Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Twitch Tocen adlı blogger və fəal istifadəçi 17 saat ərzində kompüter siçanı ilə klik edib, yəni sıxdığı videonu dərc edib. Bu rekorda “Motherboard” nəşri diqqət yetirib. Tocen müsahibəsində bildirib ki, bununla paralel olaraq o, anime və musiqiyə baxmaqla əylənib. Ancaq ilk 100 min sıxmadan sonra anlayıb ki, bu məsələdə diqqətini daha da fokuslamalıdır. Nəticədə o, siçana 1 milyon dəfə sıxıb. Bu isə 17 saatdan bir az çox vaxt aparıb.

“Microsoft” şirkəti personalından 700 nəfəri ixtisar edəcək. Ixtisarlar bu həftə həyata keçiriləcək. Həftə ərzində şirkət bu rübün fəaliyyəti haqqında məlumatları açıqlamağı planlaşdırır. Bildirilir ki, ümumilikdə “Microsoft” korporasiyası 2 850 nəfər əməkdaşını işdən azad etməyi planlaşdırır. Hazırda orada 113 000 nəfər çalışır. Son məlumatlara əsasən, “Microsoft” ixtisarlarla bağlı planının böyük hissəsini artıq yerinə yetirib. İxtisara əsasən satış, marketinq və digər bölmələrin əməkdaşları düşəcək. Bu, maliyyə problemləri ilə deyil, keyfiyyətli işçilərin artırılması ilə bağıdır. Bildirilir ki, ixtisarlar şirkətin personalına təsir etməyəcək. Onlar hələ də “Linkedİn” saytında vakansiyalar yerləşdirməkdədir. Qeyd edək ki, “Microsoft” şirkətinin baş direktoru Satya Nadella olarkən daha böyük sayda əməkdaş ixtisara düşmüşdü.

microsoft

“Sony PlayStation 4” oyun avadanlığının istifadəyə verildiyi müddətdən bəri onu 33 milyon nəfər əldə edib. PS4 özünün əsas rəqibi olan “XBox One” oyun avadanlığını iki dəfə qabaqlayıb. “Xbox One” cihazı isə cəmi 26 milyon ədəd satılıb ki, bu da “Sony”yə böyük üstünlüklə irəli çıxmağa imkan verib. Yaponiya şirkəti mütəmadi olaraq satışlar barədə məlumatlar dərc edir. “Microsoft” isə bu məlumatları sirr saxlamağı üstün bilir. Statistikanı anlamaq üçün analitiklər müxtəlif mənbələrdən bir çox məlumatları öyrənməli olurlar. Bununla belə, “Xbox One”a olan tələbat yenə də artmaqdadır. Ötən ay şirkət rekord sayda oyun avadanlığının satışını həyata keçirib.

sony

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “Note 7” ilə bağlı qalmaqala baxmayaraq, bu seriyanı davam etdirəcəyini təsdiqləyib. Bunu “Samsuing”un mobil bölməsinin rəhbəri Donq Jin Kox deyib. O bildirib ki, şirkət “Note” seriyası üzrə smartfon istehsalını davam etdirməyə hazırdır: “Biz daha keyfiyyətli, təhlükəsiz və texnoloji üstünlüklərə malik “Note 8” hazırlayacağıq”. D. J. Kox ümid edir ki, yeni model alıcıların brendə etimadının bərpasına şərait yaradacaq.

not8

ABŞ-ın “Yahoo! Inc.” internet şirkəti özünün əsas biznesinin “Verizon Telecommunications”a satışı barədə sövdələşmənin başa çatdırılmasını 2017-ci ilin birinci yarısından ikinci yarısına təyin edib. Bu barədə şirkətin mətbuata açıqlamasında bildirilir. Qərar 2016-cı il üzrə maliyyə hesabatının əldə edilməsindən sonra qəbul olunub. Belə ki, 2015-ci ili 4,4 milyard dollar zərərlə başa vuran “Yahoo!”nun ötənilki itkisi azalaraq 214 milyon dollar olub, ilin IV rübündə isə maliyyə göstəriciləri yaxşılaşıb. Oktyabr-dekabr aylarında xalis gəlir 162 milyon dollar təşkil edib. Xatırladaq ki, “Verizon Communications Inc.” “Yahoo!”nu 4,8 milyard dollara satın alıb. Satış prosedurlarının başa çatmasından sonra “Yahoo!” adını dəyişərək “Altaba Inc.” adlanacaq.

FILE USA JAPAN BUSINESS YAHOO VERIZON

GTA 5 oyunu Böyük Britaniyada yenidən satış reytinqində lider olub. Böyük Britaniyada video oyunun satışları barədə yeni məlumatları “GFK Chart-Track” şirkəti tərəfindən açıqlanıb. Əldə olunan məlumata görə, oyunsevərlər üçün daha populyar olan layihə “Grand Theft Auto V” oyunudur. “Rockstar North” şirkətinin işi artıq 11 aydır ki, reytinqlərdə qalib gəlir. Bunu GTA oyununun heç bir hissəsi əldə edə bilmir. İkinci yerdə futbol simulyatoru olan “FIFA 17” durur. “Call of Duty: Infinite Warfare” atıcılıq oyunu isə bu reytinqdə üçüncü yerdədir. “Batterfield 1” oyunu dördüncü yerdə mövqeyini qoruyub. “Rocket League” və “Watch Dogs 2” oyunları da nəticələrini yaxşılaşdıra bilib və bu oyunlar beşinci və altıncı yerləri tutur. Reytinqin son pillələrində isə “Forza Horizon 3”, “Mafia III” və “Overwatch” oyunları qərarlaşıb.

gta

Populyar “WhatsApp” internet messenceri yenilənmə nəticəsində birdən-birə 3 yeni funksiya əldə edib. Xüsusilə əlavədə offlayn rejim yaradılıb. Bu funksiya hətta mobil cihaz istifadəçisi internetə qoşulmadığı halda mətn məlumatı yığmağa imkan verəcək. Təbii ki, məlumatı göndərmək mümkün olmayacaq. Ancaq onlar yaddaşda qalacaq, xüsusi növbəyə düzüləcək və internetə qoşulmanı gözləyəcək. Bununla belə, göndərilməmiş məlumatlar xüsusi piktoqramla (saatla) qeyd ediləcək. Göndərilmiş məlumatlar isə həmişəki işarə ilə qeyd edilir. “WhatsApp” messencerinin yeni funksiyalarından biri də eyni anda göndərilməsi mümkün olan foto və video faylların həcminin genişləndirilməsidir. Bu funksiya müxtəlif multimedia elementlərinin genişləndiyi bir dövrdə xüsusilə aktualdır. Üstəlik, “WhatsApp”da əlavə saxlancı idarə etmək üçün xüsusi interfeys də mövcuddur. Bundan istifadə etmək üçün proqramın seçimlərində olan müvafiq bəndi seçmək lazım gələcək. Messencerin yeni versiyasından artıq iOS və “Android” əməliyyat sistemlərindən olan əlavələrdə istifadə etmək mümkündür.

whatsapp

İran ən ucuz internetə malik ölkələrin ilk üçlüyünə daxil olub. Bu barədə “Content Review” analitik şirkətinin hesabatında deyilir. Məlumata görə, ən ucuz mobil internetin olduğu ölkələrin reytinq siyahısında ikinci yerdə Rusiya, üçüncü yerdə isə Polşa qərarlaşıb. Reytinqə başçılıq edən İranda isə 1 GB internetin qiyməti 40 qəpik təşkil edir. Bu yaxınlarda ölkədə bu xidmətin qiyməti 13 faiz aşağı salınıb. Rusiyada 1 GB internetin qiyməti 3 manat 65 qəpik, Polşada bundan bir az bahadır. Reytinq tərtib olunarkən mütəxəssislər 1 GB internet həcminin ötürülmə qiymətini nəzərə alıblar. Bu reytinqin anti-lideri Böyük Britaniyadır. Burada 1 GB internetin ötürülməsi 34 manat 66 qəpiyə başa gəlir.

ucuz-internet

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” yenilik (2.17.1) edib. Yeniliyə əsasən, artıq telefonunuzda internet şəbəkəsi itdiyi anda da “mesajı göndər” işarəsinə basmaq mümkün olacaq. (Bu problem əsasən qatar tuneldə ikən baş verir) Qeyd edək ki, sözügedən yenilik İOS platformalı telefonlar üçün nəzərdə tutulub. Həmçinin, bu yeniliklə eyni anda 30 şəkil göndərmək funksiyası da aktivləşib.

what

Planşet 4 giqabayt əməli yaddaş və məlumatların saxlanılması üçün 64 giqabayt daxili yaddaş, “4K” təsvir ölçüsündə video yazmaq qabiliyyətinə malik 12 meqapiksellik iki kamera ilə təchiz edilib. “Nokia” brendi üzərində hüquqa sahib olan Finlandiyanın “HMD Global” şirkəti yeni planşet hazırlayır. “GFXBench” testi sayəsində bu qurğu haqda bəzi məlumatlar əldə olunub. Gözlənildiyi kimi, planşet 2,2 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, “Adreno 540” qrafik sürətləndiricisi (testin məlumatına görə, “Adreno 530” ilə müqayisədə 30 faiz daha sürətlidir) ilə təchiz edilib və “Android 7.0” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyəcək. Həmçinin testin məlumatına görə, planşet 4 giqabayt əməli yaddaş və məlumatların saxlanılması üçün 64 giqabayt daxili yaddaş, “4K” təsvir ölçüsündə video yazmaq qabiliyyətinə malik 12 meqapiksellik iki kamera ilə təchiz edilib. Qurğu məlumatların ötürülməsi üçün “NFC”, “LTE”, “4G” və “GPS” texnologiyalarını dəstəkləyəcək. Bununla yanaşı, 18,4 düymlük diaqonala malik qurğunun ekranı 2560 × 1440 nöqtə təsvir ölçüsünü dəstəkləyəcək. Yeni planşetin adı və onun bazara çıxarılma müddəti açıqlanmayıb.

gsmarena

“Yandeks” xidmətlərinin, xüsusilə də “Yandeks.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq. Rusiyanın “Yandeks” şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açacaq. Bunu Trend-ə layihəyə yaxın mənbə bildirib. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün “Yandeks” xidmətlərinin, xüsusilə də “Yandeks.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq. Məlumatda qeyd olunur ki, şirkətin nümayəndəliyinin açılması ilə bağlı lisenziya, proqram məsələləri həll olunub. Hazırda naviqasiya sistemi ilə bağlı məsələlər həll olunur.

yandex

Whatsapp, tətbiqin iOS versiyası üçün yenilənmə paylaşdı. Dünyanın ən məşhur anlıq mesajlaşma tətbiqi Whatsapp üçün gələn yeniliklərin detalları xəbərimizdə! Android əməliyyat sistemində uzun bir müddətdir istifadə edilən bir xüsusiyyət də bu yenilənmə ilə iOS istifadəçiləri üçün aktiv edildi. Whatsapp iOS versiyası ilə aktiv internet qoşulması olmayanda passiv vəziyyətə keçən “Göndər” düyməsi aktiv hala gəldi. Beləliklə internet bağlantınız olmadıqda mesajlarınızı yazıb göndərə bilərsiniz, aktiv internet bağlantısı gəldiyi zaman da mesajlar qarşı tərəfə çatdırılır. Daha əvvəldən 10 şəkili bir dəfəyə göndərə bilərkən, bu yenilənmə ilə 30 şəkil və ya video göndərmək mümkün hala gətirildi. Son olaraq məlumat və yaddaş istifadəsi də daha funksional hala gətirildi. Whatsapp iOS veriyası üçün daxil olun!

whatsapp-ios

“Samsung” şirkəti Galaxy Note seriyası barədə qərarını dəyişdi. Belə ki, Keçən il Galaxy Note 7-nin böyük uğursuzluğuna baxmayaraq “Samsung” şirkəti sözügedən seriyanın davamçısını təqdim etməyə hazırlaşır. Bu barədə şirkətin, mobil şöbəsinin rəhbəri Koh Dong-jin öz müsahibəsində bildirib. Onun sözlərinə görə şirkət daha təhlükəsiz və innovasiyalı Galaxy Note 8-i təqdim edəcək. Beləliklə Note seriyasının ləğv olunması qərarı geri çəkilib. Rəhbər həmçinin onu bildirib ki, Galaxy Note 7-lərin partlama hadisələri zamanı və onların geri çağırılması dövründə bir çox Note istifadəçiləri, şirkətin sadiq alıcıları qismində çıxış etdilər. Həmçinin bir çox Note 4 və Note 5 istifadəçiləri öz smartfonlarını yeniləmək istəyirlər. Məhz onlar sayəsində biz anladıq ki, onlara Galaxy Note 8 lazımdır.

not8

Nokia, smartfon bazarında köhnə imicini təkrar qazana bilmək üçün, yeni modelləri üzərində işləməyə davam edir. Nokia Heart modelinə aid ilk detallar ortaya çıxdı! Microsoft ilə olan razılaşmasının bitməsindən sonra ağıllı telefon bazarında təkrar boy göstərməyə başlayan Nokia, sektorun zirvəsində yer aldığı vaxtlarda tətbiq etdiyi daima yeni model təqdim etmək strategiyasına davam edəcəyə oxşayır. Beləki, keçdiyimiz günlərdə Nokia 6 modelinin təqdimatını reallaşdırdıqdan dərhal sonra Nokia 8 modeli haqqında ilk məlumatların sızdırıldığı Nokia cəbhəsindən,Snapdragon 835 ilə işləyəcək olan bir flaqman modelinin gələcəyini sizlərə elan etmişdik. Bu dəfə isə GFXBench-də, Nokia Heart adını daşıyan orta səviyyə bir ağıllı telefon modelinə aid məlumatlar ortaya çıxdı. Nokia Heart istifadəçilərinə nələr təklif edəcək? Nokianın bugünə qədər ortaya çıxan bütün modellərində olduğu kimi Android 7.0 Nougat əməliyyat sistemi ilə işləyəcək olan Heart, Qualcomm-un Snapdragon 430 prosessorundan və Adreno 505 GPU-dan güc alacaq. 5.2 inç böyüklüyündəki ekranında 1280×720 piksel keyfiyyət təklif edəcək olan ağıllı telefon, 2 GB RAM və günümüzdə artıq kifayət etməyən 16 GB daxili yaddaş ilə birlikdə gələcək. 13 MP arxa və 8 MP ön kameraya sahib olması gözlənilən Nokia Heart haqqında, hələki başqa məlumatımız yoxdur.

nokia-6-tekrar-satisa-cikiyor-3

“LG” şirkəti, MWC 2017 sərgisi çərçivəsində LG G6 smartfonunu təqdim edəcək. Bir sıra insayderlər isə smartfonun necə görünəcəyini göstərən fotonu təqdim ediblər. Əvvəlki məlumatlara əsasən yeni flaqman, 5.7 inç ekrana sahib olacaq. Korpusun çərçivələri çox nazik olacaq. Bunun hesabına ekran ön panelin 90% hissəsini əhatə edəcək. Smartfonun aşağı hissə çərçivəsinin qalınlığı yuxarıdakından bir qədər qalın olacaq. Qeyd etmək lazımdır ki, LG G6, modullu smartfon olmayacaq. Şirkət bu xüsusiyyətdən imtina etməyi qərara alıb. Korpus şüşə və metaldan hazırlanacaq Bununla yanaşı LG G6, 3.5 mm-lik standart audiogirişi özündə qoruyacaq və sudan, tozdan qorunma xüsusiyyətinə sahib olacaq. Smartfon yeni Qualcoom Snapdragon 835 prosessoru üzərində çalışacaq. Həmçinin məlumdur ki, o, ikili arxa kamera və barmaq izi skanı ilə təchiz olunacaq.

lg_g6_v

Bazara çox sürətlə geri qayıdan Nokia-nın 60 saniyədə tükədilən yeni telefonu Nokia 6 təkrar satışa çıxır! Bir vaxtların əfsanə telefon istehsalçısı Nokia, qısa müddət əvvəl rəsmi olaraq telefon bazarına geri qayıdışını reallaşdırdı. Bu qayıdış elə sürətli baş verdi ki, uzun bir aradan sonra bazara çıxardığı yeni ağıllı telefonu Nokia 6, sadəcə 60 saniyə içində tükədilərək yeni bir rekorda imza atdı. Beləliklə təkrar Nokia təcrübəsini yaşamaq istəyən və maraqla gözləyən bir çox istifadəçi təəssüf ki, cihazı almağı bacara bilmədi. Ancaq indi bu istifadəçilərin bir şansı daha var. 26 Yanvar günü Nokia 6, təkrar satışa çıxardılır. Bir çox firmanın əksinə göstərilən bu sıx marağı gəlirə çevirməkdənsə qiyməti eyni tutmağı seçən Nokia, cihazı ilk səfərində olduğu kimi yenə 246 dollardan satışa çıxardacaq. İlk satışda 1 milyon istək olmasına baxmayaraq sadəcə 10 min ədəd cihazın satışa çıxarıldığını xatırlayası olsaq, bu yeni partiyanın çox daha böyük bir kütlə tərəfindən (1.37 milyon şəxsdən çox) satın alınmağa çalışılacağını rahatlıqla deyə bilərik. Qısaca bu dəfə stokların 1 dəqiqədən belə daha qısa müddətdə tükənməsi ehtimalı var. Unudanlar üçün Nokia 6-nın texniki detallarını sıralayası olsaq: cihaz 5,5 inç böyüklüyündə Full HD bir ekrana, Snapdragon 430 prosessora, 4 GB RAM – 64 GB daxili yaddaşa, 8/16 MP-lik kamera sensorlarına, 3000 mAh batareyaya və son olaraq Android 7.0 Nougat əməliyyat sisteminə sahibdir.

nokia

Weibo sosial şəbəkəsi sayəsində HTC Halfbeak “ağıllı” saatlarının görüntüləri, internetə sızdırılıb. Sızdırılmış fotolarda cihazın təkcə dizaynı deyil, həmdə interfeysi haqqında məlumatlar əldə etmək olar. Qeyd etmək lazımdır ki, HTC Halfbeak-in rəsmi təqdimatı çox güman ki, gələn ay Barselonada keçiriləcək MWC 2017 sərgisində baş tutacaq. Fotolardan da göründüyü kimi “ağıllı” saat, Android Wear 1.x üzərində çalışır. Lakin cihazın final versiyasının Android Wear 2.0-ı dəstəkləyəcəyi güman olunur. Bundan əlavə olaraq yeni saat, 360×360 piksel keyfiyyətli olacaq.

saat

Pis xəbər: Apple, iPhone-dan Mac-ə, Apple Watch-dan Apple TV-yə bütün cihazlarında kritik təhlükəsizlik boşluqları tapıb. Yaxşı xəbər:Şirkət bütün bu boşluqlar üçün eyni vaxtda əməliyyat sistemi yenilənmələri paylaşdı. Bugün etməyiniz lazım olan tək şey Apple cihazlarının hamısı üçün gələn əməliyyat sistemi yenilənməsini yükləməkdir. Apple-ın bugün paylaşdığı yenilənmələr, iPhone 5 və sonrası, 4-üncü nəsildən etibarən iPad; 6-ıncı nəsildən etibarən iPod üçün iOS 10.2.1; Safari; Windows üçün iCould və iTunes ; Mac modelləri üçün macOS Sierra 10.12.2; Apple TV üçün tvOS 10.1.1; bütün Apple Watch modelləri üçün isə watch 3.1.3-ü əhatə edir. Olduqca əhatəli olan bu yenilənmələrin hamısı, cihazlardakı təhlükəsizlik boşluqlarını aradan qaldırmağı hədəfləyir. Wired jurnalının gündəmə gətirdiyi kimi bu boşluqlar, hackerların hər biri üçün əməliyyat sisteminin kernel üstünlüklərini əldə edərək istədikləri cihazı ələ keçirmələrinə şərait yarada bilər. Apple, iOS 10.12.2 yenilənməsinin detallarını paylaşdığı dəstək səhifəsində, Kernel və Webkit tərəfindən pis məqsədli proqramların əməliyyat sistemlərinin cihazlar üçün ciddi risk daşıdığını, bunların yaddaş performansı və səhifə yükləmə kimi problemlər yarada biləcəyini açıqladı. Apple-ın bu yenilənməsində ki, 11 təhlükəsizlik boşluqluğunun 9-u Google-ın ulduz hacker komandası Project Zero tərəfindən aşkar edildiyi məlumatlar arasındadı. Apple əməliyyat sistemi yenilənməsi, yeni MacBook Pro-nun batareyasında yaşanan problemi də aradan qaldırmağı hədəfləyir . Yeni MacBook Pro, Apple tarixində Consumer Reports istifadəçi hesabatları tərəfindən tövsiyə edilməyən ilk cihaz olaraq qeyd edilmişdi. Buna səbəb olaraq cihazın fərqli modellərində batareyanın tam performansda işləməməsi olmuşdur. Yenilənmələr üçün Tənzimləmələr-Ümumi-Əməliyyat sistemi yenilənməsi menyusuna daxil olaraq gələn iOS 10.2.1 yenilənməsini yükləyin.

ios

Harvard Universitetinin alimləri innovativ yumşaq ekzoskelet hazırlayıblar. Qurğunun unikallığı nisbətən az çəki ilə insanın yerişini 23 faiz asanlaşdıraraq enerjiyə qənaət etməsindədir. ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency – DARPA) vəsaiti hesabına hazırlanan ekzoskeletdən əvvəlcə hərbi əməliyyatların yerinə yetirilməsi zamanı əsgərlərin sərf etdikləri enerjiyə qənaətə imkan verəcəyi planlaşdırılmışdı. Texnologiya üzrə layihə rəhbəri Konor Uolşun sözlərinə görə, onlar yeddi sağlam kişidən ibarət sınaq qrupu üzərində eksperiment keçiriblər. “Ekzoskelet yerimə zamanı yaxşı effektivlik nümayiş etdirib və nəticədə qurğu daşıyıcısı və onun köməyi olmadan hərəkət edən insanla müqayisədə 23 faiz enerjiyə qənaət edib. Bu, oxşar qurğular arasında hazırda qeydə alınan ən yüksək göstəricidir. Məlumata görə, belə effektivliyə ekzoskeletin ustalıqla hazırlanan dizaynı sayəsində nail olunub. Ayağın stabilləşdirilməsi üçün çoxsaylı əzələ və vətərlərin tətbiq edilməsi nəticəsində mühəndislər belə bərkidilən xüsusi kəmərlərdən istifadə edən qeyri-adi sistem yarada biliblər. Qurğu orta hesabla istifadəçinin 23 faiz enerjisinə qənaət edəcək, lakin bəzi hallarda bu qənaət 10 faizədək azala və ya əksinə, 38 faizədək arta bilər. Tədqiqatçıların sözlərinə görə, onlara yaradılan sistemin çoxlu sınaqlarının keçirilməsi üçün əlavə vaxt tələb olunacaq. Çünki ekzoskelet quraşdırılan akkumulyatorlarla maksimum effektiv işləməli (hazırda qurğu ona naqillərlə qoşulan kənar akkumulyatorlarla işləyir) və bütün elektron proqram diqqətlə öyrənilməlidir. Gələcəkdə, həmçinin ekzoskeletdən ahıl insanların qayğısına qalmaq və Parkinson və digər oxşar xəstəliklərdən əziyyət çəkən insanlar üçün istifadə nəzərdə tutulur. Lakin kəşfi hamıdan əvvəl ABŞ hərbçiləri sınaqdan keçirmək imkanı əldə edəcəklər.

harvad

Dünya robot texnikası bazarının həcmi 2020-ci ilədək iki dəfədən çox artaraq 2016-cı ildəki 91,5 milyard dollara nisbətdə 188 milyard dollar təşkil edəcək. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin hesabatında deyilir. “IDC” ekspertləri tədqiqatın aparılması üçün robot texnikası sistemləri, aparat sistemləri, proqram təminatı və kommersiya robot texnikası xidməti ilə bağlı məlumatlara əlavə olaraq kommersiya pilotsuz uçan aparatlarının alışı və xidməti üzrə göstəriciləri də daxil ediblər. Hesabata görə, robotların 60 faizi istehsalatda qaynaq, yığım, rəngləmə və materialların qarışdırılması kimi vəzifələri yerinə yetirir. 2016-cı ildə robot texnikasına daha çox mədən sahəsi (8 milyard dollar), xidmət sahəsi (6,5 milyard dollar) və səhiyyə (4,5 milyard dollar) kimi sənayelər vəsait sərf edib. Növbəti bir neçə il ərzində bu sahələrin robot texnikasından istifadədə lider statusuna malik olacaqları gözlənilir. Robot texnikası üçün ən çox xərclər Asiya-Sakit okean regionunun, o cümlədən Yaponiyanın payına düşüb. Region ölkələri qlobal xərclərin ümumi məbləğinin 2/3 hissəsini sərf ediblər. Avropa, Yaxın Şərq və Afrika 2016-cı ildə robot texnikasına 14,7 milyard dollar, Şimali və Cənubi Amerika 12,9 milyard dollar yatırıb. Ekspertlərin proqnozlarına görə, 2015-2020-ci illərdə Asiya-Sakit okean regionunda robot texnikası üçün xərclər 2 dəfədən çox artacaq.

robot

Yaponiyanın “JIN” şirkəti əməkdaşların diqqətlilik vəziyyətini müəyyənləşdirərək onların yorğunluq dərəcəsini hesablamağa imkan verən yeni “ağıllı” eynək texnologiyası hazırlayıb. Texnologiya yüz ballıq şkala üzrə aparılan hesablamaya görə kimin istirahətə ehtiyacı olmasını müəyyənləşdirəcək. Yaponlar əməksevərlikləri ilə məşhurdurlar, lakin işlə artıq yüklənmə səbəbindən tez-tez özünəqəsd hallarına təsadüf edilməyə başlayıb və bu problem getdikcə daha geniş miqyas alır. İntiharla mübarizəyə aparıcı şirkətlər qoşulub və nəticədə “ağıllı” eynək ərsəyə gətirilib. Məlumata görə, “JIN” rəhbərliyi 20 şirkətlə saziş imzalamağı planlaşdıraraq 80 milyon yen məbləğində təxmini qazancı hesablayıb. Bir cüt eynəyin qiyməti 39 min yen, bir nəfər üçün monitorinqə görə 1 aylıq abunə haqqı 500 yen təşkil edəcək. Digər istehsalçılar da eynək istehsalına başlayıb, əməkdaşların duruşunu və onların hərəkətini izləyəcək qurğuların icadı ilə bağlı ideyalar yaranıb. ABŞ-da əməkdaşlar sığorta vəsatətlərinə qənaət məqsədilə yuxu və gün rejimi monitorinqini aparan qurğularla təchiz edilir, işçi heyətinin həyat tərzi və vərdişləri təhlil olunur.

eynek

Robotlar artıq uzun müddətdir əksər sənaye müəssisələrində insanları əvəz etməyə başlayıb və yaxın gələcəkdə onların gündəlik həyat sahələrinə nüfuz edəcəyi gözlənilir. Hazırda robotlaşdırma üzrə lider ölkə Çindir. Ötən il ölkədə yerli aeroport və limanlarda xidmətə qəbul olan ilk robot polislər və robot gömrükçülər yaradılıb. Lakin Quançjou şəhərinin gündəlik “Southern Metropolis Daily” qəzetində Pekin Universitetinin professoru Van Syaotszyun tərəfindən yaradılan “Xiao Nan” robot reportyorunun dərc etdiyi ilk xəbər daha çox diqqət çəkir. 300 simvoldan ibarət məqalədə robot Bahar bayramı ərzində səyahət barədə söz açıb və onun yazılması üçün bir saniyə sərf edib. Robot yaradıcısının sözlərinə görə, “Xiao Nan” həm qəzetdə dərc edilən kimi qısa hekayələr, həm də uzun əhvalatlar yaza bilir. “İnsan reportyorla müqayisədə “Xiao” məlumatları daha yaxşı təhlil edir və xəbərləri daha tez yazır. Lakin bu o demək deyil ki, belə robotlar tezliklə jurnalistləri tam əvəz edə biləcəklər”, – professor qeyd edib. Professorun sözlərinə görə, robotlar hələ insanla üz-üzə müsahibə aparmağa, cavablara uyğun reaksiya verməyə və lazımi suallar soruşmağa qadir deyillər. Həmçinin robotlar hazırda müsahibə və ya söhbət zamanı gizli sətiraltı mənanı tuta bilmirlər. Lakin buna baxmayaraq Van Syaotszyun robotların kütləvi informasiya vasitələri, eləcə də redaktor və reportyorlar üçün yaxşı yardımçı olacaqlarına əmindir.

robot-jurnalist

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register