Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Samsung Electronics” korporasiyası “Galaxy Note 7” smartfonlarının alışıb, partlaması ilə əlaqədar aparılan təhqiqatın nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Şirkət 200 mindən çox smartfon və 30 min akkumulyatoru araşdırıb və belə nəticəyə gəlib ki, problemin səbəbi akkumulyatorların layihələndirilməsindəki çatışmazlıqlar və cihazın yığılması ilə bağlı texnoloji prosesdən qaynaqlanır. Təhqiqat müstəqil təşkilatlar – UL, “Esponent” və “TUV Rheinland” ekspertlərinin köməyi ilə aparılıb. Mütəxəssislər “Galaxy Note 7”nin aparat və proqram hissələrini, yığımını, keyfiyyətini tədqiq ediblər. Xatırladaq ki, “Samsung Galaxy Note 7” 2016-cı ilin avqustunda satışa çıxarılıb. Lakin artıq sentyabr ayında şirkət cihazın ifrat qızması və alışması ilə əlaqədar dünya üzrə 2,5 milyon cihazı geri çağırıb. Oktyabr ayında “Galaxy Note 7“nin istehsalı və satışının dayandırıldığı açıqlanıb. Nəticədə “Samsung”un bazar dəyəri 10% (22 milyard dollar) aşağı düşüb. Korporasiyanın maliyyə itkiləri isə 5 milyard dollar təşkil edib.

sam-batar

ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin “Twitter” səhifələrindən birinə haker hücumu baş verib. Yerli vaxtla saat 09.40-da səhifədə Rusiyanın ABŞ-a raket zərbələri endirdiyi barədə xəbər peyda olub. “Tvit” tezliklə silinsə də, xəbərin “skrinşot”u yayılıb. Səhifənin “OurMine” haker qrupu tərəfindən “sındırıldığı” məlum olub. Bu qruplaşma daha öncə “Twitter”in icraçı direktoru Cek Dorsinin də səhifəsini “sındırıb”. ”NewYork Times” hsadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, qəzetin “Twitter” səhifəsinin 250 min abunəçisi var.

news

ABŞ dövlət orqanları istifadəçilərə aid şəxsi məlumatların yayılması ilə əlaqədar 2 faktla bağlı “Yahoo” barədə təhqiqat aparır. Təhqiqatı aparan ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası ötən ilin dekabrında “Yahoo”dan müvafiq sənədlər tələb edib. Komissiya şirkətin qanunazidd hərəkət edib-etmədiyini müəyyənləşdirmək istəyir. Komissiya hesab edir ki, şirkət məlumatların internetə sızması və kibertəhlükəsizlik sahəsində problemlə bağlı dərhal sərmayədarları xəbərdar etməli idi. Təhqiqat 2014-cü ildə 500 milyon istifadəçinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlıdır. Lakin şirkət bu barədə informasiyanı  2016-cı ilin sentyabrında açıqlayıb. “Yahoo” bu faktı 2 il gizlətməsinin səbəbini izah etməyib. Daha bir analoji hadisə 2013-cü ildə baş verib və təxminən 1 milyard istifadəçiyə aid məlumatlar internetə sızıb. Qeyd edək ki, “Yahoo”nu 4,83 milyard dollara satın almaq üçün razılaşan “Verizon”un istifadəçi bilgilərinin iri miqyaslı sızıntısı ilə əlaqədar sövdələşmədən vaz keçə biləcəyi barədə xəbər yayılıb.

yahoo

“Sony” “PlayStation VR”-ın funksionallığını yeniləyib və hazırda oyun avadanlığında “YouTube 360” çarxlarına baxmaq mümkündür. Əlavə reallıq cihazı istifadəçilərə yenilikdən tam effekt əldə etməyə imkan verəcək. Satışların başlanmasından bu yana “PlayStation VR” bir çox müsbət rəylər ala bilib. Ancaq bu cihaza çoxlu pul yığmağa kömək etməyib, çünki onu almaq istəməyiblər. Cihaz artıq öz aktivinə bir çox virtual reallıqlı oyunlar əlavə edib. “YouTube” video hostinqində isə daha da çox 360 formatlı çarxlar yaranır. Daha yaxşısı odur ki, onlara virtual reallıq funksiyası olan cihazların köməyi ilə baxılsın. “Oculus Rift” və “HTC Vive” cihazları bu formatı dəstəkləməsi ilə öyünə bilərlər. Ancaq “PlayStation VR” da artıq bu funksiyaya malikdir. Yeni formatın köməyi ilə insan özünü dünyanın istədiyi yerində, evdən çıxmadan özünü uca dağın zirvəsində və ya suda da hiss edə bilər.

play-sony

Chootavao nikli istifadəçi “YouTube” videohostinqinə “Parkinq yerlərində maşını necə tapmalı?” adlı video yerləşdirib. Videoda yük yerində üfürülmüş rəngli şarlar olan avtomobil göstərilir. Müəllif izah edir ki, avtomobili park etdikdən sonra yük yerini açmaq və şarları maşın üzərində asmaq lazımdır. Bu isə parkinq yerində avtomobili asanlıqla tapmağa kömək edir. İstifadəçilərin diqqətini yük yerindəki zibil paketi cəlb edib. Onlardan biri zarafatla yazıb ki, “gələn dəfə meyiti necə gizlətməli ki, heç kim tapa bilməsin” videosu paylaşılacaq. Qeyd edək ki, “YouTube”da videonun baxış sayı 1 milyonu keçib.

“Apple” korporasiyası yeni “iPhone”larda “Touch ID” texnologiyasından imtina edərək üz tanıma texnologiyasına üstünlük verəcək. Bu barədə “KGİ Securities” şirkətinin analitiki Min Çi Kuo bildirib. Min Çi Kuo deyib ki, yeni smartfonlarda çərçivəsiz OLED-ekranların tətbiqi nəticəsində korpusda Home düyməsi və barmaq izini tanıyan “Touch İD”  “datçiki” üçün yer qalmayacaq. Bunun əvəzinə yeni biometrik təhlükəsizlik texnologiyası işlənib hazırlanır. Həmin texnologiyaya əsasən “iPhone” öz sahibini ön kamera vasitəsilə üzündən tanıyacaq. “KGI Securities” eksperti optik barmaq izi skanerinin işlənib hazırlanmasını da istisna etmir. Bu skaner displeyin altında yerləşdirilə bilər.

touch-id-2[1]

“Macrumors” və IDC şirkətlərinin nümayəndələri şəbəkədə hər bir smartfon üçün lazım olan ən faydalı əlavələrin beşliyini təqdim ediblər. Tərtibatçılar birinci və ikinci yerlərə müvafiq olaraq “Google” və “Flipboard” məlumat xidmətlərini yerləşdiriblər. Adıçəkilən əlavələr mütəmadi olaraq liderlik uğrunda rəqabət aparır. Çünki tərtibatçılar daimi olaraq onları yeniləyir. “Flipboard” sadə interfeysə, “Google” isə keyfiyyətli və operativ cəld sinxronizasiyaya malikdir. Üçüncü yeri musiqisevərlər üçün əlavə tutur. iOS istifadəçiləri üçün bu əlavə “Stereomood”, “Android” istifadəçiləri üçün isə “NexMusic” adlandırılır. Dördüncü sıra iki brauzer arasında bölüşdürülür. “Android” üçün ən yaxşı brauzer “Flynx”, “iPhone” üçün isə “Puffin Web Browser” adlandırılır. Onlardan bir neçə pillə “Google Chrome” geri qalır ki, bu brauzer də tərtibatçılar tərəfindən ən yaxşı əlavələrdən biri hesab olunur. Beşinci yerdə elektron kitab oxumaq üçün əlavə yerləşir. Belə ki, iOS üçün bu əlavə “Marvin”, “Android” əməliyyat sistemi işlədən istifadəçilər üçün isə “AlReader” adlanır.

tel

Çinin analitik agentliyinin mütəxəssisləri ötən il üçün hesabatlarını dərc ediblər. Ötən ilin sonunda Çində internet istifadəçilərinin sayı 740 milyon nəfərə qədər artıb. Bu isə təxminən Avropa əhalisinin sayına bərabərdir. Ölkədə internet trafikinin ümumi əmsalı 54 faizdir ki, bu da dünya göstəricisindən 4 faiz çoxdur. 2016-cı ildə ölkədə 6,5 faiz – 43 milyon yeni internet resurs istehlakçısı qeydə alınıb. Mütəxəssislər qeyd edib ki, hər il ölkədə mobil internet artım göstərməkdə davam edir. 2016-cı ildə mobil istifadəçilərin sayı 32 faizə bərabər olub ki, bu da 700 milyon nəfər edir. Bu da Çində internet trafik istehlakçılarının ümumi göstəricisinin 92 faizinə bərabərdir.

cin-internet

Yeni “iPad” planşetlərinin nümayişi bu ilin ikinci yarısında olacaq. Yeni “Apple iPad” planşet kompüter modellərinin təqdimatı əvvəllər nəzərdə tutulduğu kimi, 2017-ci ilin martında deyil, ikinci rübdə planlaşdırılır. Yaxın vaxtlarda “Apple” şirkətinin cari ilin ikinci rübündə satışa çıxarılacaq planşetləri 9,7 düymlü modellə yeniləyəcəyi gözlənilir. Məlumata görə, 10,5 və 12,9 düymlü digər iki yeni “iPad” qurğusunun təqdimatı ilin sonunadək təxirə salınacaq. Şirkətin bununla bağlı qəbul etdiyi qərarın səbəbləri barədə məlumat verilmir. Lakin ekspertlər təxirə salınmanın əsas səbəbi kimi 10 nanometrlik texnoloji proses əsasında işləyən yeni prosessorların istehsal həcminin az olmasını qeyd edirlər. İlkin məlumatlara görə, 10,5 düymlü yeni “iPad” 9,7 düymlü qurğunu əvəz edəcək. Planşetin ekranı hazırda dəbdə olan çərçivəsiz texnologiya üzrə hazırlanacaq, onun fiziki qabaritləri isə əvvəlki səviyyədə qalacaq. Öz növbəsində ABŞ istehsalçısı ucuz sinfə aid qurğu kimi qələmə verilən 9,7 düymlü “iPad” planşeti üçün bazarın təhsil sektorunda kəskin tələbatın olacağını proqnozlaşdırır.

ipad

Smartfonları uzun müddət istifadə etdikdən sonra sürəti azalır. Smartfonları uzun müddət istifadə etdikdən sonra sürəti azalır. Bəs sürəti azalan mobil telefonları yenidən necə əvvəlki halına gətirmək olar? Türkiyənin “Sabah” qəzeti bu barədə yazı hazırlayıb. Radio Marneuli sözügedən sayta istinadla tövsiyələri təqdim edir: 1. Gecə yatmazdan öncə telefonu mütləq söndürün. 2. Keçmiş mesajları silin. 3. Lazımsız proqram və fotoları silin. 4. Avto yenilənməni söndürün. 5. İnternet brauzerlərindəki “cache”ni təmizləyin.

smartfon

“LG G6” smartfonunun təqdimat vaxtı açıqlanıb. “LG Electronics” şirkətinin yeni qabaqcıl “LG G6” smartfonunun rəsmi təqdimatı fevralın 26-da Barselonada (İspaniya) “Mobile World Congress 2017” sərgisi çərçivəsində keçiriləcək. Bu barədə “LG Mobile” şirkətinin rəsmi “Twitter” səhifəsində deyilir. Şirkət nümayəndələrinin bəyanatına görə, yeni smartfon təsvir ölçüsü 1440 x 2880 piksel (format QHD+) təşkil edəcək 5,7 düym displeylə təchiz olunacaq və bununla 1 düym üçün piksel sıxlığı 564 pikselə bərabər olacaq. “LG” mühəndislərinin sözlərinə görə, istehsalçı qənaətcil olacaq ekranın enerji sərfiyyatını 30 faiz azaltmağa nail olub. Məlumdur ki, Cənubi Koreya istehsalçısı “LG G6” smartfonunun satışa çıxarılma tarixini tezləşdirərək yeni qurğusunun təqdimatını təxirə salan “Samsung” şirkətinin timsalında rəqiblərini geridə qoymaq istəyir.

lg

Məlumatların saxlanılması və işlənməsini bir elementdə birləşdirən çip yaradılıb. Fərdi kompüter arxitekturası (informasiya bir modulda saxlanılır, hesablamalar başqa modulda həyata keçirilir və şinlərin köməyi ilə bu modullar arasında məlumatlar ötürülür) ideyası hələ ötən əsrdə köhnəlib. Ancaq “hamısı birində” kommersiya qurğuları yalnız bu yaxınlarda əlçatan olub. Sinqapurun Nanyan Texnologiya Universitetində “ReRam” “rezistiv çeviricilər”inə üstünlük verilir. “ReRam” məlumatların saxlanılmasını və hesablama proseslərini bir elementdə birləşdirən çip yaratmağa imkan verən yeni texnologiyadır. “ReRAM” texnologiyasının əsasını təşkil edən memristorlar informasiyanı elektrik müqavimətinin əmsalını dəyişdirməklə saxlamaq qabiliyyətinə malikdirlər. Bu effekt, hətta elektrik şəbəkəsindən ayrıldıqda belə saxlanılır. Yaddaşı aktivləşdirmək və şinlər üzrə siqnalın ötürülməsinə başlamaq üçün cüzi enerji tələb olunur. Bundan başqa,  miniatürləşdirmə və miqyaslama üçün yüksək potensial mövcuddur. “ReRAM” və ya memristorlar yalnız enerji effektiv deyil, həm də İT sahəsində ikili say sistemindən xilas olmağa imkan verir. 1 və 0 vasitəsilə informasiyanı yazmaq çox asandır, amma onları deşifr etmək olduqca yorucu işdir. Üçhissəli sistem isə başqa məsələdir, 1 simvol artımı effektivliyi yüksəldir.

reram

Virtual reallıq eynəklərinin əsası, düşündüyümüzün əksinə bir neçə il əvvələ dayanmır. Geyiləbilən texnologiya olan virtual reallıq eynəkləri, son vaxtların ən məşhur şeylərindən biridir və gələcəkdə, virtual reallıq eynəklərini (artırılmış reallıq sistemləri də daxil olmaqla) daha çox eşidəcəyik kimi görünür. Biz bu cihazlara əslində son bir neçə ildə alışmağa başlamışıq. İlk olmasa da VR setləri ən çox məşhur edən Oculus Rift-in kifayət qədər ön plana çıxmasından sonra VR və AR cihazlarında sanki bir partlayış yaşanmışdı və geyiləbilən texnologiya sektoru da bu partlayışın təsiri ilə sürətlə yüksəlmişdi. Ancaq virtual reallıq eynəklərinin sələfləri çox daha keçmişə gedib çıxmaqdadır. 1993-cü ildə texnologiya ilə həddindən çox maraqlanan xəyalpərəst bir gənc, VCR idarə panelini və lensləri uğurlu bir formada istifadə edərək özünə əl işi virtual reallıq eynəyi hazırlayıb.

“Samsung”şirkəti Seulda (Cənubi Koreya) Galaxy Note 7-nin partlaması ilə bağlı keçirilmiş istintaqın nəticələrini açıqladığı konfrans keçirdib. Qeyd etmək lazımdır ki, şirkət xüsusi tədqiqat laboratoriyası yaradaraq 700-ə yaxın işçini istintaqa cəlb edib. Nəticədə işçilər, 200.000 ədəd smartfon və 30.000 ədəd batareyanı incələyiblər. Bundan əlavə olaraq Galaxy Note 7-nin əsas probleminin aşkarlanması üçün “Samsung” həmdə digər tədqiqat şirkətlərinə də müraciət etmişdir. Tədqiqat nəticəsi olaraq məlum oldu ki, Note 7-nin təchiz olunduğu hər iki batareya versiyası öz quruluşlarına görə problemli olublar. İlk batareyalar, qüsurlu mənfi elektrodlar ilə istehsal olunublar. İkinci istehsalçının batareyaları isə istehsal prosesindəki diqqətsizlik ucbatından yararsız halda təqdim olunmuşlar. “Samsung”, batareya sahəsindəki konsultant və mütəxəssisləri, Battery Advisory Group adlı qrup yaradaraq bir araya gətirmişdir. Onlar isə öz növbəsində bataerayaları 8 səviyyəli yoxlanış testlərindən keçirdiblər. Beləliklə şirkət gələcəkdə smartfonların partlaması və digər problemlərin qarşısını alır. Batareyalar qızmaya qarşı, xarici qüsurlara yoxlanılaraq rentgendən keçiriləcək. Daha sonra onları hissələrə ayıraraq müxtəlif cərəyan gücü altında 5 günlük işlək vəziyyətdə yoxlayacaqlar.

SAMSUNG ELEC-SMARTPHONES/

Gələcək iPhone modellərində barmaq izi skanı olmayacaq. İstifadəçinin identifikasiyasını həyata keçirən məşhur texnologiyanı, üzün iki səviyyəli identifikasiyası əvəz edəcək. “Technote.az”ın “Apple Insider”ə istinadən verdiyi xəbərə əsasən bu bəyanatı, “KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo səsləndirib. Qeyd etmək lazımdır ki, bu mütəxəssis, “Apple” ilə bağlı proqnozlarında çox nadir hallarda yanılır. Barmaq izi skanı ilk dəfə 2013-cü il iPhone modelində reallaşdırılmışdı. Sözügedən texnologiyanın birinci nəsli, iPhone 5s, iPhone 6, iPhone 6 Plus vəiPhone SE modellərində var. iPhone 6s, iPhone 6s Plus, iPhone 7 və iPhone 7 Plus modelləri isə texnologiyanın ikinci nəsli ilə təchiz olunublar. “AuthenTec” şirkətinin istehsalı olan bu ötürücülər, barmaq izini, 500 ppi-da skanını həyata keçirirlər. Kuo güman edir ki, “Apple” hal-hazırda, birbaşa ekrana inteqrasiya olunan ultrasəs ötürücülərinin istehsalçıları ilə danışıqlar aparır. Bundan əlavə olaraq iPhone 8 modelində istifadəçinin üzünün identifikasiyası texnologiyasının da olacağı gözlənilir. Bu üsul ilə sistem, kameradakı görüntünü, smartfonun yaddaşındakı istifadəçinin fotoları ilə müqayisə edəcək. Əgər istifadəçinin üz xüsusiyyətləri onun fotoları ilə uyğun gələrsə onda iPhone avtomatik olaraq blockdan çıxacaq. Sözügedən üsul, istifadəçinin smartfonunu, barmaq izi skanına nisbətən daha toxunulmaz edir.

iPhone-5S-Touch-ID[1]

“Apple”-dan “Qualcomm”-a 1 milyard dollarlıq təzminat davası. “Apple”, prosessor istehsalçısı “Qualcomm”dan  tam 1 milyard dollar təzminat tələb etdi. “Qualcomm”, ötən həftənin əvvəlində ABŞ-da istehlakçı haqlarının qorunması vəzifəsini icra edən Federal Ticarət Komissiyası(Federal Trade Commission) tərəfindən məhkəməyə verildi. Bunun ardından “Apple” da hərəkətə keçərək bu ictimai məhkəmə davasının üstünə birdə təzminat tələb etdi. “Apple”ın, “Qualcomm”la bağlı şikayəti, ödənilən lisenziya məbləğləri ilə əlaqəlidir. “Apple”a görə “Qualcomm”, lisenziya məbləği üçün  ondan tələb etdiyi rəqəmlər, onun digər firmalardan tələb etdiyi lisenziya məbləğindən 5 qat daha bahadır. Bu tələblərə üsyan edən “Apple” isə bu mövzunu məhkəməyə aparmağa hazırdı. “Qualcomm” həm istehlakçı haqqlarını pozduğu üçün Federal Ticarət Komissiyası tərəfindən məhkəmə verilən  işi səbəbindən həm də “Apple”dan gələn bu zərbə ilə çətin vəziyyətdə qalacaq kimi görünür . San Dieqo mərkəzli “Qualcomm”, “Apple” üçün çip tədarükündə özünü tək şirkət mövqeyinə gətirdiyini və “Apple”ın digər çip istehsalçılarıyla razılaşmaması üçün rəqabətə mane olan bəzi addımlar atmaqla ittiham edilmişdi. Məhkəmə işi hələlik ABŞ-da açılsa da, rəqabətə mane olmaqla bağlı mövzuda “Qualcomm”un Cənubi Koreya və Çin kimi ölkələrdə davam edən bənzər məhkəmə işləri var.

editor6412006231501033205_1473430598248_129819_ver1.0_16141493_ver1.0_640_360[1]

ABŞ-ın axtardığı rusiyalı hacker yaxalandı! ABŞ-da olan müxtəlif banklardan  5 milyon dollar məbləğində pul oğurlayan hacker, FBI tərəfindən axtarılırdı. Ötən günlərdə gələn xəbərlərə görə hacker, İspaniya-da yaxalanıb! ABŞ-da olan banklara 5 milyon dollar məbləğində zərər vuran NeverQuest adlı bank virusunun yaradıcısı Stanislav Lisov, FBI tərəfindən hər yerdə axtarılırdı. Saxta internet səhifələri ilə hesabları bir-bir boşaldan bu virus uzun müddət gündəmdə qalmışdı. Bir müddətdir ki ələ keçməyən virusun yaradıcısı İspaniyada yaxalandı. 32 yaşında rusiyalı vətəndaş olduğu bilinən Stanislav Lisov ötən günlərdə İspaniya polisi tərəfindən Barselona El Prat hava limanında yaxalandı. FBI-nın məlumatlarına görə ABŞ-dakı seçkilərə sızan hackerlar arasında oluğu bildirilən Stanislav Lisov, hələ ki Amerika-ya geri qaytarılmayıb. Əvvəlcə İspaniyada mühakimə olunacaq olan rusiyalı hacker, Amerikaya geri qaytarılması vəziyyətində seçkilərə müdaxilə etdiyi iddiaları təsdiq olunarsa çox daha ağır cəzalarla qarşı-qarşıya qalacaq.

haker

700 “Microsoft” işçisi daha, qarşıdakı həftədən etibarən işsiz qalacaq. ABŞ markali texnologiya nəhəngi “Microsoft”, etdiyi strategiya dəyişikliyi səbəbindən təxmini 3000 adamın işinə son verəcəyini elan etmişdi. Qarşıdakı həftələrdə daha 700 adamın işdən çıxarılmasıyla birlikdə şirkət hədəfinə çatacaq. Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Microsoft”, son vaxtlarda pis günlər keçirməsi səbəbi ilə əlaqədar strategiya dəyişikliyinə getdiyini və bu strategiya dəyişikliyi səbəbiylə təxminən 3000 adamın işinə son verəcəyini açıqlamışdı. Bu əhatədə 2000-ə yaxın adamın işinə son verən şirkət, qarşıdakı həftə etibarilə 700 adamın daha işinə son verəcəyini açıqlamışdı. Şirkətin belə bir addım atmasıyla birlikdə onun hədəflədiyi işdən çıxartma sayına çatmış olacaq və yeni strategiyasına uyğun olaraq 1600 adam işə götürəcək. Bununla da şirkətin məşğulluq sayında 1400 adama yaxın azalma olacaq. Digər tərəfdən işdən çıxarılan işçilərin mövqeyi və gələcəyinin necə formalaşacağı barədə məlumat yoxdu. Hansı departamentdən işçi gedir, hansı departamentə işçi gəlir? İndiki məlumatlara görə “Microsoft”, mobil bazarda istədiyi uğuru əldə edə bilmədiyi üçün mobil bazardan çəkildi. Buna bağlı olaraq işdən çıxarılmaların çox hissəsi mobil departamentindən olduğu təxmin edilir. Yeni işçilərin isə korporativ istiqamətli işlər və bulud sistemləri üçün götürüldüyü deyilir.

Microsoft-May-Open-First-Store-in-NYC-Blocks-Away-From-Apple-640x360[1]

Nokia-nın bu il içində bazara buraxacağı telefonlardan birinin flaqman olacağı iddiaları ortalıqda dolaşarkən bu iddia, Nokia China tərəfindən də təsdiqləndi. Nokia, Çində bazara buraxılan Nokia 6 ilə ağıllı telefon bazarına uğurlu bir təkrar daxil olma yaşasa da köhnə görkəmini geri qazanması üçün qarşısında daha qət etməli olduğu çox yol var. HMD Global, bu il içində ən az 6-7 ədəd Nokia markalı telefonu bazara çıxaracaq. Bunlardan bir neçəsinin isəMWC 2017-də təqdim edilməsi gözlənilir. MWC 2017-ci ildə təqdim ediləcək olan bu bir neçə telefondan birinin flaqman olacağı deyilir. Bunlarla bağlı mühüm bir iddia isə, Nokianın yeni flaqman telefonunun CES 2017-dəki Qualcomm stendində görüldüyü idi. Ancaq Qualcomm, bu iddianı rədd etdi. Buna baxmayaraq Nokia China, yeni flaqman telefonu ilə bağlı ilk ciddi məlumatları paylaşdı. Çinin sosial paylaşım saytı Weibo-da flaqman telefon istədiyini bildirən Nokia izləyicisinə cavab verən Nokia China, Qualcomm Snapdragon 835 ilə işləyən bir telefonun gələcəyini bildirdi. Bu telefonun daha əvvəl sözügedən Nokia 8 ya da Nokia P1 olmaq ehtimalı çox yüksəkdir, beləki onun da Qualcomm Snapdragon 835 ilə işləyəcəyi deyilirdi. Hər nə qədər Nokia-nın yeni flaqman modelinin MWC 2017-də elan ediləcəyinə dair söyləntilər olsa da bu telefonun MWC 2017-də elan edilib-edilməyəcəyi dəqiq olaraq bilinmir. Ancaq Nokia 6-nı gördükdən sonra, bu yeni flaqman model üçün də gözləməyə dəyər kimi görünür.

nokia

iOS-da müəyyən müddətliyinə ödənişsiz olan 6 ödənişli tətbiqi sizlər üçün təqdim edirik. Ödənişli bir mobil tətbiqi satın almazdan əvvəl bir müddət sınaqdan keçirə bilmək çox gözəl olardı. Bu vəziyyət hər zaman və hər tətbiq üçün keçərli olmasa da bəzi istisnalar mövcuddur. iOS-da bir müddətliyinə ödənişsiz olaraq təqdim edilən 6 ödənişli tətbiqi aşağıda sizlərlə paylaşırıq. Piku Piku. Bu tətbiq, iPhone kameranızı istifadə edərək GIF-lər ya da video təkrarlar hazırlamağınıza və paylaşmağınıza şərait yaradır. Tətbiqin normalda qiyməti 1.99 dollardır. Smart Alarm Clock. Ağıllı bir alqoritm istifadə edərək yuxu alışqanlığınızı izləyər və zəngli saatı təyin etdiyiniz zaman aralığında, yuxunuzun ən yüngül olduğu mərhələdə işə salar. Bu, bədəninizin təbii olaraq oyanmağa hazır olduğu optimal zamandır. Normalda tətbiqin qiyməti 0.99 dollardır. Budget and Expense Tracking. Bu, büdcənizə qənaət etmənizə, dataları analiz etməyinizi, cari valyuta qiymətlərinə görə çevirmələr etməyinizə və s. şeylərə imkan tanıyan sadə bir xərclərin təqibi tətbiqidir. Tətbiqin qiyməti 2.99 dollardır. Magical Beasts: Where to Find Fantastic Creatures and Nab Them. Müxtəlif varlıqları tutmaq üçün telefonunuzun kamerasını istifadə etdiyiniz bir oyundur. Ancaq diqqətli olun! Bu varlıqlardan bəziləri yaxşı, bəziləri isə pisdir. Tətbiqin normaldakı qiyməti 0.99 dollardır. Tones. Sadəcə ekrandakı nöqtələrə toxunaraq melodiyalar hazırlaya bildiyiniz bir tətbiqdir. Əlavə olaraq tətbiq, istifadə edilən səsləri, mahnının ritmini və uzunluğunu idarə etməyinizə şərait yaradır. Tətbiqin normaldakı qiyməti 0.99 dollardır. Map Locations. Bu tətbiq, favorit məkanlarınızı etiketləyərək onları xəritəyə qeyd etməyinizə şərait yaradır. Normalda tətbiqin qiyməti 1.99 dollardır.

ultimas-versiones-de-iOS-640x360[1]

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register