Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 31.1.2017-cı il.

1714-cw ilin 31 yanvarında I Pyotr Sankt-Peterburqda Kunstkameranı təsis edib, bu Rusiyada ən qədim muzey idi.

31 yanvar 1747-ci ildə Londonda ilk dəfə zöhrəvi xəstəlikləri klinikası açılıb.

Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakıda anadan olmuşdu.

1916-cı ilin bu günü N.İ.Lobaçevski adına Nijne Novqorod Dövlət Universiteti yaradılıb.

1865-ci il yanvarın 31-də Dmitri Mendeleyev “Spirtin su ilə birləşmələri” adlı dissertasiya müdafiə edib.

1946-cı ilin 31 yanvarında Yeni Konstitusiya ilə Yuqoslaviya altı respublikadan ibarət federasiyaya çevrildi.

ABŞ Prezidenti Harri Trumen 1950-ci ilin bugünü hidrogen bombası planını açıqlayıb.

1958-ci il 31 yanvarında ABŞı-n «Ekslorer-1» ilk Yerin süni peyki buraxılıb.

Sovet vertolyot konstruktoru (Mİ seriyalı vertolyotlar) Mixail Mil 1970-ci ilin 31 yanvarında dünyasını dəyişib.

ABŞ-ın Əfqanıstandakı səfirliyi 1989-cu ilin bu günü bağlanıb.

31 yanvar 1990-cı ildə keçmiş SSRİ-də məşhur “McDonalds” ictimai iaşə şirkətinin Moskva şəhərində ilk kafesi açılıb.

31 yanvar 1992-ci ildə yanvar ayı ərzində erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 azərbaycanlını qətlə yetiriblər.

31 yanvar 1992-ci ildə ATƏT-in üzv ölkələrin xarici işlər nazirləri şurası MDB-nin bütün 10 üzvünü təşkilata qəbul edib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register