Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu ilin yanvar ayında Böyük Britaniya ərazisində 7 279 elektromobil və hibrid avtomobilləri qeydiyyata alınıb. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə təxminən 20 faiz çoxdur. Ötən ilin yanvar ayında bu göstərici 6 072 maşın olub. Bununla da Birləşmiş Krallıqda belə avtomobillərin satışı üzrə yeni rekord qeydə alınıb. Müqayisə üçün bildirək ki, həmin müddət ərzində 78 min dizel mühərrikli və 88 min benzin mühərrikli avtomobil satışı həyata keçirilib. Alternativ yanacaq mənbəli avtomobillər Böyük Britaniyada bu ilin yanvar ayında satılan yeni avtomobillərin ümumi sayının 4,2 faizini təşkil edir. Bundan öncəki rekord 3,6 faiz olub və ötən ilin noyabr ayında qeydə alınıb. Elektromobillərə olan maraq artmaqda davam edir. “Chevrolet Bolt” və “Tesla Model 3” modelli daha da əlçatan maşınlar bu növ maşınların satışını artırmalıdır.

1

“Sanalys” analitik şirkəti iddia edir ki, ötən rüb ərzində “ağıllı” saatların satışı 9 milyon ədədi keçib. Bunlardan 6 milyon ədədi “Apple Watch” olub. “Apple Watch” satışlarının artımı ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz olub. “Ağıllı” saatlar “Apple” korporasiyasına ötən rüb 2,6 milyard dollar gəlir gətirib və bazarın təxminən 80 faizini tutub. Analitiklərin qiymətləndirməsinə görə, bir il ərzində “Apple Watch”un ümumi satışları 50 faiz artıb və 11,9 milyon ədəd təşkil edib. Həmçinin bildirilir ki, dördüncü rübdə “Xiaomi” 5,5 milyon ədəd “Mi Band” “ağıllı” qolbağı satıb ki, bu da şirkət üçün yeni rekorddur. Bu günlərdə “Strategy Analytics” şirkəti məlumatlarını dərc edib. Bu hesabata əsasən, 2016-cı ilin dördüncü rübündə 8,2 milyon ədəd “ağıllı” saat satılıb. Onlardan 63,4 faizi və ya 5,2 milyon ədədi “Apple Watch” təşkil edib.

2

Massaçusets Universitetinin elmi əməkdaşları internet istifadəçilərinin sosial şəbəkədəki dərc etdikləri məlumatlar və seksual həyat arasında əlaqəni müəyyən ediblər. Tədqiqat zamanı alimlər 220 mindən artıq akkauntu təhlil edib və şəbəkə istifadəçilərini sorğuya cəlb ediblər. Müəyyən edilib ki, selfi sevərlər özlərinin intim həyatından qane olmayanlardır. Rəyi soruşulanların 82 faizi şəxsi həyata malik deyil və ya intim münasibətlərin çatışmazlığından əziyyət çəkir. Bu isə qadınlar üçün xarakterikdir. Kişilər arasında bu göstərici 60 faizə bərabərdir. Mütəxəssislər hesab edirlər ki, peyzaj, təbiət, dəniz, dağlarla şəkillər dərc etmək o deməkdir ki, onlarda hər şey çox yaxşıdır. O, öz tərəf müqabili ilə harmoniyada yaşayır. Həmçinin alimlər müəyyən edib ki, uşaq şəkillərinin dərc edilməsi isə onu sübut edir ki, intim münasibətlər sağlamlığı dəstəkləmək üçün bir vasitədir. Əgər istifadəçilər ancaq heyvan şəkillərini paylaşırlarsa, demək, onlar “seksual akula”dır.

3

“Twitter” şirkəti sosial şəbəkədə təhqir və aqressiyanın qarşısını almaq üçün səylərini artırdığını açıqlayıb. Şirkət artıq bu istiqamətdə addımlar atıldığını bildirib. Məsələn, platforma əvvəl sosial şəbəkədə özünü pis aparmış adamları identifikasiya edəcək, onların yeni səhifələr yaratması əngəllənəcək. Bundan başqa, şirkət “təhlükəsiz axtarış” funksiyası tətbiq etmək fikrindədir. Bu, təhlükəli informasiya ehtiva edən “tvit”ləri, eləcə də blok olunmuş istifadəçilərin “tvit”lərini axtarış nəticələrindən silməyə imkan verəcək. Bu cür “tvit”lər şəbəkədə qalsa belə, onlar axtarış zamanı görünməyəcək. “Twitter” həqarət olan və müəyyən səviyyəyə uyğun gəlməyən cavabları aşkarlayaraq siləcəyini də bəyan edib. Məqsəd vacib və səviyyəli diskussiyalara şərait yaratmaqdır. Qeyd edək ki, son illər “Twitter” digər sosial platformalardan, xüsusən “Facebook”dan geri qalır. İstifadəçilərin sayı azalmağa davam edir. Şirkət öz personalını ixtisar etməyə məcbur olub. Hətta “Twitter”in satışı da gündəmə gəlib, lakin baş tutmayıb.

4

“Boston Retail Partners” şirkətinin analitiklərinin keçirdiyi tədqiqata əsasən, “Apple Pay” ABŞ-da ödəniş xidmətləri arasında ən populyarı olub. Hazırda bu ölkədə pərakəndə satıcıların 36 faizi kupertinyalıların xidmətini dəstəkləyir. Bundan öncə isə lider mövqeyini tutan “PayPal”ı 34 faiz dəstəkləyirdi. Burada ancaq Şimali Amerikanın 500 aparıcı pərakəndə satış müəssislərindən əldə edilmiş məlumatlar nəzərə alınıb. ABŞ kimi bir dövlət üçün bu o qədər də geniş sorğu deyil. Bu üzdən “Apple”in ABŞ-ın ən iri ticarətçiləri arasında lider olduğunu demək daha dəqiq olardı. Rəyi öyrənilən “Apple Pay” ödəniş sistemini dəstəkləməyən 22 faiz ticarətçi bildirib ki, bu il ərzində vəziyyəti dəyişmək niyyətindədirlər. Daha 11 faiz isə üç il ərzində bunu etməyi planlaşdırır. Rəyi öyrənilənlərin 31 faizinin isə hələlik buna bənzər planları yoxdur – gözləməyi və baxmağı üstün bilirlər. Müqayisə üçün bildirək ki, “Android Pay”ı rəyi öyrənilən satıcıların 24 faizi dəstəkləyir. Onlardan 18 faizi son bir ildə, 13 faizi isə 3 il ərzində bu ödənmiş sistemini dəstəkləyib. “Samsung Pay”ının göstəriciləri isə müvafiq olaraq 18 faiz, 11 faiz və 7 faiz təşkil edir.

5

İnternetdə “Samsung Galaxy S8” flaqman smartfonunun işlək vəziyyətdə ilk fotosu yayılıb. Foto Çinin “Weibo” sosial şəbəkəsində ortaya çıxıb. Fotoda cihazın yalnız bir hissəsi görünür, lakin ekranın ön panelin 90 faizini tutduğunu müəyyənləşdirmək çətin deyil. Gözlənildiyi kimi, displey iki tərəfdən maili şəkildədir. Home düyməsi yoxdur. Cihaz “Mini Jack” qulaqcıqları üçün standart qoşulma yeri və USB-C üçün “yuva” ilə təchiz edilib. İlkin informasiyaya əsasən “Galaxy 8” iki modifikasiyada buraxılacaq: 5,8 və 6,2 ekran ölçülü. Smartfonun “Qualcomm Snapdragon 835” prosessoru ilə təchiz olunacağı, 6 GB operativ yaddaşa və 12 meqapiksel kameraya malik olacağı gözlənilir.

6

Rusiyada məşhur “YouPorn” saytına qoyulan qadağa götürülüb. Bu barədə “Roskomnadzor”un (Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmət) tvitter səhifəsində məlumat yerləşdirilib.  Qeyd edək ki, Rusiyada məşhur pornosayta giriş 2016-cı ilin sentyabrından bloklanmışdı.

7

“YouTube” mobil yayımlara başladı. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “YouTube” şirkəti servisin mobil əlavəsində birbaşa yayım funksiyasını istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Yeni funksiyadan əvvəlcə 10 mindən çox abunəçisi olan bütün yayım müəllifləri, gələcəkdə isə servisin digər istifadəçiləri yararlanacaq. Məlumata görə, birbaşa efirə çıxmaq üçün müəllifin proqramı açaraq qeydetmə düyməsini basması tələb olunur. Yayımların hamısı sonradan baxılmaq üçün saxlanılacaq. Axtarış vasitəsilə tapılacaq yayım qeydləri, həmçinin tövsiyə olunan video bölməsinə daxil ediləcək. Video interfeysində proqram tərtibatçıları efiri ictimai və ya xüsusi edə, abunəçiləri onun başlanma vaxtı və çatın qoşulması barədə məlumatlandıra biləcəklər. Əvvəllər bütün yayımları “Creator Studio” vasitəsilə yalnız təsdiq edilmiş kanal sahibləri apara bilirdilər. “YouTube” əlavəsində birbaşa yayım funksiyasının istifadəyə veriləcəyi barədə ilk dəfə 2016-cı ilin iyununda məlum olub. Bu ilin yanvarında “YouTube” müəlliflərə yayımlar vasitəsilə qazanc əldə etməyə imkan verən “Superçat” funksiyasını işə salıb.

8

Dünyanın məşhur mesajlaşma şəbəkəsi “WhatsApp‍”a bezdirici özəllik gəlir. Yenilik “WhatsApp‍” statusları ilə bağlıdır. Belə ki, yeni özəlliyə əsasən, artıq favoritlər siyahısında olan şəxs statusunu dəyişərsə, qarşı tərəfə bu barədə bildiriş göndəriləcək. Bu funksiya feysbukdakı “closeup friends notification” ilə oxşarlıq təşkil edəcək. Bu yenilik əksəriyyət üçün maraqlı gəlsə də, ümumilikdə götürsək, bezdirici olacaq. Yeniliyin nə zaman tətbiq ediləcəyi bəlli deyil.

9

Yeni “HTC” smartfonu “Snapdragon 835” prosessoru ilə təchiz edilə bilər. İnternetdə Tayvanın məşhur “HTC” şirkətinin gələcək qabaqcıl “HTC 11” smartfonunun texniki xüsusiyyətlərini əks etdirən fotoşəkil yayılıb. Əgər məlumat doğru olarsa yeni qurğu istifadəçiləri “Snapdragon 835” prosessorunun quraşdırılması sayəsində yüksək məhsuldarlığı ilə sevindirəcək. Məlumata görə, “HTC 11” smartfonu “HTC Sense 9.0” interfeysli ən yeni “Android 7.12” əməliyyat sistemi ilə təchiz ediləcək. Qurğunun məhsuldarlığını “Qualcomm” şirkətinin istehsalı olan ən müasir “Snapdragon 835” prosessoru təmin edəcək. Operativ yaddaşın tutumu 6 giqabayt, quraşdırılmış yaddaşın tutumu isə 128 giqabayt təşkil edəcək. Yaddaşın, həmçinin “MicroSD” kartı vasitəsilə genişləndirilməsi mümkün olacaq. Bir müddət əvvəl “HTC” əsas fərqləndirici cəhəti əlavə ekran olan “U Ultra” smartfonunu təqdim edib. Qurğuda prosessor qismində kifayət qədər güclü olsa da, “Snapdragon 835”dən geri qalan “Snapdragon 821” çipi çıxış edir. Qeyd edək ki, “Snapdragon 835” prosessoru “Qualcomm” və “Samsung” şirkətlərinin birgə istehsalı olmaqla 10 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Prosessorda maksimum 2,45 giqahers takt tezlikli səkkiz “Kryo 280” nüvəsi quraşdırılıb. Prosessor “Adreno 540” qrafiki sürətləndiricisi və nəzəri baxımdan məlumatları saniyədə 1giqabit sürətində ötürə bilən “X16 LTE” modemi ilə birlikdə işləyir.

10

Bitki mənşəli maddələr əsasında “DVD” və “BluRay” formatlarını üstələyən daşıyıcı yaradılıb. “Rostex” şirkətinin tərkibinə daxil olan “Roselektronika” holdinqinin mütəxəssisləri tərəfindən bitki mənşəli maddələr əsasında yaradılmış optik məlumat daşıyıcısı “CD”, “DVD” və “BluRay” formatlarını üstələyir. “Yeni hazırlanmış məlumat daşıyıcıları tutumuna, oxuma sürətinə görə mövcud “CD”, “DVD” və “BluRay” formatlarını üstələyir” – şirkətin nümayəndəsi deyib. Yığcam disk şəklində hazırlanmış yeni daşıyıcıda saxlanılan informasiyanın ümumi tutumu 1 terabayt, oxuma sürəti saniyədə 12 qiqabit ola bilər, halbuki standart “BluRay” formatında müvafiq göstərici 50 qiqabayt və saniyədə 576 meqabitdir. Bitki mənşəli maddələr əsasında yaradılmış daşıyıcıda informasiyanın yazılması prinsipi mövcud optik disklərdə olduğundan fərqlidir.

11

Samsung, Galaxy S8 ilə olduqca iddialı gəlir. Bu il istifadəçilərin qarşısına yeni S modeli ilə çıxacaq olan Samsung, Galaxy S8 ilə bir çox yeniliyi istifadəçilərə təqdim etməyə hazırlaşır. Samsung-un səsli assistenti 7-8 dil dəstəkləyəbilər! Galaxy S8 ilə birlikdə istifadəçilərə bu il yeni bir virtual assistent təqdim olunacaq. Gələn şayiələrə görə, yeni S modelində olacaq olan Bixby adlı virtual şəxsində 7 və ya 8 dil dəstəkləndiyi iddia edilir. Google Pixel-in virtual assistentindən daha çox dil dəstəklənəcəyi təxmin edilən, Bixby İngilis, Koreya və Çin olmaq üzrə 7 ilə 8 dili dəstəkləyəcəyi gözlənilir. Koreyalı xəbər qaynağından gələn xəbərlərə görə, yeni səsli assistentinin dəstəkləndiyi dil variantlarını artıraraq, Samsung daha çox istifadəçiyə virtual assistent təcrübəsi təqdim etmək istəyir. Amma belə baxdığımız zaman Apple-ın səsli assistenti Siri, 20 dil dəstəkləyir. Dünyanın hər yerindəki istifadəçilərə virtual assistent təcrübəsi bəxş edən Apple, rəqiblərinə bu məsələdə olduqca nümunə oldu.

12

Amerikanın texnologiya nəhəngi Super Bowl keçmiş reklamlarında həddən artıq brendləri şişirtmiş və bəzən siyasi motivləri də öz reklamlarında büruzə vermişdi. ABŞ-ın indiki vəziyyətdə siyasi arenada bir xeyli qarışıqlıq yaradıb. Super Bowl isə dünyadakı mənasız hadisələri unutdura biləcək möhtəşəm bir təşkilatdır. ABŞ-in və dünyanın texnologiya nəhəngi Apple reklamları isə izləyən insana sülh və rahatlıq içində yaşamağı xatırlatdı. Artıq iPhone 8 üçün geri sayım başlayıb, lakin Apple Super Bowl vasitəsi ilə iPhone 7 və iPhone 7 Plusı bir daha bizə xatırlatdı. Cupertino reklam şirkətinin hazırladığı iPhone 7 reklamı 15 ölkədə yayımlandı.

5G-dən 10 qat daha sürətli kabelsiz internet texnologiyası tanııdıldı. Admin  2017-02-08 18:04:19 internet 5G-dən 10 qat daha sürətli kabelsiz internet texnologiyası tanııdıldı . 5G ( 5-ci nəsil ) texnologiyasının 2020-ci ildə istifadəyə verilməsi gözlənilir. Lakin kabelsiz əlaqə texnologiyasında çalışmalar davam edir. Yapon mühəndisləri 5G dən 10 qat sürətli yeni bir şəbəkə yarada bildilər. Bu şəbəkə 300GHz kanalından istifadə edərək saniyədə 100 Gigabit sürətinə çata bilir. Bu yeni texnologiya üzərin və dəki araşdırmalarda Xiroşima Universiteti, Beynəlxalq İnformasiya və Rabitə Texnologiya İnstitu və Panasonic şirkəti iştirak edir.  Bu texnologiya mövcud 4G LTE texnologiyasından 1000 dəfə sürətlidir. Təəsüfki, yeni texnologiyanın tətbiqi üçün bir xeyli gözləmək lazım gələcək.

13

Məşhur YouTube videoservisinin komandası, mobil telefon vasitəsilə canlı yayım funksiyasının əlavə olunduğunu elan edib. Bundan sonra mobil telefon vasitəsilə canlı yayım funksiyası hamı üçün aktiv olacaq. Sözügedən funksiya, servisin mobil tətbiqinə inteqrasiya olunub. Canlı yayıma başlamaq üçün sadəcə olaraq buna görə nəzərdə tutulmuş düyməyə klikləmək lazımdır. Hal-hazırda yeni funksiya yalnız 10.000 izləyicisi olan istifadəçilər üçün aktiv olsa da, yaxın zamanda hamı üçün təqdim ediləcək. Bundan əlavə olaraq YouTube-da daha geniş Super Chat özəlliyi əlavə olunacaq. Qeyd etmək lazımdır ki, keçən ay YouTube-a ödənişli şərhlər funksiyası əlavə edilmişdi. İndi həmin funksiya daha 20 ölkə üçün aktiv edilib. Ödənişli şərh vasitəsilə yazılmış şərh, çatın yuxarı hissəsində müəyyən vaxt ərzində xüsusi rəngdə qalır. İstifadəçinin isə hansı ölkədə yaşamasından asılı olaraq şərhlərin qiymətləri dəyişir.

Moto G5 Plus-ın xüsusiyyətləri təqdim olunub. Mobile World Congress (MWC) sərgisinin başlamasına az müddət qalmış, sızıntılar sürətli şəkildə davam edir. Sızıntıların bugünkü hədəfi “Motorola”nın Moto G5 Plus modeli oldu və bir çox xüsusiyyətləri ortaya çıxdı. Reddit-də ortaya çıxan qeydlərdəki iddialara görə, Google+ sosial şəbəkəsində Moto G4 qruplaşmasına üzv olan biri, Moto G5 Plus-ı ələ keçirməyi bacarıb. Lakin cihaz haqqında tam məlumat verməməyi seçmiş kimi görünür. Şəkillərdə gördüyünüz cihazın da Moto G5 Plus-a aid olduğu iddia edilir. Sızıntıların mənbəyi Google+ oldu! Sözügedən adam, cihazda Fm Radio ilə rəqəmsal TV kimi xüsusiyyətlərin olduğunu və cihazın artıq nano-SIM istifadə edəcəyini bildirib. Əlavə olaraq smartfonun, 5.2 inç ekrana, 12 MP-lik “Rapid Focus” kameraya, barmaq izi skanına, NFC dəstəyinə və son olaraq da TurboPower dəstəkli 3.000 mAh enerji tutumlu batareyaya sahib olacağıda iddialar arasında yer alır. “Motorola” hansı səbəbə görə G5 Plus modelində 5.5 inç ekrandan istifadə etməyib? Bunun səbəbi əslində çox sadədir. Çünki firmanın bir digər cihazı Moto Z Play, Moto G5 Plus ilə eyni xüsusiyyətlərə malik olub və 5.5 inç ekran ilə bazara çıxacaq. Təbii olaraq da “Motorola”nın birəbir eyni xüsusiyyətlərə sahib iki fərqli telefonu bazara çıxarması məntiqli olmayacaqdı. Çünki firma bu vəziyyətdə öz-özü ilə bir rəqabətin içinə girəcək və zərərə uğrayacaqdı. Bu vəziyyətin qarşısını almaq üçün də ekran ölçülərində dəyişiklik edilib.

14

Çinli bir startup olan WPG, qrafen texnologiyası ilə yeni bir powerbank istehsal etdi. 10 dəqiqədə 5000 mAh enerji toplayan cihazın istehsalı üçün crowdfunding üsulu ilə pul toplanılır. Çinlilər yerlərində dayanmırlar. Huawei-nin Watt laboratoriyaları ilə birlikdə rəsmiləşdirdiyi qrafen əsaslı mobil cihaz batareya sınaqları, hərkəsin diqqətini cəlb etmişdi. İstifadəçilər firmanın uzun müddət dözümlü batareyalarını gözləyərkən yeni bir firma olanWPG, yenə qrafen texnologiyası ilə hazırlanmış powerbank-ı bazara çıxartmağa hazırlaşır. Kiçik bir startup olan WPG-nin, icad etdiyi powerbank-ları ticariləşdirmək üçün sərmayəyə ehtiyacı var idi. Jindong-da crowdfunding üçün siyahıya qoyduqları məhsullar üçün təyin olan hədəf 100.000 yuan idi. Ancaq bu sürətlə reallaşdı, hətta 100.000-i keçdi belə. 216.810 yuan toplayan firmaya dəstəklər qarşıdaki 11 gün ərzində davam edəcək. Powerbank-ın10 dəqiqədə 5000 mAh şarj etmə xüsusiyyəti istifadəçilərə təsir etdiyindən, onlar bu qədər çox dəstək toplaya bildilər. İnkişaf etdirdikləri powerbank-ın 1000mAh həcmli bir versiyası və 12V/5A sürətli şarj xüsusiyyətinə sahib bir versiyası da mövcuddur. 5V/3A, 9V/2A və 12V/1.5A kimi versiyaları da olan cihazın verdiyi maksimum güc 18W-dur. Bütün bu xüsusiyyətləri ilə yanaşı həddindən artıq istiləşmə problemini də aradan qaldıran qrafen texnologiyası, həqiqətəndə böyük üstünlük təşkil edir. WPG Graphene mobil powerbank;gümüşü, qara, qızılı və çəhrayı rəng seçimləri olaraq istifadəçilərə təqdim olunacaq. Crowdfunding-in sonlanmasından etibarən məhsulun tam qiymətinin açıqlanması gözlənilir.

15

AirPods yerinə yenə Apple istehsalı və W1 çipinə sahib bir alternativ axtarırsınızsa BeatsX naqilsiz qulaqlıqları çox yaxın zamanda bazara çıxacaq. Apple tərəfindən sentyabr ayında iPhone 7 ağıllı telefonlarının və AirPods naqilsiz qulaqlıqların təqdim edildiyi mərasimdə eyni zamanda BeatsX naqilsiz qulaqlıqları da təqdim edilmişdi. Yanvar ayında bazara satışa çıxçması gözlənilən BeatsX, nəhayətki bir aylıq gecikmənin ardınan istifadəçilərə təqdim olunacaq. 2014-cü ildən bu yana Apple-ın tərkibində əməliyyatlarını davam etdirən Beats, BeatsX naqilsiz qulaqlıq modelinin 10 fevral tarixində bazara satışa çıxaracağını açıqladı. Məhsul ilk olaraq ABŞ bazarında satışa çıxacağı təxmin edilir. İlk olaraq qara və ağ rəng variantları ilə çıxacaq olan BeatsX-lər daha sonra isə mavi və boz ilə birlikdə iki rəng variantı daha təqdim edəcək. Apple-ın online və pərakəndə mağazaları ilə yanaşı, səlahiyyətli satıcılarında da rəflərə çıxacaq olan məhsulun 150 dollarlıq qiymət etiketi olacaq. BeatsX naqilsiz qulaqlıqların, AirPods modellərində də istifadə olunan Apple W1 çipi ilə hazırlandığını da bildirmək lazımdır. Bunun sayəsində iPhone, iPad, Apple Watch və Mac-lər ilə problemiz bir şəkildə əlaqə qura bilən qulaqlıqlar 8 saatlıq batareya ömrü təmin edir. Əlavə olaraq, Fast Fuel adı verilən şarj texnologiyası ilə 5 dəqiqəlik şarj, istifadəçisinə 2 saatlıq istifadə təmin edə bilir. Tamamilə naqilsiz olan AirPods ilə müqayisə etmiş olsaq, BeatsX modelində iki qualqlıq arasında bir naqil əlaqəsi mövcuddur. Flex Form boyun bantı adı verilən bu dizayn, xüsusu ilə AirPods qulaqlıqları çıxarıldığında hara qoyacağını və itmə ehtimalını düşünənlər üçün BeatsX-i üstün bir seçim halına çevirir. Əlavə olaraq, qulaqlıqların maqnetik olaraq sanki bir birlərinə yapışdığını və boynunuzdan düşməsinin olduqca çətin olduğunu da bildirmək lazımdır.

Çəkilən ilk şəkil və ya videolardan bu yana bir çox insan və qurumun xəyalı olan bir texnologiya, Google komandası sayəsində gerçək olur. Xüsusiylə elmi-fantastika və dedektiv filmlərində tez-tez gördüyümüz, bulanıq görünüşü yaxşılaşdırma texnologiyası, Google sayəsində artıq xəyal olmayacaq. Google komandasının yeni inkişaf etdirdiyi bir alqoritm vasitəsilə, aşağı keyfiyyətli və bulanıq görünüşləri yaxşılaşdırmaq mümkün olacaq. Cinayətkar axtarışından köhnə şəkillərin yaxşılaşdırılmasına qədər bir çox fərqli sahədə istifadəsi nəzərdə tutulan bu texnologiya necə işləyir? Hər birimizin bildiyi kimi aşağı keyfiyyətli şəkillərdəki əsas problem dəqiq bir görünüş əldə edə bilməyəcək qədər az piksel olmasıdır. Bu yeni inkişaf etdirilən alqoritm, hər bir pikselin ətrafına gələ biləcək olan rəng kodları təxmin edilərək ümumi keyfiyyəti artırmağa imkan yaradır. Bununla da aşağı keyfiyyətdəki şəkilləri, əhatə etdiyi adamları və obyektləri başa düşüləcək qədər yaxşılaşdırmaq mümkün olacaq. Bir çox adam və ya qurumun gözlədiyi bu proqram, təəssüf ki hələ hazırlanma mərhələsindədir. Bu proqramın nə zaman istifadəyə veriləcəyi haqqında təəssüf ki bir məlumat yoxdur.

16

Səbirsizliklə gözlənilən yeni Galaxy A seriyası artıq Bakıda satışa buraxılıb. İnanılmaz dərəcədə sevimli və cəlbedici reklam çarxı ilə bir vaxtda işıq üzü görən bu smartfonlar öz nəzərəçarpan xüsusiyyətləri ilə, sözsüz ki, tezliklə paytaxt sakinlərinin favoritinə çevriləcək. Yeni seriyanın təmsilçiləri Galaxy A3, A5 və A7 maksimal dəqiqliyə və real görüntüyə malik olan, fərqli diaqonallı Super AMOLED ekranı ilə təchiz olunmuşdur. Bu da öz növbəsində, sizə uyğun olan cihazı seçmək imkanı yaradır. Ən maraqlısı odur ki, seriyanın bütün modelləri IP68 standartına uyğun, su və toz keçirməzliyinə malik olmasına baxmayaraq, barmaq izi skaneri ilə də təchiz edilmişdir. Samsung Galaxy A5 yüksək məhsuldarlığın və qüsursuz dizaynın mükəmməl birləşməsidir. Öz 8 nüvəli prosessoru və iki ədəd 16 meqapiksellik kamerası ilə, smartfon tezliklə istifadəçilərin sevimlisinə çevriləcək. Galaxy A5-in 16 meqapiksellik ön kamerası isə xüsusi diqqətə layiqdir, məhz burada heç bir selfi həvəskarı biganə qala bilməyəcək! Əla keyfiyyətli və göz oxşayan dizayna malik, yeni və güclü Galaxy A5 premium və funksionallığı sərfəli edir. Yeni “A” seriyası artıq Baku Electronics, İrşad Telekom, Kontakt Home, Maxi.az və Soliton mağazalar şəbəkəsində təqdim olunmuşdur.

17

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register