Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

”Facebook” şirkəti ötən ilin 4-cü rübü və bütövlükdə 2016-cı ilin maliyyə göstəricilərini açıqlayıb. Ötən ilin yekunlarına əsasən şirkətin xalis mənfəəti iki dəfədən də çox artıb. Belə ki, 2015-ci ildə şirkət 3,688 milyard dollar mənfəət əldə etdiyi halda, 2016-cı ildə bu rəqəm 177% artaraq 10,217 milyarda yüksəlib. Ümumi gəlir isə 54% artıb və 27,427 milyard dollar olub. Reklam gəlirlərində artım 57% olub (26,885 milyard), digər ödənişlər 753 milyon dollar təşkil edib. Dördüncü rübün yekunlarına əsasən gəlir 8,809 milyard dollar (51% artım), xalis mənfəət 3,568 milyard dollar (128% artım) olub. Gündəlik istifadəçilərin sayı ötən ilin dekabrında orta hesabla 1,23 milyard nəfər təşkil edib ki, bu da bir il əvvəlin müvafiq göstəricisindən 18% çoxdur. Mobil cihazlardan sosial şəbəkəyə daxil olanların sayı 1,15 milyard, ayda bir dəfə də olsa, “Facebook”u açanların sayı isə 1,86 milyard nəfər olub.

1

Populyar “Facebook” sosial şəbəkəsi özünün şəxsi TV-dekoderinin tərtibatı ilə məşğul olmağa başlayıb. Video əlavə bir növ “Apple TV” TV cihazını xatırladacaq. Onun köməyi ilə “Facebook” özünün lisenziyalı proqramlarının yayımını həyata keçirəcək. Qeyd edilir ki, “Facebook” kinostudiyalarla öz şəxsi materiallarının yaradılması və əlavənin doldurulması üçün danışıqlar aparır. Onlar da öz növbəsində brendi reklam edəcək və şirkət üçün əlavə gəlir mənbələri olacaq. Beləliklə, şəxsi özünün şəxsi xidmətini yaratmaqla “Netflix” və “Amazon” şirkətlərinə oxşamaq istəyir. “Facebook” istifadəçilərinə söz verib ki, onların səbirləri ilə oynamayacaq və “YouTube”da olduğu kimi, kontentin əvvəlində reklam qoymayacaqlar. “Facebook” çarxın ortasında cəmi 15 saniyəlik reklam əlavə etməyi planlaşdırır. Tərtibatçılar əmin edir ki, onların yaratdıqları kontent o qədər keyfiyyətli olacaq ki, istifadəçilər izləmə zamanı bir-iki reklamın izlənməsinə də səbirlə yanaşacaq.

2

“Facebook”un rüblük və illik maliyyə hesabatından sonra şirkətin yaradıcısı və rəhbəri Mark Zukerberqin şəxsi sərvəti artıb. M. Zukerberqin sərvətində təxminən 3 milyard dollarlıq artım olub. Onun sərvətinin həcmi hazırda 59 milyard dollar məbləğində qiymətləndirilir. “Facebook”un yaradıcısı dünyanın ən zəngin adamlarının siyahısında 5-ci yerdədir. Qeyd edək ki, 2016-cı ildə “Facebook”un xalis mənfəəti 177% artaraq 10,217 milyard dollara yüksəlib. Ümumi gəlir isə 54% artıb və 27,427 milyard dollar olub. “Facebook” mobil reklam bazarında “Alphabet”dən sonra ikinci yerdədir.

3

“Facebook”a məxsus olan, virtual reallıq eynəklərinin istehsalçısı “Oculus” şirkəti “ZeniMax” şirkətinə yarım milyard dollar cərimə ödəməlidir. Bu barədə məhkəmə qərar çıxarıb. “Zenimax” bildirib ki, onun işləyib hazırladığı layihələr “Oculus” tərəfindən “Rift” virtual reallıq eynəklərinin buraxılması üçün istifadə olunub. Məhkəmə iddiası “Facebook”un “Oculus” şirkətini 2014-cü ildə satın almasından əvvəl qaldırılıb.  “ZeniMax” “Facebook”dan 6 milyard dollar tələb edirdi. Lakin hakim 500 milyon dollar cəriməni yetərli sayıb. “Facebook” qərardan apellyasiya verəcək.

PHILIPPINES-US-IT-INTERNET-IPO-FACEBOOK-ASIA

“Google” dünyanın ən bahalı brendi adını alıb. Bu barədə “Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabatda deyilir. İnternet korporasiya dünyanın ən bahalı brendlərinin reytinqində ilk yeri tutub. Şirkət “Apple” korporasiyasını da geridə qoyub. Dəqiqləşdirilir ki, “Google” brendinin qiyməti 2016-cı ildə təxminən 25 faiz artıb və 109,47 milyard dollara çatıb. “Apple” brendi isə 27 faiz ucuzlaşaraq 107,141 milyard dollar olub. “Amazon.com” internet riteyli üçüncü yeri tutub – brendin qiyməti 53 faiz artaraq 106,396 milyard dollar qiymətləndirilir. “AT&T” telekommunikasiya şirkəti 45 faizdən çox bahalaşaraq 87,016 milyard dollar qiymətinə çatıb və bununla da dördüncü yeri tutub. “Microsoft” brendin qiyməti 13 faizdən çox bahalaşıb 76,265 milyard dollar olsa da, şirkət reytinqin beşinci cərgəsinə düşüb. Altıncı sıranı ilk dəfə olaraq Amerika şirkəti deyil, Cənubi Koreya istehsalçısı “Samsung” şirkəti tutub. Şirkətin dəyəri 13 faiz artaraq 66,219 milyard dollar təşkil edib.

PHILIPPINES-US-IT-INTERNET-IPO-FACEBOOK-ASIA

“Tesla Motors” şirkəti bundan sonra, sadəcə, “Tesla” adlanacaq. Bu dəyişikliklə bağlı hələlik rəsmi heç bir açıqlama yoxdur. Ancaq təxmin etmək olar ki, bu addım onunla izah olunur ki, şirkət artıq çoxdandır yalnız avtomobil istehsalı ilə məşğul olmur. Misal üçün, ötən il “Tesla” günəş panellərinin istehsalı ilə məşğul olan “SolarCity” şirkətini əldə edib. Həmçinin şirkət akkumulyator istehsalı ilə məşğul olan şirkəti də alıb.

6

Analitiklər bu nəticəyə gəlib ki, “Apple” şirkətinin istehsal etdiyi “iPhone” smartfonu Çin sakinləri arasında daha az populyarlıq qazanıb. Bu, son 5 ildə ilk dəfədir baş verir. “Counterpoint” şirkətində çalışan analitiklər o nəticəyə gəlib ki, beş ildə ilk dəfə olaraq “iPhone” liderliyi digər şirkətə – “Oppo”ya verib. “OPPO R9” smartfonuna Çinin 17 milyon əhalisi üstünlük verib, “iPhone 6S” smartfonunu isə cəmi 12 milyon istehlakçı əldə edib. “iPhone 7” yeni modelinin bazara çıxarılması onun birinciliyi əldə saxlamasına kömək etməyib. Smartfon seçərkən istehlakçı ikili kameranın və yaxşı akkumulyatorunun olması, enerji doldurma cihazının, OLED-displeyinin olması kimi xüsusiyyətləri qiymətləndirir. Telefonun əlçatan olmaması da böyük rol oynayır. Çünki “iPhone” smartfonunu hər kəs əldə edə bilmir.

7

İnstaqramda eyni anda bir neçə foto və video yükləmək mümkün olacaq. Instagram  fotoservisi  yaxın vaxtlarda  istifadəçilərə bir dəfəyə bir neçə fotonu yerləşdirə bilmək imkanı təqdim edəcək. Bu barədə The Verge məlumat verib. Bildirilir ki, əvvəllər bu funksiyadan ancaq  reklamçılar istifadə edə bilərdi, lakin  hazırda  tətbiqin beta-testində iştirak edən istifadəçilər  üçün də bu funksiya əlçatandır. Bir neçə foto və videonun nəşri hər birinə uzun müddət basmaqla mümkündür. Bir yazıda 10-a qədər təsvir və ya rolik yerləşdirə, həmçinin bir kliklə onların hər biri üzərində işləyə və ayrıca filtrləmək mümkündür. Nəşr ehtimal edir ki, yeni funksiya işə düşdükdən sonra, Instaqramda, ehtimal ki, repost əlavə etmək mümkün olacaq.

8

Facebook istifadəçilərinin ən böyük qarşılaşdığı problemlərdən biri olan “parol unutma” dərdini həll etmək üçün yeni bir xidmət ərsəyə gətirib. Facebook bu həftə təqdim etməyə başladığı xidmət ilə GitHub açma parolunu unudan istifadəçilərin hesablarını etibarlı şəkildə geri qaytarmağı təmin edəcək. Bunun üçün şifrəli HTTPS vasitəsi ilə bir neçə əlaqəyə toxunmağınız kifayət edəcək və əməliyyat bir neçə saniyəyə tamamlanacaq. Bağlantı üçün Facebook istifadəçilərinin bir GitHub xilasetmə parolu açmaqları və bunu Facebook hesabında qeyd etmək lazımdır. Bu əməliyyatdan sonra GitHub parolunu unudan istənilən istifadəçi Facebook-a daxil olaraq parolun GitHub-a şifrəli şəkildə göndərilməsini təmin edə bilər. Parol özü şifrəli olduğundan, içərisindəki şəxsi məlumatları Facebook görə bilmir. İstək göndərildikdən sonra GitHub hesabınızı geri qaytarmış olursunuz.

9

Almaniyalı istifadəçilər, “Facebook”u məhkəməyə veriblər. Səbəb isə şirkətə məxsus olan WhatsApp messencerinin, istifadəçi məlumatlarını yığıb onları yaymasıdır. 2016-cı ilin Avqust ayında istifadəçilər ilk dəfə aşkar etdilər ki, messencer, istifadəçilərin məlumatlarını yayır. Belə ki, tətbiq, avtomatik olaraq istifadəçinin Facebook hesabı ilə sinxronlaşdırılırdı. Beləliklə istifadəçinin telefon nömrəsi, adı, soyadı, doğum tarixi və s. kimi məlumatlarına keçid əldə olunurdu. Mütəxəssislərin fikrincə sözügedən sxem ilə Facebook-dakı hər-hansısa istifadəçinin dostları haqqında məlumatlar götürülür. WhatsApp, istifadəçilərdən, öz məlumatlarını Facebook ilə bölüşməyi istəyib-istəmədiklərini soruşmur. İstifadəçilər, İstehlakçı Təşkilatlarının Federasiyasına müraciət ediblər. Beləliklə federasiya adından məhkəmə iddiası açılıb. Federasiya, WhatsApp-a, istifadəçi məlumatlarının Facebook ilə əlaqələndirilməsi prosesinin ləğv edilməsi niyyətindədir. Bundan əlavə təşkilat təmsilçiləri tələb edirlər ki, indiyənə kimi əldə olunmuş məlumatlar pozulmalı və bundan sonra istifadəçi razılığı olmadan bu cür proses həyata keçirilməməlidir. WhatsApp-da isə qeyd ediblər ki, şəxsi məlumatların bu üsulla əldə olunması, istifadəçi razılaşmasına daxildir. Şirkət rəsmiləri qeyd ediblər ki, məxfilik siyasəti və tətbiqdən istifadə şərtləri, Avropa Birliyi tərəfindən təyin olunmuş qayda və normalara tamamilə uyğundur.

10

Samsung-un bu il yeniləyəcəyi Galaxy J ailəsində yer alacaq olan Galaxy J7 (2017)-nin detalları haqqında xəbərlər gəlməyə davam edir. Son vaxtlarda bəzi ağıllı telefon seriyalarını hər il yeniləməyə və cihaz adlarını dəyişməyə başlayan Samsung, rəflərdə yerini alan Galaxy A (2017) seriyasının ardından, orta/üst seqment modellərə ev sahibliyi edən Galaxy J seriyası üçün işlərə başlayıb. Samsung-un yenilənən seriyasında yer alacaq olan Galaxy J7 (2017) modeli, ötən aylardaZauba adlı internet saytında paylaşılmışdı amma cihaz haqqında konkret məlumatlar yox idi. Galaxy J7 (2017) modelinin GFXBench saytında görülməsi ilə birlkdə uzun müddət davam edən səssizlik pozuldu. Galaxy J7 (2017) istifadəçilərinə nələr təqdim edəcək? GFXBench-in məlumatlarına görə SM-J727V model nömrəsi ilə qarşımıza çıxacaq olan yeni Galaxy J7, 5.5 inç böyüklüyündəki ekranında 1280×720 piksel keyfiyyəti təqdim edəcək. Yenə Samsung tərəfindən istehsal edilmiş olan səkkiz nüvəli Exynos 7870 prosessorundan və Mali-T830 qrafik vahidindən güc alacaq olan Galaxy J7 2017, 2 GB RAM-a və 6 GBdaxili yaddaş sahəsinə sahibdir. 8 meqapikselkeyfiyyətində arxa və 5 meqapiksel keyfiyyətində ön kameraya sahib olan Galaxy J7 2017 modeli, Android 7.0 Nougat əməliyyat sistemi ilə qutudan çıxacaq. Əlavə olaraq Samsung-un, Galaxy J7 2017 modeli ABŞ-da Qualcomm-un Snapdragon 625prosessoru ilə birlikdə satışa çıxması gözlənilir.

11

Dünya müasir qurğular bazarına kiçik yüksəklikdə smartfon ilə ön tərəfdən fotoşəkillər çəkməyə imkan verən yeni “Selfly” qurğusu çıxarılıb. “Selfly”, həmçinin qurğu üçün müasir pilotsuz uçan aparat rolunda çıxış edir. “Selfly” “Full HD” formatında çəkiliş edən 8 meqapikselli kamera ilə təchiz edilib. Qurğunun əsas çatışmazlığı batareyasının zəif olmasındadır. Akkumulyatorun enerjisi ən yaxşı halda 10 dəqiqəlik iş üçün kifayət edir. Mütəxəssislərin yeni qurğunun kompaktlığına xüsusi diqqət yetirməsi sayəsində onu asanlıqla smartfon üçün çexola çevirmək mümkündür. “Selfly”ı drona çevirmək üçün onu istifadə olunan qurğudan çıxartmaq tələb olunur. Yeni qurğu yaradıcılarının fikrincə, “Selfly” kiçik yüksəklikdə “selfie” və ya qeyri-adi fotoşəkillər çəkməyi sevən bütün istifadəçilərin xoşuna gələcək. Yeni aparat mahiyyət etibarilə son bir neçə ildə böyük populyarlıq qazanan “selfie” çubuqlarının alternativi hesab olunur. Məlumata görə, akkumulyator batareyasının tutumu 630 milliamper/saat təşkil edir. Çox rahat olan çexol ekran ölçüsü 6 düymədək olan qurğular üçün uyğundur. Yeni qurğunun qiymətinin 80 dollar təşkil edəcəyi gözlənilir.

12

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni modifikasiyasını çıxarmağa hazırlaşır. Bu, “Windows” tərtibatçılarının alətlər dəsti və məhsulun açarlarının konfiqurasiya fayllarında “Windows Cloud” ifadəsinin işlədilməsi ilə izah edilir. “Microsoft” şirkətində yaxşı əlaqələrə malik “ZDNet” nəşrinin jurnalisti Meri Co Folinin məlumatına görə, “Windows 10” əməliyyat sisteminin yeni variantı bir növ “Windows RT” mobil əməliyyat sisteminin dirçəldilməsi anlamına gəlir. “Windows Cloud” modifikasiyasının əsas özəlliyi ona “Windows” mağazası vasitəsilə yayılan universal “Windows” proqramlarından başqa hər hansı proqram təminatı quraşdırmağın qeyri-mümkünlüyüdür. “Windows” mağazasında olmayan proqramlardan istifadənin qeyri-mümkünlüyü fərdi istifadəçilər və bir çox korporativ müştərilər üçün narahatçılıq yaratsa da, bir sıra sahələrdə belə xüsusiyyətə böyük tələbat var. Təhsil müəssisələri “Windows Cloud” sisteminin əsas sifarişçisi ola bilərlər. Məlumat üçün, son illərdə təhsil sahəsində “Google” şirkətinin “bulud” “Chrome OS” sistemi ilə işləyən xrombuklarından istifadə edilir. “Windows 10” sisteminin yeni variantı zərərverici proqram təminatı və kənar proqramların icazəsiz quraşdırılması ilə bağlı başqa təhlükələrə qarşı dayanıqlı olacaq. Həmçinin “Microsoft” şirkətinin güclü “bulud” inzibatçılıq alətləri “Windows Cloud” sistemi ilə işləyən kompüterləri istifadəçilərin düşünülməmiş hərəkətlərindən qorumağa kömək edəcək.

13

İnternetdə “Sony” şirkətinin istehsal etdiyi yeni smartfonun görüntüləri yayılıb. “Sony Xperia G3121” smartfonunun görüntüləri təqdimatdan öncə “TechLover HD” insayderi tərəfindən  “YouTube”a yerləşdirilib. Rəsmi təqdimatın fevralın 27-də Barselonada təşkil olunacaq “MWC 2017” sərgisi çərçivəsində keçirilməsi nəzərdə tutulub. İnsayder bildirib ki, videoda cihazın prototipinin görüntüləri yer alıb. Rəsmi təqdimata qədər istehsalçı çətin ki, cihazda hər hansı dəyişiklik etsin. Rolikdən görünür ki, smartfonun korpusu düzbucaqlıdır, 5,2 ölçülü Full HD ekran nazik çərçivəyə malikdir. Cihaz “MediaTek Helio P20” bazasında yaradılıb, 4 GB operativ və 64 GB daxili yaddaşa malikdir. Əsas kamera 23 meqapiksel, ön kamera isə 16 meqapikseldir. Smartfonun qiyməti hələ məlum deyil.

14

“Viber” messencerinin sahibi olan “Rakuten Inc.” şirkətinin icraçı direktoru Xirosi Mikitani ABŞ prezidenti Donald Trampın immiqrasiya fərmanında adı keçən 7 ölkəyə zəngləri pulsuz edəcəklərini açıqlayıb. Bu barədə məlumatı o, özünün Tvitter səhifəsində yerləşdirib. O, bildirib ki, hazırda ABŞ-da baş verənləri müşahidə etmək onun üçün çox kədərlidir, çünki özü Amerikaya 7 yaşı olarkən Yaponiyadan köçüb. Xirosi Mikitani tezliklə “Viber”dən İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənə zənglərin pulsuz olacağını da vurğulayıb.

15

“Venturebeat” nəşri və “Twitter” şəbəkəsində təqdim olunmayan yeni məhsulların fotoşəkil və xarakteristikalarını dərc edən məşhur bloger Roland Kaundt “Samsung” şirkətinin martın 29-da təqdim edəcəyi “Galaxy S8” smartfon modeli haqqında ətraflı məlumat verib. Blogerin məlumatına görə, “Galaxy S8” “Bixby” süni intellekt sistemi ilə təchiz ediləcək. Məsələn, Cənubi Koreya şirkəti “LinkedIn” saytında “Galaxy S8” üçün süni intellektin daha da təkmilləşdirilməsi üçün əməkdaş axtarması ilə bağlı elan yerləşdirib. Tərtibatçıların bəyanatına görə, “Bixby” səsli köməkçi funksiyası rəqibləri (Siri və Google Assistant) ilə müqayisədə daha mürəkkəb sorğuları emal edə biləcək. Müxtəlif proqram təminatı və servislərlə sıx inteqrasiya oxşar texnologiyaların inkişafına xidmət edə bilər. Bundan əvvəl istehsalçı “Galaxy S8” smartfonunun “MWC 2017” sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir. Qeyd edək ki, yanvarın əvvəlində “Samsung” “təsadüfən” “Bixby” sisteminin “Samsung Pay” ödəniş servisi ilə işləyə biləcəyini təsdiq edib. Bundan sonra məlum olub ki, səsli köməkçi funksiyası smartfon kamerasının gördüyü obyekt və mətnləri tanıyacaq. Şayiələrə görə, “Galaxy S8” korpusunda “Bixby”dən istifadə üçün ayrıca düymə quraşdırılacaq.

16

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register