Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” şirkəti Birləşmiş Ərəb Əmirliklərində 88,7 min ədəd “iPhone 6S” smartfonunu geri çağırır. Buna səbəb akkumulyatorların qüsurlu olmasıdır. “Apple” BƏƏ-nin İqtisadiyyat Nazirliyinə məktub göndərərək, 2015-ci ilin payızında istehsal olunmuş minlərlə smartfonu istehlakçıların hüquqlarını müdafiə məqsədilə geri çağırdığını bəyan edib. Bildirilir ki, BƏƏ-də istehlakçılar “iPhone 6S” smartfonunun qəfildən sönməsindən şikayətlənib.

1

“Uber” taksi xidməti 30 il NASA-nın elmi-tədqiqat mərkəzində çalışmış təcrübəli aviakonstruktor Mark Muru işə götürüb. Mühəndis M. Mur sərnişinlərin ünvana hava yolu ilə çatdırılması məqsədilə uçan taksilərin yaradılmasını nəzərdə tutan uçan “Uber Elevate” layihəsinə rəhbərlik edəcək. Elektriklə çalışacaq avtomobillər şaquli şəkildə havaya qalxacaq və enəcək. “Uber”in məhsul üzrə direktoru Ceff Holden bildirib ki, hava taksisi saatda 240 km sürətlə hərəkət edəcək. Taksi şəhər küçələri ilə adi avtomobil kimi hərəkət edəcək, lakin istənilən an havaya qalxa biləcək. Maşınlar uçuş zolağına ehtiyac duymadan dron kimi şaquli vəziyyətdə havaya qalxıb, eyni şəkildə enəcək. Layihəni 10 il ərzində tam reallaşdrımaq planlaşdırılır. Qeyd edək ki, “Mercedes-Benz”, “Maybach” və “Smart” brendlərinin sahibi olan “Daimler” avtomobil konserni pilotsuz taksi layihəsinin inkişafı məqsədilə “Uber”lə müqavilə imzalayıb.

2

Mobil telefonların istehsalında ixtisaslaşmış Çin şirkətlərindən biri qəti tədbirlər tətbiq etmək qərarına gəlib. Şirkət rəhbərliyi əməkdaşlarının 90 faizini işdən çıxarıb və onları robotlaşdırılmış-avtomatlaşdırılmış mexanizmlərlə əvəz edib. Çinin “Changying Precision Technology Company” şirkətinin 600-ə yaxın əməkdaşı ixtisara düşüb. Bu şirkətin rəhbərliyi onları robotlar və avtomatlaşdırılmış qurğularla əvəzləmək qərarına gəlib. Hazırda şirkətdə cəmi 60 nəfər çalışır. Şirkətin planlarında daha 20 ştatın ixtisarı var. Müəssisə rəhbərliyi görülən işdən razıdır. Belə qəti tədbirlərin nəticəsi olaraq istehsalı rekord həddə – 250 faizə qədər artırmaq mümkün olub. Zay məhsulların sayı 80 faizə qədər azalıb. Çox güman ki, belə nəticələrə digər Çin şirkətləri də diqqət yetirəcək və yaxın gələcəkdə bu nümunədən istifadə edəcəklər.

3

İlk Amazon Go mağazası 2015-ci ilin dekabr ayında Sietldə 2131 7th Ave ünvanında açılıb. Amazon şirkəti kassa və kassirləri olmayan Amazon Go ağıllı supermarketləri şəbəkəsinin açılması üçün Londonun mərkəzində ticarət nöqtələri axtarışına başlayıb. İlk Amazon Go mağazası 2015-ci ilin dekabr ayında Sietldə 2131 7th Ave ünvanında açılıb. Bu mağaza hələ ki, şirkət əməkdaşları üçün beta-rejimdə işləyir, lakin 2017-ci ildə Amazon mağazanı hər kəs üçün işə salacaq. İstifadəçi alış-verişə başlamaq üçün lazımi tətbiqetməni yükləməli və telefonun ekranından QR-kodu skan etməlidir. Yalnız bundan sonra alıcı istədiyi məhsulu piştaxtadan götürə və gedə bilər. Mağazanın girişində quraşdırılmış xüsusi çiplər məhsulların ştrix kodlarındakı məlumatları hesablayır. Digər texnoloji detallar açıqlanmır.

4

“UBeam” simsiz enerjidoldurma qurğusunun prototipi nümayiş etdirilib. Ultrasəs dalğalarının köməyi ilə hava vasitəsilə cihazların enerji ilə doldurulmasını təmin edən “UBeam” adlı maraqlı texnoloji startapın direktoru Meredis Perri sözügedən texnologiyanı Los-Ancelesdə keçirilmiş “Upfront Summit” sammitində nümayiş etdirib. O, böyük çexola salınmış smartfonu ultrasəs dalğaları saçan böyük ağ qutunun qarşısına gətirdikdə indikator qurğunun enerji topladığını göstərib. Şirkətin lideri, həmçinin xatırladıb ki, enerji doldurmaq üçün çexol nümayiş etdirilmiş prototiplə müqayisədə daha nazik olacaq. Bununla belə layihənin bazara çıxarılma müddəti haqda məlumat yoxdur. Ötürücü aparatın ölçüsünün kiçildilməsi növbəti addım olacaq. Nümayiş zamanı bildirilib ki, yeni qurğunu sikkə ölçüsündə çip daxilində yerləşdirmək mümkün olub. Həmçinin “UBeam” cihazının dəstəklədiyi məsafə və qurğuların siyahısı haqda məlumat verilməyib.

HTC 11-n texniki göstəriciləri ilə sizləri tanış edirik. “HTC”nin bu il içində bazara çıxartmağa hazırlaşdığı HTC 11 modelindən yeni məlumatlar gəlməyə başladı. Sözügedən cihazın prosessoru və yaddaş miqdarı kimi xüsusiyyətləri sızdırıldı. “HTC”nin bu il içərisində bazara 6 ya da 7 yeni ağıllı telefon çıxardacağı təxmin edilir, və bunlardan ən çox maraq edilənlərdən biri də HTC 11 modelidir. Əgər siz də HTC 11 ilə maraqlanırsınızsa cihazın texniki xüsusiyyətlərini bilmək sizləri sevindirəcək deyə düşünürük. HTC 11-in texniki xüsusiyyətləri nələrdir? HTC 11-in Telefon haqqında (About Phone) bölməsindən alınan bir ekran görünüşünə görə cihazın prosessoru Snapdragon 835 SoC və 6 GB–lıq yaddaş həcminə sahibdir. Bu iki məlumatın xaricində cihazın 128 GB-lıq daxili yaddaş sahəsinə, 1556×2550 keyfiyyətinə sahib bir ekrana, Android Nougat 7.12 versiyasına və HTC Sense 9.0-a sahib olaraq gələcəyini öyrənmiş olduq. Təbii ki, bu məlumatların “HTC” tərəfindən təsdiq olunmadığını və HTC Sense 9.0 ilə Nougat 7.12 versiyasının birlikdə istifadəsinin biraz qəribsənəcək bir vəziyyət olduğunu da xatırlatmağımız lazımdır.

5

Asus-un bu il təqdim edəcəyi yeni canavarı ZenFone 4-ün ilkin detalları ortaya çıxdı. ZenFone 2 ilə zirvəyə çıxmağa çalışan, ancaq Intel prosessorunun qəzəbinə rast gələnAsus, ZenFone 3-də isə yüksək səviyyə model yerinə orta səviyyə bir ZenFone 3 ilə qarşımıza çıxmışdı. İndi isə işini sağlama alaraq, Samsung Galaxy S8, LG G6, HTC 11 kimi telefonlara rəqib olmaq istəyən Asus, ZenFone 4-ün hazırlıqlarını sonlandırmağa çox yaxındır. Böyük ehtimalla Mobil Dünya Konqresin-də xüsusi bir təqdimat ilə təqdim ediləcək olan Asus ZenFone 4-ün GFX Bench-ə düşən detallarına görə telefon bu səfər 5.7 inç böyüklüyündə və 2K ekran keyfiyyətinə sahib bir telefon olacaq. Qualcomm Snapdragon 820 prosessoru, Adreno 530 qrafik prosessor vahidi, 6GB RAM və 64GB yaddaş sahəsi ilə gələcək olan cihaz, 21MP arxa və 8MP ön kamera ilə yanaşı Android 7.0 Nougat ilə qutudan çıxacaq. Təbiiki bu sadəcə ZenFone 4-ün xüsusiyyətləridir. Bunun yanında ZenFone 4 Zoom, ZenFone 4 Laser, ZenFone 4 Max və ZenFone 4 Deluxe kimi versiyaların da hər il olduğu kimi bu dəfə də gələcəyini güman edirik.

6

Hər bir qulaqlıqların əsas özəlliklərindən biri onların səsizolyasiyalarıdır. Lakin təəssüflər olsun ki, istehsalçılar çox zaman bu özəlliyə önəm yetirmirlər. Nəticə etibarı ilə insanlar kənar səslərin də iştirakı ilə musiqiyə qulaq asırlar. Görünür “Apple” şirkəti bu vəziyyəti daha da pisləşdirmək istəyir. Məsələ burasındadır ki, şirkət, xüsusi ikirejimli qulaqlıqların patentini əldə edib. İstifadəçi istədiyi vaxt onları adi qulaqlıqlar kimi və ya səsgücləndiricilər kimi istifadə edə biləcək. Səsgücləndiricilər çox adamlar da olmur. Lakin qulaqlıqlar hamıda mövcuddur. “Apple”ın fikrincə sözügedən qulaqlıq, daha gur tərzdə musiqiyə qulaq asmaq üçün yaxşı portativ cihaz ola bilər. Şirkət tərəfindən patentləşdirilmiş cihaz, iki fərqli hissədən ibarətdir. Həmin iki hissə isə öz yerdəyişməsindən asılı olaraq səs siqnalının çıxış mənbəyini dəyişə bilir. Xüsusi sensorlar müəyyən edəcəklər ki, qulaqlıqlar həqiqətən də qulaqda yerləşir yoxsa yox. İstifadəçi, qulaqlığı taxdığı halda standart səs rejimi, çıxartdığı halda isə daha güclü səsgücləndirici rejimə keçid edir. Bundan əlavə olaraq istifadəçi özü düymələrin vasitəsilə bu iki rejim arasında keçidi reallaşdıra bilər. Sözügedən patentin reallaşdırılması barəsində isə hələki heç bir məlumat yoxdur.

7

Samsungun 2017-ci ildə təqdim edəcəyi 5.7 inç ölçüsünə sahib olan bir telefonu daha GFX Bench-də ortaya çıxdı. Samsung-un bir neçə aya bazara çıxardacağı S8 maraqla gözlənilərkən, eyni zamanda digər maraqla gözlənilən telefonu da Galaxy Note 8 olacaq. Ötən il yaşanan problemlərdən sonra Note seriyasını dayandırmaq yerinə davam etdirmək qərarı alan Samsung-un Note 8-də təqdim edəcəyi yeniliklər maraqla gözlənilir. Əlavə olaraq Galaxy A və Galaxy J seriyasını da yeniləyəcək olan Samsung tərəfindən bir telefon daha ortaya çıxdı. GFX Bench-də görülən yeni telefon SM-G615F model koduna sahibdir. Xüsusiyyətləri isə bunlardır: 5.7 inçlik Full HD bir ekrana sahib olan cihazda MediaTek MT6757 prossessoru ilə Mali-T880 MP2 qrafik prosessor mövcud olacaq. 3GB RAM və 32 GB yaddaş ilə dəstəklənən SM-G615F, 13MP kamerasını isə həm öndə həm də arxada yerləşdirəcək. Android 7.0 Nougat ilə qutudan çıxacaq telefonda GFX Bench tərəfindən edilən testlərdə tək nüvəli prosessorda 840, çox nüvəli prosessorda isə 3426 xal aldığı görüldü. Təxminlərə görə Galaxy On7-nin 2017 versiyası olacaq cihazda NFC və barmaq izi oxuyucusu olmayacaq.

8

Selfi çəkmək son zamanlar bütün dünyada geniş yayılıb. Hətta günün bir neçə saatını selfi çəkməyə həsr edən insanlar var. Selfi çəkən zaman çoxları, xüsusən də qızlar “victory” (zəfər) işarəsi tuturlar. Lakin bu, çox təhlükəli ola bilər. Belə ki, yaponiyalı mütəxəssislər müəyyən ediblər ki, əgər foto effektlidirsə, hətta 3 metr uzaqlıqdan belə çəkilən şəkildən barmaq izini götürmək mümkündür. Bundan isə kibercinayətkarlar istifadə edirlər. Onlar barmaq izi vasitəsi ilə məlumatlarınızı oğurlaya bilərlər. Qeyd edək ki, hələ ki, belə bir hal baş verməsə də, tezliklə baş verəcəyi ehtimal olunur.

9

“Facebook” sadəcə sosial şəbəkə deyil, həm də kiçik olmayan gəlirlər əldə edən nəhəng bir şirkətdir. “Facebook”un populyarlığı mütəmadi olaraq artır və fakt danılmazdır. Gündəlik olaraq “Facebook”dan istifadə edən istifadəçilərin sayı illik müqayisədə 18 faiz artıb. Sistemə mobil cihazlar vasitəsilə daxil olan istifadəçilərin sayında da 23 faiz artım qeydə alınıb. Sosial şəbəkədən dünya əhalisinin dörddə biri istifadə edir ki, bu gün onların sayı 1 milyard 860 milyon nəfər təşkil edir. “Facebook”un əsas gəlirləri reklamlardandır. 2016-cı ildə şirkətin reklamdan əldə etdiyi gəlirlərin həcmi 2015-ci illə müqayisədə 57 faiz artıb. Bununla belə, reklamdan əldə edilən aylıq ümumi gəlirin həcminin 84 faizi smartfon və planşet istifadəçilərindən əldə edilib.

10

Təqdimatı ötən ilin sentyabrında nəzərdə tutulan “Samsung Galaxy Tab S3” planşet kompüterinin buraxılışı 2017-ci ilin birinci yarısına təxirə salınıb. Hazırda planşetin fevralın 26-da “Mobile World Congress 2017” sərgisi çərçivəsində nümayiş ediləcəyi məlumdur. Bundan əvvəl verilən məlumata görə, korpusunun qalınlığı 5,6 mm təşkil edəcək qurğunun 2048×1536 piksel təsvir ölçülü 9,7 düymlü “AMOLED” ekran, “Snapdragon 820” prosessoru, 4 giqabayt operativ yaddaş, barmaq izi skaneri, “USB Type-C” çıxışı, 5 870 milliamper/saat tutumlu akkumulyator və “Android 7.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Bu dəfə isə internetdə “Galaxy Tab S3” planşetinin “Galaxy S7 Edge” smartfonunda olduğu kimi, yan tərəflərə bükülən ekrana malik olmasını göstərən ilk şəkili yerləşdirilib. Bildirilir ki, bükük ekranlı smartfonlar artıq adi əşyaya çevrilsələr də, oxşar planşetlər bunadək istehsalçılar tərəfindən buraxılmayıb. İstifadəçinin “Edge” istehsal xəttindən olan smartfonlarda olduğu kimi, müxtəlif funksiya və əlavələrdən tez istifadə üçün yan tərəfdə yerləşən menyunu aça biləcəyi ehtimal edilir.

11

Müəllif: Amil Məmmədov

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register