Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Pokemon Go”nun gəliri oyunun istifadəyə verilməsindən 7 ay sonra rekord həddi ötüb. 2016-cı ilin iyul ayında oyun həvəskarlarının ixtiyarına verilən “Pokemon Go”nun gəliri 1 milyard dolları aşıb. Beləliklə, “Pokemon Go” milyard dollardan çox gəlir əldə etmiş digər mobil oyunların arasında bu məbləği daha tez qazanan oyun kimi tarixə düşüb. Üstəlik, nəzərə almaq lazımdır ki, “Pokemon” Çin kimi nəhəng bazarda yayılmayıb. Qeyd edək ki, daha əvvəl “Candy Crush Saga” və “Puzzles & Dragons” da 1 milyarddan çox gəlir əldə ediblər.

1

“Viber” messencerində məlumatların qalma vaxtını müəyyənləşdirmək mümkün olacaq. Müddət başa çatdıqdan sonra messencer göndərilən məlumatları siləcək və daha göstərməyəcək. Funksiya aktualdır və ünsiyyətin təhlükəsizliyini artırır, cari məlumatlar barədə danışmaq çox rahatdır. Bundan başqa, “Viber”ə video məlumatlar göndərmək imkanı da əlavə edilib. Video çarxın maksimal uzunluğu 30 saniyədir. Çəkilişə başlamaq üçün “Yazmaq” düyməsini sıxmaq lazımdır. Çəkilişi yekunlaşdırmaq və göndərmək üçün isə düyməni buraxmaq bəs edir. “Android” versiyaya həmçinin çatın təmizlənməsi funksiyasını da əlavə ediblər. Bununla belə, çatdakı bütün məlumatlar silinir, çat özü isə yenə də istifadəyə yararlıdır. iOS əməliyyat sistemli “Viber” üçün video və audio yazıları sıxılmadan göndərmək mümkündür. Həmçinin interaktiv xatırlatmalar da mövcuddur – çatda mövcud olan bütün yazılara məlumatlar haqqında bildirişləri sıxmaqla baxmaq mümkündür. Yeni funksiyalardan istifadə etmək üçün “Viber” mobil əlavəsini sonuncu versiyaya qədər yeniləmək lazımdır. Təbii ki, əgər bu əlavə istifadəçinin telefonuna yüklənibsə. Bundan sonra, misal üçün, müsahibə bir neçə saniyədən sonra göstərmək istədiyiniz şəkli göndərərkən taymer düyməsinə sıxılır və şəklin itmə vaxtı seçilir. “Android” və iOS əməliyyat sistemləri üçün olan “Vider” əlavəsini “Google Play” və “App Store”dan pulsuz yükləmək mümkündür. Qeyd edək ki, İCQ messencerində “Tarixlər” funksiyası mövcuddur. Ayrıca lentdə şəkillər və qısa videolar yerləşdirmək mümkündür ki, onlar dərc ediləndən bir sutka sonra özləri avtomatik olaraq itəcəklər.

2

“ESET” şirkəti “WhatsApp” istifadəçilərinə yeni fırıldaq barəsində xəbərdarlıq edib. Fırıldaqçılar müxtəlif bəhanələrlə istifadəçilərin şəxsi məlumatlarını toplayırlar. Buna bənzər fırıldaqlar daha əvvəllər də baş verib. Ancaq hazırda onlar daha irimiqyaslıdır. Antivirus proqramlarının tərtibatında ixtisaslaşan “ESET” şirkətinin nümayəndələri “WhatsApp”da böyük sayda eyni məzmunlu məlumatlar aşkar ediblər. Fırıldaqçılar internet mağazasının nümayəndələri adı altında gizlənib, sonradan 250 avroya sertifikatın veriləcəyi bəhanəsi ilə müştərilərdən anketi doldurmağı xahiş edirlər. Bundan sonra onlar şəxsi məlumatların təsdiqlənməsini istəyirlər. Ancaq keçiddən istifadə edən istifadəçi bu mağazanın rəsmi saytına aidiyyəti olmayan sayta keçirdi. Qeyd edilir ki, fırıldaqçıların adı altında gizləndikləri “Lidl” brendinə heç bir aidiyyəti yoxdur. Onların sözlərin doğru olmadığını bilmək üçün səhifənin URL-inə baxmaq kifayətdir. Bununla belə, bəzi insanlar asan yolla pul qazanmaq eşqi ilə bu yalanın qurbanı olurlar. “ESET” şirkətinin nümayəndələri ehtiyatlı olmağı xahiş edirlər. Çünki bu yalanın tələsinə düşənlərə tez-tez zəng edəcəklər və lazımsız qeydiyyatlar, spam və pullu SMS xidmətləri təqdim edəcəklər. Qeyd olunur ki, hələlik fırıldaqçılar Almaniya auditoriyası üzərində işləyirlər. Ancaq onlar çərçivələrini genişləndirə bilərlər.

3

“Instagram” sosial şəbəkəsinin tərtibatçıları istifadəçilərin birdən-birə bir məlumatın içində bir neçə şəkli əlavə edə bilməsinə kömək edəcək yeni funksiyanın beta versiyasını təqdim ediblər. Albomların əlavə edilməsi xəbər lentinin yüklənməsinin aşağı salınmasına imkan verəcək. Yeni funksiyanın fəaliyyəti haqqında hələlik dəqiq məlumat yoxdur. Məlumata çoxlu sayda şəkil əlavə etmək üçün “Instagram”da dərc etməmişdən əvvəl kursoru onların üzərində bir neçə saniyə saxlamaq lazım gələcək. İlkin məlumatlara görə, əlavənin dəqiq olaraq “Android” platforması istifadəçilərinin interfeysində istifadəsi mümkün olacaq. Alboma əlavə olunan hər bir şəkil ayrıca filtrlə müşahidə olunacaq. Hər bir şəklə həmçinin unikal yazı və ya həştəq əlavə etmək mümkün olacaq. Beta-versiyanın sınaqları əlavədə bir neçə qüsurları aşkar edib ki, onlar da düzəldilməlidir.

4

“Facebook” sosial şəbəkəsinə yeni tanışlıqlar tapmaq, ünsiyyət yaratmaq, iş və romantik münasibətlər qurmağa imkan verəcək yeni seçimlər əlavə edilib. Avstraliya və Yeni Zelandiyada istifadəçi seqmentində sınaqlardan sonra “Discover People” adlanan müvafiq bölmə ümumi istifadəyə verilib. Bundan sonra “Discover People”  “Tinder” və “Bumble” kimi əlavələrlə rəqabət aparacaq. Yeni əlavəni istifadəçi interfeysinin sağ aşağı küncündə yerləşən “Daha artıq” menyu panelində tapmaq mümkündür. Burada eyni görüş yerlərinə getmək məqsədində olan və ya eyni iş axtaranlar, yaxud eyni şəhərdə yaşayan insanları görmək mümkündür. Filtrlərin sayı olduqca müxtəlif olub maraqlı müsahiblər və işgüzar tərəfdaşlar, həmçinin insanın yarını tapmağa imkan verir. “Discover People” qısa profilində istifadəçilər özlərinin şəkillərini yerləşdirə bilərlər. Həmçinin özləri, maraqları və təşəbbüsləri barədə məlumatları dərc edə bilərlər. Bu, istifadəçinin özü üçün oxşar məqsədlər və baxışlarla uyğun gələn tanış tapmağa imkan verəcək.

5

Bir neçə ay davam edən danışıqlardan sonra ABŞ-ın “Apple” şirkəti Hindistanın Banqalor şəhərində öz məhsullarının istehsalını işə salır. Bu barədə CNN telekanalı yerli hökumətin bəyanatına istinadən xəbər verir. Hindistanın informasiya texnologiyaları naziri Prayank Xardc bildirib ki, artıq məhsulların yığılmasına bu ilin aprelindən başlana bilər. Şirkətdə bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Amerikanın texnoloji nəhəngi hazırda “iPhone” və digər məhsullarını Hindistanda yerli distributorlar vasitəsilə satır. Ancaq bazardakı pay baxımından göstəricilərinə görə şirkət “Samsung” və “Xiaomi”, “Oppo” və “Lenovo” kimi Çin brendlərindən xeyli geri qalır.

6

“Facebook” sadəcə sosial şəbəkə deyil, həm də kiçik olmayan gəlirlər əldə edən nəhəng bir şirkətdir. Radio Marneuli-inin “Androidportal.zoznam” nəşrinə istinadən məlumatına görə, “Facebook”un populyarlığı mütəmadi olaraq artır və fakt danılmazdır. Gündəlik olaraq “Facebook”dan istifadə edən istifadəçilərin sayı illik müqayisədə 18 faiz artıb. Sistemə mobil cihazlar vasitəsilə daxil olan istifadəçilərin sayında da 23 faiz artım qeydə alınıb. Sosial şəbəkədən dünya əhalisinin dörddə biri istifadə edir ki, bu gün onların sayı 1 milyard 860 milyon nəfər təşkil edir. “Facebook”un əsas gəlirləri reklamlardandır. 2016-cı ildə şirkətin reklamdan əldə etdiyi gəlirlərin həcmi 2015-ci illə müqayisədə 57 faiz artıb. Bununla belə, reklamdan əldə edilən aylıq ümumi gəlirin həcminin 84 faizi smartfon və planşet istifadəçilərindən əldə edilib.

7

“Amazon” şirkəti 2016-cı maliyyə ilinin dördüncü rübü və ümumilikdə bütün ilin maliyyə hesabatını açıqlayıb. Rüb ərzində şirkət 43,7 milyard dollar gəlir əldə edib ki, bu da bir il əvvəlki göstəricidən 22 faiz çoxdur. Şirkətin əməliyyat gəlirləri 13 faiz artaraq 1,26 milyard dollara çatıb. Xalis mənfəəti isə 749 milyon dollar olub ki, bu da bir il öncəki göstəricidən 55 faiz çoxdur. İl ərzində “Amazon”un gəlirləri 136 milyard dollar olub ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 27 faiz çoxdur. Əməliyyat gəlirləri 2,2 milyard dollardan 4,2 milyard dollara qədər çoxalıb. Şirkətin xalis mənfəəti ümumilikdə 4 dəfə artaraq 2,4 milyard dollar təşkil edib. Gəlirlərin böyük hissəsi onlayn satışdan əldə olunub. İl ərzində bu biznes “Amazon”a 94,7 milyard dollar qazandırıb.

8

“Facebook” sosial şəbəkəsi televizor dekoderi hazırlamağa başlayıb. Populyar “Facebook” sosial şəbəkəsi televizor dekoderi hazırlamağa başlayıb. “Apple TV” televiziya qəbulediciləri üçün servisi xatırladacaq videoəlavə vasitəsilə şirkət lisenziyalı proqramların translyasiyasını planlaşdırır. “Facebook” brendi reklam edəcək və şirkət üçün əlavə gəlir mənbəyi olacaq proqrama əlavələr etmək üçün materiallar yaratmaq məqsədilə kinostudiyalarla danışıqlar aparır. Beləliklə, servis yaradan sosial şəbəkə “Netflix” və “Amazon” şirkətlərinə bənzəmək niyyətindədir. Məlumata görə, “Facebook” istifadəçilərin səbrindən sui-istifadə edərək “YouTube” servisində olduğu kimi, kontentin əvvəlində reklam yerləşdirməyəcəyinə söz verir və videonun ortasında 15 saniyəlik reklam çarxı yerləşdirməyi nəzərdə tutur. Proqram tərtibatçılarının sözlərinə görə, onların kontenti o qədər keyfiyyətli olacaq ki, istifadəçilər videolara baxan zaman reklamı səbirlə izləyəcəklər.

9

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “Whatsapp” iki möhtəşəm yenilik etməyə hazırlaşır. Bu yeniliklərdən biri məkan bildirmə, digəri isə mesajları geri alma ilə əlaqəlidir. Birinci yeniliyə görə, artıq mesajlaşdığınız şəxs razılıq versə, siz onun hansı məkandan mesaj yazdığını görəcəksiniz. Bu tamamilə istifadəçinin istəyindən asılıdır. Belə ki, o, istənilən anda bu funksiyanı deaktiv edə bilər. (Belə bir xidmət bir müddət əvvəl feysbuk messencerdə də aktiv idi). İkinci yeniliyə görə isə, səhv göndərilən mesajları geri almaq, ya da silmək mümkün olacaq. Bu funksiya barəsində məlumat uzun müddətdir ki, yayılsa da, hələ də ictimaiyyətə təqdim olunmayıb.

10

Facebook sosisal şəbəkəsi yeni funksiyası ilə istifadəçilərini sevindirməyi düşünür. Belə ki, yeni fuksiya sosial şəbəkədə dost axtarmaq üçün imkanlar yaracaq. Mobil telefonla sosial şəbəkədən istifadə edən istifadəçilər dostluq və romantik görüş təşkil etmək üçün yeni əlaqləri bu funksiya ilə gerçəkləşdirə  biləcək. Yeni funksiyadan istifadə edənlər özü barələrində qısa məlumat yaza biləcək və bir neçə fotoşəkil yerləşdirəcək. “Yeni insanlar kəş et” bölməsi artıq ötən ilin sonunda Avstraliya və Yeni Zellandiyada sınaqdan keçirilib.

11

Yeni çip “iPhone 8” smartfonunu məsafədən enerji ilə dolduracaq. “Energous” və “Dialog Semiconductor” şirkətləri gələcək “iPhone 8” smartfonunda tətbiq ediləcək radiotezlik ötürücüsü funksiyasına malik “DA4100” çipini təqdim ediblər. Mikrosxem “WattUp” texnologiyasından istifadə edən məsafəli simsiz enerji doldurma sistemləri üçün nəzərdə tutulub. “WattUp” texnologiyası enerjinin radiodalğalar vasitəsilə ötürülməsindən istifadə edərək “Wi-Fi” rabitəsinin işlədiyi eyni tezlik diapazonlarını tətbiq edir. Məlumata görə, “Apple” şirkəti məsafəli simsiz enerji doldurma imkanının “iPhone 8” smartfonunda tətbiqini planlaşdırır. Onun vasitəsilə smartfonu 5 metrədək radiusda enerji ilə doldurmaq mümkün olacaq. Digər məlumata görə, ABŞ istehsalçısı gələcək qurğular üçün simsiz enerji doldurma texnologiyası üzərində çalışır.

12

Yeni texnologiya rekord piksel sıxlıqlı maye-kristal ekranlar yaradacaq. Virtual reallıqda təsvir ölçüsü böyük rol oynayır və ondan istifadə zamanı hətta “4K” formatlı ekran kifayət etmir. Bu problemi 1 500 ppi piksel sıxlıqlı göstəriciyə malik displeylər yaratmağa imkan verən maye-kristal (LCD) ekranların istehsalı üçün yeni “Blue-Phase Liquid Crystal” texnologiyası həll etməyə kömək edəcək. Texnologiyanın piksel göstəricisi “Apple” şirkətinin məhsullarında istifadə edilən “Retina” panellərinin piksel sıxlığını 3 dəfə üstələyir. Müasir maye-kristal ekranların tərkibində ağ işıq diodlu işıqlandırmanın daxil olduğu nazik nematik (optik biroxlu maye-kristallar) maye kristallar qatı var. Nazik plyonkalı tranzistorlar hər pikseldə işığın ötürülməsinin idarə edilməsinə görə tələb olunan gərginliyi təmin edir. “LCD” displeylərdə subpiksellərin tərkibində müxtəlif rənglərin alınması üçün birləşmələrdə istifadə olunan qırmızı, yaşıl və göy filtrlər yer alıb. Ağ rəng bütün rənglərin birləşdirilməsi ilə yaradılır. Məlumata görə, yeni texnologiya ilə hazırlanan “LCD” ekranlarda göy maye kristal fazanı adi “LCD” ekranlardan təxminən 10 dəfə tez dəyişdirmək mümkün olacaq. Sub-millisaniyə reaksiya sayəsində hər bir işıq diodu rəngi başqalarından ayrıca və rəngli filtrlərsiz maye kristal vasitəsilə ötürür. İşıq diodlarının rəngi o qədər tez dəyişir ki, gözlər ağ rəngin yaradılması üçün qırmızı, yaşıl və göy rəngləri birləşdirə bilir. Beləliklə, müxtəlif rəngli subpiksellərə ehtiyac qalmır, çünki onlardan birinin çox tez parıldaması insan gözü üçün lazımi rəngi əks etdirir. Bu, eyni fiziki ekran ölçüsündə üç dəfə çox piksel yerləşdirməyə imkan verir. Texnologiya 2008-ci ildən mövcuddur, lakin tədqiqatçılar yalnız indi belə displeylərin müasir qurğuların imkanlarına cavab vermələri üçün işlək gərginliyi lazımi səviyyəyədək azaltmağa nail olublar. Növbəti addım mütəxəssislərin növbəti ilə planlaşdırdıqları işlək prototipin yaradılması olacaq. Sınaqların uğurlu olacağı təqdirdə “Blue-Phase Liquid Crystal” texnologiyası “LCD” displeylərə uzun müddət “OLED” həllərlə rəqabət aparmağa imkan verəcək.

13

Məşhur video paylaşım platforması olan YouTube, mobil tətbiqlərinə özəl olaraq yeni bir funksiya paylaşdı. Google-un sahibi olduğu YouTube, Çərşənbə günü paylaşdığı yeniləmə ilə iOS və Android istifadəçiləri üçün videoları 10 saniyə geri və ya irəli yükləyə bilməklərinə imkan yaradan bir xüsusiyyət əlavə etdi. Bəs yeni xüsusiyyəti necə istifadə etmək lazımdır? Bu xüsusiyyəti istifadə etmək istəyirsinizsə, telefonunuzun sol və ya sağ tərəfinə iki dəfə yüngülcə toxunmağınız kifayətdir. Beləliklə videonu rahatlıqla 10 saniyə geri və ya irəli ala bilərsiniz. YouTube, keçdiyimiz günlərdə yayımlamış olduğu yenilənmə ilə mobil istifadəçilər, videoları rahatlıqla irəliyə və geriyə ala bilirlər. Mobil istifadəçilərinin üzünü güldürən bu yenilik, bəzən əsəb xəstəliyi halına gələn videonu irəli və geri çəkmək problemini ortadan qaldırdı. YouTube-un yeni xüsusiyyətinə sahib olmaq istəyirsinizsə, yenilənməni PlayStore və ya App Store-dan yükləyə bilərsiniz.

14

“Boston Dynamics” şirkətinin yeni icadının videosu internetə sızdırılıb. Söhbət, Handle adlı ikitəkərli robotdan gedir. Video, investorlar üçün keçirilmiş bağlı təqdimat zamanı çəkilib. Sözügedən şirkət daha çox öz ikiayaqlı və dördayaqlı robotları ilə tanınır. Yeni robotda isə təkərlərdən istifadə etmək maraqlı təcrübə hesab olunur. Şirkətin yaradıcısı və prezidenti olan Marc Raibert, yeni robotu, təkərlər, hissələr və dinamik balanslaşdırma sisteminin olduğu maraqlı birləşmə adlandırıb. Onun sözlərinə görə təkərlərdən istifadə, standart bədən hissələrinin istifadəsindən daha əlverişlidir. Lakin bununla yanaşı düz olmayan səthlərdə yaxşı hərəkət etmə özəlliyini qurban vermək lazım gəlir. Prezentasiyaya başlayan Marc bu sözləri demişdi. “Bu, robotun ilk təqdimatıdır. Düşünürəm ki, o sizlərə qorxulu yuxuları xatırladacaq”. Handle, iki təkər üzərində balanlaşdırmanı və mərkəzi ağırlığı optimal saxlayaraq ağır əşyaları daşımaq özəlliyinə sahibdir. Beləliklə sözügedən robot, düz, əyilmiş və otlu səth üzərində rahat hərəkət edə bilir.

“Urban Gear Armor” şirkəti, mobil telefonların ekstremal şəraitlərdə salamat qalmalarını təmin edən xüsusi keyslər hazırlayır. İnternetdə sözügedən şirkətin iPhone 7 ilə etdiyi maraqlı bir təcrübənin videosu təqdim olunub. Belə ki, şirkət, iPhone 7-ni meteoroloji zond vasitəsilə stratosferin yuxarı qatlarına göndərib. Bu cür təcrübə, Monarch adlı keysin dözümlülüyünü test etmək üçün aparılıb. iPhone 7-nin hal-hazırda ən məşhur smartfon olduğu üçün məhz bu cihazın testdən keçirilməsi qərara alınıb. Beləliklə iPhone 7-ni xüsusi qoruyucu konteynerə yerləşdirib kosmosa göndəriblər. 2 saat yarımdan sonra meteoroloji zond 36 km hündürlükdə olub. Daha sonra meteoroloji zonddakı şar partlayıb və iPhone 7 enməyə başlayıb. Bəs əsas sual ondan ibarətdir ki. iPhone 7 salamat qalıbmı? Onu aşağıdakı videoya baxaraq öyrənə bilərsiniz.

Almaniyanın “Dirror” şirkəti “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən divar güzgüsü və planşetin hibridindən ibarət eyniadlı qurğuların satışına başlayıb. Şirkətin bəyanatına baxmayaraq “Dirror” qurğuları öz sinfində yeganə rəqəmli güzgülər deyil, lakin “Windows 10” ilə işləyən ilk kommersiya məhsulu adına iddialı ola bilər. Məlumata görə, “ağıllı” güzgülər üç müxtəlif versiyada buraxılıb. “Dirror S” güzgüsü 10,1 düym diaqonallı və 1280*800 piksel təsvir ölçülü ekranla təchiz edilib. “Intel Atom x5-Z8300” prosessoru əsasında işləyən 970 avroluq qurğu 2 giqabayt operativ və 32 giqabayt tutumlu quraşdırılmış yaddaşa malikdir. Öz növbəsində qiyməti 1870 avro təşkil edən “Dirror M” versiyası 23 düymlü “Full HD” displey, daha güclü “Intel Atom x7-Z8700” prosessoru, 4 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaş ilə təmin edilib. Qurğunun ən təkmil versiyası – qiyməti 2070-2470 avro arasında dəyişən “Dirror L” “Full HD” və ya “WQHD” təsvir ölçülü 27 düymlü ekrana malikdir. “Bluetooth 4.0” və “Wi-Fi” modulları ilə təchiz edilən “Dirror” güzgüləri “Cortana” səsli köməkçi funksiyasını dəstəkləyir.

15

Britaniyanın “NitroQ” şirkəti tərəfindən təqdim edilmiş 5000 milliamper/saat tutumunda yığcam akkumulyator smartfonun şarjını 7 dəqiqə ərzində doldurmaq qabiliyyətinə malikdir. Mütəxəssislər bildiriblər ki, “NitroQ” akkumulyatorunun enerji ilə doldurulmasına ən çoxu 15 dəqiqə vaxt tələb olunur. Şirkətin əməkdaşlarının iddiasına görə, başqa istehsalçıların analoji qurğuları ilə müqayisəyə yeni cihaz 10 dəfə daha səmərəlidir. Bu həftə yığcam enerji doldurma qurğusunun layihəsi “Indiegogo” platformasında yerləşdirilib. “NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir. Qurğunun ölçüsü 101.6×76.2×11.9 mm, çəkisi 196 qramdır. İlkin sifariş zamanı yeni cihazın dəyəri 59 dollardır. “NitroQ” akkumulyatorlarının ilk tədarükü artıq cari ilin avqustunda başlanılacaq.

16

Rusiya alimləri kosmosa günəş batareyası ilə işləyən raket buraxmağı təklif ediblər. Mütəxəssislər günəş batareyalı mühərrikin maye yanacaqla işləyən mühərrikə nisbətən iki dəfə səmərəli olacağını bildirirlər. Alimlərin sözlərinə görə, yeni mühərrik fotoelektrik yolu ilə günəş şüalarını qəbul edən qurğudan ibarət olacaq. Qurğu Günəş şüalarını elektrik enerjisinə çevirəcək. Mütəxəssislər qeyd edirlər ki, yaxın gələcəkdə günəş batareyası ilə işləyən raketləri kosmosa buraxmaq mümkün olacaq. Xəbər verildiyi kimi, “Proton” raketinin kommersiya buraxılışı 2017-ci ilin aprelində həyata keçiriləcək.

17

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register