcomm” şirkətlərinin yeni nəsil çiplərini dəstəkləyir. Bir neçə müddət bundan öncə istifadəçilər Windows 10 əməliyyat sistemi ilə bağlı şikayətlərini bildirmişdilər. Belə ki, yenilənmiş versiyanın kodunda səhv var idi. Bu isə internetə olan çıxışda bir çox problemlər yaradırdı. Qeyd etmək lazımdır ki, “Microsoft”, ilkin mərhələdə yeni əməliyyat sisteminin uğursuz olduğunu qəbul edib. Belə ki, şirkət ümid edirdi ki, 2018-ci ilin ortalarına kimi artıq 1 milyard insan yeni əməliyyat sisteminə keçid edəcək. Lakin keçən ilin yay fəslində Windows 10-nun istifadəçi sayı yalnız 350 milyon insan göstəricisi idi.

oboi-windows-7-skachat.640x360[1]

Bu il Çin istehsalı smartfonlar kompakt korpusda böyük ekran özəllikləri ilə sevindirməyə söz veriblər. Lakin istehsalçılar yastı ekran sərhədini keçmək arzusunda olub, əyilə bilən cihazlar üzərində də çalışırlar. “LG” şirkəti də istisna olmayıb. Şirkətin yeni patentində əyilə bilən cihazın maraqlı dizaynı əks olunub. Əyilə bilən cihazın elastik paneli, səthin bütün hissəsini tutur. Yığılmış vəziyyətdə ekranın bir hissəsi müəyyən dərəcədə kənara açılaraq kamera, söndürüb/yandırma düyməsi və barmaq izi skanı üçün yer azad edir. Bu cür dizayn tərtibatını biz ilk dəfə görürük. Deməli, smartfon rejimində əyilmiş hissə, bildirişləri, səsin tənzim olunması və playerin idarəolunması düymələrini əks etdirir. Sözügedən patent haqqında məlumatlar tez bir zamanda silinib. Məlumatlara əsasən “LG” və “Samsung” şirkətləri, əyilə bilən smartfonları artıq bu ilin ikinci yarısında təqdim edəcəklər.

mobil

Hələki rəsmi anonsu olmayan Nokia 8 modelinin ilk videoları sızdırılıb. Sözügedən modelin, MWC 2017 tədbirində anons olunacağı gözlənilir. Lakin bunun əvəzinə CES 2017-də Nokia 6 cihazı təqdim olunmuşdu. O, flaqman hesab olunmasa da diqqətləri cəlb edə bildi. Həmin smartfon hələki Çin bazarı üçün nəzərdə tutulub. Digər adı Nokia Supreme olan Nokia 8 modeli daha maraqlı olmağa iddialıdır. Smartfon iki versiyada təqdim olunacaq. Onlaran biri Snapdragon 821 prosessoru və 4 GB RAM, digəri isə Snapdragon 835 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Məlumata əsasən Nokia 8-in əsas versiyası ya 64 yadaki 128 GB daxili yaddaşa (microSD dəstəkli) sahib olacaq. Smarfonun sahib olacağı 24 MP-lik arxa kamera isə elektron və optik stabilizasiya xüsusiyyətini özündə birləşdirəcək. Ön kamera isə 12 MP olacaq.

Mobil cihazlar və kompüterlər üçün foto editləmək üzrə bir çox tətbiqlər mövcuddur. Onlardan ən məşhuru isə Photoshop-dur. Lakin bu cür tətbiqlərdə çalışmaq üçün ilk öncə onların imkan və funksiyalarını öncədən öyrənmək lazımdır. Bu isə bir çoxları üçün çətinlik yaradır. “Adobe” şirkəti bunun rahat həll üsulunu tapıb. Belə ki, şirkət, fotonun səslə editlənməsinin necə olacağını təsvir edən video təqdim edib. Videoda, tətbiqin mobil versiyasına foto editlənməsi üçün səsli assistentin inteqrasiyasını görmək olar. Şirkətin məlumatına əsasən onun səstanıma sistemi hətta internetə qoşulmadan belə çalışa bilər. Bu xüsusiyyət isə digər virtual köməkçilər ilə müqayisədə istifadəçiyə böyük imkanlar yaradır. Belə bir funksiya sayəsində sözügedən tətbiqdə fotonu editləməyi bacarmayan istifadəçi, səsli assistentə yalnız fotonu necə editləmək istədiyini bildirəcək. Bu, sözün əsl mənasında faydalı funksiya ola bilər. Belə ki, istifadəçi, tətbiqdə heç bir digər funksiyaları müşahidə etmədən fotonu editləyə biləcək. Hal-hazırda bu sadəcə konseptdir. Lakin “Adobe”un gələcəkdə bu funksiyanı öz məhsullarına inteqrasiya edəcəyi istisna olunmur.

“Opera” şirkəti ənənəvi Opera brauzeri əsasında yığılmış tamamilə yeni Opera Neon adlı breuzeri təqdim edib. Yeni brauzer, istifadəçilərin internetdə əsas məsələlərdə diqqətlərini cəmləmək üçün nəzərdə tutulub. “İndiki brauzerlər bir növ keçmiş yüzilliyin mirası rolunu oynayırlar. Opera Neon layihəsi gələcəyin ümumdünya şəbəkəsini biz tərəfimizdən görmə imkanıdır” – deyə şirkət qeyd edib. Günümüzdə milyardlarla insan internetdən istifadə edir. Lakin internet dəyişir. Bununla yanaşı brauzerlər də dəyişməlidir. Opera Neon, elementləri bir başa brauzerə yerləşdirmək və şəbəkədən bir başa məzmunu götürmək imkanını verərək veb məzmunlarla qarşılıqlı əlaqənin inanılmaz üsullarını təqdim edir. Sözügedən brauzer, yeni istifadəçi interfeysinə sahibdir. O özündə bir neçə xüsusiyyətləri daşıyır. Məsələn fon fotolardan istifadə edən yeni start səhifəsi, videoplayer paneli, fotolar qalereyası, yükləmələr üçün menecer və favit səhifələr üçün yeni vizual panel. Opera Neon-da favorit səhifələrin avtomatik idarəetmə intellektual sistemi reallaşdırılmışdır. Daha çox istifadə olunan səhifələr yuxarıda, daha az istifadə olunanlar isə aşağıda əks olunacaq. Digər bir yenilik isə bütün məşhur axtarış sistemlərini və OpenSearch texnologiyasını dəstəkləyən axtarış bölməsidir. Həmçinin yeni brauzerə hazır print screen düyməsi əlavə olunub. Beləliklə istifadəçilər bu düymədən istifadə edərək səhifələrin fotolarını tez bir zamanda çəkə və onları brauzerin foto qalereyasına əlavə edə bilərlər. Bir ekranda iki səhifə ilə birdən çalışmaq üçün isə istifadəçilərə ayırıcı ekran rejimi təqdim olunub. Opera Neon-u, Windows və Mac üçün burdan yükləyə bilərsiniz.

https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fstory%2Fthumbnail%2F19075%2Fopera-new-logo-brand-identity-portal-to-web[1]

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register