Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Çin alimləri dünyanın ən kiçik və eyni zamanda ən güclü kompüter yaradıblar. Onlar bu kompüteri “çubuqlu kompüter” adlandırıblar. Çindən olan mütəxəssislər həcmləri mobil telefonu keçməyən kompüter yarada biliblər. Bildirilir ki, tam bir kompüter gücündə olan “çubuqlu kompüter”in çəkisi cəmi 45 qramdır. Bu masaüstü kompüterə əlavə iki cihaz da qoşmaq mümkündür. Mini kompüterin elektrik enerjisi ilə təmin edilməsi “Micro USB 2.0” və “USB 2.0” dəliklərindən baş tutur. Qeyd etmək lazımdır ki, cihaz “WiFi” və “Bluetooth”a qoşula bilir. Onun həmçinin 128 GB həcmə malik yaddaş kartının əlavə edilməsi üçün yeri də var. Kompüterin həmçinin qoşulması üçün düyməsi və qızmaması üçün ventilyatoru da mövcuddur.
“Amazon” şirkətinin yaradıcısı və rəhbəri Ceff Bezos Vaşinqton ştatının prokuroru tərəfindən prezident Donald Trampın miqrantlarla bağlı sərəncamının ləğvi üçün qaldırılan məhkəmə iddiasını dəstəkləyib. “Microsoft” və “Expedia” şirkətləri də məhkəmə iddialarını dəstəklədiklərini bildiriblər. Onlar bildiriblər ki, D. Trampın addımları Vaşinqton ştatına və burada fəaliyyət göstərən şirkətlərə ziyan vurur. Xatırladaq ki, Vaşinqton ştatının prokuroru Bob Ferqüson prezident fərmanı ilə əlaqədar məhkəmədə iddia qaldıracağını açıqlayıb. San-Fransisko prokuroru Dennis Errera isə qeyri-leqal miqrantları federal hakimiyyət orqanlarına təhvil verməyən şəhərlərin maliyyələşdirilməsinin məhdudlaşdırılması barədə prezident fərmanı ilə bağlı məhkəməyə müraciət edib.
“Samsung” şirkəti medianı fevralın 26-da Barselonadakı “Mobile World Congress” çərçivəsində keçiriləcək təqdimata dəvət edib. Cənubi Koreya şirkətinin yeni “Galaxy Tab S3” planşetini təqdim edəcəyi gözlənilir. Cihazın iki modifikasiyada buraxılacağı bildirilir – LTE şəbəkələrinə qoşulmaq üçün SİM-kart dəstəyi ilə və SİM-kartsız. Displeyin diaqonalı 9,6 ölçüdə olacaq. Planşet 12 meqapiksel kamera ilə təchiz ediləcək. Qeyd edək ki, “Samsung” özünün yeni flaqman smartfonu – “Galaxy S8”i də buraxmağa hazırlaşır. Təqdimatın martın sonunda keçirilməsi planlaşdırılır.
“Strategy Analytics” şirkəti 2016-cı ildə smartfon tədarükünün həcmi ilə bağlı tədqiqatının nəticələrini dərc edib. Mütəxəssislər bildirib ki, “ağıllı” telefonların satışları rekord 1,49 milyard ədəd həddə çatıb. 2015-ci illə müqayisədə tədarükün həcmi 3 faizdən çox artıb. 2016-cı ilin nəticələrinə əsasən, tədarükün həcminə görə lider mövqedə 309,4 milyon ədəd smartfon satışı ilə Cənubi Koreyanın “Samsung” konserni qərarlaşıb. “Samsung”un bazardakı payı 22,8 faiz təşkil edib. İkinci mövqeni “Apple” korporasiyası tutur. Şirkət 215,4 milyon ədəd smartfon satışı ilə 15,30 faiz bazar payına malikdir. Hər iki tədarükçü ümumilikdə 525 milyon ədəd smartfonun satışına nail olub. Liderlərin üçlüyünü Çinin “Huawei” korporasiyası qapayır. Şirkətin ümumi satış həcmi 138,8 milyon ədədlə 9,6 faiz bazar payına malikdir. Ən çox satılan smartfonların ilk top beşliyinə isə Çinin “Oppo” (7,2 faiz) və BBK/Vivo (6 faiz) şirkətləri daxildir. Mütəxəssislər gözləyir ki, 2017-ci ildə Çin smartfonlarının bazarı 50 faizə qədər artacaq. 2016-cı ildə onların bazar payı 40 faiz olub. Həmçinin analitiklər “Samsung”un satışının düşəcəyini proqnozlaşdırırlar – 2017-ci ildə smartfonlar bazarına artıq fevralda təqdimatı olacaq “Nokia P1” yeniliyi ilə “Nokia” brendi də qayıdacaq.
ABŞ-ın “Apple” korporasiyası 2017-ci maliyyə ilinin ilk rübünün (ötən ilin oktyabr-dekabr ayları) maliyyə hesabatını açıqlayıb. Korporasiya öz tarixinin ən böyük rüblük gəlirini əldə etdiyini və rekord sayda “iPhone” satdığını açıqlayıb. Belə ki, hesabat dövründə gəlirlər ötən ilin (2015) eyni rübü ilə (75,87 milyard $) müqayisədə 3,3% artaraq 78,35 milyard dollara çatıb. Bu dövrdə 78,29 milyon ədəd “iPhone” satılıb. 2015-ci ilin analoji dövründə isə 74,78 milyon ədəd smartfon satılmışdı. Artım 4,7% təşkil edib. Beləliklə, “Apple”ın gəlirləri son 3 rübdə azaldıqdan sonra ilk dəfə yüksəlib. Lakin xalis mənfəət 2,5% azalaraq 17,89 milyard dollar olub. Bundan əvvəlki ilin eyni dövründə bu miqdar 18,36 milyard dollar idi. “Apple”ın baş icraçı direktoru Tim Kuk şirkət tarixində ən yüksək rüblük gəlir əldə etdiklərini vurğulayaraq “iPhone” ilə bərabər “Mac” və “Apple Watch” satışlarında da rekord gəlir qazandıqlarını açıqlayıb. Belə ki, rüb ərzində “Mac” kompüterlərini satışı 1,9% artaraq 5,4 milyon ədəd təşkil edib. Lakin “iPad” satışlarında 18,6% azalma olub – 13,1 milyon ədəd. ”AppleCare” və “ApplePay” xidmətlərindən əldə olunan gəlirlər 20% artaraq 6 milyarddan 7,2 milyard dollara yüksəlib. Şirkət bu ilin yanvar-mart aylarında gəlirinin 51,5 – 53,5 milyard dollar arasında olacağını da proqnozlaşdırıb. Rəqəmlərin açıqlanmasından sonra birjada şirkətin hər səhminin dəyəri 2,6% artaraq 124,60 dollara çatıb.
“Payam Amirkabir” peyki isə Əmirkəbir universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. İran ölkədə fevralın 1-i qeyd olunan Milli kosmik texnologiyalar günü münasibətilə iki yeni yerli peyk təqdim edib. “Nahid 1” və “Payam Amirkabir” peykləri İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqanın iştirakı ilə keçirilən mərasimdə təqdim olunub. “Nahid 1” peyki İran elm və texnika universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Məlumata görə, günəş batareyaları ilə çalışan peyk artıq fəzaya buraxılışa hazırdır. “Payam Amirkabir” peyki isə Əmirkəbir universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.
“Drones Direct” şirkəti seriyalı “DJI Phantom 4” pilotsuz uçan aparatını modifikasiya edərək onu hamı üçün lazımlı qurğuya çevirib. Belə ki, dizaynerlərin adi kvadrokopterə çətir yerləşdirməsi sayəsində dron istifadəçinin başı üzərində uçaraq onu yağışdan qoruyur. Dronun xüsusilə hava şəraiti daim pis olan yerlərdə yaşayan insanlar üçün faydalı olacağı bildirilir. Diqqəti daha vacib əşyalara yönəltmək məqsədilə bir əldə çətiri tutmamaq üçün istifadəçinin dronu smartfona qoşması tələb olunur. Bundan sonra qurğu “GPS” sistemindən istifadə etməklə istifadəçinin başı üzərində uçacaq. Dizaynerlər izah ediblər ki, “Umbrella” dronunun çətiri saxlaması sayəsində hətta pis hava şəraitində telefonla danışmaq, qəhvə içmək, velosiped sürmək və s. mümkün olacaq. Məlumata görə, külək qurğu üçün təhlükə törətmir. “Umbrella” ev, ağac və dirəklərdən yan keçərək hər şeyi “4K” formatlı kameraya çəkir, eləcə də bir dəfə enerji toplamaqla 30 dəqiqəyədək işləyir. Aparatın çəkisi 1 kiloqram təşkil edir. Adi “PJD Phantom 4” aparatının qiyməti təxminən 1252 dollar, “Umbrella” dronunun modifikasiya edilmiş variantı isə 1670 dollardır.
Kompüterin 128 geqabayt həcmində yaddaş kartı və çox qızmaması üçün ventilyatoru da var. Çin alimləri dünyada ən güclü minikompüter hazırlayıblar. 45 qram çəkisi olan kompüter peyk telefonundan heç də fərqlənmir. Kompüterə maksimum iki qurğu qoşmaq olar. Qurğunun “Wi-Fi” şəbəkəsinə də qoşulması mümkündür. Həmçinin kompüterin 128 geqabayt həcmində yaddaş kartı və çox qızmaması üçün ventilyatoru da var.
Zərbə anında yumşaq olmaq qabiliyyətinə malik metamaterial yaradılıb. Son zamanlar metamateriallardan istifadə artır. Metamateriallar adi materiallardan fərqli olaraq bir sıra unikal xüsusiyyətlərə malikdirlər. Bu yaxınlarda Miçiqan Universitetinin alimləri tərəfindən hazırlanmış mürəkkəb material xarici gərginliyə reaksiya kimi öz sərtliyini və möhkəmliyini dəyişdirir. Belə materialı avtomobillərin karkasında istifadə etmək olar. Yeni yaradılmış metamaterial ehtiyac olduqda öz vəziyyətini yumşaqdan sərtə doğru dəyişdirmək qabiliyyətinə malikdir. Mexaniki təsir nəticəsində material bütün səthin möhkəmliyini və sərtliyini dəyişir. Alimlər hesab edirlər ki, belə unikal xüsusiyyətlər müxtəlif sahələrdə geniş tətbiq oluna bilər. Metamateriallar avtomobil istehsalından başqa, müxtəlif nəqliyyat növləri üçün istənilən səthə uyğunlaşa bilən şinlərin yaradılmasında tətbiq edilə bilər. Bu materialın yaradıcısı Ksyaominq Mao deyir: “Bizim metamaterialımızı “karkaslı təhlükəsizlik yastığı” adlandırmaq olar. Avtomobilin kuzovunu toqquşma enerjisini paylaşdırmaqla zədə səviyyəsini azaltmağa imkan verən böyük “təhlükəsizlik yastığı”na çevirmək olar. Belə avtomobil adi rejimdə hərəkət etdikdə onun kuzovu adi sərtliyə malik olacaq. Amma toqquşma anında avtomobilin kuzov və karkası rezin kimi yumşaq olaraq toqquşma enerjisini paylayacaq və sərnişinlərin həyatını xilas edəcək”.
Samsung, paylaşdığı media dəvətnaməsi ilə 26 fevral 2016-cı ildə təqdim edəcəyi məhsulu açıqladı. Xüsusilə Galaxy Note 7-də yaşanan problemlər səbəbi ilə Galaxy S8-in təqdimat tarixini ertələyəcəyi ciddi-ciddi danışılan Samsung, nəhayətki Mobil Dünya Konqresindəki media nümayiş tarixini rəsmi olaraq açıqladı. Paylaşılan media dəvətnaməsində təqdimatın 26 fevral 2016-cı il tarixində ediləcəyi məlumatı verilərkən, məhsulun da Galaxy Tab S3 olduğu görülür. Beləlikdə Galaxy S8-in Mart-May ayları arasında xüsusi bir təqdimat mərasimində təqdim ediləcəyi dəqiqləşərkən, Mobil Dünya Konqresindəki Samsungun üstünlüyü olacaq Galaxy Tab S3 isə sızıntılara görə – 9.6 inç Ekran və Snapdragon 820 prosessora sahib olacaq. 4GB RAM ilə dəstəklənəcək olan Tab S3-ün bütün detallarını da Mobil Dünya Konqresindəki təqdimat ilə öyrənə biləcəyik.
WinFuture mənbəsinin baş redaktoru Roland Quandt, Huawei Honor 8 Lite smartfonunun məlumatlarını təqdim edib. Mobil telefonlar barəsində məlumatların sızdırılması ilə tanınan sözügedən mənbə həmçinin smartfonun render fotolarını da təqdim edib. Maraqlısı odur ki, paylaşılmış render fotolardakı model, bir neçə müddət bundan öncə təqdim olunmuş Huawi P8 Lite 2017 smartfonuna bənzəyir. Roland-ın sözlərinə əsasən yeni smartfonun satışları bu ilin Mart ayında başlayacaq. Onun təqdimatının isə MWC 2017 sərgisində baş tutacağı gözlənilir. Smartfonun güman olunan qiyməti 280 avro-dur. O, 4 rəngdə (göy, qara, qızılı və ağ) təqdim olunacaq. Məlumata əsasən yeni model sadəcə olaraq Huawei P8 Lite 2017-nin təkmilləşdirilmiş variantıdır. Belə ki, Huawei P8 Lite 2017, 239 avro qiymətində satılır.
“Microsot” şirkəti, yeni əməliyyat sistemi üzərində işlər görür. Məlumata görə yeni əməliyyat sistemi, Windows Cloud adlanacaq. Yeni əməliyyat sistemi bir növ Windows RT-nin yenidən ərsəyə gətirilmiş versiyası olacaq. Windows 10 Cloud-un əsas özəlliyi, ona standart Windows tətbiqlərindən başqa kənar tətbiqlərin yazılmasının qeyri-mümkünlüyü olacaq. Bir qədər köhnə və güclü olmayan kompüterlərdə Windows 10-da çalışmaq komfortlu deyil. Məhz bu problemi, şirkət, Windows 10 Cloud-da aradan qaldırmaq niyyətindədir. Windows 10-nun bu cür versiyası, zərərli tətbiqlərdən və istənilən digər tətbiqlərin yazılmasından tamamilə qorunacaq. Bununla yanaşı yeni əməliyyat sistemi, müxtəlif parametrli kompüterlərdə çalışmaq üçün lazımi şəkildə optimizasiyya ediləcək. Məlumata əsasən sözügedən əməliyyat sistemi, Chrome OS-nən rəqabət aparmaq üçün hazırlanır. Windows 10 Cloud-un bu ilin Aprel ayında təqdim olunması gözlənilir. Şirkət isə ənənəvi olaraq yeni əməliyyat sistemi barədə xəbərlərə fikir bildirməkdən imtina edib.
Huawei P10 və P10 Plus-ın təqdimatına bir neçə həftə qalmasına baxmayaraq, smartfonların render fotoları artıq sızdırılıb. Fotolardan görünür ki, P10 modeli? əyilə bilən ekran ilə təchiz olunmayıb. Onun barmaq izi skanı, fiziki düyməyə inteqrasiya olunub. P10 Plusmodelində isə barmaq izi skanı, arxa paneldə yerləşdirilmişdir. Hər iki smartfon həmçinin göz qişası skanına sahib olacaq. Bununla yanaşı hər iki model, Leicamarkalı ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonlar çox güman ki, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Hər iki modelin MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir. P10-nun təqribi qiyməti 699$ olacaq. Onların güman olunan texniki göstəriciləri ilə isə aşağıdan tanış ola bilərsiniz. Huawei P10-nun texniki göstəriciləri: 5.2 inç AMOLED ekran, 8 nüvəli Huawei Kirin 960 prosessoru, 4/6 GB RAM və 64/128 GB daxili yaddaş, İkili arxa kamera. Onlardan biri 20 MP-lik monoxrom və 12 MP-lik rəngli kamera. 8 MP-lik ön kamera, Sürətli şarj yığma funksiyalı 3100 mAh enerji tutumlu batareya. Huawei P10 Plus-ın texniki göstəriciləri: 5.5 inç AMOLED ekran, 8 nüvəli Huawei Kirin 960 prosessoru, 6/8 GB RAM və 128/256 GB daxili yaddaş, İkili arxa kamera. Onlardan biri 20 MP-lik monoxrom və 12 MP-lik rəngli kamera, 8 MP-lik ön kamera, Sürətli şarj yığma funksiyalı 3650 mAh enerji tutumlu batareya.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments