Marneuli Bələdiyyəsinin Dioqnis kəndində yeni ictimai məktəbinin açılışı oldu
30 yanvar tarixində Marneuli Bələdiyyəsinin Dioqnis kəndində yeni ictimai məktəbinin açılışı oldu. Müassir standartlara cavab verən yeni məktəbin açlışında Elm və Təhsil Naziri Aleksandre Cecelava, Kvemo Kartli Qubernatotu Paata Xizanaşvili, Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Bələdiyyənin Sədri Nəbi Abdullayev və Özünüidarəetmənin digər rəhbər şəxsləri iştirak etdilər və məktəb binasını birlikdə gözdən keçirdilər.
Qeyd etmək lazımdır ki, Avropa standartlarına cavab verən məktəbdə müassir istilik sistemi, kitabxana, informasiya texnologiyaları və təbiətşünaslıq sinif-kabinetlər, həkim kabinetı, böyük gözəl sinif otaqları, yeni məktəb partaları və lövhələr ilə açıq idman meydanı və idman salonu yaradılıb.
Bundan əlavə, məktəb xüsusi təhsil imkanlarına ehtiyac duyan şagirdlər üçün xüsusi panduslar və lift qurulub.
Xatırladaq ki, Dioqnis kəndində, 90 cı illərdə Dağlıq Acaradan köçən əhali yaşayır. Kənddə məktəb mövcud deyildi və 70 ci ilədək iyirmi nəfərədək şagird ev şəraitində təşkil olunmuş otaqlarda təhsil alırdı.
2013 cü ildə Elm və Təhsil Nazirliyi və Marneulinin Yerli Özünüidarəetməsinin birgə maliyyə dəstəyi ilə kənddə taxda daxma qurulub və tədris prosesi orada davam etdirilib.
2016 cı ildə isə 150 şagird üçün nəzərdə tutulmuş yeni məktəbin inşaası sona çatdı
Amil Məmmədov2286 Posts
0 Comments