Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” korporasiyası “Qualcomm” şirkətini məhkəməyə verib. Amerikalılar çinlilərdən 1 milyard yuan (245 milyon dollar) tələb edir. “Apple” hesab edir ki, “Qualcomm” mikrosxem istehsalı bazarındakı mövqelərindən sui-istifadə edib, bu səbəblə kompensasiya ödəməlidir. Bundan başqa, “Apple” “Qualcomm”un patent siyasətindən də narazıdır və bu barədə növbəti iddia qaldırıb. Çin tərəfi hələlik amerikalıların tələbləri ilə tanış olmadığını bəyan edib. Lakin onlar hesab edir ki, “Apple” bu yolla “Qualcomm”a daha az ödəniş etmək istəyir.

qualcom

ABŞ-ın “Walmart” şirkəti avtomobil biznesinə daxil olur. Bu barədə məlumat xidmətin rəsmi saytında yerLəşdirilib. Bildirilir ki, şirkət özünün ABŞ-dakı supermarketlərində “CarSaver” platforması ilə işləyən maşınların satışını həyata keçirəcək sensor köşklər quraşdıracaq. “CarSaver” bu ilin aprel ayında Dallas, Finiks və Hyuston şəhərləri daxil olmaqla, ABŞ-ın bir sıra şəhərlərindəki 25 ədəd “Walmart” supermarketlərində riteyl köşklər yaratmaq niyyətindədir. Bu xidmət maşın alıcılarına veb-saytın köməyi ilə seçim etmək, ödənişlər etmək və öz avtomobillərini sığortalamaq imkanı verəcək.  “CarSaver” müştəriləri yaxın gələcəkdə yeni və ya işlənmiş maşınlar seçə biləcəklər. Onlar həmçinin birbaşa olaraq sensor köşkündə maşının alınması üçün maliyyə alınması və sığortalanması üçün müraciətlər də edə biləcəklər.

walmarket

Yaponiyanın ən kütləvi messenceri “Line” mövcud olduğu dövrdə ilk dəfə olaraq fəal müştərilərini itirməyə başlayıb. Ötən ilin sonuncu rübü ərzində istifadəçilərinin sayı 220 milyon nəfərdən 217 milyon nəfərə qədər azalıb. “Line” İndoneziya, Tailand, Tayvan və təbii ki, Yaponiya kimi ölkələrdəki müştərilərdən çox asılıdır. Bu dövlətlərdəki istifadəçilərin sayı 77 faiz təşkil edir. Ötən ilin əvvəllərində bu rəqəm 67 faiz təşkil edirdi. İPO keçiriləndən 6 ay sonra messencerin qiyməti 9,4 milyard dollardan 8 milyard dollara düşüb. Şirkətin “Line Music” və “Pay Line” əlavələrinin də müştərilərinin sayını artıra bilməməsi də pozitiv proqnozlar verməyə imkan vermir. 2015-ci ilin əvvəlindən bu sahədə artım müşahidə olunmur. “Line”dan fərqli olaraq, “Facebook Messenger” və “WhatsApp” kimi əlavələrdə isə əksinə, artım müşahidə olunur.

line

Məşhur “SpaceX” və “Tesla Motors” şirkətlərinin yaradıcısı İlon Mask (Elon Musk) tunel qazmaq fikrində olduğunu açıqlayıb. Bu barədə o, “Twitter”də yazıb. “Tunel sahəsində gözəl inkişaf var. Bir ay və ya ona yaxın müddətdən sonra qazmağa başlayıram”, – deyə iş adamı qeyd edib. İ. Mask tunelin hara qədər çəkiləcəyini və hakimiyyət orqanlarının bu barədə nə düşündüyünü yazmayıb. O, hələ ötən ilin dekabrında tunel ideyasını ortaya atmışdı. Belə ki, İ. Mask şəhərdəki tıxaclardan və avtomobilin yavaş hərəkət etməsindən bezdiyini, bu səbəblə tunel çəkəcəyini bildirmişdi. O zaman bir çoxları bunu zarafat kimi qəbul etmişdi. Qeyd edək ki, İ. Maskın şirkətlərindən biri Los Anceles şəhərində, digəri isə məşhur Silikon vadisində yerləşir. O, demək olar ki, hər gün hər iki ofisə baş çəkir.

spacex

Britaniyalı mütəxəssislər yeniyetmələrin kompüter oyunları arxasında nə qədər vaxt keçirməli olduqlarını müəyyən ediblər. Oksford Universitetinin alimləri yeniyetmələrin kompüter oyunları arxasında keçirməli olduqları daha optimal vaxtı hesablamaq üçün tədqiqat aparıblar. Tədqiqatda 120 min nəfər iştirak edib. Nəticədə məlum olub ki, yeniyetmələr televizora və kompüterə daha az vaxt ayırırlar. Onlar daha çox vaxtlarını öz smartfonlarına sərf edirlər. Tədqiqatın nəticələrinə gəldikdə, britaniyalı mütəxəssislər bu nəticəyə gəliblər ki, yeniyetmələrin oyunlar arxasında keçirmələri üçün lazım olan ən optimal vaxt 117 dəqiqə təşkil edir. Alimlər yeniyetmələrə 221 dəqiqədən çox televizora baxmağı məsləhət görməyiblər. Bu normaların keçilməsi ağlın yüklənmə kimi mənfi təsirlərə gətirib çıxara bilər.

yeni-yetme

Çinin “Xiaomi” şirkətinin istehsal etdiyi yeni “Redmi Note 4” smartfonu Hindistanda böyük maraqla qarşılanıb. “Redmi Note 4” Hindistanda ən sürətlə satılan smartfon kimi tarixə düşüb. Belə ki, satışa çıxarıldığı 5 dəqiqə ərzində 250 min ədəd smartfon satılıb. Xatırladaq ki, ötən il bu ölkədə 3,6 milyon ədəd “Redmi Note 3” satılmışdı. “Redmi Note 4” 5,5 ölçülü “Full HD İPS” ekran, “Qualcomm Snapdragon 625” prosessoru, “Adreno 506” qrafik prosessoru, 13 meqapiksel arxa və 5 meqapiksel ön kamera, 4100 mAs batareya, mikro SD kart dəstəyi, Hi-Fi səs dəstəyi, LTE funksiyaları ilə təchiz edilib. Qiymətlər cihazın yaddaş həcmindən asılı olaraq 165 dollar və 190 dollardır.

xiomi

“Rostelekom” “Alle” adlanan yeni əlavəsini təqdim edib. Belə bir məlumatı şirkət nümayəndələri açıqlayıblar. Onların sözlərinə görə, yeni əlavə “Skype” proqramının analoqu olub. Bildirilir ki, “Alle” müştərilərinə zənglər həyata keçirməyə imkan verəcək. Həmçinin əlavə ödənmiş etməklə mobil və stasionar nömrələrə də zənglər etmək imkanı yaradacaq. Əlavədə qeydiyyatdan keçdikdən sonra insan xüsusi nömrə alacaq və bunun köməyi ilə bütün dünya ilə əlaqə saxlaya biləcək. “Rostelekom” əməkdaşları bildirir ki, bu nömrə hər hansı şəhərə bağlı olduğundan, bu əlavəni müasir ev telefonu adlandırmaq mümkündür. Hələlik “Alle” əlavəsində yalnız Voronej şəhərinin kodları istifadə edilir. Ancaq yaxın gələcəkdə bu şəhərlərin siyahısı xeyli genişlənəcək.

alle

“Apple” nümayəndələri Hindistan hökuməti ilə Benqalor şəhərində “iPhone” istehsalına başlanması ilə bağlı danışıqlar aparıb. Radio Marneuli-in “CNNMoney” nəşrinə istinadən məlumatına görə, qeyd olunur ki, bu addım ABŞ prezidenti Donald Trampın istehsalın ABŞ-a keçirilməsi ilə bağlı etdiyi çağırışların fonunda atılıb. Hindistanın ticarət naziri bildirib ki, görüş baş tutub. Ancaq o, danışıqların detallarını açıqlamaq istəməyib. “Apple” nümayəndələri bildiriblər ki, Hindistan hökuməti ilə konstruktiv dialoqu yüksək qiymətləndirirlər. Şirkətin Hindistanda “iPhone” istehsal etmək üçün zavod inşa etmək planları barədə bir qədər əvvəl “The Times of India” nəşri yazıb. Təxmin edilirdi ki, bu zavod “Wistron” şirkəti ilə birgə inşa ediləcək.

apple

Tanınmış “Pokemon Go” oyun əlavəsinin müəllifləri “Pokemon Duel” adlı yeni layihəni işə salıblar. Radio Marneuli-in “The Telegraph” nəşrinə istinadən məlumatına görə, yeni oyun həmin strategiya oyunlar silsiləsindədir. Artıq istifadəçilər oyunu “Google Play” və “AppStore” onlayn mağazalarında yükləyə bilərlər. Yenilik pulsuz əsaslarla təqdim olunacaq. Bununla bərabər, oyun davam müddətdə istifadəçilərə öz pokemonlarını yaxşılaşdırmaq üçün təsdiq edilmiş qiymət təklif edilir. Hər bir oyunçu 6 müxtəlif oyunçu yığa bilər ki, onların hər biri müxtəlif xüsusiyyətləri və öz gücləri ilə seçilirlər. Həmçinin hər bir pokemonun hər gediş üçün öz ehtiyatı var və xəritədə məhdud uzaqlıqda hərəkət edə bilər. Duelin rejimi fantastik məxluqlardan ibarət şəxsi komandaya malik digər oyunçularla qarşıdurmanı nəzərdə tutur. Pokemonların öz aralarında döyüşü üçün oyunçulara həmçinin müxtəlif sosial atributlar təklif edilir ki, bu da onlara döyüşdə üstünlük əldə etməyə kömək edəcək.

pokmon

Bu proqram təminatı artıq bir neçə milyon dəfə yüklənilib. Ötən il aşkar edilmiş mürəkkəb “HummingBad” zərərverici proqram təminatı yenidən özünü göstərib. “Check Point” şirkətinin tədqiqatçıları zərərli proqram təminatının “HummingWhale” adlandırılmış yeni versiyasını “Google Play” internet mağazasında 20-dən çox mobil tətbiqdə aşkar ediblər. Ekspertlərin hesablamasına görə, bu proqram təminatı artıq bir neçə milyon dəfə yüklənilib. “HummingWhale” virusunun yaradıcıları ona daha güclü imkanlar əlavə ediblər. İstifadəçi zərərverici prosesi aşkar edərək onu ləğv etmək istədikdə “HummingWhale” özünü virtual maşında buraxaraq aşkaretməni çətinləşdirir. Zərərverici proqram təminatı istifadəçinin sisteminə quraşdırıldıqdan sonra virusa yoluxdurulmuş qurğuya “C&C” serverdən fırıldaqçı reklam və proqramlar göndərilir. “HummingBad” versiyasından fərqli olaraq “HummingWhale” proqramların icrası üçün super istifadəçi imtiyazı tələb etmir.

android

Qulaqcığın günəş enerjisi ilə inteqrasiya edilməsinə baxmayaraq çəkisi 57 qram təşkil edir. “Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdirlər. Oxşar aksesuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” startapı bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib. Başın arxa hissəsindən taxılan “Sola” qurğusu simsiz qulaqcıqlar üçün adi formada düzəldilib. Layihə müəlliflərinin sözlərinə görə, günəş enerjisi ilə qulaqcığın avtonom iş rejimi 25-30 faiz artır. Qulaqcığın günəş enerjisi ilə inteqrasiya edilməsinə baxmayaraq çəkisi 57 qram təşkil edir. Qurğuda mikrofon, 200 milliamper/saat tutumlu akkumulyator, USB vasitəsilə enerji toplamaq üçün çıxış, eləcə də küyü azaltma funksiyası quraşdırılıb. Hazırda “Indiegogo” saytında qurğunun istehsalı üçün vəsait toplanır və artıq gözlənilən 30 min dolların üçdə bir hissəsi yığılıb. İlk əmanətçilər üçün qiyməti 29 dollar olacaq qulaqcığın tədarüklərinə iyulda başlamaq planlaşdırılır.

qulaqciq

Dünya miqyasında sosial şəbəkə istifadəçilərinin sayında 21 faiz artım qeydə alınmaqla 2,8 milyard nəfərə çatıb. 2016-cı ildə dünyada sosial şəbəkələrdən istifadə 21 faiz artıb. Bu barədə “We Are Social” və “Hootsuite” şirkətlərinin aktual rəqəmli yeniliklərə həsr olunan birgə tədqiqatında deyilir. Hesabata görə, ötən il internetin qlobal nüfuzetmə səviyyəsi 10 faiz artaraq 3,773 milyard istifadəçi təşkil edib ki, bu da Yer kürəsinin ümumi əhalisinin 50 faizinə bərabərdir. Dünya miqyasında sosial şəbəkə istifadəçilərinin sayında 21 faiz artım qeydə alınmaqla 2,8 milyard nəfərə çatıb. Bununla yanaşı, mobil qurğulardan daxil olan istifadəçilərin sayı illik hesablamada 30 faiz yüksəlib. İstifadəçilərin 91 faizi sosial servislərə smartfon və planşetlərlə daxil olur. “We Are Social” nümayəndəsi Saymon Kempin sözlərinə görə, statistikadan məlum olub ki, daha sosial şəbəkələri “yeni media” adlandırmağa ehtiyac yoxdur və onlardan mütləq istifadə gündəlik həyata daxil edilməlidir. O, həmçinin əlavə edib ki, hazırda sosial servislər əyləncə yox, həm də biznes sahəsinə çevrilib. Şirkətlərin hesabatı dünyanın 238 ölkəsi üzrə məlumatlara əsaslanaraq hazırlanıb.

sebeke

Alimlər akkumulyatorların şarjını daha sürətli doldurmaq üsulunu tapıblar. Bir çox prosessor istehsalçıları (həmçinin “Qualcomm” və “MediaTek”) öz məhsullarını sürətli enerjidoldurma funksiyası ilə təchiz edirlər. Bununla belə artıq yaxın vaxtlarda mobil qurğu akkumulyatorlarının enerjidoldurma prosesi daha sürətli ola bilər. Bat və İllinoys universitetlərində keçirilmiş sınaqların nəticələrinə əsaslanan “Nature Communications” nəşriyyatı belə qənaətə gəlib. Sınaqlar zamanı manqan iki oksiddən hazırlanmış akkumulyatorların tunel strukturlarına enerji ilə doldurulmuş kalium əlavə edilib. Belə akkumulyatorlar yaxşı məhsuldarlıq nümayiş etdiriblər, çünki enerji ilə doldurulmuş ionlar elektrik keçiriciliyini artıraraq litium ionlarının daha sürətli hərəkətinə imkan verib. Alimlər bildirib ki, bu proseslərin tədqiqi gələcəyin akkumulyatorlarının layihələşdirilməsi üçün vacibdir və müasir analoqlardan daha sürətli enerji toplayan batareyalar yaratmağa imkan verəcək.

alim

Son vaxtlarda daimi olaraq bir çox yenilik əlavə edən Facebook, bu dəfə də slayd xüsusiyyəti gətirir. Daima yeniliklər ilə fərqlənməyə çalışan Facebook, yeni xüsusiyyətini də test etməyə başladı. Hazırda bəzi Android istifadəçilərində ortaya çıxan detallara görə xüsusilə Microsoftun Powerpoint-i ilə bənzəyən slayd funksiyası Facebooka gələcək. Təxminlərə görə ən gec yaz aylarında rəsmi olaraq təqdim ediləcək olan bu xüsusiyyət ilə yer bildirişi, hisslərimiz, nə izlədiyimiz, nə yediyimiz kimi hərşeyi paylaşa bildiyimiz Facebookda artıq slayd nümayişi də təqdim edə biləcəyik. Beləcə Facebookdakı şəkillərinizi istəyirsinizsə musiqi müşaiyətində bir video halına gətirərək paylaşa biləcəksiniz. Xüsusilə ad günləri, il dönümləri kimi xüsusi anlarda tez-tez istifadə ediləcəyini düşündüyümüz slayd xüsusiyyətində əlavə olaraq Google Images servisi üzərindəki buluda yaddaşa verdiyiniz şəkillərdən də istifadə edə biləcəksiniz.

son-face

Messenger-də reklam yerləşdirmə dövrü başlayır. “Facebook”un məşhur mesajlaşma tətbiqi “Messenger”, bir müddət sonra tətbiq daxilində reklam yerləşdirmə prosessinə başlayacaq. Bəs reklamlar Facebook Messenger–da necə görünəcək? “Facebook”un “Messenger” tətbiqi, aylıq 1 milyarddan daha çox istifadəçisi ilə olduqca böyük bir kütləyə xitab edir. Bu vəziyyəti dəyərləndirmək istəyən “Facebook”, tətbiqin üzərində bəzi dəyişikliklər etməyə hazırlaşır. “Messenger Blog”da paylaşılan məqalədə “Facebook” məhsul idarəçisi Edde Zhang, Messenger-də reklam yerləşdirmənin necə bir uğur qazanacağını görmək üçün, Avstraliya və Tayland-da kiçik bir test müddəti başlatdıqlarını açıqladı. Test müddəti əhatəsində Avstraliya və Tayland-da yaşayan istifadəçilər, qarşıdakı həftədən “Messenger” tətbiqinə daxil olduqda müəyyən aralıqlar ilə reklamlarla qarşılaşacaqlar. “Messenger” tətbiqinin ana ekranında, “sponsor” məzmunları başlığı altında görünəcək olan reklamlara klik etdiyinizdə, əyər reklamı yerləşdirən ilə birbaşa əlaqə qurmaq imkanı verilirsə, “Messenger”də qalmağa davam edəcəksiniz. Yuxarıda vurğuladığımız kimi “Messenger”in reklam yerləşdirmə tətbiqi hələlik test mərhələsindədir. Facebook, test müddəti boyunca istifadəçilərdən gələn reaksiyalara və ya təkliflərə uyğun olaraq dəyişikliklər edə bilər.

mesencer

Facebook son günlərdə daha bir yenilik üzərində çalışır. Facebook öz mobil tətbiqetməsi üzərində Instagram`da aktivləşdirdiyi “Hekayələr”(Stories) funksiyasını yoxlayır. Xatırladaq ki, bu funksiya ilk olaraq Snapchat tətbiqetməsində mövcud idi, Facebook Instagram üzərində onu daha da təkmilləşdirib istifadəçilərə təqdim etmişdi. Bu funksiya Instagramda çox dəqiq və təkmil işləyir. Facebook üzərində yoxlaması gedən funksiya, proqrama daxil olarkən Ana Səhifənin ən üstündə kiçik karusel dairələr şəklində mövcud olacaq. Snapchat və Instagram kimi, Facebook üzərində də 24 saat aktiv olacaq paylaşılmlarda müxtəlif effektlərdən istifadə edə biləcəksiniz. Hekayələrə daxil edilmiş foto və videolar Xəbər Lentində və profillərdə görünməyəcək. Onlara fikir bildirmək üçün Instagram`da olduğu kimi birbaşa mesaj yazaraq (direct message) şərh edəcəksiniz, onlara şərh funksiyası ilə cavab verə bilməyəcəksiniz. Instagram hekayələr bölümünə son 24 saat ərzində çəkilmiş şəkilləri əlavə etməyi icazə verir. Bunun Facebook`da da tətbiq olunub-olunmaması isə bilinmir. Bu barədə Facebook tərəfindən gələn açıqlama isə belədir: “Bu gün insanların paylaşım metodları 5, hətta 2 il əvvəlkinə nəzərən çox fərqlidir – daha vizual, daha çox foto və son zamanlarda daha çox video paylaşılır. Biz istəyirik ki, bu prosesi asanlaşdırmaqla insanların istədikləri an istədikləri şəxslə yaradıcı və gözalan şəkillərini istədikləri yerdə paylaşsınlar. Biz hal hazırda yeni kamera və yeni birbaşa mesaj funksiyaları keçen rübdən bəri İslandiyada test edirik. Hekayələr isə insanlara istədiklərini etmək üçün köməkliyimizin bir parçasıdır.” Bu funksiyanın istifadəsi həqiqətən də böyük marağa səbəb olub. Çünki son 5 ayda Instagram üzərindən hekayələr funksiyasından 150 milyon insan istifadə edib.

face

Global Rich List, illik gəlirinizi daxil edərək dünya üzrə varlılıq sıralamasındakı neçənci insan olduğunuzu göstərir. Daha əvvəl dünyanın ən varlı iş adamlarına, şirkətlərinə dair bəzi məzmunlar paylaşmışdıq. Sözügedən bu şəxs və qurumlar, dünya iqtisadiyyatına ciddi şəkildə istiqamət verirlər. Bəs siz əldə etdiyiniz gəlirlə dünya sıralamasında neçənci olduğunuzla heç maraqlanmısınız mı? Global Rich List, sizə bu mövzudakı həqiqətə bir neçə saniyə içində çatmağa kömək edən bir web saytdır. Sayta daxil olduğunuz zaman qarşınıza sadə bir interfeys çıxır. Sol hissədəki “income” yazılı hissəyə daxil olduğunuzda əvvəlcə “select location”dan istədiyiniz ölkə və valyuta-nı seçin (Azərbaycan və AZN olmadığı üçün USD-dən istifadə edə bilərsiniz). Daha sonra da alt hissədə illik gəlirinizi yazmalısınız. Ən son isə “Show my results”, yəni nəticələrimi göstər qisminə daxil olaraq dünya sıralamasında neçənci yerdə olduğunuzu görə bilərsiniz. Əlavə olaraq saytın məqsədinin sizin gəliriniz ilə dünya üzrə neçənci varlı şəxs olduğunuzu öyrənməkdən başqa, Pakistan və İndoneziya kimi inkişaf etməmiş ölkələrdə işləyən laborant və həkimlərin çətinliklərini göstərməkdir. Nəticəyə çatdığınızda mouse-unuz ilə səhifəni aşağı doğru sürüşdürsəniz sizin 1 saatlıq, illik və aylıq qazancınız ilə İndoneziyada işləyən həkimlər və laborantların qazancları müqayisə edilir. Məsələn aylıq 1000 AZN gəliri olan biri Azərbaycanda 79 həkimin maaşını ödəyə bilər. (Burası maraqlı gəldi) Global Rich List – saytına buradan daxil ola bilərsiniz.

varli

HummingBad virusunun inkişaf etmiş halı olan yeni Android virusu HummingWhale kəşf edildi! Sizlərə bu xəbərimizdə yeni virusun oduğu Google Play Store tətbiqlərinin siyahısını hazırladıq. Android ekosisteminin viruslardan tam mənasıyla azad ola bilməməsi bir reallıqdır. Amma bu vəziyyətə rəğmən Google və digər Android istifadə edən ağıllı telefon istehsalçıları bu mövzuda işlər görməyə davam edirlər. İnkişaf ederək yenidən hücuma keçən virus. Ötən il içərisində10 milyondan çox Android cihaza yayılan HummingBad virusu ayda təxminən 300.000 dollar qazanc əldə edə bilirdi. Bir müddətdir ki fəaliyyəti olmayan HummingBad virusu, sanki inkişaf edərək yenidən gəldi. Check Pointadlı bir təhlükəsizlik firmasında çalışan tətqiqatçılar tərəfindən kəşf edilən yeni nəsil virusun adı, HummingWhale-dir. Yeni nəsil kodlara sahib olan HummingWhale, indiyə qədər hazırlanmış ən qarışıq Androidreklam virusu olaraq tarixə keçdi. Virtual cihazlar içərisində özünü gizləyən virusun kəşf edilməsi olduqca çətindir. Root icazəsinə ehtiyacı olmayan virus, cihazınızın üzərindən istehsalçısına böyük məbləğlər qazandırır. Yuxarıda paylaşdığımız şəkildə HummingWhale virusunu saxlayan Android tətbiqlərinin siyahısına baxa bilərsiniz.

android-siyahi

Adı bilinməyən hacker qruplaşması PlayStation 4 konsolunu hack edərək pirat oyunları oynamağın yolunu tapıb. Məlumata əsasən pirat oyunlar konsolun yalnız 1.76 versiyalı proqram təminatında çalışır. Hal-hazırki PS4-lər isə 4.07 versiyalı proqram təminatından istifadə edirlər. Sistem təminatını, köhnə versiyaya qaytarmaq qeyri-mümkündür. Beləliklə pirat oyunları yalnız köhnə partiyadan olan konsolları almış oyunçular oynaya bilərlər. 1.76 versiyalı sistem təminatına sahib PS4-lər,Destiny, Battlefield 4, FIFA 14, Knack, Watch Dogs, Call of Duty: Ghost, Assassin’s Creed IV: Black Flagoyunlarının yerləşdikləri xüsusi bundle-larda olurlar. Daha əvvəllər hackerlər, surətin lisenziyası problemini həll edə bilmirdilər. OMSK adlı yeni tətbiq, oyunlar üçün olan abunəlik faylını kopyalayır. Daha sonra konsolun qəliz olmayan hack prosesindən sonra oyunu (.PKG genişləndirilmiş fayl) yükləyib OMSK tətbiqi vasitəsilə işə salmaq lazımdır.

playstation

İlkin satış günlərində ön sifarişdə böyük səs-küyə səbəb olmuş Nokia 6 smartfonu, Çin bazarından kənarda da satışa çıxdı. Hələki rəsmi olaraq smartfonun yalnız Çin bazarı üçün nəzərdə tutulmasına baxmayaraq, smartfon, bir sıra digər online mağazalarda təqdim olunub. Belə ki, Nokia 6, Filippinin, Lazada adlı online mağazasında 370$ qiymətinə satışa çıxıb. Maraqlısı ondadır ki, Lazada saytında smartfon yalnız ağ rəngdə təqdim edilir. “HMD Global” şirkəti isə smartfonu yalnız qara rəng versiyasında anons etmişdi. Qeyd etmək lazımdır ki, Nokia 6, “HMD Global” şirkətinin Nokia brendi adı ilə təqdim etdiyi ilk modeldir. İstehsalçının sözlərinə görə sözügedən smartfon bu il təqdim olunacaq bir neçə Android modelindən birincisidir. Güman olunur ki, Nokia 6-nın beynəlxalq versiyası gələn ay Barselonada keçiriləcək MWC 2017 sərgisində təqdim olunacaq. Nokia 6, 5.5 inç Full HD ekran, Qualcomm Snapdragon 430 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır.

nokia

Bluetooth qulaqlıqlar, adi naqilli qulaqlıqlardan üstün olsa da bir xüsusiyyətə görə geridə qalırlar. Bu əsas xüsusiyyət isə naqilsiz qulaqlıqların lazımi vaxt qədər enerji saxlaya bilməməkləridir. Orta hesabla bu cür qulaqlıqları gün ərzində bir dəfə şarj etmək lazımdır. Sola adlı startap, bu problemi aradan qaldırmaq üçün maraqlı üsul fikirləşib. Belə ki, o öz naqilsiz qulaqlıqlarına, şarj üçün nəzərdə tutulmuş kiçik günəş paneli yerləşdirib. Sözügedən qulaqlıq, başın arxa hissəsinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş standart formada hazırlanıb. Startapçıların sözlərinə görə günəş işığında qulaqlıqların iş rejimi 25-30% artır. İnteqrasiya olunmuş günəş enerjisi sisteminə baxmayaraq qulaqlıqlar çox yüngül yaradılıb. Qulaqlıqlar, mikrofon, 200 mAh enerji tutumlu batareya və şarj üçün nəzərdə tutulmuş USB girişi ilə təchiz olunublar. Bir maraqlı özəllik isə Sola qulaqlıqlarının səsboğma funksiyasına sahib olmalarıdır. Layihə artıq Indıegogo platformasındadır. Startapçılar artıq 30.000$ əldə edərək onlara lazım olan vəsaitin 1/3-ni əldə ediblər. İlk alıcılara qulaqlıq, 29$-a başa gələcək. İlk satışların isə bu ilin İyul ayında olacağı gözlənilir.

Silikon vadisinin İT milyoçuları, dünyanın sonuna görə yeraltı bunker, silah, güllələr və nəqliyyat vasitələri alırlar. LinkedIn-in təsisçilərindən biri olan Reid Hoffman əmindir ki, Kaliforniya milyonçularının yarısı, aktiv şəkildə dünyanın sonuna hazırlaşır. “Mənim bir neçə motosikletim, çoxlu silahlarım, hərbi və qida ehtiyyatlarım var. Düşünürəm ki, bu ehtiyyatlar, təhlükəsizlikdə bir müddət qalmaq üçün kifayət edəcək” – deyə Reid Hoffman bildirib. “Facebook”un məhsul üzrə keçmiş meneceri Antonio Garcia Martinez, Sakit okeanda yerləşən bir adada kiçik ərazi əldə edib. “Technote.az”ın “The Independent”ə istinadən verdiyi xəbərə əsasən həmin ərazidə Martinez, ev tikərək onu bir neçə generator və günəş panelləri ilə təchiz edib və çoxlu silah alıb. Reddit portalının keçmiş baş direktoru qeyd edib ki, Silikon vadisinin top menecerlərinin hansı pullara sahib olduqlarını nəzərə alsaq onların bu cür sığınacaqlar alıb onları lazımi ehtiyyatlarla təchiz etmələri başa düşüləndir. Çox güman ki, Silikon vadisinin İT milyonçuları ən çox süni zəkadan qorxurlar. Gələcəkdə “ağıllı” cihazlar insanların iş yerlərini tuta və onlara qarşı üsyan qaldıra bilərlər.

silic

iOS 10.2.1 ilə batareya problemləri hələ də həll olunmayıb. Uzun bir test müddətinin ardından ötən bazar ertəsi paylaşılan iOS 10.2.1, xətaların aradan qaldırılmasını təmin edən yenilənmə idi. Bəs bu yenilənmə batareya nasazlığını həll etdimi? Oktyabr ayında iOS 10.1–in təqdim edilməsinin ardından iOS istifadəçiləri ümumi olaraq batareya problemi yaşamağa başladı. iPhone 7 və iPhone 7 Plus istisna olmaqla, istifadəçilər batareya səviyyəsinin 30%–ə  gəldiyində cihazların bağlanmasından şikayət etməyə başladılar. Qəribə olan isə, bəzi vəziyyətlərdə cihaz bağlanmadan əvvəl batareya səviyyəsinin 30%-dan 1%-ə düşməsidir. Hər iki vəziyyətdə də telefon şarja taxıldıqda batareya səviyyəsi 30%-dən başlayaraq artmağa davam edir. Bu problem iOS 10.2-də daha çox, istifadəçiyə təsir etməyə başladı. Apple dəstək birlikləri forumunda nasazlıqla əlaqəli açılan mövzu, 125 səhifəni  keçmiş vəziyyətdədir. Bəs “Apple”ın 1.5 ay ərzində test etdiyi iOS 10.2.1 bu nasazlığı həll edə bildimi? iOS 10.2.1-də nasazlıq davam edir  “Apple”, iOS 10.2.1 yenilənməsiylə “xəta düzəlişləri” vəd edilmişdi. Ancaq iPhone-da yaşanan batareya səviyyəsinin 30%–ə düşməsi ilə telefonun bağlanması problemi aradan qaldırılmayıb. Bir çox istifadəçi hələdə bu problemi yaşayır. Forbes-dan Gordon Kelly, mövzu ilə bağlı açıqlama verdi. Kelly-ə görə “Apple”, 10.2.1-in testləri əsnasında paylaşdığı beta versiyalarında bu yenilənmənin nə məzmunu, hansı xətaları düzəltdiyi haqqında məlumat verməyib. Yenə Kelly-ə görə 10.2.1-də batareya səviyyəsinin 30%-də bağlanma nasazlığını aradan qaldırmaq üçün heç bir cəhd göstərmədiyini və “Apple”ın bu problemi görməzdən gəldiyini bildirdi. Çin istehlakçı dərnəyi də “Apple”ı, istehlakçı ehtiyaclarını qarşılaya bilmədiyi üçün günahlandırır. “Apple”ın nə nasazlıqla bağlı nədə bu mövzuyla bağlı bir açıqlama verməyib. Bu səbəblə əlaqəli olaraq  bu vaxtlarda test edilən iOS 10.3–də bu problemi aradan qaldırmaqla bağlı yenilənmələr edilib edilməyəcəyi məlum deyil.

ios

Polşanın Belostok Universiteti və Niderlandın Radbud Universitetinin fizikləri informasiya bitini rekord dərəcədə sürətli (20 pikosaniyədən az ) yazan və oxuyan yaddaş hazırlayıblar. Bu göstərici müasir fləş yaddaşı ən azı 500 dəfə üstələyir. Qurğu optik impulsların köməyi ilə maqnit vəziyyətlərinin yazılması əsasında işləyir. Müəlliflərin sözlərinə görə, yaddaş həm də “0” vəziyyətindən “1” vəziyyətinə keçid üçün az enerji (sərt disk və fləş yaddaşla müqayisədə təxminən milyard dəfə daha az) tələb edir. Yaddaş elementlərinin sürətləndirilməsi üçün yanaşmalardan biri maqnit (“HDD”) və ya elektrik (“Flash”) yazma texnologiyasından maqnitoptik texnologiyaya keçiddir. Müəyyənləşdirilmiş lazer impulslarının təsiri altında maqnit materiallarının domenləri öz maqnitləşməsini dəyişdirə bilər və maqnitlərdə koersitiv qüvvələr bu maqnitləşmənin yox olmasına imkan vermir. Amma eyni zamanda maqnit materialları optik şüanı effektiv udur və buna görə qızır. Müəyyən temperaturdan (“Küri nöqtəsi”) yuxarı qızma materialda maqnit sıralanmasını məhv edir ki, bu da yazılmış informasiyanın itməsi ilə nəticələnir. Metal ərintiləri əsasında belə yaddaş yaratmağa cəhd göstərmiş fiziklər bu problemlərlə rastlaşıblar. Yeni işin müəllifləri tərəfindən tapılmış ittrium dəmir qranat materialında maqnit vəziyyətinin dəyişilməsi üçün lazımi enerji “Küri nöqtəsi”nə kimi qızma üçün tələb olunan enerjidən xeyli azdır. İttrium dəmir qranat elektrik cərəyanını keçirməyən şəffaf optik materialdır.

pol

“Qualcomm” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) dünya iqtisadiyyatına və sosial aspektlərə təsirinə həsr edilən tədqiqatın nəticələrini açıqlayıb. Tədqiqatın nəticələri “5G”-nin dünya iqtisadiyyatına nə dərəcədə təsir etməsini və bizneslə bağlı qərarlar qəbul edən texnologiya və digər sahə şirkətlərinin nümayəndələrinin əksər hissəsinin şəbəkənin mahiyyətinin dəyişməsinə inamını göstərir. Tədqiqatdan məlum olub ki, “5G”-nin təşəkkülü sayəsində mobil texnologiyalar istehlak sektoru və başlıca innovasiyalar olan elektroenergetika, maşınqayırma kimi baza infrastrukturları üçün əsas olacaq, tam yeni sahələrin yaranması ilə nəticələnəcək. “5G” təkcə insanları insanlarla, informasiya ilə birləşdirməyə imkan verən texnologiya birləşməsi yaratmağa deyil, insanları bütün qurğulara qoşan vahid şəbəkə formalaşdırmağa yol açacaq. Hesabata görə, “5G”-nin iqtisadi potensialının bütün dünyada həyata keçiriləcəyi 2035-ci ilədək geniş spektr sahələr – pərakəndə satışdan tutmuş, təhsilədək, nəqliyyatdan tutmuş, əyləncə sahəsinədək beşinci nəsil mobil rabitə sayəsində reallığa çevriləcək 12,3 trilyon dollar məbləğində məhsul və xidmətlər istehsal edə biləcək. Həmçinin “5G” 2035-ci ilədək təxminən 3,5 trilyon dollara bərabər olan gəlir mənbəyinə çevrilərək 22 milyon iş yeri yaradacaq. Vaxt ötdükcə – 2020-2035-ci illərdə “5G”-nin dünya ümumi daxili məhsulunun (ÜDM) ümumilikdə 3 trilyon dollar məbləğində real artımını stimullaşdıracağı gözlənilir. İqtisadi tədqiqatı tamamlayan sorğu təsdiq edib ki, dünyada biznes sahəsi üzrə qərarlar qəbul edən nümayəndələr və ictimai fikir liderləri “5G”-nin cəmiyyət və iqtisadiyyat üçün faydalı islahatlara xidmət edərək yeni məhsullar və xidmətlər yaratmağa, məhsuldarlığı artırmağa və yeni sənaye sahələri formalaşdırmağa imkan verəcəyini gözləyirlər. Rəyi soruşulanların 90 faizindən çoxu “5G”-nin hazırda mövcud olmayan yeni məhsul, xidmət və istifadə variantlarının yaranmasını mümkün edəcəyinə inandığını bildirib. Tədqiqat “IHS Markit”, “PSB” şirkətləri və aparıcı iqtisadçı, professor Devid Tis ilə birlikdə aparılıb.

5g

Cənubi Koreyanın elektronika nəhəngi “LG Electronics” şirkətinin yeni qabaqcıl “LG G6” smartfonunun rəsmi təqdimatı fevralın 26-da Barselonada (İspaniya) “Mobile World Congress 2017” sərgisi çərçivəsində keçiriləcək. Bu barədə “LG Mobile” şirkətinin rəsmi “Twitter” səhifəsində deyilir. Şirkət nümayəndələrinin bəyanatına görə, yeni smartfon təsvir ölçüsü 1440 x 2880 piksel (format QHD+) təşkil edəcək 5,7 düym displeylə təchiz olunacaq və bununla 1 düym üçün piksel sıxlığı 564 pikselə bərabər olacaq. “LG” mühəndislərinin sözlərinə görə, istehsalçı qənaətcil olacaq ekranın enerji sərfiyyatını 30 faiz azaltmağa nail olub. Məlumdur ki, Cənubi Koreya istehsalçısı “LG G6” smartfonunun satışa çıxarılma tarixini tezləşdirərək yeni qurğusunun təqdimatını təxirə salan “Samsung” şirkətinin timsalında rəqiblərini geridə qoymaq istəyir.

lg

Vaxt ötdükcə virtual reallıq texnologiyaları adiləşir: artıq hamıya məlum virtual reallıq şlemi və ya əlcəkdən başqa bazara yeni cihazlar (məsələn, qoxudan istifadəni reallaşdıran cihazlar virtual dünyaya daxilolmanı daha da reallaşdıracaq) çıxarılır. Bu ideya yeni deyil. Kino sənayesinin nümayəndələri hələ ötən əsrin 50-ci illərində qoxunun ötürülməsi üzərində təcrübə aparıblar. Belə ki, onlar kinoteatrlarda müxtəlif maddələri tozlandırmaqla tamaşaçıları heyrətləndirməyə çalışıblar. Amma bu, özünü doğrultmayıb. İndi isə texnoloji inkişaf qoxunun ötürülməsində yeni mərhələ aça bilər. Məsələn, Yaponiyada hazırlanmış “VAQSO VR” adlı cihaz qoxunun ötürülməsini reallaşdırır. Qurğu “Oculus Rift” və ya “HTC Vive” kimi populyar virtual reallıq şlemləri üçün modul formasında nəzərdə tutulub və onun daxilində ətirli maddələrdən ibarət xüsusi kartriclər yerləşdirilib. “VAQSO VR” prototipi üç konkret ətir yaratmağa imkan verir, ancaq qurğunun yekun versiyasında qoxuların sayı 5-10 arasında olacaq. Bu cihaz ilk növbədə oyun həvəskarları üçün nəzərdə tutulub: məsələn, müharibə oyunlarında döyüş meydanının əsl qoxusunu istifadəçiyə hiss etdirəcək.

qoxu

Hazırda dünyada təxminən 300 milyon insan rəng korluğu xəstəliyindən əziyyət çəkir. Hər gün belə insanlar müəyyən problemlərlə rastlaşırlar. “Samsung” şirkəti bu səbəbdən onların həyatını asanlaşdırmaq istəyir. Cənubi Koreya nəhəngi Macarıstanın “Colorlite” şirkəti ilə birgə “Launching People” proqramı çərçivəsində “#SeeColors” adlı proqram yaradıblar. Bu proqram televizorun ekranındakı təsvirə xüsusi düzəliş etməklə rəng korluğundan əziyyət çəkən istifadəçilərə kömək edəcək. Məlumata görə, “#SeeColors” proqramı öncə bir sıra testlərin köməyi ilə rəng korluğunun tipini müəyyənləşdirir, bundan sonra televizorun ekranındakı təsvirə düzəliş edir. Nəticədə görmə pozğunluğu olan istifadəçilər təsviri normal görmə qabiliyyətinə malik insanlar kimi görəcəklər. Hazırda “#SeeColors” proqramı buraxılış ili 2016 olan “Samsung SUHD TV” televizorlarında qurulub, xüsusi mobil proqram isə Macarıstan, Rumıniya və Bolqarıstanda “Google Play” və “Galaxy App Store” internet mağazalarında “Galaxy S6”, “Galaxy S6 Edge”, “Galaxy S6 Edge+”, “Galaxy S7” və “Galaxy S7 Edge” smartfonları üçün əlçatandır.

samsung

GTA 5 oyunu Böyük Britaniyada yenidən satış reytinqində lider olub. Böyük Britaniyada video oyunun satışları barədə yeni məlumatları “GFK Chart-Track” şirkəti tərəfindən açıqlanıb. Əldə olunan məlumata görə, oyunsevərlər üçün daha populyar olan layihə “Grand Theft Auto V” oyunudur. “Rockstar North” şirkətinin işi artıq 11 aydır ki, reytinqlərdə qalib gəlir. Bunu GTA oyununun heç bir hissəsi əldə edə bilmir. İkinci yerdə futbol simulyatoru olan “FIFA 17” durur. “Call of Duty: Infinite Warfare” atıcılıq oyunu isə bu reytinqdə üçüncü yerdədir. “Batterfield 1” oyunu dördüncü yerdə mövqeyini qoruyub. “Rocket League” və “Watch Dogs 2” oyunları da nəticələrini yaxşılaşdıra bilib və bu oyunlar beşinci və altıncı yerləri tutur. Reytinqin son pillələrində isə “Forza Horizon 3”, “Mafia III” və “Overwatch” oyunları qərarlaşıb.

gita

ABŞ-ın “Yahoo! Inc.” internet şirkəti özünün əsas biznesinin “Verizon Telecommunications”a satışı barədə sövdələşmənin başa çatdırılmasını 2017-ci ilin birinci yarısından ikinci yarısına təyin edib. Bu barədə şirkətin mətbuata açıqlamasında bildirilir. Qərar 2016-cı il üzrə maliyyə hesabatının əldə edilməsindən sonra qəbul olunub. Belə ki, 2015-ci ili 4,4 milyard dollar zərərlə başa vuran “Yahoo!”nun ötənilki itkisi azalaraq 214 milyon dollar olub, ilin IV rübündə isə maliyyə göstəriciləri yaxşılaşıb. Oktyabr-dekabr aylarında xalis gəlir 162 milyon dollar təşkil edib. Xatırladaq ki, “Verizon Communications Inc.” “Yahoo!”nu 4,8 milyard dollara satın alıb. Satış prosedurlarının başa çatmasından sonra “Yahoo!” adını dəyişərək “Altaba Inc.” adlanacaq.

yaho

“Ağıllı” cihazların sayı saatbasaat artır və sözügedən qurğulardan yalnız gündəlik məsələlərin həllində deyil, həm də təhlükəli vəziyyətlərin diaqnostikasında istifadə etmək mümkündür. Məsələn, uqandalı mühəndislər qrupu bu yaxınlarda pnevmoniyanın diaqnostikası üçün gödəkcə icad ediblər. Yeni qurğunun yaradılması ideyası Uqanda Universitetinin doktoru Oliviya Koburonqo tərəfindən verilib və cihaz “Mama-Ope” (“ana ümidi”) adlandırılıb. Bu ad təsadüfi seçilməyib: belə ki, hər il Uqandada pnevmoniyadan 24  mindən çox uşaq dünyasını dəyişir. Uqanda malyariya xəstəliyinin yayılması üzrə endemik regiondur və çox vaxt ağciyər xəstəliyinin təzahürü parazit infeksiyası kimi qəbul edilir. Bu halda lazımi testlərdən keçmək imkanı sadəcə yoxdur. Pasiyenti yoxlamaq üçün gödəkcəni geyinmək lazımdır. Bundan sonra gödəkcə hərarəti, tənəffüs hərəkətlərinin tezliyini ölçəcək, ağciyərlərin auskultasiyasını və ürəyin işini yoxlayacaq və toplanılmış məlumatları “Bluetooth” texnologiyasının köməyi ilə xüsusi mobil tətbiqə göndərəcək. “Mama-Ope” qurğusunun prototipi pnevmoniya xəstəliyinə həkimdən üç dəfə daha sürətli diaqnoz qoyur və müəlliflər hazırda “ağıllı” gödəkcənin kliniki sınaqlarının keçirilməsi və tibbi cihazın kütləvi istehsala buraxılması üzərində işləyirlər.

godekce

Almaniya Aerokosmik Mərkəzi (DLR) kosmosda “MAIUS 1” eksperimentinin uğurla işə salınmasını açıqlayıb. Eksperiment çərçivəsində alimlər dünya tarixində ilk dəfə çəkisizlik şəraitində süni atom – Boze-Eynşteyn kondensatını əldə ediblər. Bu barədə mərkəzin mətbuat xidmətinin məlumatında deyilir. “DLR” layihə iştirakçısı Rayner Forke bildirib ki, Boze-Eynşteyn kondensatı qazı tam soyudanda yaranır. “Biz şadıq ki, “MAIUS 1″-in onu kosmosda hasil etməsini nümayiş etdirə bildik. Zondun çəkisizlikdə olduğu 6 dəqiqə ərzində biz materiyanın dalğavarı xüsusiyyətlərinə həsr edilən 100-ə yaxın eksperiment keçirməyə nail olduq”, – o qeyd edib. Məlumata görə, Boze-Eynşteyn kondensatı xüsusiyyətinə görə özünü bir atom kimi aparan və tipik “atom” xüsusiyyətlərinə malik qaz və mayeyə oxşar qeyri-adi materiya formasıdır. Alimlərin sözlərinə görə, bu, oxşar süni “atom”ların xüsusiyyətlərinin asanlıqla manipulyasiyasına və onlardan kubitlər, kvant kompüter oyuqları və yüksək ötürücü struktur prototipi kimi istifadəsinə imkan verir. Bildirilir ki, fiziklər uzun müddətdir belə kollektiv “atom”ların özlərini kosmosda necə aparmasına maraq göstərsələr də, onların ideyasının yoxlanılması üçün qələvi metalların atomlarını soyudaraq Boze-Eynşteyn kondensatına çevirən qurğunun quraşdırılmasına görə bir neçə binanın tələb edilməsi çətinlik törədib. Almaniya mühəndisləri “MAIUS 1” atomları üçün miniatür “tələ” çip yaradaraq onu İsveçdə yerləşən Esreync kosmodromundan geodeziya raketi göyərtəsində göndərməklə bu problemi həll ediblər. Çipdə iki tip soyutma qurğusu – atom vibrasiyalarını boğan və onları soyumağa məcbur edən lazerlər, eləcə də ən “isti” atomları kənarlaşdıran və öz daxilində ən soyuq və hərəkətsiz hissəcikləri saxlayan maqnit “tələ” var. Çəkisizlik vəziyyətində aparılan təcrübələrin nəticələri fizik və mühəndislərə digər kvant cihazları miniatür şəklə salmağa və onların peyklərə inteqrasiyasını öyrənməyə kömək edəcək. Buraxılışı 2018 və 2019-cu illərə nəzərdə tutulan növbəti iki “MAIUS” missiyası çərçivəsində Almaniya alimləri Boze-Eynşteyn kondensatının xüsusiyyətlərinin tədqiqini davam etdirməyi planlaşdırmaqla yanaşı, Eynşteyn nisbilik nəzəriyyəsini yoxlamağa çalışacaqlar. Bu il “DLR” mərkəzindən başqa oxşar layihəni ABŞ Kosmik Agentliyi (NASA) də həyata keçirəcək. Agentlik iyunda Beynəlxalq Kosmik Stansiyaya Boze-Eynşteyn kondensatını formalaşdıracaq “CAL” alətini göndərməyi nəzərdə tutur.

kosmos

“Microsoft” şirkəti personalından 700 nəfəri ixtisar edəcək. İxtisarlar bu həftə həyata keçiriləcək. Həftə ərzində şirkət bu rübün fəaliyyəti haqqında məlumatları açıqlamağı planlaşdırır. Bildirilir ki, ümumilikdə “Microsoft” korporasiyası 2 850 nəfər əməkdaşını işdən azad etməyi planlaşdırır. Hazırda orada 113 000 nəfər çalışır. Son məlumatlara əsasən, “Microsoft” ixtisarlarla bağlı planının böyük hissəsini artıq yerinə yetirib. İxtisara əsasən satış, marketinq və digər bölmələrin əməkdaşları düşəcək. Bu, maliyyə problemləri ilə deyil, keyfiyyətli işçilərin artırılması ilə bağıdır. Bildirilir ki, ixtisarlar şirkətin personalına təsir etməyəcək. Onlar hələ də “Linkedİn” saytında vakansiyalar yerləşdirməkdədir. Qeyd edək ki, “Microsoft” şirkətinin baş direktoru Satya Nadella olarkən daha böyük sayda əməkdaş ixtisara düşmüşdü.

microsoft00

“KGI Securities” şirkətinin analitiki Min-Çi Kuo “Apple” korporasiyasının istifadəçinin biometrik eyniləşdirməsi üzrə yeni sistem üzərində işlədiyi haqda məlumat paylaşıb. Yeni texnologiya “Touch ID” funksiyasını əvəz edəcək. Ekspertin sözlərinə görə, “Apple” korporasiyasının əməkdaşları “OLED” ekranı vasitəsilə barmaq izlərinin tanınması üçün optik sensor texnologiyası üzərində işləyir. Bu, ekranı biometrik məlumatları oxuya bilən smartfon yaratmağa imkan verəcək. Bundan başqa, elastik “OLED” ekranlarının qalınlığı “TFT-LCD” analoqlarından daha nazikdir ki, bu da skanerin işində daha yüksək dəqiqliyə nail olmağa imkan verəcək. Min-Çi Kuo hesab edir ki, şirkət gələcəkdə sifətin tanınması sistemi ilə birgə barmaq izlərinin skanerindən istifadəyə əsaslanan ikimərhələli qoruma sistemi tətbiq edəcək. O, həmçinin əlavə edib ki, gələcəkdə “Apple” şirkətinin smartfonlarında daktiloskopik sensor ləğv edilərək başqa biometrik eyniləşdirmə texnologiyaları tətbiq ediləcək.

apl-yeni

Bütün “Apple” məhsulu həvəskarlarını gözəl sürpriz gözləyir. Belə ki, yeni “iOS 11” əməliyyat sistemində “Apple” istifadəçiləri arasında qrup şəklində zənglər funksiyası istifadəyə veriləcək. Məlum olduğu kimi “iPad” planşeti və “iPhone” smartfonu üçün video və audiozənglər servisi 2010-cu ildə istifadəçilərin ixtiyarına verilib. Lakin yenilənmiş “iOS 11” ilə bu zəngləri eyni anda bir neçə istifadəçi arasında etmək mümkün olacaq. ABŞ istehsalçısının nümayəndələri bildiriblər ki, qrup şəklində zəng 5 nəfər arasında həyata keçiriləcək. Yeni əməliyyat sisteminin təqdimatı yayda keçiriləcək “WWDC 2017” konfransında planlaşdırılır. Əvvəlcə servisin yalnız beta versiyasından istifadə mümkün olacaq, daha sonra məhsulun bir neçə ay ərzində sınaqları nəzərdə tutulur. İlin sonunadək isə məhsuldan tam həcmdə bütün “Apple” istifadəçilərinin yararlanması gözlənilir.

ios-11

“Nokia” brendi üzərində hüquqa sahib Finlandiyanın “HMD Global” şirkəti “iPad” planşetinin uğuruna kölgə salacaq planşet hazırlayır. “GFXBench” testi sayəsində yeni qurğu haqda bəzi məlumatlar məlum olub. Gözlənildiyi kimi, planşet 2.2 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, “Adreno 540” qrafik sürətləndiricisi (testin məlumatına görə, “Adreno 530” ilə müqayisədə 30% daha sürətlidir) ilə təchiz edilib və “Android 7.0” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyəcək. Həmçinin testin məlumatına görə, planşet 4 QB əməli yaddaş və məlumatların saxlanılması üçün 64 QB daxili yaddaş, “4K” təsvir ölçüsündə video yazmaq qabiliyyətinə malik 12 meqapiksellik iki kamera ilə təchiz edilib. Qurğu məlumatların ötürülməsi üçün “NFC”, “LTE”, “4G” və “GPS” texnologiyalarını dəstəkləyəcək. 18.4 düymlük diaqonala malik qurğunun ekranı 2560 × 1440 nöqtə təsvir ölçüsünü dəstəkləyəcək. Yeni planşetin adı və onun bazara çıxarılma müddəti açıqlanmayıb.

noki-plan

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register