Tarixdə bu gün

Tarixdə bu gün 8.2.2017-cı il.
Monqol hökmdarı Hülaku xan 8 fevral 1265-ci ildə dünyasını dəyişib.
1587-ci ilin 8 fevralında Şotland kraliçası Mariya Stüart edam edilib.
Rus çarı I Pyotr 8 fevral 1725-ci ildə dünyasını dəyişib.
İngilis fizik İssak Nyuton 1672-ci ilin 8 fevralında “İşığın təbiəti haqqında” tədqiqatını açıqlayıb.
Romanovlar sülaləsindən ikinci rus çarı Aleksey Mixayloviç Romanov 8 fevral 1676-cı ildə dünyasını dəyişib.
Rus qoşunu 8 fevral 1828-ci ildə Ərdəbili işğal edib.
Fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri Jül Vern 8 fevral 1828-ci ildə Fransanın Nant şəhərində doğulub.
Dünyaca məşhur Rus kimyaçısı Mendeleyev 1834-cü ilin bu günü anadan olub.
Sovet kinorejissoru, rəssam və ssenari müəllifi, SSRİ Xalq Artisti İvan İvanov-Vano 8 fevral 1900-cü ildə anadan olub.
1904-cü ilin bu günü Yaponlar Port-Artura hücum edib. Bununlada Rus Yapon müharibəsi başlayıb.
1918-ci ilin 8 fevralında Gürcüstanın məşhur unversitetlərindən biri olan Tiflis Dövlət Universiteti təşkil edilib.
8 fevral 1930-cu ildə Vatikan Sovet İttifaqında xristianların təqib edilməsinə etiraz edib.
1963-ci ilin 8 fevralında Əbdülsalam Arifin başçılıq etdiyi BƏƏS partiyası İraqda hakimiyyəti ələ keçirib.
Amerika kosmos stansiyası Skylab kosmosda 84 gün keçirdikdən sonra 1974-cü ilin bu günü dünyaya döndü.
Ukrayna “NATO ilə əməkdaşlığa dair çərçivə Sazişi”ni 8 fevaral 1994-cü ildə imzalayıb.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments