Marneulidə böyük miqyaslı təmizlik aksiyaları keçirilir

Marneuli

Marneuli Bələdiyyəsi Özünüidarəetməsinin prioritet məsələlərindən biridə Bələdiyyə ərazisinin təmizlənməsi və tullantıların idarəetmə servisinin inkşaf etdirilməsidir.
Məsələ ilə bağlı bu mərhələdə bələdiyyə ərazisində “Təmiz Marneuli” tərəfindən miqyaslı təmizlik aksiyaları təşkil olunur.
Aksiya çərçivəsində son beş gün ərzində bələdiyyənin daxili dövlət əhəmiyyətli yollarında çirkli əraziləri, plastmas butulkalardan, polietilen salafanlardan və digər növ tullantılardan təmizləndi (xüsusi ilə Marneuli şəhəri 26 may küçəsindən Sadaxlı gömrük məntəqəsinədək və Marneuli şəhəri 26 may küçəsindən Kirəc-Muğanlı kəndində yerləşən Qırmızı Körpü gömrük məntəqəsinədək).
Təmizlik tədbirləri eyni zamanda mədəni abidələr, çay sahilləri və parklarda da təşkil olunur.
Qeyd etmək lazımdır ki, bənzər tədbirlər Özünüidarəetmənin təşəbbüsü və könüllü şəxslərin dəstəyi ilə il ərzində dəfələrlə təşkil olunur.
Ətraf Mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə, İcra Hakimiyyəti icbari hüquq pozuntuları faktları əsasında müvafiq cərimə sanksiyaları aparacaq.

1

2

3

4

5

6

7

8

9

10

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register