Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Ötən maliyyə ilinin dördüncü rübü ərzində “Windows” əməliyyat sistemi ilə çalışan planşetlərin satış həcmi 16 faiz artıb. Müvafiq statistikanı “Strategy Analytics” şirkəti açıqlayıb. Onlar hesablayıblar ki, “Windows” planşetlərinin satış səviyyəsi iOS və “Android” cihazlarının satış səviyyəsini xeyli keçib. Ümumilikdə planşet bazarı ötən ilin sonunda 9 faiz azalıb. iOS bazasında olan cihazların satış sayı 3 milyon ədəd aşağı düşüb. “Android” cihazlarının satışı isə 4,5 milyon ədəd azalıb. Bundan başqa, mütəxəssislərin fikrincə, “Microsoft” korporasiyası yavaş-yavaş və əminliklə planşet bazarının 20,6 faiz payına malik özünün əsas rəqibi olan “Apple” şirkətinə yaxınlaşır.

1

İDC şirkəti 2016-cı ilin dördüncü rübü və ötən təqvim ilində Çin ərazisində smartfon tədarükü ilə bağlı məlumatları dərc edib. Hər iki hesabat dövrü üçün qalıb “Oppo” şirkəti olub. Belə ki, şirkət sonuncu rübdə 24,5 milyon ədəd, bütün il ərzində isə 78,4 milyon ədəd smartfon tədarük edə bilib. Bir il ərzində şirkətin tədarükü 122 faiz artıb. İkinci yeri “Huawei” şirkəti tutub. Bu şirkətin il ərzində tədarükü 21,8 faiz artıb və 76,6 milyon ədədə çatıb. Üçüncü yeri 69,2 milyon ədəd cihaz satışı ilə “Vivo” şirkəti tutub ki, onun da tədarükü bir il ərzində 96,9 faiz artıb. Bu üç şirkət Çinin smartfon bazarının demək olar yarısını və ya 48 faizi tutur. “Apple” və “Xiaomi” isə ötən il nəticələrini 12,8 faiz və 40,5 faiz pisləşdiriblər və müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. Bu şirkətlərə Çin smartfon bazarının 11 və 7,4 faizi məxsusdur.

2

“Mail.Ru Group”a daxil olan “VKontakte” sosial şəbəkəsi dünyanın ən populyar resurslarının ilk onluğuna daxil olub. “SimilarWeb” portalı ən populyar saytların siyahısını tərtib edib. İlk üç yeri “Facebook”, “YouTube” və “Google” tutur. Rusiyada və MDB-də ən populyar sosial şəbəkələrdən olan “VKontakte” 6-cı pillədədir. İlk onluqda daha bir Rusiya saytı qərarlaşıb: “Yandeks” resursu 9-cu sırada yer alıb. Top onluqda “Hamster” və “PornHub” erotik resursları da var.

3

“Google” şirkəti “iPhone” üçün “Chrome” brauzerinə yeni funksiya əlavə edəcək. “Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq. Əvvəllər belə imkan yalnız “Android” istifadəçiləri üçün əlçatan idi. Yeni funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində “QR” yığmaqdır. İstifadəçi “QR” kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman “Chrome” həmin məhsul haqda qiymət və rəyləri göstərir.

4

Yeni “Samsung” smartfonu təqdim ediləcək. “Samsung” şirkəti yaxın vaxtlarda “Samsung Galaxy C5 Pro” adı ilə təqdim edəcəyi yeni smartfon versiyasını yaradıb. “Samsung Galaxy C5 Pro” smartfonunun müxtəlif mikrosxemlər dəsti (chipset) ilə təchiz olunmaqla iki variantda təqdimatı gözlənilir. Birinci qurğu “Mali-T830” qrafik mikrosxeminə malik səkkiznüvəli “Exynos 7870” mikroprosessoru ilə işləyir. Aparat 16 giqabayt tutumlu quraşdırılmış, 2 giqabayt operativ yaddaşla təchiz edilib. Smartfonun yaddaşını, həmçinin əlavə olaraq “microSD” kartı ilə genişləndirmək mümkündür. Məlumata görə, “Samsung Galaxy On7 Pro 2017” adlanacaq ikinci model 5,7 düymlü ekrana malik olmaqla “Media Tek Helio P20” tipli səkkiznüvəli prosessorla təchiz ediləcək. Qrafik çip “Mali-T880” mikrosxeminə malikdir. Qurğunun yaddaş tutumu istehsalçı tərəfindən 3 giqabayt operativ, 32 giqabayt quraşdırılmış yaddaş göstəricilərinədək genişləndirilib. “Android 7.0 Galaxy J7 2017” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

5

2016-cı ilin son rübündə dünya bazarına təxminən 3,5 milyon planşet tədarük edilib. “Strategy Analytics” tədqiqat şirkətinin məlumatına əsasən, 2016-cı ilin son rübündə dünya bazarına təxminən 3,5 milyon planşet tədarük edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. Həmin bazarın liderləri olan “Apple” və “Samsung” şirkətlərində ikirəqəmli azalma qeydə alınıb. “iPad” planşet qurğularının tədarük həcmi illik hesablama üzrə 19 faiz azalıb (16,1-dən 13,1 milyonadək), “Samsung” şirkətində isə 10 faizlik azalma (9-dan 8,1 milyonadək) qeydə alınıb. Bunun nəticəsi kimi həmin şirkətlərin bazar payı müvafiq olaraq 23,2 faizdən 20,6 faizədək və 12,9 faizdən 12,8 faizədək azalıb. Eyni zamanda, ilk üçlükdə qərarlaşmış “Amazon” şirkəti “Fire” və “Fire HD” kimi ucuz modelləri sayəsində 20 faizdən çox artıma nail olub və 4,2 milyon planşet tədarük edib. Hesabat dövründə ABŞ-ın bazar payı 5 faizdən 6,7 faizədək yüksəlib. “Android” mobil əməliyyat sistemi planşet bazarında liderdir. Ekspertlərin hesablamalarına görə, istehsalçılar ötən rübdə “Google” şirkətinin mobil platforması əsasında 40,3 milyon planşet tədarük ediblər ki, bu da 63 faiz deməkdir. Ötən illə müqayisədə bu göstəricilər 44,9 milyon və 65 faiz səviyyəsində olub. “iOS” platformasının payı isə təxminən 21 faiz qiymətləndirilir.

6

İşığın köməyi ilə çap texnologiyası hazırlanıb. Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyi ilə işıq çapı texnologiyası mətni eyni səthə 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir. Yeni texnologiyanın sirri kənar təsir nəticəsində rəngini dəyişdirən nanozərrəciklərdən ibarət nazik plyonkadır. Şandun Universitetinin alimləri Kaliforniya Universiteti və Lourens Berkli Milli Laboratoriyasından olan həmkarları ilə birgə bu texnologiyanı “işıq çapı kağızı” adlandırıblar. Çap prosesində adətən “rəngsiz fonda göy rəng” yaradılır, çünki belə daha yaxşı oxunulur, hərçənd əksinə də mümkündür. Çap edildikdən sonra yüksək təsvir ölçüsünə malik təsvir sənəd üzərində 5 gün qalır, bundan sonra yavaş-yavaş yoxa çıxır və sənədin fonu göy rəngə çalır. Mətni sürətli silmək üçün kağızı 10 dəqiqə ərzində 120 selsi dərəcəyədək qızdırmaq lazımdır. Yeni texnologiya təbii resurslara xeyli qənaət etməyə imkan verəcək.

7

Slovakiyada 17-ci əsrdən qalma bir sənədin üzərində emosiya ifadəsi olduğu iddia edilən bir şəkil tapıldı. Bu şəklin, dünyanın ən qədim emosiyası olduğu iddia edilir. Slovakiyadakı arxiv idarəçiləri, bu zamana qədər bilinən ən qədim emosiyanı tapdıqlarını iddia edirlər. Ölkənin Trençin qəsəbəsindəki 17-ci əsrdən qalma arxiv sənədləri üzərində kəşf edilən şəkil, gülən üz emosiyasını xatırladır. Mövzu haqqında bir açıqlama verən Trençin arxiv idarəsi müdürü Peter Brindza, 1635-ci ilə aid sənəddə Jan Ladislaides-in imzasının yanında gülən bir üz tapdıqlarını, ancaq simvolun tam olaraq xoşbəxt bir üz kimi olmasada, şəxsin imzaladığı sənəd üzərində məmnuniyətini dilə gətirmək üçün çəkdiyini düşündüklərini ifadə etdi. Yenə də şəkilin “günümüzdə olan emosiyaların atası” ifadəsindəki açıqlamalara təmkinli yanaşan Brindza, sözü gedən gülən üzün dünyanın ən qədim emosiyası olub-olmadığından əmin olmadıqlarını, amma Slovakiya-nın ən qədimlərindən biri olduğunu bildirdi. Bu zamana qədər bilinən ən qədim gülən üz fiqurunun Robert Herrick-in 1648-ci tarixli “To Fortune” adlı şeirində tapıldığını bildirmiş, amma bunun sonradan o dövrlərdə istifadə olunan bir tipoqrafiya xüsusiyyəti olduğunu demişdi.

8

Ortaya çıxan yeni xəbərlərə görə Samsug-un yeni planşeti Galaxy Tab S3, Samsung-un “edge”(curved ekran) ilə birlikdə təqdim ediləcək. Ötən günlərdə ortaya çıxan xəbərlərlə birlikdə Samsung-un yeni admiral gəmisi telefonu Galaxy S8-i fevral ayının sonlarına doğru təşkil olunacaq Mobil Dünya Konqresi (MWC)yerinə Mart ayında özünün keçirəcəyi tədbirdə təqdim edəcəyi və MWC-ni boş keçməmək üçün yeni planşeti Galaxy Tab S3-ü bu mərasimdə təqdim edəcəyini artıq sizə bildirmişik. Ötən günlərdəTab S3-ün texniki xüsusiyyətləri sızdırılmışdı indi isə tabletin dizaynı sızdırıldı. Slash Gear saytı tərəfindən təqdim edilən məlumatlara görə Samsung-un “edge” ekranı Galaxy Tab S3 modeliylə birlikdə planşetlərə də əlavə olunacaq və Samsung, Mobil Dünya Konqresində ilk “edge” ekranlı planşetini təqdim edəcək. Xüsusilə “Apple”-ın hakim olduğu planşet bazarında, üst səviyyədə olan Tab S3 ilə vacib addımlar atmaq istəyən Samsung-un yeni planşeti texniki xüsusiyyətləri baxımından da üstün olacaq. Planşetin bütün real detallarını 26 fevral-da Mobil Dünya Konqresində öyrənəcəyik.

9

Gələn ay təqdimatı gözlənilən Samsung Galaxy S8 barəsində demək olar ki, hər şey məlumdur. Lakin buna baxmayaraq flaqman haqqında yeni məlumatlar çıxmaq da davam edir. İndi isə yeni smartfonun arxa kamerası ilə çəkilmiş ilk fotolar təqdim edilib. Fotolar, smartfonun ikili deyil, bir arxa kameraya sahib olacağını təsdiqləyir. Fotolardakı detallar və rənglərin keyfiyyəti çox yüksəkdir. Qeyd etmək lazımdır ki, Galaxy S8-də, çəkilişin yüksək keyfiyyət səviyyəsi nəinki həssas matrisa və optik sistem vasitəsilə, həmdə Snapdragon 835 prosessorunun köməkliyi ilə həyata keçiriləcək.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register