Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Mail.ru” elektron ünvanının istifadəçiləri “gələcəyə məktub” göndərə biləcəklər. Yeni funksiyanın sayəsində göndərilən məktubu istənilən uyğun gələn zamana təyin etmək mümkündür. Bunun üçün, sadəcə, tarixi və saatı göstərmək lazımdır. “Gələcəyə məktub” göndərmək üçün istifadəçi məktub yazılan zaman onun göndərilməsi lazım olan tarix və saatı göstərməli, “göndərmək” düyməsini sıxmalıdır. Göstərilən vaxta qədər məktub “göndərilənlər” qovluğunda qalacaq. Göndərən şəxs sonradan bu məktubu redaktə edə, əlavə olunmuş şəkilləri və göndəriləcək ünvanları dəyişdirə və yaxud poza bilər. Yeni aləti işdə istifadə etmək olduqca rahatdır. Misal üçün, axşam saatlarında gec olduqda, həmkarlara göndərilməsi üçün yaradılan məktubu onlara növbəti yeni iş gününün əvvəlində göndərmək mümkün olacaq.

mektub

“StatCounter” analitik şirkəti masaüstü kompüterlər bazarında əməliyyat sistemlərinin payları ilə bağlı məlumatları açıqlayıb. Bu bazarda liderliyi “Windows 7” saxlamaqda davam edir. Hazırda bu əməliyyat sisteminin bazardakı payı 42 faizi keçir. İkinci yerdə “Windows 7”dən düz iki dəfə geri qalan “Windows 10” əməliyyat sistemi gəlir. Üçüncü yer isə “Apple Mac OS” (OS X) əməliyyat sisteminə məxsusdur. Bu gün bu əməliyyat sistemi masaüstü kompüterlərin 10 faizində quraşdırılıb. Ondan sonra gələn “Windows 8.1” əməliyyat sisteminin dünya bazarındakı payı 9,47 faiz təşkil edir. Əsas diqqəti o fakta yetirmək lazımdır ki, “Windows XP” əməliyyat sisteminin dəstəklənməsi artıq çoxdandır dayandırılıb. Ancaq buna baxmayaraq, onun bazardakı payı hələ də hiss olunacaq qədərdir və 6,35 faiz təşkil edir.

win-10

Çin texnoloji şirkətinin rəhbəri bu ölkənin istehsalı olan ən uğurlu smartfonların siyahısını dərc edib. Bu siyahının lideri tanınmış elektronika texnikası istehsalçısı “Huawei” olub. Bu şirkət 139 milyon ədəd smartfon satışını həyata keçirə bilib. Gümüş yer bu siyahıda Çin brendi “Oppo”ya verilib. Şirkət ötən il ərzində 95 milyon ədəd smartfon sata bilib. Bürüncü isə 82 milyon mbil cihazın satışını təşkil edən “Vivo” şirkəti əldə edib. Maraqlıdır ki, “Xiaomi” şirkəti rəsmi olaraq özünün istehsal etdiyi məhsulun həcmini açıqlamayıb. Ümumilikdə isə qeyd edilir ki, Çin smartfon bazarı kəmiyyət və keyfiyyət nisbətində xeyli artıb. Mütəxəssislər bunun əsas səbəbini bu şirkətlərin Hindistan bazarında uğurla iştirak etməsi ilə izah edirlər. Bu bazarda Çin telefonları cəmi bir il ərzində payını 35 faiz artıra bilib. Hazırda Hindistan ərazisində satılan hər ikinci smartfon Çin istehsalçısına məxsusdur.

cin-mobil

Ötən il Rusiya internet məkanında (runet) internet istifadəçilərinin sayı artmayıb. Mütəxəssislər qeyd edir ki, 2016-cı ildə onların dayı olduğu kimi – 80 milyon nəfər qalıb. Tədqiqatçılar iddia edir ki, Rusiyada istifadəçilərinin sayı ölkə əhalisinin 70 faizini təşkil edir. Bunun səbəbi odur ki, son zamanlar rubl öz mövqelərini ciddi bərkidib və ondan asılı olan texnika ciddi şəkildə bahalaşıb. Ancaq mobil internet istifadəçilərinin sayı ötən il ərzində daha da artıb. Bildirilir ki, 2016-cı ildə təxminən 6 milyon nəfər Rusiya vətəndaşı mobil internetdən istifadə etməyə başlayıb.

mobil-intern

Məşhur “Alibaba” online-riteylerinin sahibi olan çinli milyarder Cek Maya məxsus “Ant Financial” şirkəti “MoneyGram International Inc.” Pul köçürmələri xidmətini satın alıb. Sövdələşmənin dəyəri 880 milyon dollar təşkil edir. Bu sövdələşmə Çin şirkətinə ölkə daxilində “WeChat” ödəniş sistemi ilə rəqabətin fonunda ölkə xaricində rolunu genişləndirməyə imkan verəcək. “MoneyGram” şəbəkəsində hazırda 2,4 milyard bank və mobil hesab var. “Ant Financial” isə Çində 450 milyondan çox müştəriyə xidmət göstərir. Alqı-satqıdan sonra “MoneyGram” öz brendi ilə fəaliyyət göstərməyə davam edəcək. Anlaşma barədə xəbər yayıldıqdan sonra “MoneyGram”in səhmlərinin dəyəri 8,8% artaraq 12,92 dollara çatıb.

ali

“Samsung Electronics” şirkətinin yaydığı sonuncu hesabat göstərib ki, hətta “Galaxy Note7” smartfonları ilə bağlı yaranmış problemə baxmayaraq, şirkət mobil bölməsinin gəlirlərini artıra bilib. Xüsusilə də vurğulanıb ki, bu, flaqman smartfonlarının yaxşı satışları, orta və ucuz seqmentdə gəlirliliyin artması sayəsində mümkün olub. Ancaq sonradan məlum olub ki, ötən rüb ərzində smartfon bazarının lideri “Samsung” şirkəti 90 milyon ədəd mobil telefon və 8 milyon ədəd planşet satışını həyata keçirə bilib. Bununla belə, satışların orta qiyməti 180 dollar təşkil edib. Şirkətin orta gəliri 24 dollar olub. Cari rübdə “Samsung” pronozlaşdırır ki, smartfonlar bütün mobil telefonların satışının 80 faizini təşkil edəcək.

samsung

“Microsoft”un bazar dəyəri son 17 ildə ilk dəfə olaraq yarım trilyon dolları ötüb. Bu, sonuncu rübün maliyyə hesabatının açıqlanmasından sonra baş verib. “Microsoft”un maliyyə göstəriciləri analitiklərin gözləntilərini aşıb. Nəticədə səhmlərin dəyəri 2,1% bahalaşıb və 65,64 dollar olub, şirkətin bazar dəyəri isə 510,37 milyard dollara yüksəlib. Sonuncu dəfə “Microsoft”un aktivləri 2000-ci ilin martında yarım trilyonu keçmiş və 550 milyard dollar həcmində qiymətləndirilmişdi. Lakin bu uğura baxmayaraq, “Microsoft” hələ də “Apple”dan və “Alphabet”dən geri qalır. “Apple”ın dəyəri 642 milyard dollar, “Alphabet”in dəyəri isə 570 milyard dollardır. “Microsoft”un maliyyə göstəricilərinin yüksəlməsində korporasiyanın baş direktoru Satya Nadellanın xüsusi rolu olduğu bildirilir. Belə ki, S. Nadella 2014-cü ilin fevralında bu vəzifəyə təyin olunanda şirkətin bir səhminin qiyməti 34 dollar, şirkətin bazar dəyəri isə 315 milyard dollar idi.

79287555

WhatsAppın bütün xüsusiyyətlərinə hakim ola bilərsinizmi? Səhvən sildiyiniz və ya köhnə yazışmalarınızı təkrar geri qaytarmaq istədiyinizdə bunu necə edə biləcəyinizi bilirsinizmi? Səhvən silinən WhatsApp mesajları üçün də bənzər bir yol var. Çünki WhatsApp silib yenidən yüklədiyinizdə tətbiqi sizə köhnə yazışmaları geri gətirməyi istəyib istəmədiyinizi soruşur. Android və iOS cihazlarının üzərində WhatsApp sürətlənmələrini ələ almaq üçün etməniz lazım olan şey olduqca sadədir. WhatsApp – Parametrlər – Söhbət Ayarları – Yazışmaları Backup variantı köməyiylə daha əvvəlki yazışmalara aid ehtiyatları sürətli bir şəkildə ala bilərsiniz.

whatsapp

Robotlar, özlərinə qarşı reallaşdırılan neqativ ayrı-seçkiliyə baş qaldırıblar. Bir çox saytı ziyarət etdiyimizdə, “Mən bir robot deyiləm” captcha istəyi ilə qarşılaşırıq və robot olmadığımızı sübut etmək məcburiyyətində qalırıq. Fərqinə varmadığımız şey isə, tam olaraq lazımlı düyməyə klikləyən və sözün əsl mənasında “interneti trollayan” və robotlara qarşı yeridilən neqativ ayrı-seçkiliyin üstəsindən gələn robotlar var. Bu videoda, bir robotun hərəkətlərini görə bilərsiniz. Təbii olaraq, robot çox gümanki bir insan tərəfindən idarə edilir. Ancaq yenə də olduqca əyləncəli bir video ilə qarşı-qarşıya olduğumuzu və hekayənin ilham verici olduğunu qəbul etməliyik. Son sözümüz isə budur: Xəyallarınızı izləməyə davam edin, sevgili robotlar!

WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb. Bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həmdə iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya ilk öncədən deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi, qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa həmçinin messencerə, ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya, istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma, ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs, redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.

smart

Unbox Therapy layihəsinin bloggerləri, 108 ədəd iPhone SE modellərindən istifadə edərək stolüstü Jenga oyununu oynadılar. Jenga oyunundakı qalanı qurmaq üçün bloggerlərə 108 ədədiPhone SE modeli və səbr lazım olub. Smartfonların daha çox taxta parçalara oxşamaları üçün onların üzərlərinə bambuk örtüyü yapışdırılmışdır. Bundan sonra həmin iPhone modellərini üst-üstə qoyaraq böyük qala düzəldiblər. Daha sonra hər bir hissədən bir iPhone modeli çıxardıb onu qalanın üstünə qoymağa başlayıblar. Beləliklə qalanı daha hündür və dözümsüz etməyə çalışıblar. Əsl jenga oyununda 54 taxta parçasından istifadə olunmasına baxmayaraq burda iki dəfə çox iPhone modelindən istifadə etmək qərarı alınıb. Oyunun sonunun necə bitdiyini isə videodan izləyə bilərsiniz.

Aparıcı smartfon istehsalçıları, o cümlədən “Apple”, “Samsung Electronics”, “Huawei”, “LG Electronics” və “Xiaomi” 2017-ci ildə süni intellekt elementləri ilə təchiz edilmiş modellərini təqdim etməklə qlobal smartfon bazarında öz mövqeyini möhkəmləndirməyə çalışacaqlar. Çinin “Huawei” şirkəti “Alexa” şəxsi səs köməkçisini dəstəkləyən qabaqcıl “Huawei Mate 9” modelini nümayiş etdirib. Hazırda Çin şirkəti ən böyük smartfon brendlərinin reytinqində “Samsung” və “Apple”dan sonra üçüncü yeri tutur. “Huawei” şirkətinin rəsmiləri düşünürlər ki, qabaqcıl süni intellekt funksiyalarının tətbiqi bu sahədə liderlik uğrunda mübarizədə kömək edəcək. Rəqiblər, həmçinin yenilik axtarırlar. Məsələn, “Apple” 2016-cı ilin avqustunda süni intellekt sahəsində həllər üzərində məşğul olan Avstraliyanın “Turi” startapını satın alıb. Təxmin edilir ki, “Turi” texnologiyaları “Apple Siri” intellektual səs assistentinin funksionallığını təkmilləşdirəcək və bazar payını artırmağa kömək edəcək. “TrendForce” şirkətinin analitikləri səsli idarəetmə sistemlərindən istifadəyə əsaslanan həllər bazarı həcminin 43% artımını proqnozlaşdırır. 2021-ci ildə sözügedən sahədə gəlirin həcmi 16 milyard dollara yaxınlaşacaq.

sil

Müəllif: Amil məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register