Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Apple-ın bu il içində bazara satışa çıxaracağı gözlənilən iPhone 8, naqilsiz şarj sahəsində inqilab etmək niyətindədir. 2011-ci ildən bəri Apple tərəfindən edilən və hər biri öz cihazlarına olmaqla induktiv şarj həllərinin tətbiqi üçün reallaşdırdığı birdən çox patent müraciəti, tədqiqat şirkətinin əsas hissəsini təşkil edir. Apple-ın iPhone 8-də daxili naqilsiz şarj texnologiyasından istifadə edəcəyi reallığı daha da irəli gedir. Apple bütünlüklə şüşəli dizayna keçəcəyi üçün (şaiələr bu istiqamətdədir) birdən çox şirkətlə işləmək məcburiyyətində qalacaq. Lite-on, şüşəli quruluşa çalışarkən , Energous isə metallik gövdəyə dəstək verəcək . iPhone 8–in geriyə qalan materiallarının paslanmaz polad olacağını və hardasa heç plastikdən istifadə edilməyəcəyini vurğulamaqda fayda var. Tədqiqat, Apple-ın sadəcə Energous ilə bir ortaqlığa sahib olmadığını vurğulayır; Apple-ın bu ortaqlığı, yeni naqilsiz şarj istehsalı haqqında daha çox tədqiqat aparmaq üçün istifadə etdiyini bildirir. İnduktiv naqilsiz şarj sistemində, telefonda və naqilsiz şarj cihazında maqnit bir cihaz saxlamaq lazımdır. Mənfi cəhətlərinə rəğmən bazardakı ən məşhur naqilsiz şarj cihazıdır. Çünki qiymət və performans nisbəti yüksəkdir. Apple, Apple Watch-da bu üstünlükdən faydalanır. Lite-On-u da yanına alan nəhəng texnologiya şirkəti yeni flaqmanında çox daha məhsuldar şarj sistemi inkişaf etdirməyi planlayıb.

iphone-8-concept-with-curved-display-based-on-patent-documents-techconfigurations[1]

Lankaster Universitetinin mütəxəssisləri sübut ediblər ki, qrafik açar üsulu, smartfonun digər şəxslər tərəfindən hack olunmasının qarşısını almır. Mütəxəssislər qeyd ediblər ki, barmaq izi skanı, şifrə və ya rəqəmsal PIN kod, smartfonu daha etibarlı şəkildə qoruyur. Qrafik açarlardan 40% Android istifadəçiləri yararlanır və onların demək olar ki, hamısı təhlükəsiz deyil. Əgər hər-hansı bir hacker, sizə yaxın məsafədə oturub və sizin, smartfonu necə qrafik açar vasitəsilə aktiv etdiyinizi kameraya çəkirsə onda ona heç smartfonun ekranına belə baxmaq lazım deyil. Bunu çox sadə üsulla etmək olar. Məsələn sizin smartfonunuzu hack etmək istəyən şəxs sadəcə olaraq guya öz smartfonunda hansısa işi gördüyü təəssüratını yarada bilər. Bu cür videoların analizi ilə isə jestləri tanıyan tətbiqlər aparırlar. Nəticə olaraq isə tətbiq, hackerə lazımi qrafik açar kombinasiyasını təqdim edir. Qrafik açar nə dərəcədə qəliz olarsa, tətbiq onu daha dəqiqliklə müəyyən edir. Mütəxəssislər təyin ediblər ki, bu cür videoçəkilişi, 2.5 m məsafədən etmək olar. Beləliklə ictimai yerdə hər-hansı birinin smartfonunu hack etmək mümkündür. Təcrübə üçün 120 unikal qrafik açarın təyin olunması eksperimenti aparılıb. 95% halda isə 5 cəhddən sonra lazımi qrafik şifrə kombinasiyası təyin olunub. Bununla mübarizə aparmaq çox asandır. Belə ki, qrafik şifrəni yığdığınız barmağınızı digər əlinizlə örtün.

W7X11[1]

BlackBerry-nin yeni fiziki klaviaturalı ağıllı telefonu Mercury haqqında, uzun müddətdir yeni məlumatlar ortaya çıxırdı. Nəhayət, firma tərəfindən cihazın təqdimat tarixi açıqlandı! BlackBerry-nin fiziki QWERTY klaviaturaya sahib olan yeni ağıllı telefonu Mercury, ABŞ-ın Las Veqas əyalətində təşkil olunan CES 2017 təqdimat mərasimində nümayiş etdirildi. CES-də sərgilənməsinə rəğmən bəzi xüsusiyyətlərinin yanı sıra qiyməti və satışa çıxarılacağı tarix hələki məlum olmayan BlackBerry Mercury üçün rəsmi təqdimat tarixi nəhayət ki bəlli oldu. BlackBerry Mercury-nin MWC 2017-də təqdim olunması gözlənilir. BlackBerry Mobile-in Twitter hesabı üzərindən edilən paylaşımda BlackBerry Mercury üçün 25 fevral 2017-i tarixi, yəni Barcelonada keçiriləcək olan Mobil Dünya Konqresi işarə edilir. 4.5 inç böyüklüyündə IPS LCD ekranında Full HD keyfiyyəti təklif edən telefon gücünü Qualcomm-un inkişaf etdirmiş olduğu Snapdragon 821 əməliyyat sistemi və Adreno 530 qrafik prosessorundan alır. 4 GB RAM-a və 64 GB daxili yaddaş sahəsinə sahib olan Mercury , arxa tərəfində 13 meqapiksel, ön tərəfində isə 8 meqapiksel keyfiyyətində bir kameraya sahibdir. BlackBerry-nin DTEK70 model nömrəsinə sahib olan yeni ağıllı telefonu Mercury haqqında ortaya çıxan xüsusiyyətlər bunlarla məhdud deyil. Telefonun satışa çıxacağı tarixdən qiymətinə qədər bütün detalları, 25 fevral tarixində keçiriləcək olan təqdimat mərasimində bilinəcək.

blackberyy-mercury-sdn

“Google”şirkəti, developerlər üçün keçiriləcək Google I/O konfransının zamanını anons edib. Sözügedən tədbirin əsas mövzusu, Android 7.0-ın davamçıxı olacaq Android O əməliyyat sisteminin təqdimatı olması gözlənilir. Google I/O konfransı, şirkətin öz yeni servislərini təqdim etdiyi xüsusi tədbirdir. Məsələn keçən ilki tədbirdə Android Nougat, yeni mobil əməliyyat sistemi üçün virtual reallıq platforması, Allo messenceri, Google Assistant, Google Home, Google Photo və Duo adlı videozəng servisi təqdim etmişdi. Bu ilki tədbir 17 May 2017-ci il tarixində start götürəcək və 3 gün davam edəcək. Tədbirin birinci günündə ənənəvi “Google” yeniliklərinin təqdim olunacağı gözlənilir. İlk sırada təbii ki, Android O durur. Yeni əməliyyat sisteminin adının açılışının Android Oreo və ya Oatmeal Cookie olacağı düşünülür. Mütəxəssislərin fikrincə həmçinin tədbirdə Chrome OS-in yeni imkanları barədə danışılacaq və digər sahələrdə yeni məhsullar təqdim olunacaq.

android[1].png_w=780

Ağıllı telefon dünyasında şişirdirilmiş material keyfiyyəti və qiyməti ilə tanınan Vertu, yeni Constellation modelini ictimaiyyət ilə paylaşdı. Vertu markası ilə maraqlanırsınızsa, həddindən artıq bahalımateriallardan hazırlanan, əl işi telefonları haqqında məlumatınız var deməkdir. Əlbəttə çox insanın olduğu kimi uzaqdan məlumatınız var sadəcə. Çünki Vertunun telefon qiymətləri insanın ağlını başından edəcək qədər yüksəkdir. Şirkət Constellation (Azərbaycan dilinə tərcümədə, komanda ulduzu mənasına gəlir) modelini təqdim etdi. Constellation ilə istifadəçlər, iki SIM kartı tək telefonda istifadə edə biləcək. Cihazın 5.5 inç WQHD AMOLED ekranı safir kristal ekranla örtüləcək. Android 6.0.1 Marshmallow-a dəstək verən telefonda əlavə olaraqda 1.55 mikro pikselə qədər dəstəkləyən 12 MP arxa kamera və Dolby Digital Plus dəstəkli dinamiklər var. 4 GB RAM, 128 GB daxili yaddaş sahəsi, 3220 mAh batareya vəQualcomm Snapdragon 820 prosessoru, cihazın digər xüsusiyyətləri arasında yer alır. Naqilsiz şarj ilə birlikdə USB –C əlaqə nöqtəsi üzərindən şarj doldurma əməliyyatını edə biləcəkssiniz. Vertu Constellation, İngiltərə-də, yüzdə yüz əl işi olacaq. Telefon, bərkidilmiş alüminium istehsalı olub , arxa tərəfi isə İtalyan dərisi ilə örtülmüşdür. Telefonun açma bağlama düyməsi isə yaqutdan hazırlanıb. Telefonun qiyməti hələki açıqlanmasa da, yüksək məbləğlərdən söz edə bilərik. Cihaz nə də olsa milyon dollarlıq yaxta sahiblərinə xitab edir.

379222-vertu-front[1].jpg_itok=xgHAfPMf

Dünyanın ən məşhur sosial şəbəkələrindən Snapchat, gələcək üçün böyük bir addım atdı və heç olmadığı qədər güclü hala gəldi. Snapchat-ın developerləri, interfeysi keçmişdə belə daha yaxşı vəziyyətə gətirə bilmək üçün “gizli mesaj” adında ki tətbiqin üstündə işləyirdi. Dəyişikliklər bu ayın əvvəlində, bir çox iOS istifadəçisinə təqdim olundu. Yenilənmənin ən diqqətə çarpan xüsusiyyəti axtarış bölməsi oldu. Sözü gedən işarənin üzərinə klik etmək, axtardığınız hər şeyin yanı sıra mesajlara, hekayələrə, qrup söhbətlərinə və istifadəçilərə sürətlə əlaqə qurmağınızı təmin edir. Bir dostunuzun profilinə klik etdikdə , sözü gedən adamın profili haqqında azda olsa detallar ortaya çıxır. “Hekayəmiz” işarəsi isə bambaşqa bir hekayədir. Bu hekayəyə müxtəlif elementlər əlavə etmək üçün bir iki klik bəs edir. Tətbiqə, yeni funksional seçimlər əlavə edə bilmək mümkündür. Əsas nüvəsi və dizaynı böyük ölçüdə əvvəlki ilə eyni olsa da bir neçə zərif dəyişikliklər oyun planını inkişaf etdirir. Daha çox məlumat əldə etmək üçün videonu izləmək bəs edəcək. Snapchat indi, daha əvvəl heç olmadığı qədər güclüdür. Ancaq bunu qeyd etmək lazımdır ki, sözü gedən yenilənmə yalnız Apple iOS istifadəçiləri üçün istifadəyə verilib. Android ağıllı cihaz istifadəçiləri isə biraz gözləməli olacaqlar.

Artıq bir müddətdir Instagramda canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi. Bugündən etibarən Gürcüstanlı istifadəçilər də Instagramda canlı yayımlar verə biləcəklər. Bunun üçün istifadəçilər ən son Instagram yenilənməsini yükləməli və stories bölməsindən canlı yayım verməlidirlər. Canlı yayımlar hekayələr bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcəkdir. Eyni zamanda kəşf et bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz. Yeni xüsusiyyət, eynilə Storiesdə edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir “Live/Canlı” ifadəsi yer alır.

521878-instagramlivedi.69b50191443.h0[1].jpg_itok=RtUM13Xm

Ilk yarı sintetik “real” orqanizm yaradılıb – yeni icad insanların həyatını xilas edəcək. Elm adamlarının fikrincə əgər bu mümkün olarsa yeni icad müxtəlif tibbi preparatların yaradılmasına və bununla bir çox insanın həyatının xilas olunmasına kömək edəcək. Alimlər yaşayıb arta bilən yarı sintetik bakteriya yaratmağa müvafiq olublar. İcad edilmiş bu həyat növü yalnız iki süni nukleotidə sahibdir ki, bunlar da amin turşularının kodlaşdırılmasında iştirak etmirlər. Mütəxəssislər bu yeni icadın elm sahəsində atılan böyük bir addım kimi qiymətləndiriblər. Onlar alınmış nəticələrin gələcəkdə təbiətdə mövcud olmayan və əvvəldən təyin olunmuş xassələrə sahib zülalları sintezləşdirən bakteriyaların yaradılmasına kömək edəcəyi qənaətindədirlər. Elm adamlarının fikrincə əgər bu mümkün olarsa yeni icad müxtəlif tibbi preparatların yaradılmasına və bununla bir çox insanın həyatının xilas olunmasına kömək edəcək.

yara

2016-cı ilin dekabr ayının sonlarında “Kasperski Laboratoriyası”nın kibercinayətlərin təhqiqatı üzrə bölməsinin rəhbəri Ruslan Stoyanov həbs edilib. R. Stoyanov “Lefortovo” təcridxanasında saxlanılır. Onun həbsinin Federal Təhlükəsizlik Xidmətinin (FSB) İnformasiya Təhlükəsizliyi Mərkəzinin sədr müavini Sergey Mixaylova qarşı aparılan təhqiqatla əlaqəli olduğu bildirilir. S. Mixaylovla bağlı istintaq FSB-nin təhlükəsizlik idarəsi tərəfindən aparılır. O, Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (vətənə xəyanət) ilə ittiham olunur. S. Mixaylovun informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Rusiya şirkətlərindən birinin əməkdaşının vasitəsilə xarici təşkilatdan pul aldığı iddia edilir. Gümanlara görə, həmin əməkdaş məhz R. Stoyanovdur. “Kommersant”ın mənbələri qeyd edir ki, S. Mixaylovun cinayət işi ölkənin kibertəhlükəsizlik və elektron kommersiya bazarına təsir göstərə bilər, çünki o, faktiki olaraq Rusiyada bütün internet biznesi sahəsini kurasiya edirdi. “Kasprerski Laboratoriyası”nın top meneceri Stoyanov isə 2006-cı ilə qədər Moskva şəhər Daxili İşlər Baş İdarəsinin xüsusi texniki tədbirlər şöbəsində (“Otdel K“) çalışıb.

Работа компании «Лаборатория Касперского»

Rusiyalılar sosial şəbəkələrdə daha fəal ünsiyyət qurmağa başlayıblar. Hazırda onlardan respondentlərin 60 faizi istifadə edir ki, bu da 2011-ci ildəkindən 19 faiz çoxdur. Bir çox hallarda respondentlər “VKontakte” (40 faiz) və “Odnoklassniki”yə (34 faiz) müraciət edirlər. Daha az isə “Facebook” (9 faiz), “Moy Mir” (7 faiz), “Twitter” (5 faiz), “Moy kruq” (3 faiz) və “Livejournal” (3 faiz) şəbəkələrindən istifadə edirlər. Sosioloqların məlumatlarına əsasən, Rusiya gəncləri arasında “VKontakte” xüsusilə daha populyardır. 18-24 yaşlı respondentlər arasında bu rəqəm 77 faiz, ali təhsillilər arasında 46 faiz, yüksək istehlakçı statusuna malik istifadəçilər arasında isə 54 faiz təşkil edir. “Odnoklassniki” daha çox qadınları maraqlandırır. Bu rəqəm onlar arasında 39 faizdir. Onların 47 faizi 25-39 yaşlı qadınlardır. “Facebook”dan isə daha çox kişilər istifadə edir ki, onların sayı 11 faiz təşkil edir. Bunun 20 faizi 18-24 yaşlı insanlardır. Ötən il dekabrın 9-12-nə qədər tarixdə keçirilən sorğunun nəticələri göstərib ki, sosial şəbəkələrdə ünsiyyətin fəallığı yaşayış yerindən olduqca asılıdır. Belə ki, istifadəçilər arasında ən böyük faiz göstəricisi moskvalılar (49 faiz), an aşağı göstərici isə kənd sakinləri arasındadır (29 faiz). Sorğuda Rusiyanın 48 regionunun 137 yaşayış məntəqəsindən olan 18 yaşdan yuxarı 1 600 nəfər insan iştirak edib.

rus

Yer və Ayın Mars və Saturn planetlərindən çəkilmiş ilk şəkilləri yayılıb. Yer planetindən 200 milyon məsafədə yerləşən NASA-nın “Mars Reconnaissance Orbiter” avtomatik planetlərarası stansiyası tarixdə kosmosun öyrənilməsində ilk dəfə olaraq planetimiz və onun təbii peyki olan Ayla bərabər ilk şəkillərini əldə edib. Planetlərarası kosmik stansiyanın içində olan astronavtlar heç vaxt belə şəkillərin əldə olunmasına nail ola bilmirdilər. Buna səbəb stansiyanın Əlverişli mövqedə yerləşməməsi idi. Eyni zamanda “Cassini” adlanan daha bir kosmik aparat Saturn planetinin həlqələrindən çəkilmiş Yer planetinin unikal görüntülərlə alimləri sevindirib.

mars

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ötən ilin dördüncü rübündə 9,22 trilyon von və ya 7,93 milyard dollar həcmində gəlir əldə edib. Bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 60,11 faiz çoxdur. Məlumata görə, 2016-cı ilin oktyabr-dekabr aylarında satışların həcmi 2015-ci ilin analoji dövrü ilə müqayisədə 0,03 faiz artaraq 53,33 trilyon von və ya 46,4 milyard dollar təşkil edib. Həmçinin bildirilir ki, 2016-cı ildə “Samsung Electronics”in əməliyyat gəlirləri 29,24 trilyon von və ya 25,42 milyard dollara çataraq illik nisbətdə 10,7 faiz artıb. Korporasiyada əməliyyat gəlirlərinin artmasını yarımkeçiricilərin, xüsusilə də DRAM və NAND yaddaşlı mikro sxemlərin uğurlu satışı ilə izah edirlər. Bu, həmçinin “Galaxy S7” və “S7 Edge” flaqman smartfonlarının satışı ilə bağlıdır. Bununla belə, “Galaxy Note 7” cihazlarının qlobal geri çağırılmasından şirkətin ziyanı məhdud olub və şirkətin gəlirlərinə o qədər də ciddi təsir etməyib.

samsung

Ötən il “Apple” şirkəti kompüter bazarında ən uğurlu tədarükçülərin reytinqində beşinci yerə düşüb. 2016-cı ildə şirkət ümumi bazarın 7,1 faizinə sahib olub. Mənbənin məlumatına görə, ötən il kompüter satışları 5,7 faiz azalıb. “Mac” nəslindən olan cihazların satışı isə xüsusilə 10 faiz bərbad olub. Bu bazarda lider “Lenovo” şirkətidir və bazarın 21,3 faizinə sahibdir. Onun ardınca isə HP, “Dell” və “Asus” şirkətləri gəlir. Bu dörd şirkətin payına ümumi kompüter bazarının 65 faizdən çoxu düşür. Bir il ərzində daha böyük artımı “Dell” şirkəti nümayiş etdirib və bu artım 10 faiz təşkil edib. Bazarın ümumi payının təxminən 28 faizini isə 200 istehsalçı öz aralarında bölüşdürür.

oten

“Apple” korporasiyasının baş icraçı direktoru Tim Kuk sahib olduğu səhmlərin bir hissəsini satıb. T. Kuk 30 min ədəd səhm satıb və 3,6 milyon dollar qazanıb. O, bir neçə gün əvvəl də eyni sayda səhm satışı həyata keçirmişdi. Nəticədə iş adamı həftə ərzində 7,2 milyon dollar əldə edib. Hazırda T. Kukun “Apple”da 979 min 809 ədəd səhmi var. Bu səhmlərin dəyəri 117,6 milyon dollar təşkil edir.

kuk

“Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olacağı barədə yayılan söz-söhbətə münasibət bildirib. M. Zukerberq “BuzzFeed”in bu barədə sualına birmənalı cavab verib: “Yox”. O, hazırda sosial şəbəkənin və “Chan Zuckerberg Initiative” fondunun işləri ilə məşğul olduğunu deyib. M. Zukerberqə yaxın mənbə də onun prezidentliyə namizəd olacağı barədə məlumatların əsassız olduğunu vurğulayıb. Qeyd edək ki, M. Zukerberq il ərzində ABŞ-ın bütün ştatlarına səfərlər edəcəyini açıqlayıb. Bu açıqlama onun prezidentliyə namizəd olmağa hazırlaşdığı barədə şayiələrin yayılmasına səbəb olub.

mark

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register