Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 3.2.2017-cı il.

İnsaniyyətin tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çap etmək üsulunu tətbiq edən alman ixtiraçısı olan İohann Qutenberq 1468-ci ilin 3 fevralında vəfat edib. Vəfatından sonra onun dəqiq harada dəfn olunması məlum olmadığından qəbri məlum deyil.

1488-ci ilin 3 fevralında Portuqal səyyah Bartolomeu Dias Afrika qitəsinin ən cənub nöqtəsi olan Ümid Burnuna çatmışdır.

1690-cu ilin bu günü Amerikada kağız pullar tətbiq edilməyə başlanmışdır.

3 fevral 1815-ci ildə İsveçrədə dünyada ilk pendir zavodu qurulmuşdur.

3 fevral 1916-cı ildə Böyük Britaniyada məcburi hərbi xidmət sistemi tətbiq edilmişdir.

1917-ci ilin bu günü Sərnişin gəmisinin vurulmasından sonra ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsmişdir.

Belçika, Niderland və Lüksemburq 1958-ci ilin 3 fevralında “Benelüks” qurumunu təşkil etmişdir.

1966-cı ilin bu günü SSRİ-nin “Luna 9” kosmik aparatı Ay səthinə uğurlu eniş etmişdir.

3 fevral 1967-ci il Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.

3 fevral 1969-cu ildə Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilmişdir.

1973-ci ilin bu günü Vyetnamda atəşkəs əldə edilmişdir.

“YUPİTER-10” kosmik peyki ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini 3 fevral 1973-cü il göndərmişdir.

1979-ci ilin 3  fevralında Fransadan qayıdan imam Xomeyninin müvəqqəti hökumətini qurub.

3 fevral 1982-ci ildə SSRİ modeli “Mi-26” helikopteri 57 ton yükü 2000 metr yüksəkliyə qaldırıb. Bu rekord hələ təzələnməmişdir.

1993-cu ilin 3 fevralında Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yönündə ilk sənəd – «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında» müqavilə imzalanıb. Müqavilə Gürcüstan rəhbəri Eduard Şevardnadzenin Bakıda prezident Əbülfəz Elçibəylə görüşünün yekunu olaraq imzalanıb.

1994-cü ilin 3 fevralında Rusiya və Gürcüstan arasında dostluq və əməkdaşlıq sazişi imzalanmışdır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register