Teletidə pendir emalı müəssisəsi-ferma tikilir – layihənin dəyəri 1 mln 300 min laridir

Teleti kəndində çoxfunksiyalı pendir emalı müəssisəsi-ferma tikilir. İdeyanın müəllifi “Gürcü pendiri” layihəsinin rəhbəri, həmçinin, “Teletis kvelis saxli” MMC-nin (tərcümədə: Teleti pendir evi) direktor və təsisçisi Anna Mikadzedir. İlkin mərhələdə müəssisə gündə təxminən 10 ton pendir istehsal etməyi planlaşdırır.

“Son on il ərzində etnoqrafik ekspedisyalarda topladığım bütün reseptləri bu müəssisənin həyatında tətbiq olunacaq”, – Anna Mikadze deyir.

İnvestor adının açıqlanmasını istəməyən 28 yaşlı gürcüdür: ixtisasca maliyyəçidir, artıq uzun illərdir ki, Böyük Britaniyada öz fəaliyyəti ilə məşğuldur.

“Onun ferma tikmək qərarı məni çox təəccübləndirdi, bununla belə, onun öz dediyinə görə o, bu layihəni ölkə üçün çox vacib hesab edir ki, bunun sayəsində də o, yalnız Gürcüstana deyil, Teletiyə də kömək edəcək”, – Anna Mikadze deyir.

Fermanın tikintisi gələn ilin yazında başlayacaq. İlkin mərhələdə müəssisədə 10-15 nəfər işləyəcək. Fermada pendir istehsalı üzrə məktəb fəaliyyət göstərəcək ki, bu məktəbdə də dinləyicilər və xaricdən gələn mühazirəçilərin yaşayacağı düşərgə yerləşəcək. Həmçinin, kiçik muzey sahəsi və aqroturizm mərkəzi açılacaq. Anna Mikadze deyir ki, yekun nəticədə layihədə 35-50 nəfər işlə təmin olunacaq.

“Bundan başqa ferma üçün mütləq torpaq infrasturukturu lazımdır, çünki heyvanlar üçün yemi özümüz istehsal etməyi planlaşdırırıq. Həmçinin fəsillər üzrə işlə təmin olunacaq 50 nəfərə ehtiyac var”, – Anna Mikadze deyir.

Ferma yüksək standartlar qorunaraq tikilib ki, bu da onun sahiblərinə istehsal olunan məhsulu ixrac etməyə imkan verəcək. Anna Mikadzenin bildirdiyinə görə, məhsulun Ermənistan, Azərbaycan Ukrayna və Rusiyaya ixrac olunması planlaşdırılır.

“Növbəti addım olaraq biz öz nəhsullarımızı Avropa İttifaqı ölkələrinə ixrac etməyi planlaşdırırıq”. – Anna Mikadze deyir.

Onun sözlərinə görə, pendir istehsalı öyrədəcək məktəbin açılması qərarını o, verib, çünki Gürcüstanda bu sahədə yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı müşahidə olunur. Onların hazırlanması məqsədilə Farmer-to-Farmer proqramı çərçivəsində məktəbə Avropa İttifaqı və ABŞ-dan mütəxəssislər gələcək.

Farmer-to-Farmer inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatı olan ölkələrdə amerikalı könüllülərin öz biliklərini fermerlərlə, kooperativ və aqrobizneslə paylaşmasını təmin edən USAID proqramıdır. USAID Gürcüstanda ACDI/VOCA proqramını maliyyələşdirib ki, bunun da çərçivəsində fermerlər qısamüddətli texniki yardım almaq imkanı əldə edirlər və öz təsərrüfatlarına ABŞ-dan ehtiyac duyduqları ekspert-məsləhətçilər dəvət edə bilirlər.

“Gürcüstanda pendir istehsalı sahəsində demək olar ki, mütəxəssis yoxdur. Biz bütün maraqlanan şəxslərə, o cümlədən pendir hazırlama texnologiyasını öyrənmək istəyən qurmanlara master-klass keçəcək mütəxəssislər dəvət etmək istəyirik. Məhz bu layihə çərçivəsində açmaq istədiyimiz aqroturizm mərkəzini nəzərdə tutur.” – Anna Mikadze deyir.

Layihənin dəyəri təxminən 1 milyon 300 min lari təşkil edir, bunun 60%-i investisiya kimi qoyulub, qalan 40%-i isə “Kənd təsərrüfatı layihələrinin idarə olunması üzrə agentlik proqramı” çərçivəsində dövlət tərəfindən ayrılıb.

Anna Mikadze əmindir ki, onun layihəsi xaricdə yaşayan gürcülərdə Gürcüstan iqtisadiyyatına investisiya qoymağa motivasiya yaradacaq.

 

Mənbə: eugeorgia.info

В ТЕЛЕТИ ПОСТРОЯТ СЫРОВАРЕННОЕ ПРЕДПРИЯТИЕ-ФЕРМУ – СТОИМОСТЬ ПРОЕКТА СОСТАВЛЯЕТ 1 МИЛЛИОН 300 ТЫСЯЧ ЛАРИ

http://eugeorgia.info/ru/latestarticle/285/v-teleti-postroyat-sirovarennoe-predpriyatie-fermu–stoimost-proekta-sostavlyaet-1-million-300-tisyach-lari/

Məqalə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Birliyi Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə tərcümə olunub. Məqalənin məzmununa görə onun müəllifi məsuliyyət daşıyır və heç bir halda Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Xarici İşlər Nazirliyinin və ya Birləşmiş Krallıq hakimiyyətinin mövqeyini əks etdirmir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register