Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 271.2017-cı il.

Nervanın ölümündən sonra Trayan Roma İmperatoru oldu. Bu hadisə 98-ci ilin 27 yanvarında baş vemişdir.

1299-ci ilin 27 yanvarında  Osmanlı İmperiyasının əsası qoyulmuşdur.

Mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi, 42 il Səfəvi dövlətini idarə etmiş şah I Abbas 27 yanvar 1571-ci ildə dünyay gəlmişdir. Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, şah I İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olmuşdur. Avropada onu «Böyük Abbas» adlandırırdılar.

1695-cu ilin bu günü II Mustafa II Əhmədin ölümündən sonra İstanbulda Osmanlı İmperiyasının sultanı olmuş və onun hakimiyyəti  1703-cü ilədək davam etmişdir.

Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri olan Volfqanq Amadey Mosart 1756-cı ilin 27 yanvarında anadan olmuşdu.

1888-ci ilin 27 yanvarında Vaşinqtonda Beynəlxalq Coğrafiya Cəmiyyətinin əsası qoyulub.

Tarixçi alim, şərqşünas Sara Aşurbəyli 1906-cı ilin bu günü dünyaya gəlmişdir.

27 yanvar 1944-cü ildə Böyük Vətən Müharibəsində Leninqradın 900 günlük mühasirəsi başa çatmışdır.

Gözəl müğəni, gözəl insan öz səsi ilə insanların sevgisini qazanan Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov 2014-cü ilin yanvarın 27-də dünyasını dəyişmişdir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register