Marneulidə yerli demokratiya həftəsi qeyd olundu
15 oktyabr tarixində Gürcüstanda yerli demokratiya həftəsi qeyd olundu. Demokratiya həftəsi çərçivəsində Marneuli munisipolitetinin icra hakimiyyətində də görüş keçirildi. Görüş Gürcüstan yerli özünüidarəetmə assosiasiyası tərəfindən təşkil olunmuşdu. Görüşdə iştirak edən Kvemo Kartli qubernatoru Paata Xizanişvili, icra başçısı, sakrebulo sədri və digər nümayəndələr tərəfindən Gürcüstanda yaşayan müxtəlif etnik azlıq nümayəndələrinin mədəniyyətlərarası dialoqunun əsası məsələsi müzakirə olundu.
Xatırladaq ki, yerli demokratiya Avropa həftəsi hər il Avropa Şurasına üzv olan ölkələrdə qeyd olunur. Məqsəd isə yerli hakimiyyət haqqda vətəndaş maarifləndirilməsinin yüksəldilməsidir. Gürcüstanda yerli demokratiya həftəsi 10-15 oktyabr tarixləri arasında qeyd olundu.
0 Comments