Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 9.2.2017-cı il.

Özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri Əlişir Nəvai  9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur.

1801-ci ilin bu günü Avstriya ilə Fransa arasında Lunevill sülhü bağlanıb.

Alman konustruktoru Vilhelm Maybax 9 fevral 1846-cı ildə Nekkar çayı üzərindəki Haylbronn şəhərində anadan olub.

Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın 9 fevral 1905-ci ildə başa çatıb.

9 fevral 1920-ci ildə Parisdə imzalanan müqavilə ilə Şpitsberqen adasının statusu müəyyən edilib.

1934-cü ilin bu günü Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb.

Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

1948-ci ilin 9 fevralında Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya qəbul edilib.

Keçmiş ukraynalı futbolçu, məşqçi Anatoli Demyanenko 1959-cu il fevralın 9-da Dnepropetrovskda anadan olub.

“Boeing 747”-nin ilk uçuşu 9 fevral 1969-cu ildə həyata keçirmişdi.

1991-ci ilin bu günü Litva SSR əhalisi referendumda müstəqilliyinə səs verib.

Almaniyanın Darmştad şəhərində atom kütləsi 277 olan yeni element 1996-cı ilin bu günü sintez edilib.

9 fevral 2004-cü ilin “Mozilla Firefox 0.8” veb brauzeri satışa çıxarılıb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register