Tarixdə bu gün
Tarixdə bu gün 7.2.2017-cı il.
1550-ci ilin 7 fevralında III Yuli Roma Papası seçilmişdir.
1678-ci il 7 fevralında Lui Hennepin Niaqara şəlaləsini kəşf edən ilk avropalı olub.
7 fevral 1613-cü ildə I Mixail Rusiya İmperiyasının çarı olmuşdur.
Şimodada Rusiya-Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında “Əbədi sülh və səmimi dostluq” elan edilmişdir. Bu hadisə 1855-ci ilin bu günü baş vermişdir.
7 fevral 1900-cı ildə İngiltərə İşçi Partiyası yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə 1918-ci ilin 7 fevralında başlamışdır.
Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın və Çeçenistanın əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1924-cü ilin bu günü SSRİ və İtaliya arasında diplomatik əlaqələr qurulmuşdur.
Türk yazıçısı və teatr aktrisası Aysel Gürəl 7 fevral 1928-ci ildə Türkiyənin Dənizli şəhərində anadan olmuşdur.
Yaponiya ABŞ-ın Havay adalarındakı “Pearl Harbor” bazasını, Filippin adalarını və Britaniya Malayziyasını 7 fevral 1941-ci ildə bombardman edib.
7 fevral 1962-ci ildə Amerika Birləşmiş Ştatları Kuba ilə olan bütün iqtisadi əlaqələri kəsmişdir.
1965-ci ilin bu günü ABŞ aviasiyası Şimali Vyetnama “Flaming Dart” əməliyyatı çərçivəsində zərbələr endirmişdir.
1971-ci ilin 7 fevralında İsveçrədə qadınlara seçki hüququ verilmişdir.
7 fevral 1972-ci ildə Aya uçan sonuncu amerikan kosmik gəmisi “Apollon 17” fəzaya buraxılıb.
Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, 2010-cu ildə Azərbaycanda “ilin adamı” Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur.
“Kolumbiya” kosmik gəmisi 17 gün, 15 saat, 54 saniyəlik rekordla 11,2 milyon kilometr məsafə qət etdikdən sonra 1996-cı ilin bu günü Floridada yerə enib.
1990-ci ilin bu günü Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirmişdir.
7 fevral 1991-ci ildə Haitinin ilk seçilmiş prezidenti Jan Bertran Aristide öz səlahiyyətlərinin icrasına başlamışdır.
1992-ci ilin bu günü Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri – Maastrix müqaviləsi imzalanmışdır.
1995-ci ilin 7 fevralında ABÇ-ın “Discovery” kosmik gəmisi Rusiyanın “Mir” kosmik stansiyasına birləşmişdir.
1998-ci ilin bu günü Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olmuşdur.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments