Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 2.2.2017-cı il.

69-cu ilin 2 fevralında Roma legionerləri tərəfindən Yuxarı Almaniyanın imperatoru kimi leqat Avl Vitteliy elan edilib.

2 fevral 1649-cu ildə Boqdan Xmelnitskinin kazak dəstəsi Qərbi Ukraynaya səfərdən sonra Kiyevə qayıdıb.

Birinci rus qəzeti 1703-cü ilin bu günü «Ведомости» nəşrə başlanılıb.

2 fevral 1757-ci ildə Böyük Britaniya Kəlküttəni (Hindistan) işğal edib.

1788-ci ilin bu günü Corciya ştatı ABŞ Konstitusiyasını ratifikasiya edən 4-cü ştat olub.

1804-cü il 2 fevralında I Napoleon Bonapart özünü imperator elan etmişdir.

2 fevral 1835-ci ildə Qabravoda Bolqarıstanda ilk dünyəvi məktəb açılıb.

1839-ci ilin bu günü Lui Dager Ayın ilk fotoşəklini çəkib.

2 fevral 1870-ci ildə Bruklin körpüsünün inşası başlayıb.

1905-ci ilin bu günü Rus-yapon müharibəsi dövründə Port-Artur şəhərinin müdafiəsi dayandırılıb və şəhər Yaponiyaya təhvil verilib.

Kimyəvi elementlərin dövri cədvəlini kəşf edən Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı olan Dmitri Mendeleyevin ölümünün dəqiq günü məlum deil,deyilənə görə o, 1907-ci ilin ya 20 yanvarında yada 2-fevralında vəfat edib.

2 fevral 1920-ci ildə SSRİ Əmək və Müdafiə Şurasının qərarı ilə quberniya və uyezd inqilab komitələri ləğv edilib.

1922-ci ilin bu günü Ankarada Türkiyə ilə Ukrayna SSR arasında müqavilə imzalanıb.

2 fevral 1925-ci ildə Tacikistan SSR tərkibində dağlıq Bədəxşan Muxtar Vilayəti təşkil edilib.

2 fevral 1942-ci il Çikaqoda Enriko Fermi ilk dəfə olaraq idarə olunan nüvə reaksiyasını həyata keçirmişdir.

Alman-faşist qoşunlarının 1943-cü ilin bu günü Qafqazdan geri çəkilməsi başlanılıb.

1956-cı ilin bu günü Almaniyada bundesverin ilk dəstələri yaradılıb.

2 fevral 1959-cu ildə SSRİ-nin “Luna-1” (Луна-1) ilk avtomatik planetlərarası stansiyası fəzaya buraxılıb.

1970-ilin 2 fevralında Münhendə ilk dəfə sinir transplantasiyası həyata keçirilmişdir.

Bakılı kosmonavt Musa Manarov “Soyuz TM-11” kosmik gəmisində ilk uçuşunu 1990-cı ilin bu günü həyata keçirmişdir.

1992-ci ilin bu günü Rusiyada qiymətlərin liberallaşmasına başlanılıb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register