Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Ənənəvi olaraq yanvar ayının son bazar günü bütün dünyada İnternetsiz gün qeyd edilir. Bu gün 2000-ci ildən rəsmiləşib. Onun keçirilməsi təşəbbüsü ilə bağlı fikirlər fərqlidir. Bəzi mənbələr bu günün Britaniya Sosial İxtiralar İnstitutu, digər mənbələr isə Britaniyanın “DoBe.org” qeyri-kommersiya təşkilatının təşəbbüsü olduğunu vurğulayırlar. Beynəlxalq Elektrorabitə İttifaqının son məlumatına görə, hazırda internet istifadəçilərinin sayı 3,5 milyard nəfər təşkil edir. Buna əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, müasir dünyada internet hər kəsin həyatında mühüm yer tutmaqdadır. Bu tədbirin keçirilməsinin əsas məqsədi bir sutkalıq da olsa, insanların diqqətini ümumdünya şəbəkəsindən yayındırmaq və onların bircə gününü elektron cihazlardan uzaq keçirməsidir. Rusiyanın bir çox sakinləri bu təşəbbüsü dəstəkləyib. Son illər məhz bu gün internetlə bağlı olmayan mədəni tədbirlərin keçirilməsinə başlanıb.

1

Yaponiyalı mütəxəssislər modernləşdirilmiş “Rafre Kyocera” smartfon modelini yaradıblar. Bu smartfonu qaynar suda yumaq mümkündür və yuyucu vasitələrdən heç də onun üçün təhlükəli deyil. Yeni cihazın təqdimatı və satış tarixi ilkin olaraq bu ilin mart ayına təyin edilib. Yaponiyalı tərtibatçılar hətta ən qatı smartfon sevərləri və mükəmməlçiləri təəccübləndirməyə qadirdirlər. Yeni “Rafre Kyocera” smartfonunu Yaponiyanın tanınmış “Kyocera” texnoloji şirkəti təqdim edib. “Rafre” innovativ modeli sadəcə nəinki su keçirmir, hətta elə bir şəkildə tərtib edilib ki, qaynar su və sabunla yuyulmaq sınağına da dözə biləcək. Hazırda cihaz Yaponiyanın daxili bazarında satışa çıxarılıb. “Planet-Today” informasiya nəşri xəbər verir ki, “Rafre Kyocera”  smartfonunun 5 düym həcmli ekranı, 13 meqapiksel əsas kamerası, 5 meqapiksel arxa kamerası olacaq. Smartfonun daxili yaddaşı 16 GB təşkil edir. Belə xüsusiyyətlərlə smartfon bazarda rəqabətə dözə bilməyəcək. Ancaq buna baxmayaraq, yaponlar bu modeldə əsas vurğunu smartfonun isti suda yuyula bilməsinə edirlər ki, bu da müasir cihazlar üçün olduqca tam bir yenilikdir. Cihazın qiyməti hələlik məlum deyil.

ABŞ hökuməti ölkəyə gələn xarici ölkə vətəndaşlarının sosial şəbəkələrdəki səhifələri və daxil olduqları saytlar barədə informasiya tələb edə bilər. Bu barədə Ağ Evdə müzakirə aparılır. Prezident Donald Trampın müşaviri Stiven Miller bunu istisna etməyib. O, xarici qonaqların mobil telefonlarındakı əlaqə nömrələrinin də tələb oluna biləcəyini söyləyib. Əgər hər hansı şəxs bu məlumatları təqdim etməkdən imtina etsə, onun ABŞ-a girişinə icazə verilməyəcək. Hələlik məsələnin müzakirəsinin ilkin mərhələdə olduğu bildirilir.

3

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, ABŞ prezidentinin biznes məsələləri üzrə ştatdankənar müşaviri İlon Mask “Twitter”də öz izləyicilərinə müraciət edib. İ. Mask insanlardan xahiş edib ki, D. Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulması haqqında fərmanını oxuyaraq öz düzəliş təkliflərini ona bildirsinlər. İş adamı bu təklifləri prezidentə çatdıracağını söyləyib: “Xahiş edirəm, fərmanı oxuyun. Nəyisə düzəltmək mümkündürsə, mənə bildirin. Bu məsələni məsləhət şurasında həll etməyə və nəticələri prezidentə çatdırmağa çalışacağam”. Qeyd edək ki, D. Trampın fərmanı ABŞ cəmiyyətində ciddi etirazlara səbəb olub.

4

Bədən tərbiyəsi ilə məşğul olmaq üçün “ağıllı” qolbaqlar bazarının lideri sayılan “Fitbit” şirkəti 80-120 nəfər əməkdaşını istisar etməyi hazırlaşır. Şirkət ştatının 10 faizini ixtisar edəcək. Bu ixtisarlar “Fitbit”ə xərclərini təxminən 200 milyon dollar qənaət etməyə imkan verəcək. Bir müddət əvvəl məlum olub ki, “Fitbit” cihazlarının istehsalı zəif tələbat səbəbindən dayandırılıb. Bu arada dekabrda “Fitbit” “Pebble” şirkətini əldə edib. Anlaşmanın dəyəri açıqlanmır, ancaq müstəqil qiymətləndirməyə görə bu rəqəm 40 milyon dollar təşkil edir. İddia edilir ki, şirkətin ötən rüb üçün açıqlayacağı nəticələr acınacaqlı olacaq.

5

LG şirkətinin gələn ay təqdim etməyə hazırlaşdığı “ağıllı” saatların fotoları yayılıb. Fotoları jurnalist Evan Blass öz “Twitter” səhifəsində yerləşdirib. “Watch Style” adlı saatlar “Google” ilə birlikdə hazırlanıb. Saatların təqdimatı yeni “Android Wear 2.0” əməliyyat sisteminin istifadəyə verilməsi ilə eyni anda olacaq. Saatların azı iki rəng çaları – boz və çəhrayı rəngdə buraxılacağı bildirilir. Qiymətin 250 dollar civarında olacağı gözlənilir ki, bu da “Apple Watch Series”in ən ucuz versiyasından daha ucuzdur. Jurnalist “LG Watch Sport” saatlarının da fotosunu yayıb. Bu versiya “Watch Style”dan daha iri görünür. Onun qiyməti 100 dollar baha olacaq. Yeni “Android Wear 2.0” əməliyyat sistemi isə “Android Pay” və “Assistant” səs köməkçisi funksiyalarına malik olacaq.

6

Selfi həvəskarları üçün uçan qurğu hazırlanıb. Yeni cihazın qiyməti təxminən 80 ABŞ dolları təşkil edəcək. ABŞ tədqiqatçıları selfi həvəskarları üçün hündürlükdən şəkil çəkməyə imkan verən qurğu hazırlayıblar. “Selfly” adlı aparat təxminən 6 düymlük displeyi ilə istənilən mobil telefon üçün istifadə oluna bilər. Bununla yanaşı, cihazın əsas çatışmazlığı batareyasının zəif olmasıdır. Qurğunun akkumulyatoru yalnız 10 dəqiqə işləməyə imkan verir. Yeni cihazın qiyməti təxminən 80 ABŞ dolları təşkil edəcək.

7

TechLover HD adlı YouTube kanalında Sony G3121 smartfonunun prototipi əks olunmuş video təqdim olunub. Müəllifinin sözlərinə əsasən videodakı smartfon, keçən il çıxmış Xperia XA-nın yeni modelidir. Qeyd etmək lazımdır ki, yeni modelin, MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir. Videoda təqdim olunmuş model məhz prototipdir. Buna sübut olaraq smartfonun arxa panelindəki yapışdırılmış xüsusi emblemi göstərmək olar. Xperia XA (2017), Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun əsas özəlliyi isə onun 23 MP-lik arxa kamerası olacaq. O, arxa korpusun yuxarı sol hissəsində yerləşəcək. Onun altında isə işıqlandırma sistemi olacaq. Korpusda barmaq izi skanına rast gəlinməyib. Söndürüb/yandırma düyməsi isə ənənəvi olaraq dairəvi formadadır. Bir söznən yeni model, 2013-cü model Xperia Z seriyasına bənzəyir. Ekranın kənar hissələrindəki çərçivələr çox nazikdirlər. Lakin yuxarı və aşağı hissələrin çərçivələri haqqında eynisi demək mümkün deyil. Təəssüflər olsun ki, smartfon haqqında digər məlumatlar hələki yoxdur.

Texnologiya nəhəngi Apple-in, bu günə qədər fərqli bir çox sahədə patent müraciəti etdiyi bilinirdi. Ancaq şirkətin yeni müraciəti hər kəsi təcübləndirdi. Günümüzdə texnologiya inkişafına başçılıq edən Apple, Samsung və LG kimi nəhənglərin ardı arası kəsilməyən bir patent almaq yarışı içində olduğları bilinən bir reallıqdır. Televiziyadan ağıllı telefona, günəş enerjisi sistemlərindən ev alətlərinə qədər bir çox fərqli sahədə gedən bu yarışda, yer yer fərqli və bir o qədərdə maraqlı patentlər ortaya çıxır. Apple-dan maraqlı bir patent daha! Sizlərə paylaşacağımız bu maraqlı patent müraciəti isə, Apple tərəfindən edilib. Yuxarıdaki şəkildə görəcəyiniz bu patent müraciəti ilk baxışda çox da birşey ifadə etməyə bilər. Ancaq yaxından baxıldığında bu patentin bir növ su təmizləmə və ya su buxarlaşdırma cihazına bənzədiyini desək yanlış olmaz. Əlavə olaraq bu cihazın Apple-ın Mercedes ilə bağladığı müqaviləyə əsasən inkişaf etdirdiyi bir vasitə texnologiyası ola biləcəyi ehtimalı üstündə durulur. Edilən təxminlər nə qədər doğrudur bilmirik, ancaq bu patentlə əlaqəli yuxardakı şəkildən basqa, heç bir məlumat yoxdur. Bu səbəbdən sözü gedən bu patentin nə işə yaradığı, daha doğrusu hansı cihaz üçün istifadə ediləcəyini, təəssüf ki ancaq qarşıdakı günlərdə istifadə edildikdə öyrənə biləcəyik.

8

OurMine hacker qruplaşmasının üzvləri CNN kanalının Facebook səhifələrini hack ediblər. Məlumata əsasən hackerlər, CNN International və CNN Politics səhifələrini ələ keçiriblər. Hackerlər həmin səhifələrdə öz loqolarını paylaşaraq ənənəvi ismarıclarını yerləşdiriblər. “Salam. Bu OurMine-dır. Biz sizin təhlükəsizliyinizi yoxlayırıq. Məlumat almaq üçün bizimlə əlaqə saxlayın” – deyə ismarıcda qeyd olunub. Güman olunur ki, sözügedən hacker qruplaşmasına 3 ərəbli məktəbli daxildir. Yarım saatdan sonra Facebook-un adminləri, CNN səhifələrini bərpa edərək hackerlərin ismarıclarını siliblər. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması, 23 Yanvar tarixində The New York Times qəzetinin Twitter səhifəsini hack edərək orada Moskvanın, ABŞ-a nüvə silahı ilə hücumu barəsində saxta xəbərlər paylaşmışdı. Müxtəlif zamanlarda isə OurMine, Mark Zukerberg-in, “Twitter”in yaradıcısı Jack Dorsey-in və “Yahoo”nun prezidenti Marissa Mayer-in səhifələrini hack etmişdir.

9

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register