Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İnternetdə “Sony” şirkətinin istehsal etdiyi yeni smartfonun görüntüləri yayılıb. “Sony Xperia G3121” smartfonunun görüntüləri təqdimatdan öncə “TechLover HD” insayderi tərəfindən  “YouTube”a yerləşdirilib. Rəsmi təqdimatın fevralın 27-də Barselonada təşkil olunacaq “MWC 2017” sərgisi çərçivəsində keçirilməsi nəzərdə tutulub. İnsayder bildirib ki, videoda cihazın prototipinin görüntüləri yer alıb. Rəsmi təqdimata qədər istehsalçı çətin ki, cihazda hər hansı dəyişiklik etsin. Rolikdən görünür ki, smartfonun korpusu düzbucaqlıdır, 5,2 ölçülü Full HD ekran nazik çərçivəyə malikdir. Cihaz “MediaTek Helio P20” bazasında yaradılıb, 4 GB operativ və 64 GB daxili yaddaşa malikdir. Əsas kamera 23 meqapiksel, ön kamera isə 16 meqapikseldir. Smartfonun qiyməti hələ məlum deyil.

“SpaceX” и “Tesla” şirkətlərinin sahibi İlon Mask Los-Ancelesdəki ofisinin yanında tunel qazıntısı işlərinə başlayıb. Ötən həftə sonu sınaq məqsədilə fəhlələr “SpaceX”ın ofisinin ətrafında eni 30 fut, uzunluğu 50 fut və dərinliyi 15 fut olan tunel qazıblar. Şirkətlərin ərazisində qazıntı aparmaq üçün hakimiyyət orqanlarının icazəsi tələb olunmur. Lakin sonrakı işlər üçün belə bir icazə lazımdır. Hələlik tunelin hara qədər çəkiləcəyi bəlli deyil. Tunel ya “Tesla”nı ofisinə, ya da Los-Anceles hava limanına qədər çəkilə bilər. Xatırladaq ki, İ. Mask şəhərdəki tıxaclardan və avtomobilin yavaş hərəkət etməsindən bezdiyini, bu səbəblə tunel çəkəcəyini bildirib.

1

“WhatsApp” messenceri istifadəçilərin yerləşdiyi yer barədə canlı mübadilə funksiyasına malik olacaq. Bu funksiya əlaqələr siyahısında olan abunəçilərin yerləşdiyi yerlər barədə operativ mübadiləyə imkan verəcək. “WABetaInfo” özünün “Twitter” səhifəsində “WhatsApp” messencerinin müəyyən abunəçinin yerləşdiyi yerlə bağlı məlumat mübadiləsini dəstəkləməyə başlamaq niyyətinin olduğu barədə məlumat bölüşüb. Belə bir qənaətə “Android” üçün nəzərdə tutulmuş beta yığmadan gəlinib. “WABetaInfo” hətta iOS və “Android” əməliyyat sistemləri üçün də belə bir skrinşotların nümayiş etdirilə bilinəcəyi imkanları təqdim edib. Ancaq bu funksiya hələlik söndürülüb və onu aktiv etmək üçün seçimlərdə edilən dəyişikliklərdən sonra mümkün olacaq. “WhatsApp” əlavəsi bütün dünyada populyardır və bu səbəbdən tərtibatçılar hesab edir ki, belə funksiyanın tətbiq edilməsi dünyada milyonlarla istifadəçini sevindirəcək. Çünki belə imkanlar ünsiyyəti və insanların həyatını sadələşdirməyə yönəlib.

2

“Viber” messencerinin sahibi olan “Rakuten Inc.” şirkətinin icraçı direktoru Xirosi Mikitani ABŞ prezidenti Donald Trampın immiqrasiya fərmanında adı keçən 7 ölkəyə zəngləri pulsuz edəcəklərini açıqlayıb. Bu barədə məlumatı o, özünün Tvitter səhifəsində yerləşdirib. O bildirib ki, hazırda ABŞ-da baş verənləri müşahidə etmək onun üçün çox kədərlidir, çünki özü Amerikaya 7 yaşı olarkən Yaponiyadan köçüb. Xirosi Mikitani tezliklə “Viber”dən İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənə zənglərin pulsuz olacağını da vurğulayıb.

3

Uşaq konstruktorları istehsal edən “Lego” şirkəti xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan sosial şəbəkə yaradıb. Şirkət onu “Lego Life” adlandırıb. Portalın istifadəçiləri əsasən 13 yaşına qədər olan körpələr olmalıdır. Sosial şəbəkədə onlar maraqlarına uyğun dost tapmaq, müxtəlif müsabiqə və viktorinalarda iştirak etmək imkanı əldə edəcəklər. Həmçinin onlar tədris proqramlarından istifadə edə, “Lego”ya öz ideyalarını təklif edə biləcəklər. Görünüş baxımından bu, xəbər lentinə sahib sosial şəbəkədir. Burada da bəyənmələr (layklar) və hadisələrə şərhlər yazmaq mümkündür. Tərtibatçılar uşaqlar üçün xüsusi smayllar yaradıblar. 13 yaşına qədər olan körpəni qeydiyyata almaq üçün valideynlərin razılığı əldə edilməlidir. Müəlliflər tam olaraq bütün proseslərə nəzarət edir. Akkauntlara münasibətdə anonimlik siyasəti həyata keçirilir. Niklər avtomatik olaraq verilir, avatarlar isə konstruktor elementlərini xatırladır. Bu əlavəni artıq “Google Play” və “AppStore” onlayn mağazalarda yükləmək mümkündür.

4

CNN telekanalı ABŞ və digər ölkələrdə köçkünlərin olmasaydı, qurulmayacaq şirkətləri müəyyən edib. Buna səbəb ABŞ prezidenti Donald Trampın imzaladığı immiqrasiya fərmanında 7 müsəlman ölkəsinin adının qara siyahıya salınmasıdır. Telekanalın hazırladığı siyahının ilk sıralarında texnologiya nəhəngi “Apple” korporasiyası və onlayn alış-veriş nəhəngi “eBay” şirkətinin adları var. Belə ki, “Apple”in qurucusu Stiv Cobsun bioloji atası Suriyadan köçəndir. “eBay” şirkətinin ideya müəlliflərindən biri olan Pyer Omidyarın ailəsi İran əsillidir və 1970-ci illərdə ABŞ-a köçüb. “Oracle” şirkətinin yaradıcısı Bod Maynerin ailəsi də İrandan ABŞ-a köçüb. “Yahoo”nun qurucusu Cerri Yang Tayvandan ABŞ-a gəlib və bu ölkədə yaşamağa başlayıb. “İntel” korporasiyasını beynəlxalq nəhəngə çevirən Endryu Qrou əslən Macarıstandandır və bu ölkədən Amerikaya köçüb. “Google” korporasiyasının beyin mərkəzində yer alan Sergey Brin Rusiyada dünyaya gəlib. “Amazon” korporasiyasının qurucusu Ceff Bezos isə əslən kubalı olan bir kişinin oğludur.

5

“Google Docs” xidmətinin “Android” versiyasında şəkillərin redaktəsi funksiyası istifadəyə verilib. İstifadəçilərin əksəriyyəti ofis sənədləri ilə işləmək üçün “Microsoft Office” proqram paketinə üstünlük verir. Amma “Google” şirkəti daima öz xidmətlərini təkmilləşdirir. “Google Docs” servisində son yeniləmədə “Android” mobil əməliyyat sistemi üçün çoxdan gözlənilən bir neçə funksiya istifadəyə verilib. Yeni versiyadan istifadə edənlər şəklin ölçüsünü, yerini dəyişdirə bilər. Həmçinin mətnin yerini dəyişmək, yuxarı və alt kolontitulları qoymaq imkanı yaranıb. Əvvəllər belə imkan yalnız xidmətin onlayn versiyasında əlçatan idi. Sənədə yerləşdirilmiş şəkillərin redaktəsi üçün tətbiqdə “Şəkil” vərəqi istifadəyə verilib. Qeyd edək ki, sənədə şəkil əlavə edilmədiyi halda bu vərəq görsənməyəcək. Mətni sürüşdürmək üçün onu seçmək və barmağın köməyi ilə lazımi yerə aparmaq lazımdır.

6

WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb. Bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həm də iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya öncə deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa, həmçinin messencerə ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.

7

Fransız Alcatel firmasının bu ilki MWC planları ortaya çıxdı. Firmanın təqdim etməyi planlaşdırdığı telefonlar, maraqlı və yeni bir dizayna sahibdir. Fransız Alcatel firması, qarşıdakı dövrdə təşkil olunacaq MWC 2017 üçün hazırlıqlara başladı. Alcatel, 5 yeni ağıllı telefon təqdim edəcək! Xüxusilə qiymət-performans üstünlüklü cihazlarıyla ön plana çıxan Alcatel, qarşımızdakı ay təşkil olunacaq MWC 2017 mərasimində 5 yeni ağıllı telefon təqdim etməyi planlaşdırır. Firmaya yaxın mənbələr tərəfindən yayılan məlumatlara görə bu telefonlardan biri modullu quruluşda olacaq. Bir digər mənbədə isə cihazın arxa tərəfini örtən və musiqi ilə sinxronizasiya şəklində parlayan LED-lərə sahib olacağı, yayılan məlumatlar arasındadır. Yenə firmaya yaxın mənbələrin bildirdiyinə görə, sözü gedən bu 5 cihazın hər biri qiymət-performans baxımından siniflərinin lideri ola biləcək xüsusiyyətlərə sahibdir. Son olaraq yuxarıdakı şəkilərin Alcatel-in arxa tərəfi tamamilə LED-lərlə örtülü ağıllı telefonuna aid olduğu haqqında iddialar səsləndiyini bildirməkdə fayda var.

8

Nokianın Mobil Dünya Konqresində təqdim edəcəyi üst səviyyə smartfonu olan Nokia P1-ə aid dizayn detalları ortaya çıxdı. Nokianın HMD Global dəstəyi ilə 2017-ci ildə geri dönüş addımı çox sürətlə davam edir. Nokia 6 ilə rəsmi bir giriş edən Nokia, əsl şousunu Mobil Dünya Konqresinə saxlayır. Nokia P1 model adı ilə gələcək olan yeni cihazı texniki parametrləri baxımından kifayət qədər güclü olacaqkən eyni zamanda dizayn baxımından da gözləri oxşayacaq. Gözləntilərə görə 5.3 inçlik 2K keyfiyyətində IGZO panelə sahib olacaq olan Nokia P1, Qualcomm Snapdragon 835 və Adreno 540-dan gücünü alacaq. Əlavə olaraq Android 7.0 Nougat ilə gələcək olan cihaz, 3500 mAhböyüklüyündə bir batareyaya da sahib olacaq. Bu təchizat detallarından başqa dizaynını da konsept olaraq ortaya çıxardan bir videoya görə Nokia P1, güclü bir telefon olmaqla yanaşı olduqca gözəl və göz oxşayan bir dizayna da sahib olacaq. Sözügedən konsepti aşağıdakı videodan izləyə bilərsiniz.

iPhone 8 həyəcanı texnologiya dünyasını əhatə etmişkən hər kəsdən bir səs çıxır və yeni dediqodular artmağa davam edir. Məşhur Apple-Texnologiya youtube kanalı EverythingApplePro, paylaşdığı bir videoda dediqoduları dəyərləndirdi və öz təxminlərini ortaya atdı. iPhone 8-in dizaynının necə olacağı hər kəs üçün müəmmalıdır. Dediqodular hələ isti-isti ikən, EverythingApplePro adlı məşhur texnologiya kanalı, yeni çəkdiyi bir videoda öz təxminləri ilə texnologiya dünyasındakı dediqoduları qarşılaşdıraraq müzakirə etdi. Ən çox üzərində dayanılan “tamamilə şüşə korpus, gizli home düyməsi, kənardan kənara ekran, uzaqdan şarj” kimi mövzulara toxunulan videoda; yeni iPhone-un dizaynında yerə düşmək, suya düşürülmək kimi vəziyyətlərin də diqqətə alınacağı vurğulanır. EverythingApplePro-nun müzakirə etdiyi dediqodularda iPhone 8-in, iPhone 4 və 4s-dən ilham alınaraq, cüt şüşə panelli olaraq dizayn ediləcəyi məlumatı var. Ancaq kanal buna inanmır. Hər nə qədər bu dizaynı bəyənsə də bazara çıxarılacaq dizaynın Galaxy S7-dəki kimi curved ekrana sahib olacağını irəli sürür. Videoda cihazın, kənardan kənara ekran texnologiyasına sahib olmayacağı iddia edilir, bunun səbəbini isə Apple-ın yeni hazırlanan texnologiyaları cihazlarında istifadə etmək istəməməsi ilə əlaqələndirir. Qəbul edək ki, biraz pozulsa da Steve Jobs-un gətirdiyi mükəmməllik standartlarına hələ də şirkət tərəfindən əməl edilir. Ekranın OLED və 5.8 inç olacağı bildirilir. Kanal,Wireless şarjın iPhone 8 ilə gəlməyəcəyini iddia edərkən, şirkətin stratejik sənədlərindən etdiyi investisiyalara və siyasətlərinə qədər bir çox sübut irəli sürür. Ancaq bir iPad vasitəsilə wireless şarj xüsusiyyətinin mütləq gələcəyini vurğulayır. Videonu aşağıdan izləyə bilərsiniz.

Google, Android 7.1.2-in ilk beta versiyasını istifadəçilərə açıq olaraq təqdim etdi. Android 7.1.2 Nougat versiyasını rəsmi şəkildə təqdim edərək test müddətini başladan Google, ilk beta versiyasını paylaşdı. Android Beta proqramı-na daxil olan və uyğun cihazlardan birinə sahib olan istifadəçilərə, OTA yoluyla əlaqə qurmağa başlayan Android 7.1.2 Beta versiyası təxmin edildiyi kimi böyük dəyişikliklərə sahib deyil. Android 7.1.2 versiyasını istifadəçilərə nələr təqdim edəcək? Google Pixel seriyasında yaranan problemlərin böyük ölçüdə aradan qaldırdığı və inkişafa hədəflənən Android 7.1.2 beta versiyası, xəta düzəltmələri və performans yaxşılaşdırmalarından başqa GSM operatorları üçün bir sıra dəyişiklikləri əhatə edir. Google Pixel, Pixel XL, Nexus 5X, Nexus Player və Pixel C-dən əlavə, Android Beta proqramında yer alan digər cihazlar üçün də təqdim edilən Android 7.1.2 beta versiyası, hələki Nexus 6P modeli üçün təqdim edilməyib. Rəhbərlər, yenilənmə üçün Nexus 6P üstündə çalışmağa davam etdiklərini və Android 7.1.2 versiyasının istifadəçilərə qısa bir müddət ərzində təqim ediləcəyini bildirdi. Əgər bu cihazlardan birinə sahibsinizsə, Android-in Beta versiyasını test etmək üçün android.com/beta adresini ziyarət edə bilər və Android Beta proqramına daxil ola bilərsiniz. Qeydiyyat əməliyyatını problemsiz şəkildə etdikdən sonra, yenilənmə bildirişi qısa bir müddət ərzində ağıllı telefonunuza gələcəkdir.

9

Weibo sosial şəbəkəsində satışa çıxmağa hazırlaşan Xiaomi Redmi Pro 2-nin texniki göstəriciləri sızdırılıb. Qeyd etmək lazımdır ki, smartfon hələ rəsmi olaraq anons olunmayıb. Redmi pro 2, keçən ilin yay fəslində satışa çıxmış Redmi Promodelinin davamçısı olacaq. Yeni model, 5.5 inç OLED ekran və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Cihazın iki versiyada satışa çıxması gözlənilir. Onlardan biri 4 GB RAM və 64 GB daxili yaddaşa, digəri isə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq. Maraqlısı ondadır ki, çox güman Redmi Pro 2 modeli, ikili arxa kameradan məhrum olacaq. Bunun yerinə smartfon daha keyfiyyətli 12 MP-lik Dual Pixel avtofokus sistemli Sony IMX362 kamerasına sahib olacaq. Redmi Pro 2-nin qiyməti 230-260$ civarında olacaq.

10

“Facebook” şirkəti “YubiKey” və başqa “USB” açarların köməyi ilə hesaba giriş dəstəyini aktivləşdirib. “USB” kart kompüterin portuna taxıldığı halda “SMS” kod və parolun daxil edilməsini tələb etmədən hesaba avtomatik girişi təmin edəcək. Həmçinin heç bir əlavə proqram təminatı quraşdırmaq lazım deyil. Sosial şəbəkənin sazlanmasında “USB” açarın köməyi ilə müdafiəni aktivləşdirmək mümkündür. Fiziki təhlükəsizlik açarı “Facebook” sosial şəbəkəsində hesabın ən güclü müdafiəsini təmin edir. Bu üsul mobil proqram və iki mərhələli avtorizasiya ilə müqayisədə daha təhlükəsizdir, həmçinin “fişinq” və “insan ortada” tipli hücumlara qarşı dayanıqlıdır. Yeganə narahatlıq odur ki, istifadəçi breloku həmişə öz üzərində gəzdirməlidir.

11

“Swift” proqramlaşdırma dili 2014-cü ildə “Apple” şirkəti tərəfindən təqdim edilib və bir neçə il sonra artıq liderlər qrupunda qərarlaşıb. “Upwor” frilans birjasının mütəxəssisləri qlobal internet məkanında uğurlu iş qurmaq üçün lazımi bacarıq reytinqi tərtib ediblər. Kompüter təlimi, həmçinin danışığın tanınması ən perspektivli istiqamətlər kimi müəyyənləşdirilib. “Swift” proqramlaşdırma dili sözügedən reytinqdə ikinci yeri tutub. Sifarişçilər bir çox hallarda “Apple” şirkətinin cihazlarında işləyən mobil proqramların yaradılması üçün işçilər axtarır. Bu tapşırığın icrası üçün “Swift” proqramlaşdırma dilini bilən və iş təcrübəsinə malik istifadəçilər seçilir. Qeyd edək ki, “Google” şirkətinin nümayəndələri tərəfindən verilmiş bəyanata görə, “Swift” proqramlaşdırma dili “Android” platformasında “Java”nı əvəz edə bilər. Ehtimal ki, bu əvəzetmə yaxın bir neçə ildə reallaşacaq, buna görə yaxın gələcəkdə “Swift” proqramlaşdırma dilinə tələbat yüksək olacaq.

12

Hazırda Çinin “Godin Holdings” korporasiyasına məxsus “Vertu” mobil telefon istehsalçısı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Constellation” adlı yeni smartfon hazırlayıb. “Constellation” istehsal xəttindən olan yeni model iki SİM kartı dəstəkləyir və “WQHD” təsvir ölçülü 5,5 düymlü sensor “AMOLED” ekran və sapfir şüşə ilə təchiz edilib. “Qualcomm Snapdragon 820” prosessoru ilə işləyən smartfon 4 giqabayt operativ və “microSD” formatlı kartlarla genişləndirilməsi mümkün olan 128 giqabayt tutumlu quraşdırılmış yaddaşa malikdir. Əsas kameranın təsvir ölçüsü 12, ön kameranın 4 meqapiksel təşkil edir. Qurğunun akkumulyatorunun gücü 3220 milliamper/saata bərabərdir, həmçinin simsiz enerji doldurulması dəstəklənir. Korpus anod alüminiumdan düzəldilib, rəngi və quruluşu müştərilərin istəyinə uyğun seçilən təbii dəri ilə bəzədilib. Arxa paneldə elit telefonun mənşəyi barədə şübhələrin yaranmaması üçün metal lövhə üzərində oyma ilə “İngiltərədə əllə yığılıb” yazılıb. “Vertu” üçün ənənəvi olaraq hotel xidmətçisi ilə daim əlaqə saxlamaq üçün ayrıca düymə quraşdırılıb. “Android Marshmallow 6.0.1” sistemi ilə işləyən yeni “Constellation” smartfonunun fevralın 23-də satışa çıxarılacağı gözlənilir. Elit qurğunun qiyməti təxminən 5 min avro təşkil edəcək.

13

Oyun qurğuları üçün simsiz olan hazırkı kontrollerlər nəsli oyunçunun bilavasitə televizor ekranı qarşısında oturmasını tələb etmir. Bununla belə, əksər oyun həvəskarları buna vərdiş edib. Onlar üçün xüsusi olaraq adi stulda olduğu kimi əyləşməyə imkan verən “Buddy” kreslosu yaradılıb. Kreslonun əsas fərqləndirici cəhəti ondadır ki, onu çevirən istifadəçi dirsəklənərək kontrolleri birbaşa qarşısında saxlamaqla oyun oynamaq üçün daha rahat vəziyyət ala bilir. Maraqlıdır ki, ilkin sifarişlərin qəbul olunduğu müddətdə “Buddy” əldə etmək istəyən istifadəçilərin sayı iki milyonu ötüb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bədənin “Buddy” vasitəsilə aldığı vəziyyət kürək üçün ziyanlı deyil. Hazırda yalnız ilkin sifarişlərin qəbul edildiyi oyun kreslosunun apreldə satışa çıxarılacağı gözlənilir. Qəhvəyi, sarı-yaşıl və çəhrayı rənglərdə olan qurğunun qiyməti 43 dollar təşkil edir. Şirkət təmsilçilərinin sözlərinə görə, məhz qiymətin aşağı olması onu rəqiblərdən fərqləndirir.

14

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register